Ermənistanın hakim partiyası "Vətəndaş müqaviləsi"nin deputatı, baş nazirin keçmiş aparat rəhbəri Arsen Torosyan diqqət çəkən açıqlamalar verib. "News.am"ın yaydığı məlumata görə, o, İctimai Televiziyanın efirində çıxışı zamanı qondarma erməni soyqırımı məsələsinin şişirdilməməsini məsləhət görüb. Torosyan qeyd edib ki, "soyqırımı"nın beynəlxalq səviyyədə tanınması və pislənməsi Ermənistanın xarici siyasətinin prioriteti olmamalıdır.
"Erməni soyqırımı"nın bütün dünyada tanınması hər bir ölkənin öz qarşısına qoyduğu vəzifə olmalıdır. Bu, müxtəlif dövlətlərin vəzifəsidir ki, soyqırımının pislənməsinə çalışsınlar. "Erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınması Ermənistanın xarici siyasətinin prioriteti olmamalıdır. Bir gün Türkiyənin "Erməni soyqırımı"nı tanıyacağı və ya təzminatlara razı olacağı kimi boş ümidlər, real olmayan xəyallarla nə vaxta qədər yaşaya bilərik axı?",- Torosyan qeyd edib.