"Dövlətimizin fikri təbii ki, Vətən Müharibəsində olmalıdır" - Xalq artisti
Tarix: 30-10-2020, 10:16 | Çap et
 “Bu xəstəliyə yoluxmuş biri kimi deyə bilərəm ki, COVID-19 çox dəhşətli xəstəlikdir”.
Bunu APA-ya açıqlamasında Xalq artisti Nəzakət Teymurova deyib.
Xalq artisti bildirib ki, hazırda ölkəmiz iki istiqamətdə mübarizə aparır: “Bir yandan ölkədə torpaqların işğaldan azad edilməsi uğrunda müharibə gedir, digər yandan isə koronavirusa yoluxmalar günü-gündən artır. Dövlətimizin fikri təbii ki, Vətən Müharibəsində olmalıdır. Lakin son günlər yoluxmaların artması göstərir ki, insanlarımız xəstəliyi ciddiyə almırlar, bu da məni bir vətəndaş kimi məyus edir. Hazırda ölkəmizdə müharibə gedir, şəhidlərimiz, yaralılarımız var. Həkimlərimiz gücünü daha çox yaralılarımızın sağaldılmasına, cəbhə bölgəsindən gələn xəstələrimizə sərf etməlidir. Ona görə də vətəndaşlarımıza məsləhətim odur ki, maska taxsınlar, gigiyena qaydalarına əməl etsinlər, kütləvi toplandıqları yerlərdə sosial məsafəni gözləsinlər, dövlətə də əlavə yük yaratmasınlar. Bu qaydalara əməl etmək çətin deyil. Pandemiya ilə mübarizə də müharibədir, şərt erməni ilə səngərdə döyüşmək deyil. Biz burda virusa yoluxmaqla həkimlərin işini artırır, dövlətin qayğısını çoxaldırıq. Halbuki bu dəqiqə dövlətin diqqəti daha çox işğal altında olan torpaqlarımızı azad etməyə yönəlib”.
Bir müddət əvvəl koronavirusa yoluxmuş, müalicədən sonra sağlığına qovuşmuş muğam ifaçısı həkimlərin xüsusi geyimlərdə çətinliklə hərəkət etdiklərini, müxtəlif məhrumiyyətlər yaşadıqlarını vurğulayıb: “Həkimlərimizin xüsusi geyimlərdə necə əziyyət çəkdiklərini gördükcə ürəyim ağrıyırdı. Bütün günü o paltarda olursan, tərləyirsən, paltar bədəninə yapışır. Baxmayaraq ki, həmin geyimdə gəzmək çətindir, amma həkimlərimiz xəstələri müalicə etmək üçün özlərini fəda edirlər. Mən bunları görən insan kimi xalqımıza səslənirəm ki, nə qədər bacarırlarsa, xəstəlikdən özlərini qorusunlar, qaydalara əməl etsinlər. Onlara görə başqaları da əziyyət çəkməsin”.
N. Teymurova koronavirusun dəhşətli xəstəlik olduğunu diqqətə çatdırıb: “Bu, başqa xəstəliklərə bənzəmir, elə bil bütün sümüklərin qırıq-qırıq olur, canından bezirsən. Bəzi insanlar inanmır, amma mən iki gün elə ağrılar keçirmişəm ki, o ağrılar heç bir ağrıya bənzəməz. Halbuki əməliyyat da olunmuşam, xəstəliyin nə olduğunu bilirəm, bununla belə, bu əzabı heç vaxt görməmişəm. Ona görə də üzümü xalqımıza tutub demək istəyirəm ki, nə qədər bacarırlar verilən tövsiyələrə əməl etsinlər; maska taxsınlar, dezinfeksiya etsinlər, sosial məsafə gözləsinlər”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" - Pentaqon
Bu gün, 06:16 |
|
|
|
• Ukraynaya qoşun yeritmək gündəmdə deyil - Mertz
Bu gün, 06:13 |
|
|
|
• Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi – Nələr gözlənilir?
Bu gün, 06:10 |
|
|
|
• Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00 |
|
|
|
• Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54 |
|
|
|
• Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51 |
|
|
|
• Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44 |
|
|
|
• Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42 |
|
|
|
• Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40 |
|
|
|
• Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37 |
|
|
|
• Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33 |
|
|
|
• “Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28 |
|
|
|
• "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26 |
|
|
|
• Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29 |
|
|
|
• "1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26 |
|
|
|
• “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23 |
|
|
|
• Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20 |
|
|
|
• Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04 |
|
|
|
• Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01 |
|
|
|
• Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20 |
|
|
|
• Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13 |
|
|
|
• Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07 |
|
|
|
• Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58 |
|
|
|
• “İlkin həyatımı xilas edib”
Dünən, 16:53 |
|
|
|
• Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49 |
|
|
|
• Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55 |
|
|
|
• Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50 |
|
|
|
• Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Dünən, 15:46 |
|
|
|
• Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 15:43 |
|
|
|
• Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Dünən, 15:41 |
|
|
|
• Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Dünən, 15:38 |
|
|
|
• Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Dünən, 15:35 |
|
|
|
• Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Dünən, 15:31 |
|
|
|
• Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Dünən, 15:26 |
|
|
|
• "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Dünən, 13:24 |
|
|
|
• Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Dünən, 13:21 |
|
|
|
• Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Dünən, 13:17 |
|
|
|
• Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Dünən, 10:04 |
|
|
|
• Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Dünən, 09:28 |
|
|
|
• Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Dünən, 09:26 |
|
|
|
• Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 09:22 |
|
|
|
• "Onsuz da səndən başqasına küsə bilmirəm..."
Dünən, 09:12 |
|
|
|
• Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Dünən, 09:10 |
|
|
|
• İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Dünən, 09:00 |
|
|
|
• Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Dünən, 08:58 |
|
|
|
• Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Dünən, 08:52 |
|
|
|
• DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Dünən, 08:43 |
|
|
|
• Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Dünən, 08:33 |
|
|
|
• "Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Dünən, 08:27 |
|
|
|
• Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Dünən, 08:24 |
|
|
|
|