"O qədər telefon nömrələri yazıb verirdilər ki, Gulya, Seva… cırıb atırdıq"
Tarix: 14-10-2016, 09:14 | Çap et
Bəzi sənətkarlar var ki, onları yola gətirmək üçün aylarla zəng etməli, xahişdə bulunmalı oluruq. Bundan nə bezirik, nə də yoruluruq. Müsahibəyə razılıqlarını alanda isə sevinirik. Mediadan və efirlərdən uzaq düşən o məşhurların nazıyla oynamağa da dəyər. Çünki əsil sənətkarla həmsöhbət olmağın ayrı ləzzəti var. Onlardan biri də Akif İslamzadədir. Deyir ki, nə az, nə çox düz 30 ildir ki, oxumur. Amma indən belə 30 il oxumasa da, Akif İslamzadə sevənlərinin yaddaşında əsil sənətkar olaraq qalacaq.
Bağda öz hücrəsində öz dünyası ilə baş-başa qalan sənətkarı söhbətə çəkdik.
- Akif müəllim, çoxdandır efirlərdə də görünmürsünüz, sənət aləmində baş verənlərdən xəbərdar olursunuz?
- Mən ümumiyyətlə, televizora baxmıram. Baxanda da idman kanallarını açıb futbolu izləyirəm.
- Heç olmasa saytları, qəzetləri izləyirsinizmi?
- 30-40 ildir ki, mətbuatı da izləmirəm.
- Yəni sənət aləmində baş verən qalmaqallardan da xəbəriniz olmur?
- Ara-sıra qulağıma gəlib çatır.
- Reaksiyanız necə olur bəs?
- Ümumiyyətlə, əsil sənətkarın qalmaqalla məşğul olmağa vaxtı qalmaz. Qalmaqalı, dedi-qodunu sənət adamına yaraşdırmıram. Allah ruzi verib, onlar da ruzilərinə təpik atırlar. Bir var qibtə, bir də var paxıllıq, mən heç vaxt kimlərəsə paxıllıq etməmişəm.
- Yəqin, bu da qulağınıza gəlib çatıb, Əli Mirəliyev mətbuata açıqlamasında tez-tez belə ifadə işlədir ki, o vaxtlar toylara gedən bir mən olmuşam, bir də Akif İslamzadə...
- Elə şey olmayıb. Bəs onda Hüseynağa Hadıyev, Gülağa Məmmədov, Zaur Rzayevin, Anatollu Qəniyevin adını niyə çəkmir? Axı onlar da sevilən sənətkarlar olub.
- Əli Mirəliyevin özünü öyməklə yanaşı, saçlarını boyayan yaşlı sənətkarlara da istehza edir, buna münasibətinizi bilmək maraqlı olardı…
- Düz eləmir. Hər kəsin öz işidir, saçını boyayır, ya boyamır. Başqalarının şəxsi işinə müdaxilə etmək lazım deyil. Bizim dövrümüzdə sənət adamı yalnız sənətlə məşğul olurdu, qalmaqalla yarışmırdı.
- Bir çoxları gündəm naminə qalmaqal edir, bəziləri də toylarının sayının artması üçün...
- Bizim vaxtımızda toy sahibləri özləri gəlib bizi axtarırdı. İlin 30 ayını məni toya dəvət edirdilər, abrıma qısılıb 7-8-nə razılıq verirdim. Toylardan 30-40 min manat pul qazana bələrdim. Yadımdadır ki, 1984-cü ilin aprelində 28 toy oxudum. Kim gəlirdi, imtina etmirdim.
- Toy sahibinin kimliyi sizin üçün maraqlı idi?
- Bizim öz çevrəmiz vardı. Toy sahibi ilə 2-3 dəqiqə danışandan sonra bilirdim ki, necə adamdır. Danışığından, hətta qalstukunu necə bağlamasından başa düşürdüm ki, o, necə insandır. Əlbəttə hər adamın toyunda oxumazdım. Abır-həyamızı qoruyardıq.
- İndi bəzən eşidirik hansısa müğənni toyda döyülüb, ya məclisdən qovulub. O dövrdə belə xoşagəlməz hallarla rastlaşırdınız?
- Toydur, orada içki məclisi də olur. Amma biz özümüzə hörmət edirdik. Özümüzü elə aparırdıq ki, kimsə bizə “gözün üstə qaşın var” deyə bilmirdi. Artıq-əskik söz eşitsəydik, bunu toydan sonra həll edərdik.
- Necə?
- Toydan çıxandan sonra gedib gecə saat 3-də kimisə evində yatdığı yerdən qaldırmışam. Toya getdiyim ilk gündə anamın mənə bir nəsihəti olub. Deyib ki, oğlum, getdiyin məclisdə cürbəcür insanlar ola bilər, nəbadə hansısa qadına baxasan, kiməsə “svidaniya” verəsən, südümü sənə halal etmərəm. O qədər telefon nömrələri yazıb verirdilər ki, Gulya, Seva… cırıb atırdıq. Hamısını görməzliyə, eşitməzliyə vururduq. Biri oxumağımı bəyənirdi, biri özümə vurulurdu.
- Xanımların sevgisindən sui-istifadə edirdiniz?
- Abır-həyamız vardı. İllərlə dostlarımın evinə gedib-gəlirdim, amma yolda onların həyat yoldaşlarını, bacılarını görəndə tanımırdım.
- Lap çoxdan bir müsahibənizi oxumuşdum, orada demişdiniz ki, həyatda “brodyaqalıq” həyatı da yaşamışam…
- “Brodyaqalıq” etməmişəm, amma maraqlı yaşamışam.
- İmkanlı ailənin övladı olmusunuz, özünüz də məşhur. Bildiyimiz qədər o vaxtlar həm də dəbi diktə edən müğənni olmuşunuz...
- Geyimlərimi xaricdən alıb gətirirdik, onda pal-paltar “defisit” idi, indiki kimi bolluq yox idi. Toydan qazandığım pulları Moskvaya aparıb dollara dəyişirdim. Başqaları araq, ikra aparıb satırdı, amma mən alveri özümə sığışdırmırdım. Onda dollar yasaq idi. Dollar gəzdirənə iş kəsərdilər. Rusiyada azərbaycanlı uşaqlar vardı, çatan kimi pulumu alıb dollara dəyişirdilər.
- Pulları necə keçirirdiniz, o vaxtlar ciddi nəzarət vardı axı?
- Elə cibimdə aparırdım. Allahdan iş elə gətirirdi ki, məni yoxlamırdılar. O qədər Moskvaya pullar aparıb dollara dəyişmişəm ki…
- Həyatınızda hansı rənglər daha çox üstünlük təşkil edib, qara, boz, yoxsa əlvan?
- Qaranın nəyi pisdir ki? Həyatım enişli-yoxuşlu olub. Bu həyatda böhtan da görmüşəm, məkr də, xəyanət də… Amma yaşadığım həyatı olduğu kimi qəbul etmişəm. Məyusluqlarım da olub, itkilərim də.
- Hansı itki ilə heç vaxt barışa bilməmisiniz?
- Valideynlərimin itkisi ilə. Anam məndən nigaran getdi. O həmişə mənə deyirdi ki, səni dəyirmana ölü salsan, diri çıxarsan. Ölümündən bir qədər əvvəl bağda oturmuşduq, qəfildən mənə dedi ki, oğlum sən möhkəm kişisən. Soruşdum ki, xeyir ola, bu nə sözdür? Dedi ki, sənin başına gələn mənim başıma gəlsəydi, havalanardım. Səsimin batmasını nəzərdə tuturdu. O vaxtdan düz 30 il keçib, onda 38 yaşım vardı.
- Çox acıdır yəqin ki, bunu xatırlamaq?
- Allahdan gələn dərdi də dərman kimi qəbul etmişəm. Əslində mən o vaxt tamam başqa tərzdə oxumaq istəyirdim, amma qismət olmadı.
- Hansı tərzdə?
- Muğam, ilahilər, mərsiyələr. Allah o yolu mənim üçün bağladı. Demək ki, məsləhət bilmədi.
- Mən öz həyat təcrübəmdə də görmüşəm, insan həyatla ölüm arasında qalandan sonra Allahı daha çox dərk etməyə başlayır… Sizdə də belə oldu?
- Bəli. 1987-ci ildə Moskvada mənə dəhşətli diaqnoz qoydular - bədxassəli şiş. Bütün analizlər bunu göstərirdi. İki-üç ay neyləyəcəyimi bilmədim. Yatanda həmişə işıqları bütünlüklə söndürürdüm, amma bu xəbərdən sonra gecələr işıqda yatmağa başladım. Səhərə qədər kitab oxuyurdum. 2-3 aydan sonra ümumiyyətlə, bu xəstəliyi yaddan çıxardım, mənə sadəcə olaraq proseslərin davamını izləmək maraqlı idi. Yadımdadır, həmin xəbəri alanda Moskvada küçəyə çıxdım, külək uğuldayırdı, qarğalar uçurdu.
- Bəs sonra nə oldu?
- Allahın möcüzəsidir ki, o dəhşətli diaqnozdan sonra 30 ildir ki, yaşayıram. Əməliyyat olundu, səs telimin birini çıxardılar. İndi səs telimin biri yoxdur.
- Bunu xatırlamaq sizə yəqin ki, ağırdır?
- Allah səsimi əlimdən aldı, ağlımı ki, almadı. Elə səsli müğənnilər tanıyıram ki, ağlı yoxdur.
- Həyatınızda elə bir günah işləmisiniz ki, bağışlanmağınız üçün Allaha yalvarasınız?
- Bəndə qarşısında səhvlərim ola bilər, amma günahım yoxdur. Lakin Allah qarşısında hamımızın günahı var, mənim də. Ona görə də tövbə qapısı həmişə açıqdır.
- Akif müəllim öz ifanızı, lent yazılarınızı dinləyirsiniz?
- Mən özümə heç vaxt qulaq asmıram.
- Niyə?
- Nə bilim. Əvvəldən elə olub. Özünə qulaq asmaq, güzgüdə özünə tamaşa etmək kimi bir şeydir.
- Bəs təsadüfən radioda, televiziyada mahnılarınızı eşidəndə reaksiyanız necə olur? Deyirsinizmi ki, əhsən, sənə Akif?
- Əksinə deyirəm ki, bu mahnını indi başqa cür oxuyardım.
- Mahnılardan söz düşmüşkən, bu gün kimləri dinləyirsiniz?
- Hacıbaba, Şövkət Ələkbərova, Nisə Qasımova, Alim Qasımov, Brilliant Dadaşova, Eyyub Yaqubov, Nazim, İlqar Muradov, Aygün Kazımova, Fərqanə Qasımova, Yavər Kələntərli bir dəfə demişdi ki, səsim var, amma heyim yoxdur oxumağa. Sizə bir söz deyim, insan yaşa dolsa da, səs heç vaxt itmir, sadəcə olaraq oxumağa enerjisi qalmır.
- Kimlərlə dostluq edirsiniz?
- 50 illik dostlarım var, onlarla bu gün də dostluğumu davam etdirirəm.
- Bəs sənət adamlarından?
- Elə sadaladığım bu insanlar.(publika.az)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Bu gün, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Bu gün, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Bu gün, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Bu gün, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Bu gün, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Bu gün, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Bu gün, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Bu gün, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Bu gün, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Bu gün, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Bu gün, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Bu gün, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Bu gün, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Bu gün, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Bu gün, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Bu gün, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Bu gün, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Bu gün, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Bu gün, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Bu gün, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Bu gün, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Bu gün, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
• USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04 |
|
|
|
• “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00 |
|
|
|
• İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58 |
|
|
|
• "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50 |
|
|
|
• “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45 |
|
|
|
• 1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45 |
|
|
|
• Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38 |
|
|
|
• Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37 |
|
|
|
• USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32 |
|
|
|
• Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• "Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28 |
|
|
|
• Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23 |
|
|
|
• Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20 |
|
|
|
• "Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17 |
|
|
|
• 92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı - İndi bəraət aldı
Bu gün, 15:15 |
|
|
|
• Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39 |
|
|
|
• İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37 |
|
|
|
|