"İranda qeyri-fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır" .....                     Paşinyan reallıqların fərqində olsa da... .....                     Demokratiyanın dəfni və ya: .....                     Sabiq bələdiyyə sədrinin yeni əməlləri üzə çıxdı .....                     Pensiya ilə bağlı qalmaqal: .....                     Tıxaclar aradan qalxar, .....                     Paşinyan Ermənistan konstitusiyasının preambulasının mətnini dəyişdirməyi planlaşdırır .....                     Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? .....                     42 milyonun yarısı digər hesaba köçürüldü .....                     Matvienko Bakıya gələcək .....                     7 milyon pul, başı yarılmış FTX zabiti .....                     Bəzi yerlərdə arabir qar yağacağı gözlənilir .....                     "Çoxsaylı müharibələr görmüş Cənubi Qafqazda .....                     Vüqar Qurbanovun işdən çıxardığı baş həkimə yüksək vəzifə verildi .....                     Nərimanovdakı ağacların köçürüləcəyi deyilsə də, kəsildi .....                     “Unibank” ən pis bankdır .....                     Paşinyanın yeni layihəsi: .....                     Azərbaycanı Suriyada bu diplomat təmsil edəcək .....                     Adil Əliyev birinci Qarabag müharibəsi əlilindən Yeni Suraxanıda nə istəyir .....                     “Aztelekom”un 7 kənddə internet kabelləri yoxa çıxıb .....                     Dövlət Agentliyinin sədri özünə müşavir təyin edib .....                     Öcalan terrorçularına tərksilah əmri verdi: ona qulaq asacaqlarmı? .....                     24 minlik alimenti ödəmədi .....                     Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir .....                     Aybəniz İsmayılovanın ADY-dəki qohumları .....                     “Hökumətin pulunu götürürlər, film çəkirlər, bunun adı…” .....                     Ukrayna F-16-ları daha təhlükəli missiyalara keçir .....                     Naxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlama aparılır .....                     Qızıl rekordları yeniləyir: qiymət niyə artır? .....                     Gürcüstandakı protestlər İrəvandan maliyyələşdirilib .....                     İranı nə Pezeşkian, nə də Xamanei idarə edir .....                     Molla rejiminin panfarsçı millət vəkilləri qanun layihəsinin qəbulunu əngəllədilər .....                     Şuşada buzlaşan yolların açılması üçün 115 ton duz bəs etməyib? .....                     Rusiyada daşınmaz əmlak bazarının azərbaycanlı “kralları” .....                     "Karvan 2002"nin satış müdiri 71 min mənimsəyib .....                     Paşinyanın mətbuat katibinə 50 min dollar ziyan dəyib .....                     İlhamə xanımın BUFET YEYİNTİSİ... .....                     Xəstəxananın sanitar qovşağında doğub körpəsini öldürmək istəyən qadınla bağlı .....                     "Cənab Prezident, Vidadi İsayevin qohumları bizi qırır" .....                     İdxal olunan velosipedlərin 99,8%-i Çindən gətirilib .....                 

İrəvanın TƏHLÜKƏLİ OYUNU - ABŞ-yə belə deyir... Kremlə belə...
Tarix: Bu gün, 08:54 | Çap et
İrəvanın TƏHLÜKƏLİ OYUNU
Ermənistan hakimiyyəti daha bir atom elektrik stansiyasının tikintisini müzakirə edir. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan məlumat verib. “Hazırda biz kiçik modul reaktorların xüsusiyyətlərini ətraflı öyrənirik”, - TASS onun sözlərindən sitat gətirir.

Qeyd edək ki, ölkənin baş naziri Nikol Paşinyan hələ ötən il Ermənistanda modul tipli AES tikintisi ilə bağlı strateji qərar qəbul edildiyini, amma texnologiyanın təchizatçısı olacaq ölkə seçilmədiyini demişdi. Maraqlıdır ki, İrəvan rəsmiləri Moskvada olanda AES-in Rusiya texnologiyası ilə qurulacağını, Vaşinqtonda isə ABŞ-ın modul tipli stansiyasını quraşdıracaqlarını vəd verirlər.

ABŞ-la Ermənistan arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında Amerika ilə nüvə enerjisi sahəsində əməkdaşlıq da var. Erməni mediası yazır ki, İrəvan enerji suverenliyini itirə, Metsamor AES-dən imtina edə və ABŞ-ın kiçik modul stansiyalarının riskli texnologiyaları sınaqdan keçirilə bilər. Qeyd olunur ki, Paşinyan hakimiyyəti amerikalıları sevindirmək üçün Ermənistanda elektrik enerjisinin 40%-ni istehsal edən səmərəli işləyən AES-i alternativ enerji ilə, hələ öyrənilməmiş modul tipli atom elektrik stansiyaları, günəş panelləri və elektrik enerjisi ilə əvəz etməyə hazırdırlar. Qeyd edək ki, Ermənistanın Rusiyanın “enerji köləliyindən” qurtulmaq üçün Metsamordan Amerikanın xeyrinə imtina edə biləcəyi haqda xəbərlər yeni deyil. Ekspertlərə görə, ABŞ-da kiçik modul reaktorlarında da yüksək zənginləşdirilmiş urandan istifadə edilir. Təhlükəsizliyin təmin edilməsi tikintinin mürəkkəbliyi hesabına baş verir. Reaktorun yerin altında demək olar ki, beş mərtəbəli bina hündürlüyündə yerləşdirilməsi planlaşdırılır. Reaktorun dəyəri isə bir milyard dollar kimi qiymətləndirilir. Mütəxəssislər isə bildirir ki, köhnə və zəruri təhlükəsizlik tələblərinə cavab verməyən Metsamor AES regional fəlakət mənbəyidir. Bu stansiyada hər hansı ciddi qəza baş verəcəyi təqdirdə, region dövlətlərinin əhalisinin, təbiətinin və iqtisadiyyatının ciddi zərər görməsi qaçılmazdır. AES Çernobılda istifadə edilən oxşar texnologiya ilə inşa edilib və reaktoru ikinci qoruyucu təhlükəsizlik örtüyü olmadan fəaliyyət göstərir və bu cür fəaliyyət regionda ekoloji təhlükəsizliyə ciddi təhdid mənbəyi olaraq qalır. AES-də hər hansı qəza baş verərsə, yalnız Ermənistanın deyil, Türkiyənin, İranın, bütün Cənubi Qafqaz və Yaxın Şərq ölkələrinin də ciddi ziyan görəcəyi proqnozlaşdırılır.

Politoloq Qabil Hüseynli bildirdi ki, Azərbaycan və Ermənistan BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Ətraf Mühitə Təsirin Qiymətləndirilməsinə dair Konvensiyasının üzvləridir. Ancaq Ermənistan üzərinə götürdüyü öhdəlikləri, konvensiyanın tələblərindən irəli gələn məsələləri yerinə yetirmir: “Bu konvensiyaya görə, potensial təhlükəli layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi yalnız dövlət daxilində deyil, həm də bu obyektlərin təsirinə məruz qala biləcək qonşu ölkələrdə ictimai müzakirələri əhatə etməlidir. Lakin Ermənistan beynəlxalq müqavilələrin tələblərini tamamilə nəzərə almır. Prezident İlham Əliyev iki il öncə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktorunu qəbul edərkən Metsamor AES təhlükəsi haqda da danışmışdı. Prezident İlham Əliyev nüvə təhlükəsizliyi probleminə toxunaraq Ermənistanda Metsamor AES-in fəaliyyət göstərdiyini, onun Azərbaycana, Türkiyəyə, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaratdığını bildirmiş, bu stansiyanın köhnə texnologiya ilə çalışdığını, onun ciddi texniki problemlərinin olduğunu diqqətə çatdırmış və Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılmasının narahatlıq doğurduğunu vurğulamışdı. Ümumiyyətlə, Azərbaycan dəfələrlə beynəlxalq platformalarda Metsamor AES-in fəaliyyətini davam etdirməsi ilə bağlı ciddi narahatlığını bildirib, təəssüf ki, beynəlxalq ictimaiyyət Ermənistanın öhdəliklərini yerinə yetirməsinə hələ də müvəffəq olmayıb. Metsamor AES-in fəaliyyətinin dayandırılması üçün beynəlxalq təşkilatlar və region ölkələri tərəfindən potensial fəlakətin qarşısının alınması məqsədilə səylərin daha da gücləndirilməsi və konkret addımların atılması artıq dərəcədə önəmlidir”.

Politoloq qeyd etdi ki, Ermənistan hakimiyyəti Metsamor AES-in fəaliyyətinin tamamilə dayandırılması çağırışlarını nəzərə almamaqla kifayətlənmir. Əksinə, Ermənistanda modul tipli adı ilə yeni AES-lər tikmək fikrinə düşüb: “Bir neçə ay öncə Co Baydenin hakimiyyətinin son həftələrində ABŞ-la Ermənistan arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında Amerika ilə nüvə enerjisi sahəsində əməkdaşlıq edilməsini nəzərdə tutan müddəanın olduğu məlumdur. Nikol Paşinyan hökuməti bu müddəanı fürsət görür. Erməni mediası yazır ki, ABŞ Ermənistanda modul tipli AES-lər, reaktorlar tikərsə, bu, Ermənistanın enerji suverenliyinin itirilməsi ilə nəticələnə bilər, İrəvanın Metsamordan imtinasına gətirib çıxarar. Ekspertlər bildirir ki, bundan sonra ABŞ-ın kiçik modul stansiyalarının riskli texnologiyaları sınaqdan keçirilə bilər. Belə çıxır ki, Metsamor AES dayandırılsa belə, onun yerini daha təhlükəli modul tipli stansiyalar tutacaq. İkincisi, Ermənistan onsuz da müstəqil deyil və enerji məsələsində də daha çox Rusiyadan, İrandan asılıdır. Yuxarıda xatırlatdığım müqavilənin məlum müddəasını da ABŞ ona görə oraya daxil edib ki, Ermənistanı enerji məsələsində də öz təsiri altına sala və Rusiya təsirindən mümkün qədər uzaqlaşdıra bilsin.

2023-cü ilin mayında Rusiyanın “RosAtom” Dövlət Korporasiyasının baş direktoru Aleksey Lixaçev və onu müşayiət edən nümayəndə heyəti İrəvanda baş nazir Nikol Paşinyanla görüşmüşdü. O zaman baş nazir Paşinyan Ermənistanla “RosAtom” korporasiyası arasında əməkdaşlığın vacibliyini vurğulamışdı, bu əməkdaşlıq çərçivəsində bir sıra birgə layihələrin uğurla həyata keçirildiyini demişdi. Nikol Paşinyan nüvə enerjisi sahəsində tərəfdaşlığa toxunaraq, Ermənistan AES-in ikinci enerji blokunun ömrünün uzadılmasında “RosAtom”un rolunu da qeyd etmişdi. Görüşdə Ermənistanda yeni atom enerji blokunun tikintisi, nüvə təbabəti sahəsində mümkün əməkdaşlıq üçün də müzakirə aparıldığı barədə məlumat yayılmışdı. İndi belə çıxır ki, Paşinyan xarakterinə uyğun olaraq eyni vaxtda iki stulda oturmaq istəyir, həm Rusiyadan, həm də ABŞ-dan AES məsələsində ciddi dəstək almağa çalışır. Eyni zamanda istisna deyil ki, ABŞ tərəfindən modul AES-lər Ermənistanda qurulduqdan sonra Rusiyaya “xoş getdin” deyilsin. Bunu da İrəvan Metsamorun istismar müddətinin bitməsi ilə əsaslandıra bilər.

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İranda qeyri-fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır" - BU FAKTDIR...
Bu gün, 14:02
Paşinyan reallıqların fərqində olsa da... - vaxt qazanmağa çalışır
Bu gün, 14:00
Demokratiyanın dəfni və ya: - “Bu, tamamilə iyrəncdir”
Bu gün, 13:58
Sabiq bələdiyyə sədrinin yeni əməlləri üzə çıxdı - “Məqsədim kəndə yaxşılıq etmək idi”
Bu gün, 13:14
Pensiya ilə bağlı qalmaqal: - “Necə müəyyən olunacaq ki, kişi arvadını işləməyə qoymayıb?”
Bu gün, 13:10
Tıxaclar aradan qalxar, valideynlərin də yükü azalar
Bu gün, 13:05
Paşinyan Ermənistan konstitusiyasının preambulasının mətnini dəyişdirməyi planlaşdırır
Bu gün, 13:04
Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? - Qənirə Ataşova sensasion sənədlər yaydı
Bu gün, 13:02
42 milyonun yarısı digər hesaba köçürüldü – “şlyapa Zahid”in MƏHKƏMƏ İŞİ
Bu gün, 12:59
Matvienko Bakıya gələcək
Bu gün, 12:58
7 milyon pul, başı yarılmış FTX zabiti – Bakılı milyonçunun MƏHKƏMƏ İŞİ
Bu gün, 12:55
Bəzi yerlərdə arabir qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52
"Çoxsaylı müharibələr görmüş Cənubi Qafqazda üçüncü tərəfin iştirakı olmadan sülh əldə edilə bilər"
Bu gün, 12:47
Vüqar Qurbanovun işdən çıxardığı baş həkimə yüksək vəzifə verildi - ƏMR
Bu gün, 12:38
Nərimanovdakı ağacların köçürüləcəyi deyilsə də, kəsildi - VİDEO
Bu gün, 12:33
“Unibank” ən pis bankdır – Müştərilər belə deyir...
Bu gün, 12:30
Paşinyanın yeni layihəsi: - Ermənistanın ərazisi 9 kvadrat km-dir!
Bu gün, 12:21
Azərbaycanı Suriyada bu diplomat təmsil edəcək
Bu gün, 12:05
Adil Əliyev birinci Qarabag müharibəsi əlilindən Yeni Suraxanıda nə istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:52
“Aztelekom”un 7 kənddə internet kabelləri yoxa çıxıb - 37 minlik ziyana görə həbs edilən var
Bu gün, 11:45
Dövlət Agentliyinin sədri özünə müşavir təyin edib - ƏMR
Bu gün, 11:42
Öcalan terrorçularına tərksilah əmri verdi: ona qulaq asacaqlarmı? - AKTUAL
Bu gün, 11:41
24 minlik alimenti ödəmədi - ikinci dəfə həbs edildi
Bu gün, 11:37
Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir - İLGİNC FAKTLAR...
Bu gün, 11:31
Aybəniz İsmayılovanın ADY-dəki qohumları - SİYAHI
Bu gün, 11:25
“Hökumətin pulunu götürürlər, film çəkirlər, bunun adı…” - Tanınmış rejissordan ciddi tənqid
Bu gün, 11:20
Ukrayna F-16-ları daha təhlükəli missiyalara keçir - "Forbes"
Bu gün, 11:18
Naxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlama aparılır - AÇIQLAMA
Bu gün, 11:16
Qızıl rekordları yeniləyir: qiymət niyə artır? - ARAŞDIRMA
Bu gün, 11:14
Gürcüstandakı protestlər İrəvandan maliyyələşdirilib - Moskva
Bu gün, 11:03
İranı nə Pezeşkian, nə də Xamanei idarə edir – Əsas sima odur!
Bu gün, 11:01
Molla rejiminin panfarsçı millət vəkilləri qanun layihəsinin qəbulunu əngəllədilər - gözləniləni BU İDİ...
Bu gün, 10:58
Şuşada buzlaşan yolların açılması üçün 115 ton duz bəs etməyib? – Yenə duz alınır
Bu gün, 10:55
Rusiyada daşınmaz əmlak bazarının azərbaycanlı “kralları” - SİYAHI
Bu gün, 10:50
"Karvan 2002"nin satış müdiri 71 min mənimsəyib - Şirkət rəhbəri də dindirildi
Bu gün, 10:48
Paşinyanın mətbuat katibinə 50 min dollar ziyan dəyib - KİV
Bu gün, 10:45
İlhamə xanımın BUFET YEYİNTİSİ... - Dövlətə vergi belə vermir...
Bu gün, 10:44
Xəstəxananın sanitar qovşağında doğub körpəsini öldürmək istəyən qadınla bağlı TƏFƏRRÜAT
Bu gün, 10:32
"Cənab Prezident, Vidadi İsayevin qohumları bizi qırır" - Bərdədən ŞOK MÜRACİƏT
Bu gün, 10:29
İdxal olunan velosipedlərin 99,8%-i Çindən gətirilib – Dəyəri 43 manat olub
Bu gün, 10:17
Əvvəlcə Zəngəzur, sonra Göyçə məsələsi ortaya çıxa bilər - GƏLİŞMƏ
Bu gün, 10:10
Qayınata ona “başın üçün deyil” bildirən kürəkənini döydü - TƏFƏRRÜAT
Bu gün, 10:08
İttihamlar təsdiqini tapmır, vəkillərin vəsatətləri isə rədd edilir – ELDAR HƏSƏNOVUN QIZI
Bu gün, 09:56
Azərbaycanlıları saxta qeydiyyata salan kişiyə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 09:50
Eduard Məmmədova vəzifə verildi - FOTO
Bu gün, 09:48
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında... - Ekspert danışır...
Bu gün, 09:37
Bank Respublika-nın özbaşınalığından Mərkəzi Bank sədrinə ŞİKAYƏT - vətəndaş ÇARƏSİZ DURUMDA
Bu gün, 09:34
"Bu məsələnin sonuna qədər gedəcəm..." - NARAZILIQ VAR...
Bu gün, 09:22
"Yəni “pəpə yeyəndən məmə yeyənə qədər” hər kəs bu filmi izləməlidir" - Xalq artisti
Bu gün, 09:11
18 illik müştərisi ÜSYAN ETDİ... - GİLEY
Bu gün, 09:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru