
Gürcü musiqiçilər Azərbaycana dəstəklərini nümayiş etdiriblər. “Qafqazinfo” xəbər verir ki, 6 ifaçı bir araya gələrək məşhur “Ayrılıq” mahnısını ifa ediblər.
Onlar bununla da, son dövrlər Azərbaycan-Ermənistan cəbhə xəttində baş verən hadisələrdə ölkəmizə həmrəyliklərini bildiriblər. Videonun girişində Azərbaycanın uğurlarına sevindikləri də qeyd olunub:
“Bu ölkə hər zaman etibar edə biləcəyimiz, bizim uğurlarımıza sevinən ölkədir. Bu dostluq bütün gürcülərin fəxr etdiyi dostluqdur. Sevgili Azərbaycan, bu mahnı bizdən, sizin gürcü bacı-qardaşlarınız adından sizin üçün səslənir”.
https://qafqazinfo.az/news/player?id=301132&l=/uploads/files/WhatsApp Video 2020-10-09 at 08_24_48.mp4