
Abşeron Mərkəzi Xəstəxanasının keçmiş direktoru Azər İsmayılova yeni vəzifə verilib.
Medicina.az xəbər verir ki, o, Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoruna müşavir təyin edilib.
Qeyd edək ki, Azər İsmayılov 2022-2024-cü illərdə Abşeron Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb. Sonradan TƏBİB sədri Vüqar Qurbanovla münasibətləri sərinləşib və onun əmri ilə işdən kənarlaşdırılıb.