Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Belə çıxır ki, SOCAR siyasətini dəyişib..."
Əsas Səhifə > Üst manşet, Güney Press > "Belə çıxır ki, SOCAR siyasətini dəyişib..."

"Belə çıxır ki, SOCAR siyasətini dəyişib..."


Dünən, 08:30
"Belə çıxır ki, SOCAR siyasətini dəyişib..."
"Belə çıxır ki, SOCAR siyasətini dəyişib, şirkətdə çoxlu təcrübəli işçi olduğu halda kənardan işçi gətirməyə üstünlük verib?" "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə çıxış edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı daha sonra SOCAR-ın 2021-ci il üzrə İllik Hesabatından müvafiq çıxarışı da diqqətə çatdırıb:

"SOCAR-da təhsil ixtisası fəaliyyət istiqamətinə uyğun olan ali təhsilli fəhlələrin qulluqcu kateqoriyalı vəzifələrə sistemli şəkildə hazırlanması, şirkətdə daha səriştəli muhəndislərin yetişdirilməsi və muhəndis vakansiyalarının daxili namizədlər hesabına effektiv şəkildə komplektləşdirilməsi məqsədilə “Fəhlədən muhəndisə”. İnkişaf Proqramı cərcivəsində 71 vəzifə uzrə 516 nəfər namizədin test imtahanında iştirakı təmin edilmiş, onlardan 304 nəfəri secim mərhələsini kecmişdir və 169 nəfər II Qarabağ muharibə iştirakcısı secim mərhələsinə cəlb edilmədən Proqrama qoşulmuşdur. Hesabat dovrundə 473 nəfər işci Proqrama qoşulmuş və inkişaf prosesinin təşkili həyata kecirilmişdir. Proqrama qoşulmuş işcilərdən 214 nəfəri musahibə edilmiş və 32 nəfəri II Qarabağ muharibə iştirakcısı olmaqla, umumilikdə 93 nəfər əməkdaş qulluqcu kateqoriyalı vəzifələrə kecirilmişdir..."

"DİA-AZ" xəbər verir ki, bu çıxarışın ardından M.Qəhrəmanlı aşağıdakı zəruri qeydini də əlavə edib:

"Bu halda bakalavr və magist təhsilli, 25 il iş stajına malik, hələ də çilingər işləyən, lakin vakant yer elan olunmuş sahə ustası vəzifəsinə müraciət etdikdə: İnsan Resursları Departamentindən imtina gəlir.

Səbəb isə kateqoqiya dəyişikliyi göstərilir. Sonradan səbəb kimi guya "fəhlədən muhəndisə olmaz" kimi bəhanə gətiriblər..."

Geri qayıt