Texniki Universitetdəki BƏRBAD MƏNZƏRƏ nazirliyin umrundadırmı? - İLGİNC FAKTLAR
Tarix: 10-01-2022, 11:12 | Çap et
DİA.AZ: - "Biz, Azərbaycan Texniki Universitetinin təcrübəli müəllimlərindən bir qrupu, yenə də ictimaiyyətə müraciət etmək məcburiyyətindəyik". DİA.AZ bildirir ki, bu barədə AzTU-nun bir qrup müəllimi adından edilən müraciətdə deyilir.
ƏVVƏLİ BURADA:
Texniki Universitetdə VİLAYƏT DAVASI... - Təhsil Nazirliyi NƏDƏN SUSUR?
Müəllimlər daha sonra yazır:
"AzTU-da subordinasiya haqqında isə ayrıca danışmaq lazımdır. V.Vəliyevin artıq xəstəlik sindromları halını almış “struktur reformaları” başlayandan, AzTU-da hər cür subordinasiya da pozulub, yəni vəzifə subordinasiyası üzrə hansı vəzifəli şəxsin rəsmən kimə tabelik əsasında işləməsindən asılı olmayaraq, yeni gələnlər köhnələrə əmr və göstərişlər vermək hüququnda olduqlarını zənn edirlər. Saysız-hesabsız şöbələrə, bölmələrə və ya sektorlara yeni qəbul edilmiş işçilər yəqin ki, özlərinin işlədiklərini nəzərə çarpdırmaq üçün tez-tez dekanlara, kafedra müdirlərinə dəxli oldu-olmadı elektron poçt vasitəsilə müxtəlif göstərişlər verir, sənədlər və
məlumat tələb edir, həm də bunları “TƏCİLİ, TƏCİLİ, TƏCİLİ” xəbərdarlığı ilə müşayiət edirlər. Onlara bu hüququ kim verib? Yəqin ki, rektor. Keçən yazılarımızda qeyd etdiyimiz kimi, rektor özünün gətirdiyi yeni adamlarla dəfələrlə ayrıca, qapalı iclaslar keçirib, deyib ki, bunları (yəni köhnə işçiləri) sıxışdırın, təzyiq edin, onlarla sərt rəftar edin. Bu isə universitetdə qeyri-sağlam mənəvi mühit yaranmasına səbəb olub. Kafedra müdiri və dekanlar hətta kimliklərini bilmədikləri müxtəlif işçilərin mənasız, məntiqsiz və təcili tələblərini yerinə yetirməkdən beziblər. Həmin işçilərin yazdıqları mətnlərdən və hazırladıqları “sənədlərdən” görünür ki, onlar hətta məsələn, müəllimin tutduğu dosent vəzifəsini, onun “dosent” elmi adını və “elmlər namizədi” və ya “fəlsəfə doktoru” elmi dərəcəsini bir-birindən fərqləndirə bilmir, bunların nə olduğunu anlamırlar. Baxın, indi Texniki Universitet bu gündədir.
Sual olunur: bütün bunların səbəbi nədir? Aydındır ki, rektor V.Vəliyevin səriştəsizliyi, bacarıqsızlığı, tutduğu vəzifəyə uyğun olmaması və onun öz regional klanının tapşırığı ilə səviyyəsiz və təsadüfi adamları işə qəbul etmək öhdəliyi və məcburiyyəti. Bu regional klanlar problemi isə AzTU miqyasından daha geniş bir problemdir və ölkəmizə yaxşı heç nə gətirmir. Nisbətən böyük, əhəmiyyətli bir vəzifəyə təyin olunmaq üçün qabiliyyət, bilik, bacarıq, mütəxəssis olmaq, mənəvi təmizlik vacib deyil, vacib odur ki, sənin hansısa bir nüfuzlu himayədarın olsun və ya arxanda hansısa bir regional klan dayansın. Sonra isə həmin şəxs klanın girovuna çevrilir. Klan da lazım gələrsə, onun arxasında dayanır, onu müdafiə edir. Məgər AzTU-nun özündəki bu qədər elmlər doktorları, professorlar arasından rektor təyin ediləsi bacarıqlı, tədrisi və elmi-pedaqoji işi bilən, kadrları tanıyan, idarəçilik qabiliyyəti olan, mənəvi təmiz adam tapmaq olmazdı ki, kənardan bu sadalanan qabiliyyətlərdən tamamilə məhrum bir şəxs təyin ediləydi?
Texniki Universitetin bu vəziyyətə gəlib çatmasında universitet elmi şurasının da günahı az deyil. Məlumdur ki, elmi şuranın tərkibinə əsas etibarilə universitetdə müəyyən vəzifələri tutan şəxslər seçilir. Şuranın indiki tərkibi isə xeyli əvvəl seçilib və şura üzvlərinin çoxu artıq rektor tərəfindən öz vəzifələrindən kənarlaşdırılıblar, ancaq, şura üzvlüyündə hələ ki, qalırlar. Bu da rektoru çox narahat edir, baxmayaraq ki, şura üzvləri iclaslarda heç “cınqırlarını da çıxarmırlar” və yekdilliklə bütün təkliflərə səs verirlər. Ancaq, rektor başa düşür ki, onunla üz-üzə oturan bu adamların hər birinin mütəxəssis kimi bilik və bacarığı ondan yüksəkdir və həm də “yumşaq desək”, bilir ki, onlar onu sevmirlər. Rektor isə istəmir ki, onun ətrafında ondan ağıllı insan olsun. Yəqin buna görə rektor elmi şura iclasında məlumat verib ki, elmi şuranın tərkibinin yenilənməsi üçün tədbirlər görüləcək və elmi şura bu tərkibdə sonuncu dəfə toplanıb. İndi AzTU-da acı zarafatla deyirlər ki, bu elmi şuranın əvəzinə robotlar hazırlayıb, onların əvəzində yerlərinə oturtmaq daha məqsədə uyğun olardı. Robotlar yalnız bir iş bacarmalıdır ki, soruşanda “kim lehinədir”, əllərini qaldırsınlar, soruşanda “əleyhinə, bitərəf yoxdur ki?”, sussunlar. Ancaq biz elə fikirləşirik ki, robot bahalı qurğudur, baha başa gələr, sadəcə, müqəvvalar hazırlamaq kifayətdir. Müqəvvalar isə yalnız bir əlini qaldırıb, endirmək imkanına malik olmalıdırlar. Yeri gəlmişkən, elmi şura iclaslarında son zamanlar şura üzvlərindən əlavə digər, heç kimin tanımadığı, kimliyi bilinməyən və bu iclaslarda nə hüquqla iştirak etdiyi də məlum olmayan çoxlu kənar şəxslər də iştirak edir. Nə əsasla və nə üçün, bilinmir.
Rektoru yalnız bir məsələ maraqlandırır, necə etsin ki, universitetdən pul qazansın. Hər dəfə, hər çıxışında xüsusi olaraq vurğulayır ki, universitetdə biznes mühiti, sahibkarlıq (???) mühiti yaratmalıyıq (bəli, tədris və elm mühiti yox). Biznesi başa düşdük, bəs sahibkarlıq nə deməkdir? Yəni burada kim və nəyin sahibkarı olacaq? Görünür, universitetə o, öz obyekti kimi baxır və fikirləşir ki, şəhərin mərkəzində bu boyda obyekti veriblər mənə, mən də bu fürsətdən istifadə etməyim? AzTU-nun ərazisi və binaları isə doğrudan da böyükdür. Bununla əlaqədar o, əvvəlki yazılarımızda da vurğuladığımız kimi, tədris otaqlarını boşaltmaqda və kafedraları sıxlaşdırmaqda davam edir. Bununla əlaqədar tədris otaqlarının boşaldılması və partaların zirzəmilərə daşınması “epopeyası” davam etməkdədir. Buradan rektora müraciət edirik: ay Vilayət müəllim, pandemiya daimi deyil ki, bəs pandemiya qurtarandan sonra 7-8 min tələbəyə hansı otaqlarda dərs keçəcəksiniz? Yoxsa bu haqda da işi edib, sonra düşünəcəksiniz? İndi 3-cü, 4-cü, 5-ci, 8-ci tədris binalarının zirzəmiləri, bəzi binaların isə hətta 1-ci mərtəbələri partalarla doludur və artmaqda davam edir. Bunun nəticəsində isə müxtəlif tədris, laboratoriya avadanlıqları sıxlaşdırılır və kafedralarda anbardakı kimi qalaq-qalaq bir-birinin üstünə yığılır. Buna ki, sübut lazım deyil, bu ki, göz qabağındadır. Təhsil Nazirliyi bir adam göndərsin, gəlib bunları öz gözləri ilə görsün.
Yəqin ki, V.Vəliyev biznes və sahibkarlıq mühiti dedikdə burada ticarət mərkəzlərinin açılmasını nəzərdə tutur. Yarım il əvvəl universitet elmi şurası “AzTU taksi xidmətinin” açılması haqqında qərar qəbul etdi və indi həmin xidmət müvəffəqiyyətlə işləməkdədir (elmi şura bunun üçündürmü?). Yaxın vaxtlarda elmi şura AzTU-da Sədərək və ya Binə ticarət mərkəzlərinin filiallarının açılması haqqında da qərar qəbul etsə, buna təəccüblənmərik. Bunlar universitetə yaraşan işlər deyil, xırda baqqal təfəkkürünün məhsuludur. Yazılanlarla da onu başa sala bilməmişik ki, universitet ilk növbədə tədris, oxumaq üçün, sonra isə elmi-tədqiqat işləri üçündür, ay Vilayət müəllim.
Ancaq, rektor V.Vəliyevin istedad və qabiliyyəti tamamilə yox da deyil, amma, bunlar başqa istiqamətdədir. Məsələn, bu yaxınlarda universitetin akt zalında Mirzə Fətəli Axundovun “Sərgüzəşti vəziri xani Lənkəran” tamaşası nümayiş etdirildi. AzTU saytında yerləşdirilən fotolardan görünür ki, karantin rejimi ilə əlaqədar tamaşaya 50-60 maskalı tamaşaçı baxıb. 7 mindən çox tələbəsi, mindən artıq işçisi olan universitetdə 50-60 adama tamaşa göstərməyin nə mənası var? Əlbəttə ki, şou yaratmaq, fotoşəkilləri çəkib, internetə qoymaq, gözə kül üfürmək. Universitetdə belə şoular ən vacib bir şey kimi tez-tez keçirilir. Rektor V.Vəliyev şou ustasıdır, şoumendir, bunu yaxşı bacarır. Ətrafına da şou hazırlaya bilən cavanları yığır. Əlbəttə, onu rayon mədəniyyət sarayına bədii rəhbər təyin etsəydilər, bu işin öhdəsindən müvəffəqiyyətlə gələrdi. Onun işi müxtəlif görüşlər keçirmək, müxtəlif müəssisələrlə əməkdaşlıq haqqında müqavilələr imzalamaq və bu tədbirlərdə fotoşəkillər çəkdirərək, universitet saytına qoymaqdır ki, baxan desin, “əhsən, yaxşı işləyir”. Bizim müşahidələrimizə görə artıq 80-dən artıq müəssisə və universitetlə əməkdaşlıq haqqında müqavilə imzalanıb, ancaq ortada real bir iş görünmür".
DAVAMI VAR...
İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləmıyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Bu gün, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Bu gün, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Bu gün, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Bu gün, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Bu gün, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Bu gün, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Bu gün, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Bu gün, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Bu gün, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Bu gün, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Bu gün, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Bu gün, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Bu gün, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Bu gün, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Bu gün, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Bu gün, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Bu gün, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Bu gün, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Bu gün, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Bu gün, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Bu gün, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Bu gün, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Bu gün, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Bu gün, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Bu gün, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Bu gün, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Bu gün, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Bu gün, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Bu gün, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Bu gün, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Bu gün, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Bu gün, 16:06 |
|
|
|
• Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Bu gün, 16:02 |
|
|
|
• “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57 |
|
|
|
• Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53 |
|
|
|
• 26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53 |
|
|
|
• Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49 |
|
|
|
• Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47 |
|
|
|
• Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39 |
|
|
|
• Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38 |
|
|
|
• Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35 |
|
|
|
• Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32 |
|
|
|
• ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 15:29 |
|
|
|
• "Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" - XƏBƏRDARLIQ!
Bu gün, 15:22 |
|
|
|
• Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır - Paşinyan BELƏ DEYİR...
Bu gün, 15:19 |
|
|
|
• “Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” - Keçmiş diplomat
Bu gün, 15:17 |
|
|
|
• Həyat yoldaşı Niyazi Mehdidən danışdı - Ayağı kəsilə bilər
Bu gün, 15:16 |
|
|
|
• Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar - BU NƏDİ BELƏ?..
Bu gün, 15:09 |
|
|
|
|