Sabunçu kimin qanunları ilə idarə olunur? - İTTİHAM VAR...
Tarix: 7-05-2024, 08:19 | Çap et
Bir müddət əvvəl Sabunçu rayon Sabunçu qəsəbəsi "Mədən-4" ərazisində köhnə vaqonda acınacaqlı vəziyyətdə yaşayan ailə barəsində "DogruXeber.az" informasiya agentliyində məlumat dərc etmişdik. Eyni zamanda, ailənin xanımı Şairə Mürsəlova agentliyin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında canlı yayımlanan "Kamalın zamanı" proqramı ilə bağlantı yaradaraq, problemlərini dilə gətirmişdi.
Xatırlatmaq üçün bildiririk ki, Şairə Mürsəlova həyat yoldaşı Rahim İsgəndərov və 3 azyaşlı övladları ilə yuxarıda qeyd etdiyimiz ərazidə xeyirxah bir insanın onlar üçün satın aldığı köhnə vaqonda yaşayırlar.
Qeyd edək ki, ailənin həmin köhnə vaqonda böyütdüyü ilk övladı hazırda hərbi xidmətdədir. Digər üç azyaşlı uşaqların isə talassemiya daşıyıcısı olduqlarını deyən ana Şairə Mürsəlova Gürcüstan vətəndaşıdır. O, Astara rayon sakini Rahim İsgəndərovla 20 ildir rəsmi nigahda olsa da hələ də Azərbaycan vətəndaşlığı ala bilməyib. Səbəb olaraq isə sənədlərinin arxasınca getməsi üçün maddi durumunun olduqca zəif olduğunu deyir. Eyni zamanda Şairə xanım dializ xəstədir, həyat yoldaşı Rahim İsgəndərov 7 yaşından sonra səhhətində yaranmış ciddi problemlərə görə ağır işlərdə işləyə bilmir.
Bütün bunlara baxmayaraq, ailədə onlardan heç biri pensiya, yaxud digər müavinətlərdən yararlanmırlar. Ailənin yeganə qazanc gətirən övladı hərbi xidmətdə olduğu üçün, ata küçələrdən plastik qablar toplayıb satmaqla gündəlik çörək pulunu qazanır.
Şairə Mürsəlova bildirir ki, Astara rayonunda həyat yoldaşının babasından qalma uzun illər əvvəl palçıq kərpicdən tikilmiş köhnə, uçuq, yaşamağa yararsız bir daxma var, vəssalam. Orada yaşamağa nə bir evləri, nə də bir manat gəlirləri olmadığı üçün Bakıya gəlib, Sabunçu qəsəbəsində uçuq bir dama sığınıb, plastik qablar toplayıb satmaq kimi işlərlə məşğul olmaq məcburiyyətində qalıblar.
Qeyd edək ki, Sabunçu rayon İcra Hakimiyyətinə ailəyə imkanları daxilində kömək etmələrini xahiş etmək üçün redaksiyamız adından rəsmi müraciət göndərdik. İcra Hakimiyyəti ailəyə kömək etmək üçün büdcəsində pul olmadığı cavabını verdi.
Halbuki, Sabunçu rayonunun "hər qarşından sərvət çıxdığı" barəsində dəfələrlə "DogruXeber.az"da məlumatlar dərc etmişdik. "Sərvət" deyərkən, rayonun ərazisində aparılan qanuni, qanunsuz aparılan bütün tikintilər nəzərdə tuturuq.
Qanuni tikintilər apardığımızda belə qapımıza düzülən aidiyyatı qurum nümayəndələrinin ən önündə icra hakimiyyəti işçiləri olduğu yəqin ki, hamımıza tanış səhnədir.
Qanunsuz tikintiyə gəldikdə isə Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə inşa olunan üç mərtəbəli iaşə obyektini, Elşən Mehdiyev küçəsində məişət tullantıları ilə doldurulmuş göl yerində, həmçinin Balaxanıda, Zabrat-1 qəsəbəsində "Yeni məhəllə" adlanan ərazilərdə inşa edilən yaşayış evlərini fotoşəkilləri ilə birlikdə yayımlamışdıq. icra hakimiyyəti Zabrat-1 ərazisindəki evlərin tikintisinin qanuni aparıldığını dedi, amma tikinti aparan yerli sakinlər redaksiyamıza, "burda onsuz da heç kimin sənədi yoxdur" deyə bildirmişdi. Elşən Mehdiyev küçəsi barəsində ümumiyyətlə susan rayon rəhbərliyi, Qambay Vəzirov küçəsindəki tikintinin qanunsuz aparıldığını təsdiq edərək, bu barədə Şəhərsalma və Arxitektura Komitəsinə məlumat verdiklərini demişdi. ARXKOM da sorğumuza cavabında tərəflərindən icra hakimiyyətinə yönləndirildiyini bildirmişdi.
Bir sözlə - neft şirkəti, ARXKOM, Əmlak Məsələləri Dövlət Xidməti, Fövqəladə Hallar Nazirliyi və Sabunçu rayon icra hakimiyyəti Qambay Vəzirov küçəsindəki qanunsuz tikinti barəsində qanuni tədbir görülməsi məsələsini "pas-pas topu" kimi bir-birinə ötürməklə, tikintinin başa çatdırılmasına vaxt qazandırırlar. Deyəsən, bu aidiyyatı qurumların heç biri sözügedən tikintini aparan və insanlar arasında "mən işimi yuxarılarla görürəm" deyə öyündüyü deyilən bu sahibkarla "münasibətini korlamaq" istəmir. Qeyd edək ki, Şairə Mürsəlova "Kanal14"də canlı yayımda problemini səsləndirdikə agentliyin rəhbəri, eyni zamanda proqramın aparıcısı Kəmal Əsgərov ona Sabunçu rayon İcra Hakimiyyətinə gedib yenidən müraciət etməsini tövsiyyə etdi. Şairə xanım icra hakimiyyətindən zəng edərək, onları qəbul etmədiklərini bildirdikdə, Kamal Əsgərov özü İcra Hakimiyyətində İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurovla telefon əlaqəsi saxlayıb, ailəni qəbul etmələrini və onların problemlərinə dair müvafiq köməklik göstərmələrini xahiş etdi.
Ədalət Teymurov gah elə dinləmədən əvvəl mənə aid deyil, bu başqa şöbəyə aid məsələdir, deyib, tələsik yayınmağa, gah da özünü "şirindil" göstərib, xoşluqla yola verməyə çalışdı. Bunların işə yaramadığını görüncə isə ona aid olmadığını deyib, telefonu söndürdü.
Təəssüflər olsun ki, nəticə etibarilə icra hakimiyyətində vətəndaşa köməklik göstərməkdən imtina etdilər. Gətirdikləri səbəb isə ailə başçısının Astara rayon sakini olmasıdır.
Xanımın sözlərinə görə o, Astara rayon İcra Hakimiyyətinə də müraciət edib və icra başçısı Qəzənfər Ağayev ona yalnız qazi, yaxud şəhid ailələrinə kömək etdiklərini, onlara heç bir kömək edə bilməyəcəklərini deyib.
Astara rayon Ərçivan qəsəbə sakini olduğunu deyən və "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradan Zeynəb Tağıyeva isə qazi İlkin Tağıyevin anası olduğunu, buvaxta qədər icra hakimiyyətinin onlarla ümumiyyətlə maraqlanmadığını, hətta qəsəbədəki evlərinin yaşamağa yararsız vəziyyətdə olduğunu bildirib. O, İcra Hakimiyyətinə dəfələrlə müraciət etdiyini, başçının müavini İlqar Mayılova evin görüntülərini şəxsən göndərdiyini, lakin bu günə qədər nəinki köməklik göstərilməsi, ümumiyyətlə ona cavab verilmədiyini deyir.
Görünür Qəzənfər Ağayev vətəndaşa, "yalnız, şəhid ailələrinə, qazi və veteranlara köməklik göstərdiklərini" deməklə, əksər məmurların sui-istifadə etdiyi o, "məşhur pafoslu bəhanə"dən vətəndaşı "yola vermək" üçün istifadə edib.
Beləcə, adı çəkilən məmurlar ölkə başçısının tapşırıqlarına zidd olaraq xalqa xidmət etmək yerinə, xalqla dilənçi kimi rəftar edir, onları sözün əsl mənasında "başlarından eləmək" üçün bir-birinə ötürürlər. Nəticədə kiçik problemlər belə vətəndaşları dövlətdən, hakimiyyətdən incik salana qədər böyüyür.
Kim bilir, bəlkə elə onların məqsədi də məhz budur?!...
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Bu gün, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Bu gün, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Bu gün, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Bu gün, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Bu gün, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Bu gün, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Bu gün, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Bu gün, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Bu gün, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Bu gün, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Bu gün, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Bu gün, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Bu gün, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Bu gün, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Bu gün, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Bu gün, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Bu gün, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Bu gün, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Bu gün, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Bu gün, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Bu gün, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Bu gün, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Bu gün, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Bu gün, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Bu gün, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Bu gün, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Bu gün, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Bu gün, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Bu gün, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Bu gün, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Bu gün, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Bu gün, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Bu gün, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Bu gün, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Bu gün, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Bu gün, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Bu gün, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Bu gün, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Bu gün, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Bu gün, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Bu gün, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Bu gün, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Bu gün, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07 |
|
|
|
• Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05 |
|
|
|
• Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03 |
|
|
|
|