Naxçıvan DTX-sı Naxçıvan DİN-də niyə əməliyyat keçirdi? - İLGİNC FAKTLAR
Tarix: 30-12-2021, 09:51 | Çap et
Əvvəlki əhvalatlarımızda qeyd etdiyimiz kimi, Naxçıvan MR-in daxili işlər naziri, general- leytenant Fazil Ələkbərovu yıxmaq üçün Rəşad İsmayılov adlı birisi Naxçıvan MR DİN-ə müavin təyin olundu. Rəşad İsmayılovun əsas missiyası Fazil Ələkbərovun əlini zəiflətmək idi. Bunun üçün də o, ilk işə Fazil Ələkbərovun kadrlarını nə yol ilə olursa olsun “vurmaq”dan başladı. Vurulan kadrlardan biri də Asim Hüseynov idi. Bəs Asim Hüseynov kimdir? Asim Hüseynov kimlərin əli ilə vuruldu? DİA.AZ-ın məlumatına görə, şərti olaraq “Qara pişik” adlandırdığımız informasiya qaynağımız dünən Ovqat.com-a verdiyi açıqlamada bu suallara aydınlıq gətirib. O bildirib ki, hüquq mühafizə orqanlarında da peşə namusu deyilən bir anlayış var və Rəşad İsmayılov Naxçıvan DİN-ə müavin təyin olunduğu gündən bu dövlət strukturunun namusunu ayaqlar altına salıb tapdalayıb, elə indi də öz işini davam etdirir. Bunun ən bariz nümunəsi isə Naxçıvan MR DİN-in Narkotiklərlə Mübarizə Şöbəsinin rəis müavini Asim Hüseynovun son 1 il 5 ayda başına gətirilən müsibətlərdir. Gəlin, əhvalatı “Qara pişiy”in öz dilindən eşidək:
“Müsibəti – Asim Hüseynov” “Asim Hüseynov Naxçıvan MR DİN-in Narkotiklərlə Mübarizə Şöbəsinin rəis əvəzi idi. Rütbəsi polis polkovnik-leytenantıdır. Təxminən 2020-ci ilin 10 avqustunda Asim Hüseynov Rəşad İsmayılovun təcili göstərişi ilə Naxçıvan MR DİN-in narkotiklərlə mübarizə aparatının müşavirəsini çağırdı. Müşavirədə Naxçıvan MR DİN-in bütün şəhər, rayon və nəqliyyatda polis orqanlarının Narkotiklərlə Mübarizə Bölmələrinin əməkdaşları iştirak edirdilər. Bunların içərisində Bahadur Əhmədov və Zaur Talıbov adlı əməkdaşlar da var idi. Müşavirə Asim Hüseynovun iş otağında keçirilirdi. Müşavirənin gedişində Asim Hüseynov otağındakı dəmir seyfdən narkotik nümunələri çıxararaq müşavirə iştirakçılarına göstərir. Daha sonra qanunsuz yolla karqo vasitəsilə Naxçıvana gətirilmiş cins şalvarın cibində aşkarlanan “patı”nı da müşavirə iştirakçılarına göstərir və izah edir ki, Naxçıvana kifayət qədər narkotik maddə keçirilir, bunun qarşısının alınması üçün daha çox çalışmaq lazımdır.
Naxçıvan "Gestapo"su iş başında. Baş rolda - Cəlil Rüstəmov
Asim Hüseynovun dəmir seyfdən narkotik nümunələri çıxardığını görən Bahadur Əhmədov və Zaur Talıbov müşavirədən çıxan kimi dərhal Rəşad İsmayılovun qəbuluna qaçır və olub bitənləri ona danışırlar. Rəşad İsmayılov isə buna çox sevinir və dərhal öz kirvəsi Ali Məclisin Hüquq Şöbəsinin müdiri, el arasında “Gestapo” ləqəbi ilə tanınan Cəlil Rüstəmova məlumat verir. Cəlil Rüstəmov isə Ali Məclisin sədri cənab Vasif Talıbova ərz edir ki, bəs Asim Hüseynov narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğuldur və Naxçıvan MR DTX-nı, eləcə də Prokurorluğunu bu işə cəlb edib DİN-də əməliyyat keçirmək lazımdır. “Gestapo” Cəlil bu dəfə də cənab Vasif Talıbovu aldada bilir. Vasif müəllim qərar verir: dərhal Naxçıvan DİN-də əməliyyat keçirilsin! DTX-nın DİN-də narkotik əməliyyatı Hadisədən 1 gün sonra Naxçıvan DTX və Proskurorluğu Naxçıvan MR DİN-də narkotik əməliyyatı keçirirlər. Əməliyyat nəticəsində Asim Hüseynovun iş otağından Etilmorfin, Heroin, Həşiş, Kokain, Kodein, Marixuana, Metadon, Metamfetamin, Trammadol və s. nümunələri götürürlər. Əməliyyat zamanı Fazil Ələkbərov da iş otağından düşüb Asim Hüseynovun xidməti otağına gəlir. Əməliyyatdan sonra Naxçıvan DTX Asim Hüseynovu həbs edir. Asim Hüseynov barəsində cinayət işi açılır. Bunlar öz yerində, bəs Bahadur Əhmədov və Zaur Talıbovun aqibəti necə olur?”
Bax belə rəisdir mayor Bahadur Əməliyyat = mükafat “Qara pişiy”in məlumatına görə, adı çəkilən hər iki şəxs mükafatlandırılır. Bahadur Əhmədov Şahbuz RPŞ-in rəisi təyin olunur. Özü də Cəlil Rüstəmovun xeyir-duası ilə. Cəlil Rüstəmov həmişə olduğu kimi yenə “xan”ı aldadaraq onu inandırır ki, Bahadur Əhmədov “as” kadrdır. “Xan” da həmişə olduğu kimi, yenə də böyük etimad bəslədiyi Cəlil Rüstəmovun yalanlarına inanır. “Xan”dan “okey” alındıqdan sonra Cəlil Rüstəmov şəxsən Bahadur Əhmədovu aparıb Şahbuz RPŞ-in şəxsi heyətinə təqdim edir. Adama deyərlər, ay “Gestapo” Cəlil, axı sən kimsən? Sən özünü nə hesab edirsən? Sənin nə səlahiyyətin var ki, aparıb polis rəisini təqdim edəsən?
Oturduğu budağı kəsən Zaur Talıbov
Zaur Talıbov isə Asim Hüseynovdan boşalan kresloya təyin olunur, yəni Narkotiklərlə Mübarizə Şöbəsinin rəis əvəzi olur. Bir müddət keçəndən sonra Cəlil Rüstəmov və Rəşad İsmayılov - iki kirvə əlbir olub bir “xan”ı növbəti dəfə inandırırlar ki, bəs Naxçıvan DİN-də ümumiyyətlə Narkotiklərlə Mübarizə Şöbəsinə ehtiyac yoxdur. Təsəvvür edirsinizmi, bu gün Muxtar Respublika statuslu Naxçıvanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparan qurum yoxdur. Soruşa bilərsiniz ki, niyə? “Mina”lardan təmizlənmiş narkotik yolu “Qara pişiy”in bu suala çox maraqlı cavabı var. Onun iddiasına görə, “böyük ehtimalla, Rəşad İsmayılov və Cəlil Rüstəmov həzrətləri yeni biznes sahəsinə əl atacaqlar, bunun üçünsə özlərinə problemsiz bazar, “minadan təmizlənmiş ərazi” yaradırlar”. Doğrusu, “Qara pişiy”in özü kimi qara-qura məlumatlarına inanmaq istəməsəm də, az qala özünü müstəqil dövlət kimi aparan o boyda Naxçıvan Muxtar Respublikasının DİN-də narkotiklə mübarizə aparan şöbənin niyə mövcud olmadığı sualına daha məntiqli cavab tapa bilmədim. Ümidvarıq ki, Muxtar Respublikanın əlaqədar qurumları bu müəmmanın altında yatan hikməti açıqlayar. Biz cəhənnəmə, Naxçıvanı “Qara pişik”lərə güldürməz.
Nazir əvəzi Rəşad İsmayılov
Bəs Asim Hüseynovun sonrakı aqibəti nə oldu? “Qara pişiy”in bu suala da özünəməxsus cavabı var: “Naxçıvandakı rejimə qarşı aparılan informasiya savaşından çəkinən “xan”ın havadarları şərləyərək tutdurduqları MR DİN-in Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi Asim Hüseynovu bir neçə gün əvvəl tələm-tələsik sərbəst buraxıblar (Çox şükür, “Qara pişik” də arada yaralı barmağa məlhəm ifraz edə bilirmiş). Əlbəttə ki, qarşılıqsız yox. İlk olaraq Asim Hüseynovdan Fazil Ələkbərovun əleyhinə geniş və “yağlı” izahat alınıb. Daha sonra Asim Hüseynova deyiblər ki, səni “xan” bağışlayıb, ona görə sərbəstsən. “Qara pişiy”in qan qaraldan sualları: “Əgər Asim Hüseynov həqiqətən də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olurdusa, siz niyə onu sərbəst buraxdınız? Axı “xan” kimdir, cinayət qanunvericliyinin tələblərini pozur? O, cinayət işinə xitam verə biləcək şəxsdirmi? Mən bilən, Azərbaycan qnunvericiliyinə görə, müqəssirləri və ya müttəhimləri yalnız bir nəfər əfv edə bilər – Azərbaycan prezidenti İlham Əliyev. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 538 nömrəli fərmanı ilə təsdiq edilmiş Əfvetmə haqqında Əsasnamənin 1. maddəsinə və Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinə əsasən, əfvetmə hüququ Azərbaycan Respublikası Prezidentinin müstəsna səlahiyyətinə daxildir. Başqa sözlə, əfvi yalnız Prezident verə bilər. Amma o belə, hər istədiyi şəxsi əfv etmək səlahiyyətinə malik deyil (“Qara pişik”dəki aslan ürəyinə bax, ha). Əfvetmə haqqında Əsasnamənin 8.3. maddəsinə görə, “ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı yarısını çəkdikdən sonra” əfv qərarı çıxarıla bilər. Narkotik maddələrin satışı ilə məşğul olmaq da ağır cinayətdir və CM-nin 234.4.3. bəndinə əsasən, bu cinayət mütəşəkkil dəstə tərəfindən törədildikdə təqsirləndirilən şəxsləri 5 ildən-12 ilə qədər həbs cəzası gözləyir. Əgər Naxçıvan DİN-in Narkotiklərlə Mübarizə Şöbəsinin rəis əvəzi narkotiklərin qanunsuz dövriyyəsi ittihamı ilə tutulmuşdusa, deməli, vəzifə səlahiyyətlərindən istifadə edərək sözügedən cinayət əməlini mütəşəkkil qaydada törədirmiş. Məntiqlə, ona CM-də nəzərdə tutulan ən ağır cəza verilməli idi. Və o, cəzasının yarısını çəkmədən (6 il) əfv olunmaq üçün ərizə yazmaq hüququna da malik deyildi. Yazsa belə, Prezident onu əfv edib azadlığa buraxa bilməzdi. Amma Naxçıvan Ali Məclisinin sədri cənab Vasif Talıbov buraxıb. Çünki o, Prezident yox, “xan”dır. “Xan” nə desə, o olur”. Növbəti yazılarımızda Mustafa Mustafayev, Elnur İsmayılov, Şərif Hüseynəliyev, Teymur Quliyevdən Naxçıvan Prokurorluğunda hansı məzmunda izahatlar alınması haqqında yazacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57 |
|
|
|
• Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53 |
|
|
|
• 26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53 |
|
|
|
• Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49 |
|
|
|
• Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47 |
|
|
|
• Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39 |
|
|
|
• Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38 |
|
|
|
• Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35 |
|
|
|
• Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32 |
|
|
|
• ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 15:29 |
|
|
|
• "Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" - XƏBƏRDARLIQ!
Bu gün, 15:22 |
|
|
|
• Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır - Paşinyan BELƏ DEYİR...
Bu gün, 15:19 |
|
|
|
• “Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” - Keçmiş diplomat
Bu gün, 15:17 |
|
|
|
• Həyat yoldaşı Niyazi Mehdidən danışdı - Ayağı kəsilə bilər
Bu gün, 15:16 |
|
|
|
• Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar - BU NƏDİ BELƏ?..
Bu gün, 15:09 |
|
|
|
• Rusiyanın xəritə təklifini qəbul etmək olmaz - ÇÜNKİ...
Bu gün, 14:00 |
|
|
|
• Müəllimlər narazıdır: - "Elə nazirlikdə də qəribə proseslər baş verir"
Bu gün, 13:58 |
|
|
|
• Rusiyanın müttəfiqliyə zidd addımları: - Yaxud baltanı “öz ayağına vuranlar"
Bu gün, 13:12 |
|
|
|
• Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? - RƏSMİ AÇIQLAMA
Bu gün, 13:01 |
|
|
|
• Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var - ŞOK DETALLAR
Bu gün, 12:56 |
|
|
|
• Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır - Samir Əli yazır...
Bu gün, 12:51 |
|
|
|
• Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:50 |
|
|
|
• Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33 |
|
|
|
• "Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29 |
|
|
|
• Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21 |
|
|
|
• Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08 |
|
|
|
• Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02 |
|
|
|
• Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00 |
|
|
|
• Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56 |
|
|
|
• Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52 |
|
|
|
• Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46 |
|
|
|
• DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41 |
|
|
|
• Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30 |
|
|
|
• Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26 |
|
|
|
• Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18 |
|
|
|
• Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12 |
|
|
|
• AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11 |
|
|
|
• Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08 |
|
|
|
• Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02 |
|
|
|
• AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54 |
|
|
|
• "Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52 |
|
|
|
• Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50 |
|
|
|
• Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48 |
|
|
|
• Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42 |
|
|
|
• Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39 |
|
|
|
• "Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29 |
|
|
|
• “Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” - KİV
Bu gün, 10:28 |
|
|
|
• Nərimanov sakinləri Elgin Həbibullayevi məhkəməyə VERDİ
Bu gün, 10:24 |
|
|
|
|