Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? .....                     Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var .....                     Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır .....                     Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var .....                     Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... .....                     "Fransa erməni revanşizmini dəstəkləyir" .....                     Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Tramp BRİKS-i hədələdi .....                     Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ .....                     Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş .....                     Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb .....                     Paşinyan Trampla “səhər yeməyinə” qaçır .....                     Şahin Bağırov onların rütbəsini artırdı .....                     Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, .....                     DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib .....                     Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər .....                     Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... .....                     Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... .....                     Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi .....                     AŞPA özünü dərin böhrana sürükləyir .....                     Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... .....                     Daha iki il sərhədimizdə .....                     AŞPA-da meydan ermənilərə qalıb .....                     "Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" .....                     Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... .....                     Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb .....                     Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... .....                     Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı .....                     "Bizdə internet niyə bu qədər bahadır?" .....                     “Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” .....                     Nərimanov sakinləri Elgin Həbibullayevi .....                     Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: .....                     Samir Şərifovun yerinə təyinat yubanır .....                     Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü .....                     Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU .....                     Qatillərin azad olunmasını istəyən AŞ PA... .....                     "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" .....                     İlyas İsmayılovun son vəziyyəti açıqlanıb .....                     Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı .....                 

Bakıda şirkət bir mənzili 5 nəfərə satıb... - Prezidentə müraciət olundu
Tarix: 11-02-2022, 09:14 | Çap et
Bakıda şirkət bir mənzili 5 nəfərə satıb...
Azərbaycanda hər növ mənzil dələduzluğuna rast gəlinib - GEN MMC, Mur-Ay MTK və onlarla rəhbəri fırıldaqçı olan tikinti firmasının adlarını çəkmək olar. Bu şirkətlərin sahibləri bir mənzili iki adama satdığı üçün hazırda dörd divarlıq hücrədə cəzasını çəkir, aldadılan sakinlərdən isə çoxunun pulu batıb, kimlərsə də baha qiymətə binaları təzədən almalı olublar. Amma "Sahil-S İnşaat” MTK və onun rəhbəri Taleh Allahverdiyev nə keçmişdə edilən dələduzluğa görə həbsdə olan fırıldaqçıların taleyindən ibrət dərsi çıxarıb, nə də onlara oxşayır, daha betəridir... Söhbət ondan gedir ki, Yeni Günəşli qəsəbəsinin A-B massivində inşa etdiyi binadan mənzillərin hər birini iki yox, dörd-beş adama satan T. Allahverdiyev heç bir orqandan çəkinmədən bu kələkbazlığı, saxtakarlığı davam etdirir.

DİA.AZ xəbər verir ki, bu barədə Anaxeber.info-ya məlumat verən sakinlərin sözlərinə görə, Prezident İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə, müraciət edirlər. Aldadılan vətəndaşlar müraciətində qeyd edirlər ki, "Sahil-S İnşaat” MTK rəhbəri T. Allahverdiyev dövlətin ali şəxslərindən, ölkənin qanunlarından çəkinməyərək hamıya meydan oxuyur. Əgər belə olmasaydı, bir mənzili 4-5 adama satdığına görə barəsində cinayət işi başlanar, həbs qətimkan tədbiri seçilərdi. Vətəndaşlar müraciətdə bildirirlər ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı abaş Mübarizə İdarəsi tərəfindən çağırılmış şirkət rəhbəri, daha sonra sərbəst buraxılıb və barəsində heç bir tədbir görülməyib. Bu da MTK sahibini arxayınlaşdırıb və ruhlandırıb. Odur ki, T. Allahverdiyev bildiyini edir, dələduzluq əməli ilə bağlı məsuliyyətə cəlb olunmur. Hazırda yüzlərlə sakin aldadılıb, pulları alınıb, amma bir mənzil 5 adama satılıb, heç birinə evlərin açarı verilməyib, bütün payçılarla oxşar müqavilələr imzalanıb. Prezidentə və Baş Prokurora müraciət edərək dövlətdən kömək istəyən aldadılmış sakinlər deyirlər ki, şirkət rəhbərinə cinayət işi açılmırsa, deməli, ya onu müdafiə edənlər var, ya da prokurorluq işi obyektiv araşdırmır. Müraciət müəllifləri K. Əliyevə inandıqlarını qeyd edir və istintaqın günü bu gün hərəkətə keçməsini gözləyir: "Cənab Prezident və hörmətli Baş Prokuror, Taleh Allahverdiyev adlı fırıldaqçı başımıza oyun açıb, bir mənzili 4-5 adama satıb, pullarımızı mənimsəyib, aldıqlarını qaytarmır. Xeyli müddətdir ki, üzləşdiyimiz bu qanunsuzluq, dərəbəylik haqda dövlət orqanlarını məlumatlandırırıq, ictimailəşdiririk, lakin nəticəsi yoxdur. Cənab Prezident yerli telekanallara müsahibəsində demişdi ki, bir çox özbaşınalıqlar, neqativ hallar barədə mətbuatdan xəbər tutur. Ona görə biz də mətbuat vasitəsi ilə bir daha dövlət rəhbərliyinə, baş prokurora üz tuturuq, yardım istəyirik. Bu şirkət rəhbəri həbs edilməlidir, bizim pullar qaytarılmalıdır. Ortalıqda böyük cinayət, mənimsəmə, dələduzluq faktı var. Amma səlahiyyətli orqanlar susurlar. Halbuki bu günədək bir çox belə fırıldaqçı şirkətlər cəzalandırılıb, sahibləri həbs olunub, bizə gəldikdə isə bu addım atılmır. Bu şirkətə pul ödəyən hər kəs sevinmişdi ki, kirayələrdən xilas olur, bir isti yuvaya sahiblənir, amma Taleh Allahverdiyev bu qədər insanın haqqını yeyib, aradan çıxıb, qəbuluna düşə bilmirik. Cənab Kamran Əliyevdən böyük gözləntimiz var ki, bu məsələyə reaksiya verib araşdırılmasını tapşıracaq. Əfsus ki, şirkətin sahibi nə tikintini başa çatdırır, nə evləri əsl sahiblərinə qaytarır, nə də eyni mənzili satdığı adamların pulunu verir. Bu adama qarşı dövlət orqanlarının susqun qalması başadüşülən deyil". Müraciətdə əlavə edilir ki, şirkətin vergidən yayınması, müqavilənin bağlanmasından sonra sazişləri pozub mənzillərin kvadratının qiymətini qaldırması haqda dəfələrlə məlumat verilib: "Amma bizə məlum olur ki, 2018-ci ildən bəri tikintini başa çatdırmayan şirkətin dərdi bu deyilmiş, demə, eyni mənzilləri bir neçə adama satıbmışlar. Biz istintaq aparılmasını və təcili cinayət işi açılmasını istəyirik. Necə ki digərləri həbs edilib, bu şəxs də eyni cəzanı almalıdır. Ümid edirik ki, dövlət və prokurorluq səsimizə səs verəcək. Ümumiyyətlə, Baş Prokurorluq aydınlıq gətirməlidir ki, nə üçün sözügedən şirkətlə bağlı araşdırma aparılmır, nə üçün sahibi dindirilərək sərbəst buraxılıb?! Görünür, onu qoruyan himayədarları var və prokurorluq orqanları addım atmaq istəmir. Lakin ortada cinayət əməli var, dələduzluğa yol verilib, Prezident baş prokurora böyük etimad göstərib, o da ictimailəşən məsələ barəsində göstəriş verməlidir. Biz pandemiya səbəbindən toplaşmırıq, qanunlara riayət edir, artan yoluxmaya əsasən yığışmırıq, amma bu gedişat bizi məcbur edir ki, tədbir görülməsə, haqqımızı tələb edək. Bununla belə, Taleh Allahverdiyevin fırıldaq əməlini qısa zamanda təftiş edib üzə çıxarmaq mümkündür. Bizim tək istəyimiz qanuni çərçivədə iş aparılsın, günankarlar cəzalansın, bizim pullarımız qaytarılsın, mənzillərin verilməsi ədalətli həllini tapsın. Necə olur ki, bir mənzil 5 adama satılır, ölkədə bu miqyasda dələduzluq var, amma prokurorluq göz yumur? Maraq nədir? Bəs, biz hara, hansı ölkəyə şikayət edək? Ayrı vaxt birinin dükanından 1 manat oğurlananda dərhal tuturlar, bizim isə mənzillər üçün verdiyimiz böyük pullar gedib, hərəkət yoxdur. Bu cəzasızlıq mühiti belə şirkət rəhbərlərini arxayın salır. Ona görə çox xahiş edirik ki, bizim dərdimizə çarə qılın, ümidimizi qırmayın".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? - RƏSMİ AÇIQLAMA
Bu gün, 13:01
Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var - ŞOK DETALLAR
Bu gün, 12:56
Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır - Samir Əli yazır...
Bu gün, 12:51
Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:50
Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33
"Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29
Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26
Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21
Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08
Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02
Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00
Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56
Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52
Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46
DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41
Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30
Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26
Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18
Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12
AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11
Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08
Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02
AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54
"Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52
Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48
Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42
Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39
"Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29
“Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” - KİV
Bu gün, 10:28
Nərimanov sakinləri Elgin Həbibullayevi məhkəməyə VERDİ
Bu gün, 10:24
Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: - Ölkədən pul çıxarılıb
Bu gün, 10:16
Samir Şərifovun yerinə təyinat yubanır - səbəb
Bu gün, 10:06
Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58
Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54
Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50
"İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46
İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44
Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38
"Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31
Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16
Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13
TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02
Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52
Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51
Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46
Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44
Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43
"Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru