“İcra başçısı məni halal mülkümdə yaşamağa qoymur” - ŞİKAYƏT VAR
Tarix: 17-12-2016, 09:44 | Çap et
“Torpaq sahəmi və evimi icra başçısına satmadığım üçün o, mənə yurdumda yaşamağa imkan vermir. Mənə qarşı haqsızlıqlar edir, adamlarını üstümə göndərir, əkin sahələrimi məhv edir”.
Bu sözləri Lerik rayonu Zərinqala kənd sakini, əmək veteranı, Baba Ağayev redaksiyamıza gələrək bildirib. B.Ağayevin sözlərinə görə Lerik rayonunun icra başçısı və müavini onun kənddəki sakit həyatını kabusa çevirməklə məşğuldurlar: “Lerikin Zərinqala kəndi İranla sərhəddə yerləşən digər 20-dək kəndlə birlikdə keçən əsrin 51-ci ilində boşaldılaraq, sakinləri aran rayonlarına deportasiya edilmişdi. Yalnız mərhum prezident Heydər Əliyev 70-ci illərdə hakimiyyətdə olarkən keçmiş sakinləri geri qaytararaq öz ata-baba yurdlarında yaşamasına şərait yaratdı. Zərinqala kəndinin sakinlərinə də Lerik rayon XDS Rəyasət Heyətinin 25 may 1992-ci il tarixli qərarı ilə ata-baba yurdlarına qayıdıb ev tikmək, təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri verildi. Mən əmək təqaüdünə çıxandan sonra - 1993-1994-ci illərdə burada özümə ev tikib elə o vaxtdan da burada yaşayıram. 1993-cü ildən 2015-ci ilədək sakit həyatımızı yaşamış, kənd təsərrüfatı ilə məşğul olmuşuq. Amma bir müddətdir rayonun icra başçısı Rövşən Bağırov və onun birinci müavini Cəlil Baxşiyev hər vasitə ilə işimizə əngəllər yaradır. 2015-ci ilin yazında icra başçısı sürücüsü vasitəsilə məni qəbula dəvət etdi. Qəbuluna getdiyimdə bizim kənddən xoşu gəldiyini və onun da orada bir evi olmasını istədiyini dedi. Mən onun təklifinə məmnuniyətlə razılıq verib bildirim ki, gəlib baxarsınız, biz 5 nəfər kənd sakini bir- birimizə qardaş, əmioğluyuq.
Daha da sevinərik ki, sizin orada eviniz olsun, bəyəndiyiniz yerə tikinti materiallarını göndərin, tikinti işinə də sizə hər cür köməklik etməyə hazırıq. Bir müddət sonra isə başçının birinci müavini mənə bildirdi ki, başçı və o özü bizim ərazini bütövlükdə almaq istəyirlər. O, hətta evimin və qeyd etdiyim ərazinin alınması üçün bir simvolik qiymət də dedi - 15-20 min manat. Bu təkliflə razılaşmadım. Mən öz ata-baba torpağımı yenidən tərk etmək istəmirdim. Ona görə də birinci müavin C.Baxşiyevə rədd cavabını verdim. Bu vəziyyətdən sonra bizə qarşı əsl müharibə başlandı. İcra hakimiyyəti, xüsusilə onun birinci müavini öz adamlarını üstümüzə qaldırmağa başladı. Qonşu Divaqac kəndinin sakinləri Xanəhmədov Ramiz və oğlu İlkin, habelə onların yaxın qohumları Nuriyev Eynulla və onun dəfələrlə oğurluq və xuliqanlıq hərəkətlərinə görə polisə düşmüş oğlanları, Lerik şəhər sakini, icra başçısının birinci müavini C.Baxşiyevin əlaltısı Sahiyev Miriş hasarımızı sökdülər. Əkin sahəsində olan meyvə ağaclarının bir hissəsini qıraraq “bu torpaq bundan sonra bizə verilib” deyə xuliqanlığa başladılar. Bildirdilər ki, bu torpağı bu gündən onlara rayonun “padşahı” verib.
Ondan bir gün sonra Xanəhmədov Ramiz oğlu ilə birlikdə təkrar həyətimizdəki torpağa daxil olaraq bel ilə başıma zərbə endirmək istəyərkən yanımda olan Qosmaliyan kənd sakini Oqtay Əhmədov məni zərbədən yayındırdı. Bir-iki gün sonra isə işimizə əngəl törətmək üçün əkin sahəmizi suvarmaqdan ötrü quraşdırılmış 250 manatlıq su nasosunu və onun elektrik xətlərini gecə ikən oğurladılar.
Şikayətim də hüquq-mühafizə orqanlarında obyektiv araşdırılmadı, 18 iyul 2016-cı ildə Lerik rayon Məhkəməsi İXM-nin 296-cı maddəsi ilə qərəzli qərar qəbul edərək R.Xanəhmədovla yanaşı, məni 50 də manat cərimə etdi. Lakin Şirvan Apelyasiya məhkəməsi verdiyim şikayətə obyektiv yanaşaraq Lerik məhkəməsinin qərəzli qərarını ləğv edib, mənim barəmdə olan əsassız qərara xitam verdi. R.Xanəhmədov barədə verilən cəzanı isə qüvvədə saxladı. Bunlardan nəticə çıxarmayan icra başçısı və müavini yeni ehtiyat qüvvələrini işə saldı. Divaqac kənd sakini Nuriyev Eynulla və oğlanları 2016-cı ilin iyul ayının 8-də ərazimizdən biçdiyimiz 3 maşın quru otu gecə ikən oğurlayıb apardılar.
Bu şikayətimizin də nəticəsi bugünədək yoxdur. O vaxt mən xəstəliyimlə əlaqədar Bakı şəhərinə gələndən sonra bu şəxslər üçün yenə fürsət yaranır və mənə məxsus su sexinin qapısını sındırıb içəridə suyu qazlaşdıran aparatın (saturator) üstündəki 2 ədəd elektrik mühərriklərini, orada olan 4 ədəd stolu, yeməkxananın çoxlu mətbəx avadanlıqlarını, təxminən 24-26 mm-lik armaturları oğurlayıb aparıblar. Bu iş də ört-basdır edilidi. 25 noyabr 2016-cı ildə bu şəxslər heç nədən çəkinmədən ərazimizdəki “setka” hasarı yenə sökərək traktorla əkin sahəmizə daxil olub, meyvə ağaclarımıza ziyan vurmaqla əkin sahəmizi şumlayıblar. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsəm də, işimə obyektiv yanaşılmır. Özünü şəhərin padşahı hesab edən icra başçısına torpağımı satmadığım üçün mənim başıma bu oyunları açır. Qəzet vasitəsilə prezidentə müraciət edərək xahiş edirəm ki, bütün bu qanunsuzluqların qarşısını almaqda mənə kömək etsin".
Yazıda adı hallanan tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Bu gün, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Bu gün, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Bu gün, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Bu gün, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Bu gün, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Bu gün, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Bu gün, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Bu gün, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Bu gün, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Bu gün, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Bu gün, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Bu gün, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Bu gün, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Bu gün, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Bu gün, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
• USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04 |
|
|
|
• “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00 |
|
|
|
• İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58 |
|
|
|
• "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50 |
|
|
|
• “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45 |
|
|
|
• 1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45 |
|
|
|
• Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38 |
|
|
|
• Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37 |
|
|
|
• USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32 |
|
|
|
• Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• "Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28 |
|
|
|
• Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23 |
|
|
|
• Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20 |
|
|
|
• "Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17 |
|
|
|
• 92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı - İndi bəraət aldı
Bu gün, 15:15 |
|
|
|
• Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39 |
|
|
|
• İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37 |
|
|
|
• Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub
Bu gün, 14:30 |
|
|
|
• "Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" - deputat
Bu gün, 14:00 |
|
|
|
• Mövcud olmayan sensasiya - Ortada heç bir əsas yoxdur axı...
Bu gün, 13:58 |
|
|
|
• Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:51 |
|
|
|
• Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ - AKTUAL
Bu gün, 13:04 |
|
|
|
• Xankəndidə dəhşətli gecə: 200-dən çox erməni necə öldü? – Onun adı hallanır
Bu gün, 13:01 |
|
|
|
• Sərkisyana sui-qəsdlə bağlı iki versiya: - onu kim öldürüb?
Bu gün, 13:00 |
|
|
|
• AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu - İMZALANIB
Bu gün, 12:54 |
|
|
|
|