Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib .....                     “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” .....                     Azərbaycanda məktəblər pullu olacaq? .....                     Maliyyə Nazirliyinin tenderləri ləğv edilir .....                     Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... .....                     İcra başçısı həmin gün harada olub? .....                     Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub .....                     “Zevs”in qardaşı hakim qarşısına çıxır .....                     Həkimdən deputata cavab: .....                     Eçmiədzindəki qondarma “Artsax bayrağı” .....                     Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı .....                     "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..." .....                     Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? .....                     Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Mesaj verildi: .....                     Ermənistan buna qarşı çıxsa... .....                     Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? .....                     "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" .....                     Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? .....                     Tramp və Putin niyə hələ də görüşməyib? .....                     İlyas İsmayılovun son durumu açıqlandı .....                     Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? .....                     Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar .....                     Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı .....                     İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? .....                     Tiktokda “Bakcell”in adından dələduzluq edilir .....                     “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü .....                     Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs .....                     "Paşinyan türklərin ayaqlarına düşür" .....                     “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” .....                     Rövşən Mehdiyev həbsdə qaldı .....                     USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? .....                     “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? .....                     İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? .....                     "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış" .....                     “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır .....                     1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR .....                     Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib .....                     Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir .....                     USAID onlara görə bağlandı: .....                 

Nazirin sinif yoldaşı da meydan sulayır... - Belə deyirlər...
Tarix: 12-11-2016, 09:31 | Çap et
Nazirin sinif yoldaşı da meydan sulayır...
“Gündəm Xəbər”in ötən sayında özünü təhsil naziri Mikayıl Cabbarovun sinif yoldaşı kimi təqdim edən və Gəncədə fəaliyyət göstərən 8 saylı regional hesablaşma mərkəzinin rəis müavini vəzifəsini daşıyan Vüsal Məmmədovun "işgüzarlığından" bəhs edən açıqlamamızı, geniş ictimaiyyətin diqqətinə də çatdırmışdıq. O, “Təhsil Naziri uşaqlıq dostumdur" deyərək, hal-hazırda 8 saylı Maliyyə Hesablaşma Mərkəzində vəzifəsindən asılı olmayaraq, hər kəsi ilə hesablaşmağa məcbur edib. Necə deyərlər, “kəndxudanı gör, kəndi çap”. Daha öncədən də məlumat verdiyimiz kimi, o, təhsilə satıcılıqdan gəlsə də, təhsil sahəsində öz qayda-qanunları ilə özünün marağına cavab verən iş də qura bilib. Belə ki, onun bildirdiyinə görə, “ixtisasca hüquqşünas olmağıma baxmayaraq Mikayıl Cabbarov nazir təyin olunduqdan az sonra, məni satıcılıqdan təhsilə gətirdi və Gəncədəki 1saylı Peşə Liseyinin direktor da təyin etdi”. Bəli, bu gün Vüsal Nüsrəddin oğlu Məmmədov hal-hazırda 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində rəis müavini işləsə də, liseyİ də əldən buraxmır. O, özünə münasib olan və əvvəllər də dəmir yolunda mexanik işləyən, eyni zamanda işdə törətdiyi xətalar ucbatından daşıdığı vəzifəsindən uzaqlaşdırılan Hüseyn Hüseynovu, ustalıqdan direktorluğa qədər yüksəltməklə, təsir dairəsində saxladığı "obyekti"ni ona havalə edib. Hal-hazırda adı çəkilən liseydə əsaslı təmirin gecikdirilməsinə səbəb də, Vüsal Məmmədova məxsus sexlərin fəaliyyət göstərməsidir. Belə ki, 1 saylı Peşə Liseyinin həyətindəki emalatxanda mebel, metal və xalça sexləri fəaliyyət göstərir. Sexlərdə mətbəx, ofis və məktəblər üçün mebellər və s. istehsal olunur. İstehsaldan əldə olunan gəlirlər də, birbaşa Vüsal Məmmədova çatdırılır. Görəsən necə olub ki, bu cür fəaliyyət növü ilə məşğul olan sexlər Vergilər Nazirliyi ilə bərabər, Təhsil Nazirliyinin də nəzərindən yayınır? Liseyin həyətində fəaliyyət göstərən sexlərdən əldə olunan gəlirlərdən başqa, adı dərs jurnallarında gedən, amma özü dərs üzü tanımayan tələbələrin təqaüd kartlarından görəsən xəbəri olan varmı? Məsələ ilə bağlı Hüseyn Hüseynovla görüşsək də, onun məsələyə münasibətindən belə aydın oldu ki, onu liseyə formal olaraq direktor əvəzi təyin ediblər. Əslində adı hallanan sexlərin və təqaüd kartlarının ona heç bir aidiyyatı yoxdur. Yəni, bütün bunların bir ucu Vüsal Məmmədova, bir ucu isə, onu əvvəlcə liseyə direktor, sonra isə hesablaşma mərkəzinə "Ağa" təyin edən nazirliyə gedib çıxır. Bundan başqa, əldə etdiyimiz daha bir ilginc məlumat da var ki, Vüsal Məmmədov bacısını liseyə təsərrüfat işləri üzrə direktor müavini, Nəcəf adlı dostunu isə, tədris işləri üzrə direktor müavini təyin edib. Müəllim və tələbələrin (əgər onların əksəriyyəti də yerindədirsə) tanımadıqları daha kimlər.... Liseydən əldə olunan gəlirlər yəqin ki, ancaq Vüsalın bildiyi istiqamətdə xərclənilir. Bütün bunlara görə Vüsal Məmmədov özünü bazar iqtisadiyyatına uyğun kökləyir və "biz pul qazanmağı bacaran oğlanlarıq" da deyir. Ticarət aləmində yaxşı təcrübə toplayan rəis müavini, bu gün ticarətdə öyrəndiyini təhsildə də tətbiq edir. Hətta, iş o yerə çatıb ki, Vüsal Məmmədovun etibar etdərək liseyə direktor müavini təyin etdiyi Hüseyn Hüseynov da, onun tövsiyyələrinə rəğmən KİV haqqında qanunlara deyil, özünün dediyi kimi Mikayıl Cabbarov “bizə jurnalistlərin suallarına qətiyyən cavab verməyin, sualları varsa, göndərin nazirliyə” deyir. Hal-hazırda isə, liseydə dərsə davamiyyət olaraq tələbələr gözə dəyməsələr də, sexlər dayanmadan fəaliyyət göstərməkdədirlər. Bunların müqabilində Vüsal Məmmədovun dediyinə görə, Gəncə çayının kənarında tikilən və təmir olunan obyektə də pul xərcləyir. Görəsən bu obyektin təhsilə nə aidiyyəti var? Bəlkə həmin obyekt onun özünün və yaxud da.... Nə isə, bu barədə növbəti sayımızda. Həmin obyektin kimə məxsus olması ilə bağlı apardığımız araşdırmalardan sonra, ictimaiyyətə bu yöndə geniş açıqlamalar verəcəyik. Hal-hazırda 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində əsaslı cari təmir işləri üçün 2016-cı il büdcə vəsaitindən 6 rayona və Gəncəyə ayrılan vəsaitin necə xərclənməsindən görəsən nazirin xəbəri varmı? Deyəsən Vüsal Məmmədovun sözündə böyük bir həqiqət var, o da onun əməlli-başlıca pul qazanmağı bacarmasıdır. Axı, Vüsal Məmmədov təhsil sahəsinə gəlməzdən öncə o, ticarətdə “saqqal ağardıb”. Belə çıxır ki, təhsil şöbələrinin regional mərkəzlərdə birləşməsi haqqında ölkə başçısının 2014-cü ildə imzaladığı və 2015-ci il yanvarın 1-dən qüvvəyə minən sərəncamının hələlik tam olaraq yerinə yetirilməməsi, sadəcə olaraq sərəncamın bir istiqamətdə aparılmasına, sadəcə olaraq maliyyəni ələ keçirməkdən başqa nəyəsə xidmət etməyib. Hələlik Gəncəbasarda aparılan "islahatlardan" görünür ki, ölkə başçısının verdiyi sərəncamın xeyrini, təhsil strategiyasına uyğun olmadan Mikayıl Cabbarovun adı ilə onun dostu, səlahiyyətlərini təhsilin həm təchizat, həm də kadr məsələrini icra edən Vüsal Məmmədov görür.
Araşdırmamız davam edəcək










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Bu gün, 19:51
“Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Bu gün, 19:02
Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Bu gün, 19:00
Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Bu gün, 18:58
Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Bu gün, 18:14
İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Bu gün, 18:10
Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Bu gün, 18:06
“Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Bu gün, 18:03
Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Bu gün, 17:58
Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Bu gün, 17:52
Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Bu gün, 17:43
"O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Bu gün, 17:40
Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Bu gün, 17:36
Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 17:30
Mesaj verildi: - İranda çevriliş olacaq
Bu gün, 17:22
Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Bu gün, 17:16
Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Bu gün, 17:08
"6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Bu gün, 17:02
Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Bu gün, 16:59
Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Bu gün, 16:56
İlyas İsmayılovun son durumu açıqlandı
Bu gün, 16:53
Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Bu gün, 16:48
Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 16:43
Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Bu gün, 16:41
İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39
Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36
“Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32
Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24
"Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22
“Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18
Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09
USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04
“Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00
İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58
"Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50
“Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45
1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45
Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38
Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37
USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32
Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31
"Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28
Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23
Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20
"Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17
92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı - İndi bəraət aldı
Bu gün, 15:15
Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40
Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39
İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37
Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub
Bu gün, 14:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru