Azərbaycanda apteki, bazarı, “zapravka”sı olmayan rayon - FOTOLAR
Tarix: 22-12-2016, 08:46 | Çap et
Azərbaycanın paytaxt Bakıya ən yaxın turizm rayonu olan Xızıda anlaşılmaz vəziyyət hökm sürür.
BakiPost.azxəbər verir ki, 16 370 nəfər əhalisi olan rayonda nə aptek var, nə yanacaqdoldurma məntəqəsi, nə də bazar. Rayonun hər kəndində 1 və ya 2 nəfər paytaxt Bakıdan və ya Sumqayıtdan ən çox istifadə olunan (qrip əyehinə, ağrıkəsici və s.) və ucuz dərmanları alır və öz evində kənd camaatına satır. Digər dərmanları isə Bakı və Sumqayıta gedən olsa, onlara sifariş edirlər. Evlərdə dərman satışı gizli şəkildə həyata keçirildiyindən, çox adamın xəbəri olmur. Benzin isə əsasən evlərdə satılır. Bu məsələ də evlərdə dərman satışı kimi tənzimlənir. Kimsə kauçuk butulkalara benzin doldurur və öz evinə gələn sürücüləri yanacaqla təmin edir. Xızı rayonunda taksi sürücüsü işləyən Mehman adlı şəxs əməkdaşımızla söhbətində benzin üçün kiminsə qapısına getməli olduqlarını deyir: "Məsələn, mən taksi sürücüsü işləyirəm, hamımız insanıq, yadımdan çıxsa, benzin vurmasam, yolda qalacam. Bu boyda rayonda bir "zapravka” yoxdur ki, maşını ora kimi çatdırasan”.
Taksi sürücüsü rayonda aptekin olmamasından da danışıb: "Burada nə var ki, aptek də olsun? Heç nəyimiz yoxdur. "Zapravka” yoxdur benzin vuraq, aptek yox dərman alaq. Xəstələnəndə gözləyirik ki, şəhərə gedən olsun, dərman alıb gətirsin, o gələnə kimə xəstəmiz ölməsin. Benzini də qonum-qonşuda butulka ilə satırlar. Gedib elə alırıq”. Xızı kəndlərindən birində öz evinin qarşısında benzin satışıyla məşğul olan Əliheydər kişi isə deyir ki, çörək pulunu bu yolla qazanır: "Əvvəl Xızı Rayonunun Polis rəisi İsmayıl idi, onun vaxtında yanacaq doldurma məntəqəsi var idi. O gedəndən sonra bağlandı. İndi məntəqənin özü var, amma işləmir”. Kənd sakini Xızıda aptek işlətməyin sərfəli olmadığını bildirib: "Sərf eləmir. Bura balaca rayondur. Hamı bir-birini tanıyır. Hətta qonşu kəndlərin sakinləri də. Ona görə kimsə aptek açanda, hamı gedib nisyə istəyir. İşlədən adam da xəstə adama keçə bilmir, nisyə verir, nəticədə də özü bankrot olur, bağlayıb gedir”. Rayonda taksi fəaliyyəti göstərən digər sakin isə aptek işlədənlərin maneə ilə üzləşdiyini bildirib: "İmkan vermirlər işlətməyə. Bir qız var idi, aptek açmışdı. O qurumdan gəlib pul istədilər, bu qurumdan gəlib pul istədilər, o da dedi, nə qazanıram ki, sizə də əlavə pul verim? Bağladı getdi. Təcili dərman olanda xəstəxanaya müraciət edirik. Orda da hər dərman tapılmır”. Xızı rayon sakini Gülnisə xala isə daha bir maraqlı məqama diqqət çəkib. O, rayonda bir ədəd belə super marketin olmadığını deyib: "Fikir verin, heç marketlər də çox deyil. Kəndlərin içində xırda-xuruş məhsullar satan "butkalar” var, vəssəlam. Burada supermarketə rast gələ bilməzsiniz. Vacib olan hər şeyi Bakıya, ya da Sumqayıta gedəndə alırıq”. Gülnisə xalanın sözlərinə görə, bazar olmadığı üçün camaat çətinlik çəkir: "Allahın bazarı da yoxdur Xızıda. Kim pomidor əkirsən, kartof əkənlə dəyişir. Yaxud göyərti yetişdirən, qatıq-südlə əvəz edir. Beləcə başımızı dolandırırıq. Bu formada da bolluq içində yaşamaq olmaz ki. Bəlkə heç qonşun bu gün qatıq tutmayacaq, yaxud yetişdirdiyi soğan tükənib. Onda yemək bişirməyim mən? Heç bir rayonda belə şey yoxdur”. Xızı Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Namiq Quliyev BakiPost.az-a açıqlamasında rayonda aptek və bazarın olmadığını təsdiqləyib: "Amma rayonda 3 ədəd yanacaq doldurma məntəqəsi var. 1-i Xızı şəhərindədir, digərləri isə Giləzi qəsəbəsində”.
Məlum olub ki, N.Quliyevin dediyi 3 yanacaqdoldurma məntəqəsinin 2-si rayon mərkəzindən təxminən 50 km aralıda - Bakı-Quba yolunda, yəni Sumqayıtın yaxınlığında, daha dəqiqi desək, Giləzi kəndinin ərazisindədir. Bir yanacaqdoldurma məntəqəsi isə Xizı rayonunun çıxacağındadır. "Xızı” adlı bu YDM isə çoxdandır işləmir. Burada lövhəyə vurulmuş qiymətlərin köhnə məzənnə ilə qalmağından da aydın olur ki, bura illərdir fəaliyyət göstərmir. Rayondakı aptek probleminə gəlincə, N. Quliyev evlərdə dərman satılma faktını təkzib edib: "Elə bir şey yoxdur. Rayonda açılan heç bir aptek özünü doğrultmur, ona görə də yoxdur. Əhali dərmanı Sumqayıtdan alır”. Xızı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Bəhdaş Nəbiyev rayonda aptek olmaması məsələsiylə bağlı BakiPost.az-a bildirib ki, bu, biznes işi olduğundan qarışa bilmirlər: "Aptek özünüidarəetmə biznesidir. Təhsil, sənədi və lisenziyası olan istənilən biznesmen gəlib aptek aça bilər. Bu, biznes fəaliyyəti olduğu üçün bizim qarışmağa ixtiyarımız yoxdur. Mənim səlahiyyətim çərçivəsindən kənardadır. Mən kimisə məcbur edə bilmərəm ki, gəl Xızıda aptek fəaliyyəti ilə məşğul ol. Kimsə gəlib burada aptek açır, görür ki, qazancı yoxdur, mayasını çıxara bilmir. Bağlayıb gedir. Kim özünün ziyanına işləyər? Bunun gətirmək, işçi pulunu vermək, kommunal xərclərini ödəmək məsələləri var. Bunları ödəyəndən sonra icarəyə götürdüyü yerin pulunu verməlidir. Biznesmen də görür ki, 100 manat gəlir qazanır, 200 manat xərcə düşür, onu kim işlədər ki?” Baş həkim əhalinin dərmanla təminatı məsələsindən də danışıb: "Xəstəxananın özünün Səhiyyə Nazirliyi tərəfindən yaradılan apteki var. Burada dövlət tərəfindən xəstəxanaya ayrılan sırf 133 adda dərman verilir. Qıraq dərman yoxdur. Bu dərmanlar da təyinatı üzrə, dövlət proqramı ilə verilir. Dövlət şəkər xəstələrini, nevroloji xəstələri, böyrək xəstəliyindən əziyyət çəkənləri dərmanla təmin edir. Qeydiyyata götürülmə prinsipi əsasında stasionarda yatan xəstələrin hamısı yenə dövlət tərəfindən dərmanla təmin edilir.
Digər xəstələr isə poliklinikaya müraciət edir, ona yazılan dərmanı artıq digər aptekdən almalıdır”. B. Nəbiyev Xızıda əhalisinin çox əziyyət çəkdiyi xəstəlikləri də açıqlayıb: "Xızı iki zonaya bölünür. Dağ və aran bölgəsi. Aran bölgəsində ən çox ürək-damar xəstəlikləri, göz xəstəlikləri və irsi xəstəliklərdən əziyyət çəkirlər. İrsi xəstəliklər daha çox qohum evlilikləri olduğu üçündür. Yuxarı aşağı zonadan başqa hər bir kəndin özünün də spesifik xəstəlikləri var. Burada bir cürdür, digərində başqa cür”. Sonda qeyd edək ki, rayonda insanların rahat yaşaması üçün ən vacib iaşə müəssisələrinin olmaması sakinləri ciddi narahat edir. Onlar bu vəziyyətə görə əsas günahı rayon rəhbərliyində görürlər.
Bundan əlavə, Xızı Azərbaycanın turizm bölgələrindən biridir. Ölkənin bir neçə iri istirahət mərkəzləri, otelləri, turizm nümayiş obyektləri bu rayonda yerləşir.
Məlumat üçün bildirək ki, rayonun icra başçısı Xəzər Aslanovdur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Bu gün, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Bu gün, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Bu gün, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Bu gün, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Bu gün, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Bu gün, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Bu gün, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Bu gün, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Bu gün, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Bu gün, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Bu gün, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Bu gün, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Bu gün, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
• USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04 |
|
|
|
• “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00 |
|
|
|
• İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58 |
|
|
|
• "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50 |
|
|
|
• “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45 |
|
|
|
• 1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45 |
|
|
|
• Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38 |
|
|
|
• Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37 |
|
|
|
• USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32 |
|
|
|
• Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• "Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28 |
|
|
|
• Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23 |
|
|
|
• Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20 |
|
|
|
• "Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17 |
|
|
|
• 92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı - İndi bəraət aldı
Bu gün, 15:15 |
|
|
|
• Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39 |
|
|
|
• İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37 |
|
|
|
• Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub
Bu gün, 14:30 |
|
|
|
• "Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" - deputat
Bu gün, 14:00 |
|
|
|
• Mövcud olmayan sensasiya - Ortada heç bir əsas yoxdur axı...
Bu gün, 13:58 |
|
|
|
• Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:51 |
|
|
|
• Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ - AKTUAL
Bu gün, 13:04 |
|
|
|
• Xankəndidə dəhşətli gecə: 200-dən çox erməni necə öldü? – Onun adı hallanır
Bu gün, 13:01 |
|
|
|
• Sərkisyana sui-qəsdlə bağlı iki versiya: - onu kim öldürüb?
Bu gün, 13:00 |
|
|
|
• AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu - İMZALANIB
Bu gün, 12:54 |
|
|
|
• Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır – Rəsmi statistika
Bu gün, 12:47 |
|
|
|
• Həbsdəki general 12 milyon 415 min ödəməsinin nəzərə alınmasını istəyir - GƏLİŞMƏ
Bu gün, 12:44 |
|
|
|
|