
Aparıcı Kəmalə Piriyeva müzəffər ordumuzun igid əsgəri Vüsal Şahkərimovdan yazıb.
BiG.AZ xəbər verir ki, aparıcı "İnstagram" səhifəsində igid əsgərimizin fotosunu paylaşaraq, bu sözləri yazıb:
"Bütün Azərbaycan topçu Vüsaldan danışır, fotosu sosial şəbəkələri bəzəyir.
Əsgərimizin atası İslam Şahkərimov deyir, oğlunun fotosunu ona göstərəndə göz yaşlarını saxlaya bilməyib:
"Dedim, qurban olum sənə, sən necə böyümüsən ki, xəbərim olmayıb. Qəhrəman balam, dedim, telefonu qucaqlayıb öpdüm"