
Türkiyəli müğənni Cem Belevi aylar öncə sevgili olduğu aktrisa Zehra Yılmaza evlilik təklifi etmişdi.
“MediaPost” xəbər verir ki, ötən gün Z.Yılmaz alış-veriş mərkəzindən çıxarkən görüntülənib. Aktrisa bildirib ki, yaxın günlərdə toy etmək istəsələr də, bu istəklərindən vaz keçiblər. Cütlüyün toyu Azərbaycanda gedən müharibəyə görə təxirə salınıb:
“Anamla atam Bakıda yaşayır. Azərbaycanda müharibə olduğu üçün toy etməyimiz düzgün olmazdı, ona görə də toy tarixini ertələdik”.
Qeyd edək ki, Cemlə Zehra 4 ildir sevgi münasibəti yaşayır.