Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… .....                     Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib .....                     "Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" .....                     Ukraynaya qoşun yeritmək gündəmdə deyil .....                     Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi .....                     Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq .....                     Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub .....                     Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? .....                     Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir .....                     Dünyada kərə yağı sürətlə bahalanır .....                     Rafiq Sadıqov vəfat edib .....                     Məktəbin qar, təhsilin isə ekologiya dərdi .....                     Samir Şərifov oğluna dəbdəbəli toy etdi .....                     “Onların hamısı rüşvətlə ələ alınıb” .....                     "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." .....                     Bazarı silkələyən siyasət .....                     "1 ildir un məmulatlarından uzağam" .....                     “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” .....                     Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb .....                     Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır .....                     Avropa Sülh Fondunun Ermənistana dəstəyi... .....                     Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya .....                     Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır .....                     Lavrovun Türkiyə səfərinin əsas məqsədi… .....                     Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır .....                     “İlkin həyatımı xilas edib” .....                     Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… .....                     Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! .....                     Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır .....                     Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub .....                     Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” .....                     Ukraynaya görünməmiş hücum: .....                     Ali məktəblərdə dərslər təxirə salındı .....                     Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? .....                     Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb .....                     Təbriz İranda fəallaşdı .....                     "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı" .....                     Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq .....                     Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı .....                     Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… .....                 

"Mən də istərdim ki, məni oğluma görə tanısınlar"
Tarix: 5-11-2020, 09:45 | Çap et
"Mən də istərdim ki, məni oğluma görə tanısınlar"
Azərbaycanın tanınmış dirijoru, Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" ordenli YALÇIN ADIGÖZƏLOVun doğum günüdür.
Təbrik edir, can sağlığı, həmişə üzü gülər, qəlbi sevincli olmağı arzulayır, gələcək fəaliyyətində yeni-yeni nailiyyətlər diləyirik!
Ad gününüz mübarək, Maestro!
Sizinlə qürur duyuruq!
Bu gün Yalçın Adıgözəlov Azərbaycan musiqisini dünyanın bütün ölkələrində ləyaqətlə təmsil edir, sevdirir.
Yalçın Adıgözəlov Azərbaycan musiqi mədəniyyətinə böyük töhfələr vermiş Adıgözəlovlar nəslinin istedadlı nümayəndələrindəndir. Zəngin musiqimizi dünyaya tanıtmaq üçün böyük xidmətlər göstərmiş, Rusiya, ABŞ, İspaniya, Avstriya, Belçika, Rumıniya, Türkiyə, Macarıstan və digər ölkələrin aparıcı simfonik orkestrləri ilə əməkdaşlıq etmiş sənətkardır. Müsbət aurası, yüksək mədəniyyəti, geniş dünyagörüşü, intellekti ilə seçilən ziyalı, Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının Dirijorluq kafedrasının professoru, həm də Prezident Mükafatına layiq görülmüşdür.
Yalçın müəllim Azərbaycanı, onun musiqi mədəniyyətini Vətənin hüdudlarından kənarda ən yüksək səviyyədə təqdim etmək üçün sənətindən silah kimi istifadə edən və bu işdə hədəfi dəqiq nişan almağı bacaran vətəndaşdır.
Böyük sənətkarımızın Azərbaycan musiqisinə, doğulub böya-başa çatdığı ailəyə, doğma yurd-yuvasına sevgisi, yaxınlarına, görüb-götürdüklərinə münasibəti maraqlıdır. Bu baxımdan biz dirijorumuzu sizə öz söhbətləri, fikirləri, düşüncələri ilə birgə təqdim etmək istəyirik.

Yalçın Adıgözəlov: Mənim silahım o nazik dirijor çubuğudur

- Sənət silahdır. Mənim silahım o nazik dirijor çubuğudur. Azərbaycanı dünyaya mən belə tanıtdıra bilirəm. Azərbaycanı dünyaya yalnız mədəniyyətlə tanıtdıra bilərik. Bir xalqın mədəniyyəti varsa, onunla dünyaya çıxa bilər.
Verdinin “Rekviyem” əsəri.
Mən bu əsəri 1990-cı ilin payızında Bakıda Filarmoniyada ifa etmişəm. Bayırda rusların tankları dayanmışdı. Bu ifa ilə bütün aqressiyamızı, işğalçıya qarşı nifrətimizi, etirazı bəyan edirdik. “Rekviem” müqəddəs ruhlar üçün duadır. Filarmoniyada tamaşaçılar az qala çilçıraqdan asılmışdılar. Polad Bülbüloğlu ayaq üstündə qalmışdı...

Uşaqlığı:
- Mən Bakıda babamın evində anadan olmuşam, 1959-cu ildə. Atam Vasif Adıgözəlov da Bakıda anadan olub. Babam Ağcabədinin Qaradolaq kəndində anadan olub, Üzeyir bəyin kəndində. Zülfi Adıgözəlovun Bakıya köçməsinin səbəbkarı da Üzeyir bəy olub. Zülfi Adıgözəlovu Şuşada toylardan birində 1925-ci ildə, babamın onda 27 yaşı varmış, Cabbar Qaryağdıoğlu dinləyib. Həmin toyda Fikrət Əmirovun atası Məşədi Cəmil də olub. İkisi babamı Bakıya dəvət edirlər. Babam gəlir Bakıya, Üzeyir bəy onu dinləyir və Filarmoniyaya solist götürür.

Gözümü açıb evimizdə rəssamları, yazıçıları, musiqiçiləri görmüşəm. Bəstəkarlar evində böyümüşəm, qonşumuz Niyazi olub. Yaşadığımız həyətdə Süleyman Ələsgərov, Arif Məlikov, Tofiq Quliyev, Ramiz Mustafayev, Oqtay Zülfüqarov, Əşrəf Abbasov yaşayırdılar. Üzümü hansı tərəfə tuturdumsa, musiqiçi görürdüm, başqa seçim istəmirdim də. Ən böyük həzz musiqidən gəlir. Atam gecə-gündüz musiqi ilə çalışırdı. Çox məsuliyyətli adam idi. Gündüzlər Bəstəkarlar İttifaqındakı işləri, Asəf Zeynallı adına Musiqi məktəbinin uzun illər direktoru oldu, Radio və Televiziyada məsuliyyətli vəzifələrdə çalışırdı. Yaradıcılığa yalnız gecələr, yuxusunun hesabına vaxt tapırdı. Yaşadığım mühit, gözümün qarşısında atam, təbii ki, yetişməyimdə, şəxsiyyətə çevrilməkdə rol oynadı. Musiqidən qeyri heç nə ilə məşğul ola bilməzdim. Həyatda məni ən çox həyəcanlandıran, yaşadan musiqidir. Hüsü Hacıyevdə yaşayan o böyük insanlar həm də bizim müəllimlərimiz idilər.

Zülfi Adıgözəlov rəhmətə gedəndə mənim üç yaşım vardı. Dəfni yaxşı yadımda qalıb. Filarmoniyadan onu son mənzilə yola salırdılar. Çoxlu qara geyimli insan vardı. Qadınlar ağlayırdı, kişilər məyus görkəmdə. Atam gənc idi, 30 yaşı vardı, siması yadımdadır, necə tutqun idi. Bir nəfər oturub kamançada ifa edirdi, sonralar tanıdım ki, bu Habil Əliyevdir. Şəkillərdə Xan Şuşunski, Əbülfət Əliyev, Sara Qədimova, Şövkət Ələkbərova fəxri qarovulda dayanıblar. Babam 62 yaşında dünyasını dəyişib. Adlarını sadaladıqlarım mənim mühitimi təşkil edən adamlardı. Mənim başqa seçimim olmamalı idi.

Əlbəttə, Maestro Niyazi ilə qonşu olmaq, onun mühitində yetişmək bu deməkdir. Onun xarizmasının təsiri altında idim. Onun əllərinin vurğunu idik. Niyazi olmasa, bizim heç birimiz olmazdıq. Azərbaycan dirijorluq məktəbi olmazdı. Kim deyirsə, Niyazinin bu sahədə təsiri yoxdur, çox haqsız və insafsız danışır. Niyazi ilk idi. Üzeyir bəyin nəslinin nümayəndəsi olmaqla bərabər, yəni o genin daşıyıcısı olduğu kimi, həm də musiqimizin şahı idi. Üzeyir bəyin ardınca Maestro Niyazi, Fikrət Əmirov və Qara Qarayev Azərbaycan musiqisini dünyaya tanıtdıran isimlərdir.
O gün Moskva Konservatoriyasının böyük zalında Azərbaycan və İtalyan musiqilərini ifa edirdik. İlk növbədə Üzeyir bəyin, Fikrət Əmirovun, Qarayevin musiqiləri çalınırdı.

"Üzeyir bəy Azərbaycana Allahın lütfüdür"

- Üzeyir bəy Hacıbəyli təkbaşına Azərbaycan musiqisinin səviyyəsini qısa müddətdə göylərə qaldırdı. Biz hamımız onun məzarı qarşısında baş əyməyə borcluyuq.
Mənim nəslimin qoyduğu bir səviyyə var ki, onu qorumaq borcumdu. Zülfi Adıgözəlov muğam sənətinin ən sevimli isimlərindən biridir. Ona müğənni yox, rəssam deyirdilər. “Segah”da, “Rast”da onun dərinliklərinə çatan olmayıb. Atam Vasif Adıgözəlovun həyatına baxıram, ən ali mükafatları alıb.
Əcəl imkan vermədi, cavan köçdü dünyadan, 62 yaşında. Əmim Rauf Adıgözəlov da 62 yaşında vəfat etdi. Atam Xalq artisti oldu, “Şöhrət” ordeni, “İstiqlal” ordeni, Dövlət Mükafatı Laureatı oldu. Yaşayan əsərləri var.
Atam Vasif Adıgözəlov xoşbəxt bəstəkardır, heç bir əsəri masanın üzərində qalmadı. Bəstələnən kimi ifa edildi, səhnəyə qoyuldu. O yüksəkliyi saxlamaq mənim müqəddəs borcumdu.

Azərbaycan bəstəkarlıq məktəbi ilə heç bir postsovet ölkəsinin musiqi mədəniyyəti müqayisə oluna bilməz. Onların heç birinin Üzeyir Hacıbəyovu, Fikrət Əmirovu, Qara Qarayevi, Niyazisi, Soltanı, Cövdəti olmayıb. Hətta Türkiyə kimi böyük bir ölkənin 2-3 bəstəkarı var. Hər dəfə bu ölkədən qonaqlarımız gələndə onları Fəxri Xiyabana Üzeyir bəyin qəbrini ziyarət etməyə aparıram. Onlar da Türkiyədə Üzeyir Hacıbəyov kimi dahi yetişmədiyini etiraf edirlər, deyirlər ki, belə musiqi mədəniyyətiniz olduğu üçün çox xoşbəxtsiniz.
Azərbaycan bəstəkarlıq məktəbinin 60-70-ci illərdə qazandığı uğurlar, eləcə də bu gün ölkəmizdə Üzeyir bəyin, Rostropoviçin adına, həmçinin Qəbələ, Caz, Muğam kimi beynəlxalq festivalların keçirilməsi Üzeyir Hacıbəyovun özülünü qoyduğu ənənələrin davamıdır.
Mədəniyyətimiz, musiqimiz bizim ən önəmli silahımızdır.
Bizim borcumuz Azərbaycan simfonik muğamını bütün dünyaya tanıtmaqdır. Çünki bu janr bizim ölkəmizdə yaranıb. «Şur», «Gülüstani Bayatı-Şiraz», «Kürd Ovşarı», «Rast», «Segah» simfonik muğamları ölkəmizin vizit kartıdır.
Onu da qeyd edim ki, hansı ölkəyə getsəm, konsertə ilk olaraq Fikrət Əmirovun «Azərbaycan kapriççiosu» ilə başlayıram. Hesab edirəm ki, 8 dəqiqəlik bu möhtəşəm əsərdə Azərbaycanın bütün tarixi yazılıb.

“QARABAĞ ŞİKƏSTƏSİ"...

- Artıq 20 ildir ki, Qarabağ ağrısı ilə, Qarabağ həsrəti ilə yaşayırıq. Bu dövrdə yeni bir nəsil böyüyüb. Qarabağın ən köklü-əsilli, tanınmış nəsillərindən birinin nümayəndəsi kimi, Qarabağsız qarabağlı olmaq, Şuşanı görmədən Cıdır düzünü sevmək mümkündürmü?
Qarabağsız yaşamaq, əlbəttə ki, bizim hər birimiz üçün çox çətindir. Xüsusilə də yaşlı və orta nəsil üçün. Çünki bizlər Qarabağın havasını udmuşuq, oradakı mühiti görmüşük.
Bizdən yaşlı nəslin əksəriyyətinin dünyasını dəyişməsinə Qarabağ dərdi səbəb olub. Atamın son 20 ildə bütün yaradıcılığı Qarabağla bağlı idi. Onun «Qarabağ şikəstəsi» oratoriyası təkcə Azərbaycanda deyil, bir çox başqa ölkələrdə də çox tanınmış əsərdir. Biz həmin əsəri 1991-ci ildə, 20 Yanvar günü Moskva Konservatoriyasının böyük zalında ifa etdik. Aparıcı əsəri “Vasif Adıgözəlov. «Şikəstə» oratoriyası” - deyə təqdim etdi. Elə bir dövr idi ki, ona “Qarabağ” sözünü səsləndirməyə icazə vermədilər. Sonra biz bu oratoriyanı Avropanın bir çox ölkələrində ifa etdik, eyni zamanda, diskə yazdırdıq.
Atamın «Qəm karvanı», «Şuşam laylay» kimi xırda həcmli əsərləri də Qarabağ həsrətindən yaranıb, üzərində 11 il işlədiyi «Natəvan» operası da.
Qarabağın havasını udmuş, suyunu içmiş bizlər üçün də Qarabağsızlıq böyük ağrıdır.

Bizim Şuşada evimiz yox idi. Babam Zülfü Adıgözəlov ağcabədili olub və 30-cu illərin əvvəllərində Bakıya köçüb. Buna baxmayaraq, mən hər yay 15-20 günlük Şuşaya, ailəvi yaxın olduğumuz Süleyman Ələsgərovun evinə qonaq gedirdim. Vətən sevgisinin nə demək olduğunu da ilk dəfə orada - Şuşada anlamışam.
Şuşada Cıdır düzünün təpəsinə qalxıb ətrafı seyr etdiyim zaman keçirdiyim şahanə hisslərin mənim hafizəmdən silinməsi mümkün deyil.
Ümid edirəm ki, tezlikə böyük Ali Baş komandanımız İlham Əliyevin rəhbərliyi və igid oğullarımın qəhrəmanlığı ilə bu yerləri yenidən seyr edib, havasını içimizə çəkəcəyik.
O ki qaldı Qarabağı görməyən qarabağlı övladlarımıza, əminəm ki, lap tezliklə onlar da Şuşanı, Laçını, Ağcabədini... görəcək, sevəcək.
Mənim sonbeşik övladım Tamerlan 3 yaşından deyir ki, “Qarabağ bizimdir”. Hiss edirəm ki, Vətən sevgisi, bayraq sevgisi övladlarımızda çox böyükdür. onun içindən gələn hissdir.

Mənə xüsusi təsir edən bir hadisəni də danışmaq istəyirəm. Ötən il böyük bəstəkarımız Süleyman Ələsgərovun anadan olduğu gün onun adını daşıyan fond tərəfindən istedadlı şagirdlərə, tələbələrə mükafatlar verilirdi. Bu məqsədlə təşkil edilən tədbirdə gənc bir qız “KƏSMƏ ŞİKƏSTƏ" oxudu. Mən heyrətdən donmuşdum. O, “Kəsmə şikəstə”ni elə oxudu ki, sanki Şuşadan bu gün gəlib, sanki bu günə qədər Qarabağda böyüyüb. Zalda hər kəs kövrəlmişdi. Həmin tədbirdən çıxanda bir daha anladım ki, muğamatı heç vaxt heç kim azərbaycanlılar kimi oxuya bilməz. Anladım ki, xalqımızı nə qədər əzsələr də, nə qədər müvəqqəti uğursuzluqlarımız olsa da, onun qan yaddaşını silmək, bizim Vətən sevgimizi, Qarabağ sevgimizi azaltmaq mümkün deyil...

Vasif Adıgözəlov: "Mənim əsərlərimi Yalçın qədər heç kim hiss edə bilməz. Bu, qan məsələsidir"

- Ailədə iki uşağıq. Mən və qardaşım Toğrul. Toğrul həkimdi.
Ana tərəfimizin yarısı dilçidir, anam, xalam, anamın dayısı akademik Orucov. Nəzakət xanım - Həsən bəy Ağayevin qızı, Sevda xanım Pepinova. Hamısı dilçilərdi. Anamın ata qohumları hamısı həkimdir. Anam 50 il Tibb Universitetində fransız dilindən dərs deyib. Toğrul indi Azərbaycanda tanınmış həkimdir. Bacardığı qədər atamın ömrünü uzatdı.
Mən isə atama mənəvi qida verirdim. Bütün əsərlərini mənə həvalə edirdi. Deyirdi, mənim əsərlərimi Yalçın qədər heç kim hiss edə bilməz. Bu, qan məsələsidir. “Natəvan”ı yazanda hətta mənimlə məsləhətləşirdi və hesablaşırdı fikrimlə.
Üç övladımız var - Zülfüqar ulu babasının adını daşıyır, atamın arzusu idi. Atamın adını Toğrulun oğlu daşıyır.
Son ümidimiz kiçik oğlum Tamerlandır. İlk dəfə Filarmoniyanın səhnəsində mənimlə birlikdə çıxış etdi. Şopenin və babasının əsərini çaldı. Çox həyəcanlandı, amma xoşuna gəldi. Moskvada da konsert verdik. Ordakı uğur, güllər onu yaman cəlb edib. Filarmoniyadakı çıxışını vəkil dostum var, o çəkib sosial şəbəkədə paylaşmışdı.
Tamerlan səhər gözünü açıb görüb ki, bir gecədə altı min “like” edən var onun çıxışını. Deyir, ata, bir gecədə məşhur oldum, dedim, bu başlanğıcdı, oğlum, məşhur olmaq olar, onu uğurla davam etdirmək kimi məsuliyyət düşdü boynuna.

"Sən ikinci olmamalısan, həmişə birinci olasan gərək..."

- Bunu həmişə belə bilmişəm. Atam açıq deməmişdi, amma anlamışdım. 15-16 yaşımda yeniyetməliyə qədəm qoyanda saatlarla fortepiano arxasında ifa edirdim. Heç kimin məni ötməsinə razı ola bilmirdim. Atam deyirdi, Yalçın, yat artıq, deyirdim yox, məşq etməliyəm. Gecə qonşulara maneə olmayım deyə Bülbül adına musiqi məktəbində qalıb səhərə qədər çalırdım. Zatən, bizim məhəllədən hamının evindən musiqi səsi gəlirdi səhərə qədər...
Mən də istərdim ki, məni oğluma görə tanısınlar...

Qısa arayış:
Yalçın Vasif oğlu Adıgözəlov 4 noyabr 1959-cu ildə Bakı şəhərində bəstəkar Vasif Adıgözəlovun ailəsində anadan olmuşdur. Tanınmış musiqi sülaləsinin üçüncü nəsil nümayəndəsidir.
8 yaşında Konservatoriyanın nəzdində fəaliyyət göstərən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ifaçılığı üzrə A.Y. Kopeleviç və B.L. Qusliserin sinfində təhsil almağa başlamışdır. 1982-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsini bitirmişdir (professor R. Atakişiyevin sinfi).

O, 1983–1984-cü illərdə Daşkənd Dövlət Konservatoriyasında "opera-simfonik dirijorluğu" fakültəsində təhsil almışdır (professor K.M.Usmanovun sinfi).
1984-cü ildən 1989-cu ilədək Leninqrad Konservatoriyasının "opera-simfonik dirijorluğu" fakültəsində tanınmış professor İlya Musinin sinfində təhsil almışdır.
1990–1992-ci illərdə Vyana Musiqi və İfaçılıq Sənəti Akademiyasında (alm. Wien – Musikhochschule) Azərbaycanı təmsil edən ilk musiqiçi kimi professor Karl Esterrayxerin sinfində təcrübə keçmişdir.
O, 1989-cu ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, 1991–1998-ci illərdə isə bədii rəhbəri və baş dirijoru olmuşdur. Ölkədə iqtisadi böhranla müşayiət olunan ağır ictimai-siyasi illərdə gənc dirijor respublikanın aparıcı musiqi kollektivlərinin qorunub saxlanılması işində əvəzsiz xidmətlər göstərmişdir.
Yalçın Adıgözəlov klassik repertuara malik çoxsaylı Bakı premyeralarının təşkilini və Azərbaycan bəstəkarlarının əsərlərinin dünyada aktiv təbliğatını həyata keçirərək, ölkədə və onun hüdudlarından kənarda geniş konsert fəaliyyəti göstərmişdir.
20 yanvar 1991-ci ildə Bakıda baş vermiş faciənin ildönümü münasibətilə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası Yalçın Adıgözəlovun dirijorluğu və müəlliflərin iştirakı ilə Moskva Konservatoriyasının Böyük Zalında Vasif Adıgözəlovun "Qarabağ şikəstəsi" oratoriyası və Ə.Karamanovun "Stabat Mater" vokal-simfonik əsərini ifa etmişdir.
1991-ci ilin martında orkestrin Uzaq Şərq şəhərlərində (Yujno-Saxalinsk, Petropavlovsk-Kamçatski, Maqadan) və 1992-ci ildə Orta Asiyada qastrolları baş tutmuşdur.

Yalçın Adıgözəlov 1991–1993-cü illərdə Avstriya hökuməti ilə birlikdə keçirilən "MOSART-festivalları"nın bədii rəhbəri olmuşdur. Keçirilən festivalların üçündə Azərbaycan və Avstriya bəstəkarlarının əsərlərinin dünya premyeraları baş tutmuşdur.
1993-cü ildə "İlin ən yaxşı dirijoru" nominasiyasında "Humay" mükafatının ilk laureatı olmuşdur.
1994-cü ildə ADSO-nun xarici ölkələrə ilk müstəqil qastrollarını həyata keçirmişdir. Orkestr İstanbulun "Camal Rəşid Rey" salonunda iki konsertlə mövsümün açılışını etmiş və 7 min tamaşaçının iştirakı ilə Antalyanın "Aspendos" antik amfiteatrında çıxış etmişdir. Orkestrə rəhbərlik etdiyi dövrdə Azərbaycan bəstəkarlarının əsərlərinin 40-dan artıq dünya premyerasını və 50-dən artıq müəllif konsertlərini reallaşdırmışdır.
16 oktyabr 1998-ci ildə Türkiyə Cümhuriyyətinin yaranmasının 75 illiyi münasibətilə Ankarada Prezident Simfonik Orkestrinin ifasında prezident S.Dəmirəlin iştirakı ilə V. Adıgözəlovun "Çanaqqala 1915" oratoriyasının dünya premyerası olmuş və bu hadisə türk dünyasının mədəni həyatında hadisəyə çevrilmişdir.

1998–2000-ci illərdə Rusiya Dövlət Simfonik Radio-Televiziya Orkestrinin dirijor kimi fəaliyyət göstərmişdir.
2000-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijorudur.
2001–2004-cü illərdə İstanbul Dövlət Opera Teatrının dirijoru kimi fəaliyyət göstərmişdir.
Borodinin "Knyaz İqor" operasının quruluşu (rejissor D. Bertmanla birlikdə) böyük müvəffəqiyyətlə qarşılanmışdır. 2003-cü ildə Aspendos amfiteatrında gerçəkləşən Beynəlxalq Opera Festivalının açılışı məhz bu tamaşa ilə baş tutmuşdur.
2002-ci ildən Yalçın Adıgözəlov Moskvanın "Gelikon-opera" teatrı ilə sıx əməkdaşlıq edir.
2007-ci ildə "Azərbaycan simfo-muğamı" layihəsi həyata keçirilmişdir.
2011-ci ildə Siciliyada Covanni Paçininin "Rekviyem"inin dünya premyerası baş tutmuşdur. Bu hadisə bəstəkarın irsinin təbliğində mühüm nailiyyət kimi tarixə düşdü.
1983–1984-cü illərdə Daşkənd Dövlət Konservatoriyasında "opera-simfonik dirijorluğu" fakültəsində təhsil almışdır (professor K.M.Usmanovun sinfi).
1984-cü ildən 1989-cu ilədək Leninqrad Konservatoriyasının "opera-simfonik dirijorluğu" fakültəsində tanınmış professor İlya Musinin sinfində təhsil almışdır.
1990–1992-ci illərdə Vyana Musiqi və İfaçılıq Sənəti Akademiyasında (alm. Wien – Musikhochschule) Azərbaycanı təmsil edən ilk musiqiçi kimi professor Karl Esterrayxerin sinfində təcrübə keçmişdir.

O, 1989-cu ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, 1991–1998-ci illərdə isə bədii rəhbəri və baş dirijoru olmuşdur. Ölkədə iqtisadi böhranla müşayiət olunan ağır ictimai-siyasi illərdə gənc dirijor respublikanın aparıcı musiqi kollektivlərinin qorunub saxlanılması işində əvəzsiz xidmətlər göstərmişdir.
Y.Adıgözəlov klassik repertuara malik çoxsaylı Bakı premyeralarının təşkilini və Azərbaycan bəstəkarlarının əsərlərinin dünyada aktiv təbliğatını həyata keçirərək, ölkədə və onun hüdudlarından kənarda geniş konsert fəaliyyəti göstərmişdir.
20 yanvar 1991-ci ildə Bakıda baş vermiş faciənin ildönümü münasibətilə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası Yalçın Adıgözəlovun dirijorluğu və müəlliflərin iştirakı ilə Moskva Konservatoriyasının Böyük Zalında V. Adıgözəlovun "Qarabağ şikəstəsi" oratoriyası və Ə. Karamanovun "Stabat Mater" vokal-simfonik əsərini ifa etmişdir.
1991-ci ilin martında orkestrin Uzaq Şərq şəhərlərində (Yujno-Saxalinsk, Petropavlovsk-Kamçatski, Maqadan) və 1992-ci ildə Orta Asiyada qastrolları baş tutmuşdur.

Yalçın Adıgözəlov 1991–1993-cü illərdə Avstriya hökuməti ilə birlikdə keçirilən "MOSART-festivalları"nın bədii rəhbəri olmuşdur. Keçirilən festivalların üçündə Azərbaycan və Avstriya bəstəkarlarının əsərlərinin dünya premyeraları baş tutmuşdur.
1993-cü ildə "İlin ən yaxşı dirijoru" nominasiyasında "Humay" mükafatının ilk laureatı olmuşdur.

1994-cü ildə ADSO-nun xarici ölkələrə ilk müstəqil qastrollarını həyata keçirmişdir. Orkestr İstanbulun "Camal Rəşid Rey" salonunda iki konsertlə mövsümün açılışını etmiş və 7 min tamaşaçının iştirakı ilə Antalyanın "Aspendos" antik amfiteatrında çıxış etmişdir. Orkestrə rəhbərlik etdiyi dövrdə Azərbaycan bəstəkarlarının əsərlərinin 40-dan artıq dünya premyerasını və 50-dən artıq müəllif konsertlərini reallaşdırmışdır.
16 oktyabr 1998-ci ildə Türkiyə Cümhuriyyətinin yaranmasının 75 illiyi münasibətilə Ankarada Prezident Simfonik Orkestrinin ifasında Prezident S.Dəmirəlin iştirakı ilə V.Adıgözəlovun "Çanaqqala 1915" oratoriyasının dünya premyerası olmuş və bu hadisə türk dünyasının mədəni həyatında hadisəyə çevrilmişdir.

1998–2000-ci illərdə Rusiya Dövlət Simfonik Radio-Televiziya Orkestrinin dirijoru kimi fəaliyyət göstərmişdir.
2000-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijorudur.
2001–2004-cü illərdə İstanbul Dövlət Opera Teatrının dirijoru kimi fəaliyyət göstərmişdir.
Borodinin "Knyaz İqor" operasının quruluşu (rejissor D. Bertmanla birlikdə) böyük müvəffəqiyyətlə qarşılanmışdır. 2003-cü ildə Aspendos amfiteatrında gerçəkləşən Beynəlxalq Opera Festivalının açılışı məhz bu tamaşa ilə baş tutmuşdur.
2002-ci ildən Yalçın Adıgözəlov Moskvanın "Gelikon-opera" teatrı ilə sıx əməkdaşlıq edir.
2007-ci ildə "Azərbaycan simfo-muğamı" layihəsi həyata keçirilmişdir.
2011-ci ildə Siciliyada Covanni Paçininin "Rekviyem"inin dünya premyerası baş tutmuşdur. Bu hadisə bəstəkarın irsinin təbliğində mühüm nailiyyət kimi tarixə düşdü.
2019-cu ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Və nə yaxşı ki, biz də Yalçın Adıgözəlovu tanıdıq! Nə yaxşı ki, Yalçın Adıgözəlov bizimlədir!

Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
diaaz.space










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… - “Lurer”
Bu gün, 08:55
Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib
Bu gün, 08:46
"Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" - Pentaqon
Bu gün, 06:16
Ukraynaya qoşun yeritmək gündəmdə deyil - Mertz
Bu gün, 06:13
Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi – Nələr gözlənilir?
Bu gün, 06:10
Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00
Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54
Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51
Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44
Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42
Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40
Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37
Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33
“Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28
"Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26
Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29
"1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26
“5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23
Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20
Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04
Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01
Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20
Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13
Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07
Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58
“İlkin həyatımı xilas edib”
Dünən, 16:53
Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49
Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55
Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50
Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Dünən, 15:46
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 15:43
Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Dünən, 15:41
Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Dünən, 15:38
Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Dünən, 15:35
Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Dünən, 15:31
Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Dünən, 15:26
"Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Dünən, 13:24
Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Dünən, 13:21
Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Dünən, 13:17
Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Dünən, 10:04
Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Dünən, 09:28
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Dünən, 09:26
Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 09:22
"Onsuz da səndən başqasına küsə bilmirəm..."
Dünən, 09:12
Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Dünən, 09:10
İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Dünən, 09:00
Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Dünən, 08:58
Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Dünən, 08:52
DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Dünən, 08:43
Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Dünən, 08:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru