"İstər-istəməz notlar illər keçdikdən sonra saralır" - MÜZAKİRƏ
Tarix: 31-10-2023, 08:23 | Çap et
“Azərbaycan musiqisi dünyada heç yerdə qəbul edilmir. Çünki Azərbaycanda yazılan musiqilər beynəlxalq standartlara cavab vermir”. Bunu Bakıda keçirilən Musiqi Forumunda Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi deyib.
Siyavuş Kərimi ölkədəki musiqi studiyaları məsələsinə toxunub: “Elementar bir şeyi deyim, Azərbaycanın himni İngiltərədə yazılıb. O 3 dəqiqəlik səsyazmaya görə Azərbaycan İngiltərəyə 200 000 funt sterlinq pul ödəyib. Məgər Azərbaycanda lazımi studiya yaradıb onu burada etmək olmaz? Biz studiyasız heç yerə çıxa bilmərik, bilməyəcəyik”.
Qeyd edək ki, ölkədə Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evi və onun tərkibində fəaliyyət göstərən musiqi kollektivləri var. Səsyazma Evinin rəhbəri əməkdar artist Ramil Qasımovdur.
Bəs Siyavuş Kəriminin narahatlığı nə dərəcədə ciddidir? Nə demək, musiqimiz heç yerdə qəbul edilmir? Söhbət hansı beynəlxalq standartlardan gedir? Azərbaycanda lazımi studiyalar yaratmağa nə mane olur?
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə də Mədəniyyət Nazirliyinə müraciət edərək, keyfiyyətli səsyazma studiyasının yaradılmasını istəmişdi.
“Dövlət tədbirlərində müraciət etdiyimiz, istifadə etdiyimiz musiqilərin səviyyəsi çox aşağıdır. Səbəb dövlət səviyyəsində səsyazma studiyamızın olmamasıdır. Belə studiya olsa, həmin musiqilər yenidən yazılar və yeni formatda səslənər. Əvvəllər belə studiyamız olub. Ona görə də keçmişdə lentə yazılan musiqilərin keyfiyyəti qənaətbəxşdir. Amma son illər tədbirlərdə, xüsusilə dövlət tədbirlərində səslənən musiqilərin səslənmə keyfiyyəti bizi qane etmir. Studiya yaradılsa, həmin musiqilər, mahnılar yenidən yazılar və daha səviyyəli şəkildə səsləndirilər. Bəstəkarlar İttifaqı olaraq, Mədəniyyət və Turizm Nazirliyindən dəstək istəyirik", - deyə Firəngiz Əlizadə qeyd etmişdi.
DİA.AZ bildirir ki, mövzu ilə bağlı xalq artisti, “Şöhrət” ordenli bəstəkar Faiq Sücəddinov “Yeni Müsavat”a danışıb. Faiq Sücəddinov ilk öncə Bakıda keçirilən Musiqi Forumunu çox böyük dəyərləndirdiyini deyib: “Bu forumun əsas mahiyyəti ondan ibarət idi ki, problemləri açıb ortaya qoyurdular. Müəllimlər tədrislə bağlı, yaradıcı insanlar isə musiqi ilə bağlı öz problemlərinin dilə gətirirdi. Məsələn, müəllimlər deyirdi ki, məktəblərdə piano yoxdur. Pianosuz musiqini necə keçmək olar? Həmçinin musiqi ilə bağlı vəsait, notlar yoxdur. Adətən uşaqlar notları kserokopyadan çıxarırlar ki, bu da çox keyfiyyətsiz olur. Hansısa əsərlər var ki, 20-ci əsrdə yazılıb, bu gün onları çox çətinliklə tapırıq.
Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli qeyd etdi ki, Mədəniyyət Nazirliyində bir fond olmalıdır və həmin fond əsərləri almalıdır. Əvvəllər belə ənənə var idi, belə ki, əsərlər alınır, daha sonra orkestrə, ya da hansısa ansambla, xora həvalə olunurdu ki, ifa olunsun.
Digər problemlərdən birini isə Siyavuş Kərimi müzakirəyə çıxardı, qeyd etdi ki, ölkədə lazımi səviyyədə səsyazma studiyası yoxdur.
Qeyd edim ki, yaxşı keyfiyyətli səsyazma studiyasından əvvəl ölkədə yaxşı səs rejissorları olmalıdır, onları yetişdirməliyik. Əvvəllər bizim səs rejissorlarımızın əksəriyyəti bəstəkarlar idi. Onlar xarici ölkəyə gedərək, bunun məktəbini öyrənir, daha sonra vətənə geri qayıdaraq, onu tətbiq edirdilər. Bu bir sənətdir. Əlbəttə, yaxşı avadanlıq da olmalıdır, amma qeyd etdiyim kimi, ilk öncə yüksək səviyyəli səs rejissorları yetişdirməli, onları oxutdurmalıyıq.
Azərbaycanda, Bakı şəhərində demək olar ki, böyük orkestr üçün studiya yoxdur. Ola bilsin ki, studiya var, amma lazımi avadanlığı yoxdur. Avadanlıqdan başqa səsyazma studiyasında mikrofonlar olmalı, həmçinin nöqtələr olmalıdır ki, hansı ifaçı harada oturmalıdır və sairə. Bu, böyük, nəhəng prosesdir və onu etmək lazımdır.
Şəxsən mən bu yaxınlarda “Zəfər” simfonik poemasını yazmışam və onu çox çətinliklə səsyazma studiyasında “Youtube” üçün yazdırmışam. Ona görə ki, 100 il keçsə belə, əsərim “Youtube”də qalsın və bu əsəri axtarıb, dinləmək hər kəs üçün əlçatan olsun. Yəni not öz yerində, amma bunu səsləndirmək və studiyada yazdırmaq lazımdır. İstər-istəməz notlar illər keçdikdən sonra saralır, köhnəlir, amma onu yazdıranda ömürlük qalır.
Beləliklə, son əsərimi çox çətinliklə yazdırdım. Çünki bütün xor eyni zamanda studiyaya girə bilmir, onların səsini eyni vaxtda yazmaq olmur. Ona görə də hər dəfə 4 və yaxud 5 nəfər olaraq, bu səsləri yazdıq. Amma avadanlıq olsaydı, bütün bunları cəmi 4-5 dəfəyə yazmaq olardı. Yəni təsəvvür edin, biri var ki, orkestr girsin, 4-5 dəfəyə səs yazılsın, biri də var ki, ifaçılar 2-3 nəfər olaraq girib, səsləri yazdırırlar. Bu, çox çətin prosesdir".
Xalq artisti Gülyaz Məmmədova isə qeyd edib: “Hesab edirəm ki, Azərbaycanda keyfiyyətli, yaxşı səviyyəli səsyazma studiyaları var və mənim bununla bağlı heç vaxt çətinliyim olmayıb.
Təbii ki, musiqilərimiz dünyada qəbul olunur. Hesab edirəm ki, xalq artisti Siyavuş Kəriminin bu narahatlığı əsasən orkestrlə bağlı səsyazmalarla bağlıdır. Əlbəttə ki, ciddi üslublu, orkestr musiqilərinin, böyük əsərlərin yazılması üçün çox keyfiyyətli, hər cür avadanlığa malik səsyazma studiyası tələb olunur. Bu baxımdan, Siyavuş Kəriminin fikirləri qəbul olunandır".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın xəritə təklifini qəbul etmək olmaz - ÇÜNKİ...
Bu gün, 14:00 |
|
|
|
• Müəllimlər narazıdır: - "Elə nazirlikdə də qəribə proseslər baş verir"
Bu gün, 13:58 |
|
|
|
• Rusiyanın müttəfiqliyə zidd addımları: - Yaxud baltanı “öz ayağına vuranlar"
Bu gün, 13:12 |
|
|
|
• Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? - RƏSMİ AÇIQLAMA
Bu gün, 13:01 |
|
|
|
• Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var - ŞOK DETALLAR
Bu gün, 12:56 |
|
|
|
• Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır - Samir Əli yazır...
Bu gün, 12:51 |
|
|
|
• Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:50 |
|
|
|
• Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33 |
|
|
|
• "Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29 |
|
|
|
• Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21 |
|
|
|
• Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08 |
|
|
|
• Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02 |
|
|
|
• Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00 |
|
|
|
• Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56 |
|
|
|
• Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52 |
|
|
|
• Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46 |
|
|
|
• DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41 |
|
|
|
• Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30 |
|
|
|
• Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26 |
|
|
|
• Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18 |
|
|
|
• Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12 |
|
|
|
• AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11 |
|
|
|
• Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08 |
|
|
|
• Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02 |
|
|
|
• AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54 |
|
|
|
• "Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52 |
|
|
|
• Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50 |
|
|
|
• Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48 |
|
|
|
• Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42 |
|
|
|
• Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39 |
|
|
|
• "Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29 |
|
|
|
• “Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” - KİV
Bu gün, 10:28 |
|
|
|
• Nərimanov sakinləri Elgin Həbibullayevi məhkəməyə VERDİ
Bu gün, 10:24 |
|
|
|
• Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: - Ölkədən pul çıxarılıb
Bu gün, 10:16 |
|
|
|
• Samir Şərifovun yerinə təyinat yubanır - səbəb
Bu gün, 10:06 |
|
|
|
• Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58 |
|
|
|
• Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54 |
|
|
|
• Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50 |
|
|
|
• "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46 |
|
|
|
• İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44 |
|
|
|
• Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38 |
|
|
|
• "Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31 |
|
|
|
• Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16 |
|
|
|
• Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13 |
|
|
|
• TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02 |
|
|
|
• Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52 |
|
|
|
• Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51 |
|
|
|
• Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46 |
|
|
|
|