"Prezidentimiz düz deyir, onları iti qovan kimi qovmaq lazımdır"
Tarix: 16-10-2020, 17:35 | Çap et
 Müzəffər ordumuz 20 gündür ki, torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizə aparır. Uğurlu döyüş əməliyyatları nəticəsində otuz ildir düşmən tapdağında olan rayon, qəsəbə və kəndlərimiz, əhəmiyyətli mövqedə yerləşən yüksəkliklərimiz azad olunub. Bütün bunların sevinci ilə yanaşı şəhidlərimizin, düşmən təxribatı nəticəsində həlak olan dinc əhalinin hüznü də ürəyimizi dağlayır. Sözün əsl mənasında bir gözümüz gülür, biri ağlayır. Elegiya kimi ömür, gün yaşayırıq.
Şuşadan olan sevilən aktrisa, xalq artisti Firəngiz Mütəllimova da “Sherg,az”a həm sevincli, həm də kədərli olduğunu bildirib. Sənətkar Şuşa ilə bağlı xatirələrindən də söz açıb danışıb:
“Sərhəd bölgələrində yaşayan insanların halını başa düşürəm. Çünki ailəm bir ildən çox Şuşada həmin şəraitdə yaşayıb. O zamanlar da tez-tez atəş açırdılar. Yadıma gəlir 1991-ci ildə atamın 60 illik yubileyini qeyd edirdik. Birdən atmağa başladılar. Ona görə də ermənilər dünyada terorrist kimi tanınır. Təəssüf ki, onların mənfur əməllərinə göz yumurlar. Biz 30 ildir nələr yaşamışıq. Həyatımız puç olub. Nə ailə qura bildik, nə da həyatımıza davam etdik. Elə təzə ailə həyatı qurmuşdum. Ailəm Şuşadan qaçqın düşüb, gəldi.
Bilmədim onlarla məşğul olum, ya nə edim?. Allah heç kimin başına gətirməsin. Ermənilər bütün həyatımızı məhv elədilər. İndi öz qazdıqları quyuya düşürlər. Bir hadisə də ərz edim. Paşinyan Cıdır düzündə oynayanda nə qədər əsəb keçirdim.Qan təzyiqim üçün dərman içirdim. Mən xəstə adamam, əməliyyat keçirmişdim.
Elə şeylər yaşamışam ki, onları dilə gətirməyi sevmirəm. Çalışmışam ki, insanlar məni nikbin görsün. Amma yaşadıqlarımın hamısı ermənilərin mənfur əməllərinin nəticəsidir. Ona görə istəyirəm ki, gələcək nəsil rahat yaşasın.”
Xalq artisti həmçinin müharibə başladığı gündən etibarən gözünə yuxu getmədiyini, hər gecə əsgərlərimiz üçün dua etdiyini söyləyib. O Qarabağa gedəcəyi günün arzusunda olduğunu xüsusi vurğulayıb:
“İstəyirəm ki, anamın, atamın Şuşa, Qarabağ deyərək dünyadan köçən insanların ruhu şad olsun. Həmçinin şəhidlərimizin ruhları rahatlıq tapsın. Hər an Şuşada yaşayacağım günlərin xəyalını qururam. Onu da qeyd edim ki, hazırda tarixi günlər yaşayırıq. Ordumuzun zəfərlərinə görə çox sevinirəm. Bir tərəfdən də üzülürəm. Düşmənin terror xarakterli əməllərinin nəticəsində dinc əhali əziyyət çəkir, körpələr yetim qalır. Onlar üçün nə etsək azdır. Məsələn ailəmin Şuşadakı evi dağılmışdı. Anamgil Bakıya gəlmişdi. Onda deyirdik ki, narahat olma burda ev düzəldərik. O da dedi ki, siz mənə saray da tikdirsəniz mən evimi istəyirəm. Ona görə hamını başa düşürəm öz torpaqlarını istəyirlər.”
Firəngiz xanım cənab ali baş komandana can sağlığı arzu edərək deyib ki, 30 ildir səbr etməyimiz əbəs deyilmiş:
“Allah səbr edəni sevir. Qələbə bizimlədir. İnşallah tezliklə bütün Qarabağın işğaldan azad olunması xəbərini eşidək. Bir Azabaycanlı, şuşalı kimi ən böyük arzumdur.
Erməni vandalizmi torpaqlarımızdan təmizlənsin. Atalar demiş ilanın ağına da lənət, qarasına da. Mən onların içində yaşamışam. Bilirəm nədilər, kimdilər. Ona görə də onlara heç kimin yazığı gəlməsin. Onlar Xocalıda bizi qıranda yazıqları gəldimi? Yox ! Bir hadisəni danışmaq istəyirəm. Şuşada Süleyman adlı oğlan var idi.
Onu ailəsi ilə bir yerdə maşının içində gülləbaran etmişdilər. Yoldaşı 8 aylıq hamilə idi. Hələ doğulmamış uşağın əli ananın qarnından çölə çıxmışdı. Demək istəyirəm ki, belə vəhşiliklər olub.
Ona görə Prezidentimiz düz deyir. Onları iti qovan kimi qovmaq lazımdır. Ərazi bütövlüyümüzü bərpa etməliyik. Eyni zamanda onların vəhşiliklərini, terror aktlarını bütün dünyaya yaymalıyıq. Mən bunun üçün əlimdən gələni edirəm. İnstaqram səhifəmdə dünya mətbuatını tağ edirəm.
Arxa cəbhədə savaşıram. Efirlərə dəvət alıram, gedirəm danışıram. Məni sevindirən bir məqam var. İndi hər kəs, hətta cəbhəboyu ərazilərdə əziyyət çəkən, yaralanan insanlar da torpaq, Vətən deyir. Bir sözlə qələbə gününü gözləyirəm.”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44 |
|
|
|
• Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42 |
|
|
|
• Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40 |
|
|
|
• Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37 |
|
|
|
• Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33 |
|
|
|
• “Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28 |
|
|
|
• "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26 |
|
|
|
• Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29 |
|
|
|
• "1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26 |
|
|
|
• “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23 |
|
|
|
• Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20 |
|
|
|
• Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04 |
|
|
|
• Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01 |
|
|
|
• Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20 |
|
|
|
• Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13 |
|
|
|
• Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07 |
|
|
|
• Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58 |
|
|
|
• “İlkin həyatımı xilas edib”
Dünən, 16:53 |
|
|
|
• Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49 |
|
|
|
• Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55 |
|
|
|
• Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50 |
|
|
|
• Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Dünən, 15:46 |
|
|
|
• Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 15:43 |
|
|
|
• Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Dünən, 15:41 |
|
|
|
• Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Dünən, 15:38 |
|
|
|
• Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Dünən, 15:35 |
|
|
|
• Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Dünən, 15:31 |
|
|
|
• Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Dünən, 15:26 |
|
|
|
• "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Dünən, 13:24 |
|
|
|
• Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Dünən, 13:21 |
|
|
|
• Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Dünən, 13:17 |
|
|
|
• Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Dünən, 10:04 |
|
|
|
• Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Dünən, 09:28 |
|
|
|
• Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Dünən, 09:26 |
|
|
|
• Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 09:22 |
|
|
|
• "Onsuz da səndən başqasına küsə bilmirəm..."
Dünən, 09:12 |
|
|
|
• Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Dünən, 09:10 |
|
|
|
• İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Dünən, 09:00 |
|
|
|
• Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Dünən, 08:58 |
|
|
|
• Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Dünən, 08:52 |
|
|
|
• DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Dünən, 08:43 |
|
|
|
• Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Dünən, 08:33 |
|
|
|
• "Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Dünən, 08:27 |
|
|
|
• Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Dünən, 08:24 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada 130 min rubl borc qoyub? - İDDİA
Dünən, 08:21 |
|
|
|
• Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketini açıqlayır
Dünən, 06:19 |
|
|
|
• “Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Dünən, 00:51 |
|
|
|
• “Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” - Mark Bernhard
Dünən, 00:47 |
|
|
|
• Erməni əsgər “ildırım sürəti ilə” öldü
Dünən, 00:43 |
|
|
|
• Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır - AÇIQLAMA
22-02-2025, 23:38 |
|
|
|
|