
Türkiyəli müğənni Mustafa Ceceli işğalçı ermənilər tərəfindən rajet hücumuna məruz qalan Gəncə haqqında təəssüratlarını bölüşüb.
BiG.AZ xəbər verir ki, müğənni bildirib ki, 6 il əvvəl Gəncə şəhərində Hadisə ilə bərabər konsert də verib.
"Mən Azərbaycana çox gedib-gəldim.
Erməni terroruna məruz qalan Gəncədə dostum Hadisə ilə birlikdə konsert də vermişəm.
Konsertim Ulu Öndər Heydər Əliyevin doğum gününüə həsr edilmişdi.Qardaşımız azərbaycanlılara görə çox üzülürəm"