"Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Tarix: 31-01-2025, 16:32 | Çap et
 “Naxçıvan” Universitetinin təsisçisi və keçmiş rektoru İsmayıl Əliyev deyir ki, Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sabiq sədri Vasif Talıbov yaratdığı və rəhbərlik etdiyi təhsil ocağını zorla əlindən alıb.
"DİA-AZ" AzadlıqRadiosuna istinadən xəbər verir ki, onun sözlərinə görə, hədə-qorxulardan sonra məcbur qalıb universitetdəki 100 faiz təsis payını V.Talıbovun kiçik oğlu Seymur Talıbova 301 min manata satması barədə müqaviləyə imza atıb:
“2013-cü ilin fevralı idi, məni Ali Məclisin binasına çağırdılar. Bir sənəd verdilər ki, imzalamalısan. Heç bir notarius-filan da yox idi. Notarius sonradan qanunsuz şəkildə onu təsdiqləyib. Guya universiteti 301 min manata satmışam. Reallıqda isə 1 qəpik də pul verilməyib”.
İ.Əliyev “Naxçıvan” Universitetini 1999-cu ildə yaradıb. Həmin ilin 2 iyulunda universitet Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.
İ.Əliyev deyir ki, bu universitetədək Naxçıvan Dövlət Universitetində dərs deyib və elmi fəaliyyətlə məşğul olub. Hazırda da bu fəaliyyətini davam etdirir.
Vaxtilə V.Talıbovun da müəllimi olduğunu yada salan İ.Əliyevin sözlərinə görə, sonradan keçmiş tələbəsi əmlakını zorla əlindən aldığından qorxaraq heç yerə şikayət edə bilməyib:
“Universiteti alanda mənə deyildi ki, onun yerləşdiyi 1.5 hektardan artıq torpağın dəyəri qiymətləndirilib, pulu veriləcək. Çünki mülkiyyət hüququ ilə mənə məxsusdur. Onu da vermədilər”.
İ.Əliyev deyir ki, universitet S.Talıbovun mülkiyyətinə keçsə də, onu rektor kimi saxlamağa razılıq veriblər. O, 2019-cu ilədək rektor vəzifəsində qala bilib.
2019-cu il dekabrın 5-də V.Talıbovun sərəncamı ilə Nurlana Əliyeva “Naxçıvan” Universitetinə rektor təyin edilib.
1977-ci il təvəllüdlü N.Əliyeva 2001-ci ildən bu universitetdə müəllim çalışıb.
2022-ci il dekabrın 21-də V.Talıbov Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsindən azad ediləndən bir həftə sonra “Naxçıvan” Universitetinin təsis payları Talıbovlardan da alınıb. 29 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, universitetin təsisçilik hüquqları S.Talıbovdan Hüseyn Məmmədov adlı şəxsə keçib. Təsisçi dəyişəndən sonra rektor da vəzifəsindən azad edilib. 2023-cü ilin fevralında Anar Kazımov “Naxçıvan” Universitetinin yeni rektoru təyin edilib.
Məhkəmə iddianı təmin etməyib Naxçıvan MR-də Talıbovun 27 illik (1995-2022) hakimiyyətinə son qoyulandan sonra İ.Əliyev də vaxtilə yaratdığı universitetlə bağlı dövlət orqanlarına şikayətlər ünvanlamağa başlayıb. Şikayətlərində göstərib ki, əmlakı əlindən zorla alınsa da, qorxudan səsini çıxara bilməyib. Deyir, dövlət qurumlarına şikayətlərinə gələn cavablarda ona məhkəməyə müraciət etmək tövsiyə olunub. Universitetin artıq Talıbovların mülkiyyətində olmadığını da həmin cavablardan öyrənib.
Keçmiş rektor məhkəmədə həm S.Talıbova, həm də sonradan təsis paylarını almış H.Məmmədova qarşı iddia qaldırıb. O, hər iki alqı-satqı müqaviləsinin qanunsuz sayılaraq ləğv olunmasını istəsə də, məhkəmə onun iddiasını təmin etməyib.
Cavabdeh tərəflər də müqavilələrin qanunsuzluğu haqda iddialarla razılaşmayaraq deyiblər ki, o, universiteti zorla əldən verdiyini təsdiqləyən sübut ortaya qoymayıb və, üstəlik, özü də 2019-cu ilədək rektor vəzifəsində qalıb. Həm də belə məsələləri mübahisələndirməkdən ötrü qanunla məhkəməyə üz tutmaq üçün 3 illik müddət var, İ.Əliyevsə 10 il sonra iddia qaldırıb.
“Naxçıvan” Universiteti 2024-cü ildə rəsmi şəkildə ləğv edilib. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən mediaya verilən məlumatda bildirilib ki, ləğv edilmə ilə bağlı müraciət 2024-cü ilin fevralında təsdiqlənib: “Tələbələrin böyük hissəsi Naxçıvan Dövlət Universitetinə, Naxçıvan Dövlət Universitetindəki ixtisaslar ilə ixtisası uyğunlaşmayan tələbələr isə aidiyyəti yerlərə köçürülüb”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan və Türkiyənin torpaqlarına iddia etməklə sülhdən danışmaq mümkün deyil - TƏBİİ Kİ...
Bu gün, 19:00 |
|
|
|
• “Xazar Oil” ölkədən böyük pul çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 18:58 |
|
|
|
• Ermənilərin Aİ ilə ortaq təxribatı... - ŞƏRH
Bu gün, 18:07 |
|
|
|
• "Deyirik, xanımları heç olmasa, ev dustaqlığına buraxsınlar" - Novella Cəfəroğlu
Bu gün, 18:02 |
|
|
|
• Fazil Qasımova 10 il həbs cəzası istənilib
Bu gün, 17:53 |
|
|
|
• Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO
Bu gün, 17:49 |
|
|
|
• QUBADA ŞOK: “Həyat yoldaşımın müdiri ailəmizi dağıdır” – QUBA SAKİNİ 3 UŞAĞINA SAHİB ÇIXMAQ İSTƏYİR
Bu gün, 17:47 |
|
|
|
• Rusiyanın ABŞ-dəki yeni səfiri tezliklə Vaşinqtona gedəcək - KİV
Bu gün, 17:38 |
|
|
|
• Büdcə strukturlarında ixtisarlar - DETALLAR
Bu gün, 17:32 |
|
|
|
• Paşinyanın Ermənistan ərazisi ilə bağlı yeni konsepsiyası: - Strategiya dəyişir
Bu gün, 17:28 |
|
|
|
• Ermənilərə görə Pezeşkiana müraciət edildi: - Tədbir gör!
Bu gün, 17:24 |
|
|
|
• “Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
Bu gün, 17:07 |
|
|
|
• “Bahalı kostyumlarım var, əynimə gəlmir” - VİDEO
Bu gün, 16:58 |
|
|
|
• "Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da, təhsil sistemində dəyişikliyə səbəb olduğu görünmür"
Bu gün, 16:56 |
|
|
|
• Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan - Xadimənin cəzası bəlli oldu
Bu gün, 16:52 |
|
|
|
• Rəsmi Bakı: 10 mindən çox erməni silahlısına ərazilərimizi tərk etməyə icazə verməklə böyük jest olunub - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:49 |
|
|
|
• Türkanın ölümü ilkginc faktları açdı: Səhiyyədəki gizli gücün HİKMƏTİ - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Tehran İrəvanla strateji razılaşma axtarır: - Cənubi Qafqazda YENİ OYUN
Bu gün, 16:43 |
|
|
|
• İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib - TƏFƏRRÜAT
Bu gün, 16:40 |
|
|
|
• Türkiyə mümkünsüzü bacardı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:49 |
|
|
|
• Jurnalist fəaliyyətinə qadağa! - Cinayət Məcəlləsində belə maddə varmı?
Bu gün, 15:45 |
|
|
|
• TRAMP... - hələ ki... HOQQA VERİR!
Bu gün, 15:39 |
|
|
|
• Cəlilabadda RÜŞVƏT DƏ BAHALAŞIB... - BU NƏDİ BELƏ?..
Bu gün, 15:35 |
|
|
|
• Lotu Qulinin yaxın dostu olan "qanuni oğru" həbsxanada xərçəngə tutuldu
Bu gün, 15:29 |
|
|
|
• Jurnalist Fatimə Mövlamlı “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Bu gün, 15:26 |
|
|
|
• Mübariz Mənsimovla keçmiş katibəsi arasında çəkişmə - Məhkəmə qərar verdi
Bu gün, 15:17 |
|
|
|
• Xaçmazın icra başçısı 75 illik yubileylərini qeyd edən şairləri mükafatlandırıb - FOTO
Bu gün, 15:12 |
|
|
|
• "İranda qeyri-fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır" - BU FAKTDIR...
Bu gün, 14:02 |
|
|
|
• Paşinyan reallıqların fərqində olsa da... - vaxt qazanmağa çalışır
Bu gün, 14:00 |
|
|
|
• Demokratiyanın dəfni və ya: - “Bu, tamamilə iyrəncdir”
Bu gün, 13:58 |
|
|
|
• Sabiq bələdiyyə sədrinin yeni əməlləri üzə çıxdı - “Məqsədim kəndə yaxşılıq etmək idi”
Bu gün, 13:14 |
|
|
|
• Pensiya ilə bağlı qalmaqal: - “Necə müəyyən olunacaq ki, kişi arvadını işləməyə qoymayıb?”
Bu gün, 13:10 |
|
|
|
• Tıxaclar aradan qalxar, valideynlərin də yükü azalar
Bu gün, 13:05 |
|
|
|
• Paşinyan Ermənistan konstitusiyasının preambulasının mətnini dəyişdirməyi planlaşdırır
Bu gün, 13:04 |
|
|
|
• Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? - Qənirə Ataşova sensasion sənədlər yaydı
Bu gün, 13:02 |
|
|
|
• 42 milyonun yarısı digər hesaba köçürüldü – “şlyapa Zahid”in MƏHKƏMƏ İŞİ
Bu gün, 12:59 |
|
|
|
• Matvienko Bakıya gələcək
Bu gün, 12:58 |
|
|
|
• 7 milyon pul, başı yarılmış FTX zabiti – Bakılı milyonçunun MƏHKƏMƏ İŞİ
Bu gün, 12:55 |
|
|
|
• Bəzi yerlərdə arabir qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• "Çoxsaylı müharibələr görmüş Cənubi Qafqazda üçüncü tərəfin iştirakı olmadan sülh əldə edilə bilər"
Bu gün, 12:47 |
|
|
|
• Vüqar Qurbanovun işdən çıxardığı baş həkimə yüksək vəzifə verildi - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• Nərimanovdakı ağacların köçürüləcəyi deyilsə də, kəsildi - VİDEO
Bu gün, 12:33 |
|
|
|
• “Unibank” ən pis bankdır – Müştərilər belə deyir...
Bu gün, 12:30 |
|
|
|
• Paşinyanın yeni layihəsi: - Ermənistanın ərazisi 9 kvadrat km-dir!
Bu gün, 12:21 |
|
|
|
• Azərbaycanı Suriyada bu diplomat təmsil edəcək
Bu gün, 12:05 |
|
|
|
• Adil Əliyev birinci Qarabag müharibəsi əlilindən Yeni Suraxanıda nə istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:52 |
|
|
|
• “Aztelekom”un 7 kənddə internet kabelləri yoxa çıxıb - 37 minlik ziyana görə həbs edilən var
Bu gün, 11:45 |
|
|
|
• Dövlət Agentliyinin sədri özünə müşavir təyin edib - ƏMR
Bu gün, 11:42 |
|
|
|
• Öcalan terrorçularına tərksilah əmri verdi: ona qulaq asacaqlarmı? - AKTUAL
Bu gün, 11:41 |
|
|
|
• 24 minlik alimenti ödəmədi - ikinci dəfə həbs edildi
Bu gün, 11:37 |
|
|
|
|