
Türkiyədə yaşayan müğənni İradə İbrahimova "İnstagram" səhifəsində Azərbaycan ordusunun mərdliyi, cəsarəti ilə bağlı paylaşım edib.
BiG.AZ xəbər verir ki, müğənni sosial şəbəkə hesabında bunları yazıb:
"Qonşularımızın həzin sonu.Yandıran yanmazmı?
İgidlərimizin ayağına daş dəyməsin!
Addim-addım, dənə-dənə, tək-tək, ilmə-ilmə, az-az, öz-öz,balaca-böyük, ürək qədər nəhəng, əsla xırdalanmayan Azərbaycan əsgəri.
Yaradana əmanət olun!
Varlığını Vətən yolunda fəda edən bütün şəhidlərimzin ruhları şad olsun!
Qovuşduğunuz yer cənnət olsun!
Bu Vətən sizə çox şey borcludur!"