Təhsil sistemimizin ABSURDLARI... - Gənc nazirimiz bilsə yaxşıdır...
Tarix: 10-12-2021, 09:43 | Çap et
Deputat Etibar Əliyev: «Təhsil nazirliyinin mərkəzi aparatında demək olar ki, mütəxəssis yoxdur. Əksəriyyəti dostluq, qohumluq, sinif yoldaşı, tələbə yoldaşı prinsipi ilə təyin olunublar»
Təhsil nazirliyinin müşaviri Elnur Nəsibov: «Bağda ərik var idi, salam-əleyk var idi. Bağda ərik qurtardı, salam-əleyk qurtardı»
Pandemiyanın çox ciddi zərbə vurduğu təhsil sistemi görülən bütün tədbirlərə, aparılan bütün islahatlara rəğmən hələ də cəmiyyətin ən ağrılı yeri olaraq qalmaqdadır. Az qala təcrübə laboratoriyasına dönən təhsilimizdə bir çox ölkələrin praktikası tətbiq edilsə də istənilən nəticə əldə olunmur. Bir çox hallarda naşı idarəçilik, sistemə yad olan kadrların prosesləri idarə etməsi pedaqoji mühiti acınacaqlı duruma salıb. Axşama qədər mənasız kağız yığınlarının içərisində eşələnməyə məcbur olan müəllimlər proseslərin arxasınca sürünməyə məhkumdur. Hansısa nazirliyin dəftərxanasını xatırladan məktəblərdə müəllimlər təzyiq, xof altında müxtəlif sənədlər yazmalı, summativlər çıxarmalı, jurnallar doldurmalı və imkan olarsa dərs də keçməlidirlər. Fakt odur ki, bu gün təhsil sisteminə müxtəlif yollarla doluşan naşı kadrlar inzibati yollarla tədrisin anasını ağladırlar. Tamamilə sistemə yad olan və öz ixtisasına aid olan sahələrdə özünü doğrultmayan kadrlar bu gün Azərbaycan təhsilini “dirçəltməklə” məşğuldurlar. Deputat Etibar Əliyevin bu günlərdə yayımlanan müsahibəsində çox ciddi mətləblərə toxunulub. O haqlı olaraq qeyd edir ki, “Əksəriyyəti təhsilə aidiyyatı olmayan adamlardır. Özlərini təcrid olunmuş kimi aparırlar. Əksəriyyəti dostluq, qohumluq, sinif yoldaşı, tələbə yoldaşı prinsipi ilə təyin olunublar. Təhsil nazirliyinin mərkəzi aparatında demək olar ki, mütəxəssis yoxdur. Bunları ancaq qrant və lahiyələr düşündürür. Çünki ordan gələn pulu rahatlıqla silmək olur“. Deputatın müsahibəsində sadəcə bir məqama diqqət yetirsək təhsil sistemində hansı oyunların baş tutduğuna şahid olarıq. “Mənə məlumat veriblər ki, Fuad Babayev adlı bir məktəb direktoru 3 müavini olmuş qadını da direktor təyin etdirib və bu işi yüksək səviyydə bacardığına görə Bakı şəhər Təhsil idarəsinə sektor müdiri gətirilib. Onda bu imtahan oyunları nədir? Bakı məktəblərinə nazir müavini vəzifəsindən çıxarılmış Məhəbbət Vəliyeva indi də nəzarət edir. Çünki onların böyük əksəriyyətini əyri yollarla özünü təyin elətdirib.” Göründüyü kimi təhsil sistemində hələ də monopoliya, tayfabazlıq, klan prinsipləri hökm sürür. Nədəndirsə qosqoca təhsil nazirliyi “Məhəbbətin qüdrəti”nin qarşısında hələ də acizdir və paytaxt məktəbləri “portfelsiz nazirin” kurasiyasında qalmaqdadır. Bu arada deputatın bu statusundan Təhsil nazirliyində narahat olanlar olub. Belə ki, müşavir Elnur Nəsibov öz şəxsi facebook səhifəsində ünvanını göstərməyə cəsarət etməsə də (kstati nazirliyin öz XƏCALƏTİ, əstəğfirullah CƏSARƏTİ özünə bəsdir) belə bir status paylaşıb.«Bağda ərik var idi, salam əleyk var idi. Bağda ərik qurtardı, salam əleyk qurtardı». Nə isə, məşhur kinoda deyildiyi kimi, «matroslar dalaşanda aralarına girməzlər». Qayıdaq millət vəkilinin müsahibəsində qeyd etdiyi “onda bu imtahan oyunları nədir?” fikrinə. Ondan başlayaq ki, təhsil nazirliyinin təhsilin inkişafına xeyri olan istənilən təşəbbüsünü alqışlamışıq, saytımızda dəstək vermişik. Hələ illər öncə şagird qəbulunun və yerdəyişməsinin vahid elektron sistemlə həyata keçirilməsi üçün təşəbbüs irəli sürmüş, bu barədə silsilə yazılar yazmışdıq. Doğrudur sonradan bizim təklifimiz M.Vəliyeva tərəfindən özününküləşdirilərək təqdim olundu. Amma hər halda təşəbbüsümüzün həyata keçirilməsi naminə çox da dərinə getmədik. Bu gün də deputatın “imtahan oyunu” adlandırdığı məsələyə bir qədər geniş yanaşmaq istəyirik. Müəllimlərin işə qəbulu və yerdəyişməsi imtahan balları əsasında baş tutur. Bu zaman heç bir əsası olmayan absurd bir proses-sırf müəllimlərin incidilməsinə hesablanan bürokratik əngəl formalaşdırılır. MİQ nəticəsi ilə paytaxt məktəblərində yerdəyişmə etmək istəyən müəllimlər yenidən imtahana cəlb olunur. Əgər müəllim Bakı məktəbləri üçün məqbul balı toplayıbsa onun yerdəyişmə üçün yenidən imtahana cəlb olunmasına hansı ehtiyac var. Şəxs artıq imtahan verib və lazım olan balı toplayıb. Sadəcə Bakı daxilində məktəbi dəyişir. Onun yenidən imtahana cəlb olunması hansı məntiqə sığır? Eyni proses rayondaxili və yaxud rayonlararası yerdəyişmələrə də aiddir. İşə qəbul üçün lazım olan balı toplayan müəllim yenidən prosesə sıfırdan başlamalı olur. Təbii ki, bütün bunlar əlavə vaxt itkisi və bürokratik əngəllər yaradır. Təklif edirik ki, MİQ ilə Bakı məktəbləri üçün lazım olan balı toplayan şəxs paytaxt daxilində yerdəyişmə etmək istəyərkən yenidən imtahana cəlb olunmasın. Əgər müəllim rayondan paytaxta gəlmək istəyirsə yenidən imtahana cəlb olunması lazımdır. Amma Bakı üçün lazım olan balı toplayan müəllimin yenidən imtahan olunmasına nə hacət. Adamın yadına məhşur lətifəəki söz düşür- Şəkidən Bakıya da 5 manat, Bakıdan Bakıya da 5 manat? İnanırıq ki, nazirliyin rəsmiləri təklifimizi ciddi dəyərləndirəcək və bu bürokratik əngəlin aradan qaldırılmasına yardımçı olacaqlar.
Nicat Mahmudov Rubrika.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57 |
|
|
|
• Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53 |
|
|
|
• 26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53 |
|
|
|
• Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49 |
|
|
|
• Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47 |
|
|
|
• Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39 |
|
|
|
• Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38 |
|
|
|
• Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35 |
|
|
|
• Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32 |
|
|
|
• ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 15:29 |
|
|
|
• "Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" - XƏBƏRDARLIQ!
Bu gün, 15:22 |
|
|
|
• Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır - Paşinyan BELƏ DEYİR...
Bu gün, 15:19 |
|
|
|
• “Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” - Keçmiş diplomat
Bu gün, 15:17 |
|
|
|
• Həyat yoldaşı Niyazi Mehdidən danışdı - Ayağı kəsilə bilər
Bu gün, 15:16 |
|
|
|
• Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar - BU NƏDİ BELƏ?..
Bu gün, 15:09 |
|
|
|
• Rusiyanın xəritə təklifini qəbul etmək olmaz - ÇÜNKİ...
Bu gün, 14:00 |
|
|
|
• Müəllimlər narazıdır: - "Elə nazirlikdə də qəribə proseslər baş verir"
Bu gün, 13:58 |
|
|
|
• Rusiyanın müttəfiqliyə zidd addımları: - Yaxud baltanı “öz ayağına vuranlar"
Bu gün, 13:12 |
|
|
|
• Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? - RƏSMİ AÇIQLAMA
Bu gün, 13:01 |
|
|
|
• Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var - ŞOK DETALLAR
Bu gün, 12:56 |
|
|
|
• Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır - Samir Əli yazır...
Bu gün, 12:51 |
|
|
|
• Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:50 |
|
|
|
• Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33 |
|
|
|
• "Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29 |
|
|
|
• Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21 |
|
|
|
• Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08 |
|
|
|
• Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02 |
|
|
|
• Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00 |
|
|
|
• Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56 |
|
|
|
• Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52 |
|
|
|
• Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46 |
|
|
|
• DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41 |
|
|
|
• Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30 |
|
|
|
• Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26 |
|
|
|
• Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18 |
|
|
|
• Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12 |
|
|
|
• AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11 |
|
|
|
• Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08 |
|
|
|
• Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02 |
|
|
|
• AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54 |
|
|
|
• "Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52 |
|
|
|
• Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50 |
|
|
|
• Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48 |
|
|
|
• Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42 |
|
|
|
• Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39 |
|
|
|
• "Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29 |
|
|
|
• “Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” - KİV
Bu gün, 10:28 |
|
|
|
• Nərimanov sakinləri Elgin Həbibullayevi məhkəməyə VERDİ
Bu gün, 10:24 |
|
|
|
|