İbrahim Cəfərov Milli Elmlər Akademiyasının prezidenti postuna iddialıdır - İDDİA
Tarix: 15-11-2016, 08:45 | Çap et
Ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti və onun rektoru İbrahim Cəfərovla bağlı son zamanlar bir sıra xoşagəlməz informasiyalar dolaşmaqdadır. Belə ki, adıçəkilən təhsil müəssisəsinin rəhbərinin ciddi neqativ hallara, çoxsaylı nöqsanlara rəvac verdiyini iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la bölüşdüyü bilgilərdə deyilir ki, İbrahim Cəfərovun gəlişindən sonra Azərbaycan Dövlət Aqrar Universiteti bir xeyli gəriləyib. İbrahim Cəfərovun himayədarlarına arxalanaraq sözügedən universiteti özünün «qayda»ları ilə idarə etdiyini vurğulayan mənbənin sözlərinə görə, rektor Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin postuna keçməkdən ötrü əlaqələrini işə salmağa başlayıb, bəzi nüfuzlu şəxslərə minnətçi düşüb: «Deyilənlərə görə, Dövlət Aqrar Universitetinin rektoru yeni vəzifə iddiasındadır. Belə ki, o, nəyin bahasına olursa-olsun Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti postuna təyinat almağa çalışır. Bildirilir ki, İbrahim Cəfərov bunun üçün irəli sürülən bütün «şərt»lərə əməl etmək iqtidarında olduğunu bəyan edib. Buna baxmayaraq, rektora hələlik müsbət cavab verilməyib. Odur ki, hazırda İbrahim Cəfərov gözləmə mövqeyindədir». Bu arada, Dövlət Aqrar Universitetində struktur bölmə kimi tədris-təcrübə təsərrüfatı, tədris, elm, kadrlar, tələbə, ümumi, redaksiya-nəşriyyat, informasiya texnologiyaları və innovasiya, beynəlxalq əlaqələr, qiyabi təhsil, təcrübə və işədüzəltmə şöbələri, arxiv, elm, təhsil və cümhuriyyət muzeyi, 2 sahəvi elmi-tədqiqat laboratoriya, magistr hazırlığı, distant və əlavə təhsil mərkəzləri, kitabxana, mətbəə və «Aqrar mütəxəssis» qəzetinin redaksiyası, 7 fakültə (aqronomluq, aqrotexnologiya, baytarlıq təbabəti və zoomühəndislik, mühəndislik, elektroenergetika və informasiya texnologiyaları, aqrar iqtisadiyyat, aqrobiznes və idarəetmə) və 30 kafedranın fəaliyyət göstərdiyini bildirən məlumatlı şəxs qeyd edir ki, İbrahim Cəfərov rəhbərlik etdiyi ali təhsil müəssisəsində olduqca qəribə sistem yaradıb: «Deyilənlərə görə, Dövlət Aqrar Universitetinin tələbələri bu təhsil ocağında semestr imtahanları zamanı əlavə xərcə düşdüklərini iddia edirlər. Bundan başqa, bəzi ələbələr ildə bir dəfə unversitetə təşrif buyurur və onlar rəhbərliyə illik «təşəkkür»ü edirlər. Hələ bu, harasıdır. Bildirilir ki, Dövlət Aqrar Unversitetinin bir sıra tələbələri testdənkənar qəbul olunublar. Belə ki, deyilənlərə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının test imtahanlarından keçə bilməyən bir çox tələbələr unversitetin vakant yerlərinə daxili imtahan adı altında qəbul olunurlar. Qeyd olunur ki, universitetin daxili imtahanı formal xarakter daşıyır və sadəcə, tələbə qəbulunu qanuniləşdirmək məqsədi ilə yaradılıb. Elə məhz bu səbəbdən də İbrahim Cəfərov rəhbərlik etdiyi ali təhsil müəssisəsindəki diplomların həqiqiliyi, o cümlədən rektorun və ətrafındakı bəzi rəhbər şəxslərin fəaliyyəti müvafiq dövlət qurumları tərəfindən ən incə detallarınadək yoxlanılmalıdır». Onu da nəzərinizə çatdıraq ki, əldə etdiyimiz məlumatlara görə, Dövlət Aqrar Universitetinin rektoru eks-spiker Rəsul Quliyevlə sıcaq münasibətlərə malikdir. Belə ki, İbrahim Cəfərovun Rəsul Quliyevin fəal tərəfdarı olduğunu iddia edən mənbənin sözlərinə görə, Dövlət Aqrar Universitetinin rektoru əlinə düşən hər fürsətdən istifadə edib eks-spikeri müdafiə edir, hər zaman ona sadiq olacağını vurğulayır: «Yeri gəlmişkən, bir məqamı da qeyd edim ki, İbrahim Cəfərov dairə seçki komissiyasının sədri olduğu zaman onun işçisi olan xanımlardan biri intihar edib. Deyilənlərə görə, intihardan öncə həmin qadın başına belə bir işin gəlməsinin səbəbkarı kimi, rektoru günahkar qismində göstərib. Qeyd olunur ki, bununla bağlı xəbər ortaya çıxdıqdan dərhal sonra hərəkətə keçən İbrahim Cəfərov onu mediadan yığışdırıb. Hadisə isə 2012-ci ilin 22 noyabrında baş verib. Rəsmi məlumata görə, hadisə Gəncənin Nizami rayonu, Gülüstan qəsəbəsi, ev 48, mənzil 6 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 33 yaşlı Elnurə Orucova sirkə turşusu içərək özünü öldürüb. Onun özünə qəsd etməsinin səbəblərinin məlum olmadığı vurğulanıb. Polisdən həmçinin bildirilib ki, Elnurə Orucova Gəncədə yerləşən dairə seçki komissiyalarının birində çalışıb. Deyilənlərə görə, həmin vaxtdan indiyə qədər ortada olan intihar məktubundan heç bir xəbər yoxdur. Bildirilir ki, Dövlət Aqrar Universitetinin rektoru məhz bu məsələ ilə əlaqədar bir çox şəxslərə «təşəkkür» etməli olub». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Bu gün, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Bu gün, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Bu gün, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Bu gün, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Bu gün, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Bu gün, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Bu gün, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Bu gün, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Bu gün, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Bu gün, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Bu gün, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Bu gün, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Bu gün, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Bu gün, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Bu gün, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Bu gün, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Bu gün, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Bu gün, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Bu gün, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Bu gün, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Bu gün, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
• USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04 |
|
|
|
• “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00 |
|
|
|
• İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58 |
|
|
|
• "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50 |
|
|
|
• “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45 |
|
|
|
• 1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45 |
|
|
|
• Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38 |
|
|
|
• Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37 |
|
|
|
• USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32 |
|
|
|
• Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• "Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28 |
|
|
|
• Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23 |
|
|
|
• Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20 |
|
|
|
• "Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17 |
|
|
|
• 92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı - İndi bəraət aldı
Bu gün, 15:15 |
|
|
|
• Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39 |
|
|
|
• İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37 |
|
|
|
• Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub
Bu gün, 14:30 |
|
|
|
|