Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib .....                     “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” .....                     Azərbaycanda məktəblər pullu olacaq? .....                     Maliyyə Nazirliyinin tenderləri ləğv edilir .....                     Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... .....                     İcra başçısı həmin gün harada olub? .....                     Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub .....                     “Zevs”in qardaşı hakim qarşısına çıxır .....                     Həkimdən deputata cavab: .....                     Eçmiədzindəki qondarma “Artsax bayrağı” .....                     Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı .....                     "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..." .....                     Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? .....                     Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Mesaj verildi: .....                     Ermənistan buna qarşı çıxsa... .....                     Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? .....                     "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" .....                     Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? .....                     Tramp və Putin niyə hələ də görüşməyib? .....                     İlyas İsmayılovun son durumu açıqlandı .....                     Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? .....                     Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar .....                     Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı .....                     İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? .....                     Tiktokda “Bakcell”in adından dələduzluq edilir .....                     “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü .....                     Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs .....                     "Paşinyan türklərin ayaqlarına düşür" .....                     “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” .....                     Rövşən Mehdiyev həbsdə qaldı .....                     USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? .....                     “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? .....                     İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? .....                     "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış" .....                     “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır .....                     1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR .....                     Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib .....                     Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir .....                     USAID onlara görə bağlandı: .....                 

"Akif Çovdarov məni buraxmaq üçün atamdan 500 min dollar istədi" - Zərərçəkmiş Elton Əliyev
Tarix: 19-11-2016, 09:24 | Çap et
"Akif Çovdarov məni buraxmaq üçün atamdan 500 min dollar istədi"
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin cinayət işi üzrə zərərçəkmiş şəxslərdən Elton Əliyevin ibtidai istintaqa verdiyi ifadəsi üzə çıxıb.

APA-nın məlumatına görə, E. Əliyev ifadəsində bildirib ki, atası Əliyev Nəsib Yusif oğlu “Badu Kubə” MTK və “Şahbulaq” MTK-nın təsisçisi, eləcə də “Yeni Yasamal” MTK-nın həmtəsisçisi olub.

E. Əliyev deyib ki, 2007-ci ilin sentyabr ayında saat 11 radələrində Atatürk prospektində “Texnikabank”ın əsas filialının inzibati binasından işdən çıxarkən mülki geyimli iki nəfər ona yaxınlaşaraq MTN-in vəsiqəsini göstərib, nazirliyə getməli olduğunu deyiblər. Həmin şəxslərdən hansı səbəbdən onlarla getməli olduğunu soruşduqda ona hər şeyin nazirlikdə araşdırılacağı bildirilib.

Bir saatdan sonra onun yanına izahat alan əməkdaş və daha iki nəfər gələrək, dostcasına söhbət etməyə başladıqlarından sonuncuların öz istədiklərinə nail olduqlarını başa düşüb. Təxminən gecə saat 02 radələrində onu həmin əməkdaşlardan biri nəzarət-buraxılış məntəqəsinə ötürüb. O, şəxsiyyət vəsiqəsini və mobil telefonunu götürərək evə gedib. Evdə atasının onun arxasınca MTN-ə getdiyi bildirilib. Çox yorğun olduğundan yatıb.

Bundan sonra o öz avtomobili, həmin şəxslər isə öz avtomobilləri ilə nazirliyə gediblər.

MTN-də onu 8 saat bir otaqda saxlayıblar. Bu vaxt ərzində onunla heç kim ünsiyyətdə olmayıb. Həmin gün hava qaraldıqdan sonra otağa orta boylu, əlamətlərini xatırlamadığı bir əməkdaş daxil olub, ondan iş fəaliyyəti ilə bağlı izahat almağa başlayıb. Həmin şəxs ona atası ilə bağlı suallar verməyə başlayıb. Atası ilə bağlı ona suallar verilməyə başlandıqda o, həmin şəxslərin atası ilə maraqlandıqlarını başa düşüb. Çünki 3-4 ay öncə - 2007-ci ilin may ayında atası “Badu Kubə” MTK-nın ofisində olarkən bir müştəri içəri daxil olaraq həmin MTK-nın inşa etdiyi Yeni Günəşli massivindəki çoxmərtəbəli yaşayış binasından mənzil almaq istədiyini deyib və ilkin ödənişi ABŞ dolları ilə verərkən ofisinə MTN əməkdaşları daxil olublar. Həmin MTN əməkdaşları MTK-nın sənədlərini apararaq atasını nazirliyə çağırtdırıb və Akif Çovdarov ondan 100.000 ABŞ dolları tələb edib. Atası isə 80.000 verə biləcəyini deyərək 80.000 dolları Akif Çovdarova onun xidməti otağında verib. Atasından bir dəfə 80.000 dolları aldıqlarına görə tam əmin olub ki, onu nazirliyə atasından pul almaq üçün gətiriblər.

Söhbətin sonunda həmin əməkdaş ona mobil telefon verib, atasına zəng edərək MTN-ə çağırmasını istəyib. E. Əliyev öncə atasına zəng etməkdən imtina edib. Lakin həmin əməkdaş ondan təkidlə bunu tələb etdikdən sonra saat 24 radələrində atasına zəng edib. O, atasına telefonda MTN-ə gətirildiyini, onun da həmin nazirliyə gəlməsinin tələb edildiyini bildirib. Atası da MTN-ə gələcəyini bildirib. O, telefonla danışdıqdan sonra həmin əməkdaş da atası ilə danışıb. Bundan sonra E. Əliyev təxminən bir saat otaqda tək qalıb. Bir saatdan sonra onun yanına izahat alan əməkdaş və daha iki nəfər gələrək, dostcasına söhbət etməyə başladıqlarından sonuncuların öz istədiklərinə nail olduqlarını başa düşüb. Təxminən gecə saat 02 radələrində onu həmin əməkdaşlardan biri nəzarət-buraxılış məntəqəsinə ötürüb. O, şəxsiyyət vəsiqəsini və mobil telefonunu götürərək evə gedib. Evdə atasının onun arxasınca MTN-ə getdiyi bildirilib. Çox yorğun olduğundan yatıb.

Atası səhər ona buraxılmasına görə Akif Çovdarovun 500.000 dollar istədiyini, özünün isə 350.000 dollar toplayıb verə biləcəyini deyib.

MTN-dən buraxıldığı gecənin səhərisi atası bacanağı Elçindən 100.000 dollar, tanışı Yavərdən 150.000 dollar, Mübariz Xudayevdən isə 100.000 dollar borc alıb, həmin gün apararaq xidməti otağında Akif Çovdarova verib. Bunları ona atası danışıb. Bundan sonra MTN əməkdaşları ilə onun hər hansı münasibəti olmayıb. Atası Nəsib Əliyev isə Elçin, Rauf və Ceyhun adlı şəxslərin şikayəti ilə 2010-cu ildə yenidən MTN-ə çağırılıb.

2010-cu ildən yaşamaq üçün Moskva şəhərinə getdiyini deyən E. Əliyev bildirib ki, 2013-cü ildə anasının ona zəng edərək Suraxanı Rayon Polis İdarəsi tərəfindən axtarıldığını söyləyib. O, “Badu Kubə” MTK-nın inşa etdiyi Yeni Günəşli qəsəbəsi V massivindəki yaşayış binasında mənzillərin təkrar satışında ittiham edildiyini bildirib.

2015-ci ilin sentyabrın 2-də o, Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq 8 aydan sonra Azərbaycana ekstradisiya edilib. Hazırda barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Bu gün, 19:51
“Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Bu gün, 19:02
Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Bu gün, 19:00
Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Bu gün, 18:58
Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Bu gün, 18:14
İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Bu gün, 18:10
Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Bu gün, 18:06
“Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Bu gün, 18:03
Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Bu gün, 17:58
Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Bu gün, 17:52
Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Bu gün, 17:43
"O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Bu gün, 17:40
Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Bu gün, 17:36
Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 17:30
Mesaj verildi: - İranda çevriliş olacaq
Bu gün, 17:22
Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Bu gün, 17:16
Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Bu gün, 17:08
"6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Bu gün, 17:02
Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Bu gün, 16:59
Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Bu gün, 16:56
İlyas İsmayılovun son durumu açıqlandı
Bu gün, 16:53
Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Bu gün, 16:48
Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 16:43
Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Bu gün, 16:41
İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39
Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36
“Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32
Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24
"Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22
“Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18
Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09
USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04
“Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00
İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58
"Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50
“Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45
1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45
Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38
Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37
USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32
Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31
"Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28
Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23
Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20
"Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17
92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı - İndi bəraət aldı
Bu gün, 15:15
Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40
Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39
İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37
Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub
Bu gün, 14:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru