
DİA.AZ: - Türkiyəli müğənni Adil Karaca #evdəqal günlərində də sevindirdi.
DİA.AZ xəbər verir ki, ifaçı “Sarılmadım ki” adlı yeni mahnısını təqdim edib. Bəstənin sözləri Həsən Babayeva, musiqisi Orxan Mürvətliyə məxsusdur.
A.Karaca yeniliyi haqda bunları deyib: "Zamanında doya-doya sarılmadığımız insanların qədrini, təəssüfki indi bilirik... İnanıram ki, aramızda böyük məsafələr saxladığımız anda, “ Sarılmadım ki” adlı mahnım qəlbən bizi biri-birimizə yaxın edəcək".