“Açıq-saçıq rolda oynaya bilmərəm, çılpaqlıq aktrisanın uğuru sayıla bilməz”
Tarix: 12-09-2023, 09:09 | Çap et
“Bu mövsüm ilk oynayacağım tamaşa sentyabrın 30-da Şekspirin “3-cü Riçard” əsəri olacaq. Şəhidlərlə bağlı Gülhüseyn Hüseynoğlunun hekayəsi, İlqar Fəhminin ssenarisi əsasında “Ana” adlı qısametrajlı filmdə çəkilmişəm. Ola bilsin ki, oktyabrda onun təqdimatı baş tutsun. Yeni obrazlar yaratmaq, filmlərdə çəkilmək istərdim. Qalib bir millətin filmləri də gözəl olmalıdır. Bizə görə canlarından keçən şəhidlərimizin həyatı, igidlikləri haqqında, qazilərimizin göstərdiyi şücaətlə, Şuşanın alınması ilə bağlı filmlər çəkilməlidir. O cür çətin dağ silsiləsini keçib, qalib adını qazanmaq mənə elə gəlir ki, bizim xalqımız üçün baş ucalığıdır. Mən də həmin filmlərdə ana obrazlarını canlandırmaq istəyirəm. Həqiqətən də kamera, çəkiliş meydançası üçün darıxmışam. Bu sənətə o qədər bağlıyam ki, həyatımı onsuz təsəvvür edə bilmirəm” DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Gənc Tamaşaçılar teatrının aktrisası, əməkdar artist Gülər Nəbiyeva deyib. O daha sonra illər öncə çəkildiyi “Girov” filmindən danışıb. “ “Girov” filmi çox uğurlu ekran əsəri idi. Sadəcə olaraq o illərdə filmlə bağlı bəzi söz-söhbətlər yarandı. Əgər biz bir şeyi humanist ideyalarla çəkiriksə, onda mütləq ətraf aləmdən bəzi qınaqlar gələcək. Mən buna haqq qazandırıram. Öldürmək, məhv etmək heç də insanlıq əlaməti deyil. İstəməzdim ki, qana qanla cavab verilsin. Sadəcə elə bir həddə gəlib çatırsan ki, o zaman məcburiyyət qarşısında qalıb o addımı ata bilərsən. İkinci və ən uğurlu filmlərimdən biri də “40-cı qapı” olub. Bu 2009-cu ildə Amerikada ilk Azərbaycan filmidir ki, “ən yaxşı xarici film” nominassiyası üzrə qızıl mükafat aldı. Düzdür, bu o vaxtı mətbuatda çox da işıqlandırılmadı” deyə sənətkar bildirib.
Əməkdar artist açıq-saçıq səhnələri sevmədiyini bildirib. “Gizlilik filmdə daha çox effekt verir, nəinki onu açıq-saçıq, bütün çılpaqlığı ilə göstərmək. Bəlkə də sənətçilərimiz deyə bilər ki, mən filan açıq-saçıq rolu böyük məmnuniyyətlə oynaya bilərəm, amma kamera qarşısında o sıxıntını hiss edirsən. Mən açıq-saçıq rolda oynaya bilmərəm. Yalandan nə danışım?! Özümü o obrazda görmürəm. Xanım-xatun obrazları daha çox oynamağa üstünlük verərdim, nəinki açıq-saçıq səhnələri. Açıq-saçıq səhnələr aktyorun, aktrisanın uğuru ola bilməz. Bizim teatrda “Aydın” tamaşasında belə bir səhnə var ki, Gültəkin məcburiyyət qarşısında Dövlət bəyin yanına gəlir və Dövlət bəy Gültəkinin çarşabını götürüb əlindən yerə salır, pencəyini çıxarır və işıq sönür. Həmin anda zalda o səhnəni görmək istəyən o qədər insan var ki. Hamıya maraqlı gəlir ki, görəsən nə oldu?! Yenə də gizlilik. Tamaşaçı marağı budur. Mən “Böyük dayaq” filminə baxanda həmişə fikirləşirəm ki, görəsən Balaş Maya xanımla o xoşbəxt anı yaşaya bildi ya yox?” deyə aktrisa bildirib.
Aktrisa bildirib ki, həyatda tam-tamına xoşbəxt olmaq mümkün deyil. “İnsan özünü xoşbəxt etmək üçün hər şeyə can atmalıdır. Düzdür, ailə də, oğul-uşaq da insana, ələxsus da qadına xoşbəxtlik gətirir. Xoşbəxtlik sadəcə anlardır. O demək deyil ki, sən 30-40 il xoşbəxt yaşayırsan. Sadəcə orada sənin anların olur. Övladının dünyaya gəlməsi, toy günü, ad günü və s. “Bəlkə də xoşbəxt olardım, xoşbəxtliyin dalınca sürünməsəydim. Səadət içində üzərkən insan, səadət axtarır bəzən uzaqdan”. Əgər mən həyatda yaşadığımı səhnədə də yaşasam orada Gülərlə Nisə xanımın heç bir fərqi olmaz. Küçədə, çöldə-bayırda məni görən tamaşaçılar deyir ki, elə bil ki, mənim həyatımı oynayırsınız. Bəli, biz ümumiləşdirilmiş qadın obrazını yaradırıq. Hər bir kəsin həyatında baş verən anları biz səhnədə canlandırırıq. Tamaşaçı da oradan özünə lazım olanı götürür” deyə əməkdar artist bildirib.
Gülər Nəbiyeva bildirib ki, sənətlə peşəkar aktyorlar məşğul olmalıdırlar. “Mənə elə gəlir ki, professional aktyolarla işləmək büdcə tələb edir. Hər kəz öz sənətində professionallaşmalıdır. Telefon götürüb nəsə çəkirsənsə o demək deyil ki, sən sənətçisən. Onları sənət baxımından görə bilmirəm. Bilirəm ki, onlar bunu sənət naminə etmirlər. Sabah onlar professional aktyorlarla filmə çəkilərsə, tamaşada oynayarsa müsibət də elə ordan başlayacaq. Dəfələrlə də həyəcanlarının, çaş-baş qalmaqlarının şahidi olmuşam. Demək ki, bu onların sənəti deyil. İndikilər məşhur olub yüngül formada pul qazanmaq istəyirlər. Tiktokerlərə baxıb utanıram. Öz-özümə deyirəm ki, həqiqətənmi bu bizim sənətdir?! Bizim sənətimiz heç də yüngül sənət deyil axı! Bunun təməlini qoyan insanlar, şəxsiyyətlər var ki, biz indi də onların qarşısında baş əyirik. Mənə elə gəlir ki, hər kəs öz işi ilə məşğul olsa daha yaxşı olar. Onlar da məşhur olmaq istəyirlər. Professional olmayan aktyorları seriallara gətirirlər. Nədir-nədir ki, onlara 5 manat az pul verəcəklər. Yaxud da sadəcə onların arzusu efirdə görünməkdir. Bu mənə çatmır” deyə aktrisa bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Bu gün, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Bu gün, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Bu gün, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Bu gün, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Bu gün, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Bu gün, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Bu gün, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Bu gün, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Bu gün, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Bu gün, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Bu gün, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Bu gün, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Bu gün, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Bu gün, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Bu gün, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Bu gün, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Bu gün, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Bu gün, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Bu gün, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Bu gün, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Bu gün, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Bu gün, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Bu gün, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Bu gün, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Bu gün, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Bu gün, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Bu gün, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Bu gün, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Bu gün, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Bu gün, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Bu gün, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Bu gün, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Bu gün, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Bu gün, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Bu gün, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Bu gün, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Bu gün, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Bu gün, 16:06 |
|
|
|
• Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Bu gün, 16:02 |
|
|
|
• “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57 |
|
|
|
• Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53 |
|
|
|
• 26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53 |
|
|
|
• Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49 |
|
|
|
• Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47 |
|
|
|
• Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39 |
|
|
|
• Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38 |
|
|
|
• Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35 |
|
|
|
• Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32 |
|
|
|
|