Paşinyan etiraf etdi: Trampla görüş alınmadı .....                     Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır .....                     Kanadadan Bakıya həyasız tələb .....                     Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib .....                     Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı .....                     ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! .....                     "Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" .....                     Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır .....                     “Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” .....                     Həyat yoldaşı Niyazi Mehdidən danışdı .....                     Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar .....                     Rusiyanın xəritə təklifini qəbul etmək olmaz .....                     Müəllimlər narazıdır: .....                     Rusiyanın müttəfiqliyə zidd addımları: .....                     Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? .....                     Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var .....                     Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır .....                     Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var .....                     Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... .....                     "Fransa erməni revanşizmini dəstəkləyir" .....                     Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Tramp BRİKS-i hədələdi .....                     Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ .....                     Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş .....                     Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb .....                     Paşinyan Trampla “səhər yeməyinə” qaçır .....                     Şahin Bağırov onların rütbəsini artırdı .....                     Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, .....                     DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib .....                     Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər .....                     Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... .....                     Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... .....                     Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi .....                     AŞPA özünü dərin böhrana sürükləyir .....                     Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... .....                     Daha iki il sərhədimizdə .....                     AŞPA-da meydan ermənilərə qalıb .....                     "Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" .....                     Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... .....                 

“Qisasçı deyiləm, amma günahı bağışlamıram”
Tarix: 5-11-2023, 11:01 | Çap et
“Qisasçı deyiləm, amma günahı bağışlamıram”
Onunla söhbətimiz çoxşaxəli oldu. Həm sənətdən danışdıq, həm Azərbaycanın qələbəsindən, həm də sənətin o qələbədəki rolundan.

Həmsöhbətimiz Xalq artisti Nurəddin Mehdixanlıdır.

– Bu yaxınlarda doğum gününüz oldu, təbrik edirəm, amma deyəsən qeyd etmədiniz…

– Təşəkkür edirəm. 67 yaşım tamam oldu. Düzünü deyim, doğum günü qeyd etmək, neçə yaşımın olması barədə heç vaxt düşünməmişəm. Ya buna vaxtım olmayıb, ya da maraqlı deyil. Maraqlı olan hər gün hansı işi görməyim, nə qədər faydalı olmağımdır. Bir yaş böyük, bir yaş kiçik olmağın da fərqi yoxdur, insan var ki, gəncliyindən kamildir, insan da var, yaşı çoxdur, amma düşüncəsi az. Yaş artdıqca bir çox mətləblər daha aydın görünməyə başlayır. Həyatı anlayırsan və bacardıqca yaxşılıq etmək, iş görmək, iz qoymaq istəyi də artır. Bir də mütaliə etmək tələbata çevrilir. Oxuduqlarını artıq oxumusan, oxumadıqlarını, bilmədiklərini öyrənmək üçün, bəzən axtardığını tapa bilmirsən. Azərbaycanda 5-6 müəllif var, onları oxuyanda yeni nə isə öyrənmək olur. Məsələn, Qismət, Aqşin Yenisey, Salam… bunları oxumaq çox maraqlı gəlir. Mən artıq səhnədə istədiyi obrazları oynamış bir aktyoram, oynamadıqlarımın axtarışındayam. Onu tapmaq üçün isə hökmən ədəbiyyata, dramaturgiyaya baş vurmaq lazım gəlir. Dramaturgiyada isə bu gün bir boşluq var, süstlük hökm sürür. Məsələn, çox istəyirəm ki, bir vaxtlar Ramiz Novruzun “Hələ sevirəm deməmişdilər” pyesinin tamaşasında oynadığım Vətən kişi kimi bir obraz olsun, amma bu dəfə vətənə qayıdan Vətən. Bu gün mənim gözlərim önündə xaraba qoyulmuş yurd yerləri var, bir də o yurd üçün canlarını verən oğullar. Hərəsi bir ailənin övladı idi, arzuları nakam qaldı. Onların ədəbiyyatda, dramaturgiyada, kinoda, teatr səhnəsində bədiiləşmiş obrazlarını görmək istəyirəm. Yurduna geri qayıdıb tikdiyi evi tapa bilməyən Vətən kişinin obrazını oynamaq istəyirəm. Düzdür, yaralar hələ təzədir, müharibənin səhnələşdirilməsi onu yaşayana inandırıcı olmaya bilər, ona görə də onu oynamaq olmaz, onu yaşamadan oynaya bilməzsən. Qarabağ müharibəsini bu gün səhnədə oynamağın tərəfdarı deyiləm, onu yaşayanların qarşısında oynamaq süni görünür. Ya yaşayaraq oynamalısan, ya da oynamaq olmaz.

– Vətən kişi obrazını xatırlatdınız, Ramiz Novruzun “Hələ sevirəm deməmişdilər” pyesinin tamaşasında məcburi köçkün düşən kişini. Yadımdadır, onun monoloqunu dediyiniz vaxt tamaşa zalından bir kişi səhnəyə çıxıb, sizi qucaqlayıb, ağladı…

– Mən yaşadıqlarımı oynayırdım. Məcburi köçkün düşməmişəm, qarabağlı deyiləm, amma bir qarabağlıdan artıq qarabağlıyam. Mənim doğulduğum ev yerindədir, o evdə atamın, anamın səsi, əl izləri var. Mən ora gedəndə o dünyanın içinə düşürəm, o aləmə qayıdıram, amma o dünyasını itirən minlərlə həmvətənimiz var, onları düşünməmək olmaz. Mənim yurdumda atamın, anamın qoxusu qalır, sənin yurdunda heç nə qalmayıb.

– İndi yarama niyə toxunursunuz?

– Bunu unutmayaq deyə, sağalmasın o yara. Bundan sonda, sadəcə olaraq, yaddaşımızdan muğayat olmalıyıq. Bütün başımıza gələnlərin səbəbi yaddaşsızlığımızdır. Yaddaşımıza sahib çıxaq. Yaddaş qoruyucu zirehdir.

– Yaddaşımız da işğal altında olub, yaddaşımızı silməyə çalışıblar, müəyyən qədər də nail olublar…

– Mən qisasçı deyiləm, amma günahı bağışlamıram. Erməni övladını nifrətlə böyüdür, türkün qatili kimi tərbiyə edir. Biz uşaqlarımızı vətənə sevgi ilə və beynəlmiləl ruhda böyüdürük. Ananı, bacını – vətənini qoru, deyirik. Fərqimiz budur.

– Bu yalnız tərbiyə deyil, genetik faktor da var. Biz öz doğma yurd yerlərimizdən necə çıxarıldıq, onlar indi bizim torpaqlardan necə yola salınırlar…

– Onların etdikləri yalnız günah deyil, cinayətdir. Cinayətin cəzası var. Bu gün onların başına gələnlərin, çöküşlərinin, əzilməklərinin günahkarı özləridir, verdikləri, aldıqları tərbiyədir. Müqəddəs kitabımız deyir ki, səninlə savaşanla savaşacaqsan. Bağışlamaq olar, amma 2+2-nin 4 elədiyini yadında saxlayacaqsan. Biz baş kəsmədik, qocaları, uşaqları qətlə yetirmədik. Biz torpaqlarımız azad etdik və işğalçı bu gün cavab vermək üçün istintaqa cəlb edilir. Mənim doğum günündə ölkəmdə haqq, ədalət qalıb gəlir, bundan böyük təntənə olarmı… Bu təmtəraq kimə qismət olub? Bu təmtərağı, zəfəri, ədalətin bərpasını həmişə görək deyə, böyük, güclü olmalıyıq. Bunun üçün mədəniyyət böyük qüvvədir, teatrın boynuna daha çox məsuliyyət düşür.

– Siz də bir əsgərsiniz, hər zaman əsgərin yanında oldunuz, sənətinizlə səngərlərdə oldunuz. Keçək sənətinizə, bəxti gətirən sənətkarsınız?

– O qədər də yox. Kinoda çox işim olmayıb, əsasən teatrda işləmişəm. Bizə kinoda meydan verilmədi.

– Hər halda, kinoda “Cavad xan” kimi iziniz oldu…

– Yaxşı ki, o filmə çəkilmişəm. Həyatda heç də asan olmadı mənə, harada ağıl lazım idi orda ağılla, harada güc lazım idi, orda yumruqla yol açdım. Haqlı olduğum yerdə heç kimin qabağından çəkilməmişəm. Bizim nəsil sənətdə daha çox iş görə bilərdi…

O vaxtın teatrını çox şişirdirlər, amma suflyor teatrına yaxşı demək olar? Bu gün aktyor səhnədə 60-cı illərin aktyoru kimi danışsa, onu fitə basarlar. Bizim nəsil teatra yeni nəfəs gətirdi. Özümüzdən əvvəlki sənətkarlara aşağıdan yuxarı baxırdıq. Bizim dövrdə meyllər dəyişdi. Diplom tamaşama baxan Tofiq Kazımov məni Milli Dram Teatrına dəvət etdi. Əsgərlikdən qayıdandan sonra ancaq kütləvi səhnələrə çıxırdım. İlk böyük rolum İlyas Əfəndiyevin “Unuda bilmirəm” pyesinin tamaşasında Kamran olub. Tamaşaçı məni bu rolla sevdi. Bu tamaşada 565 dəfə oynamışam. Sənət taleyimə görə müəllimlərimə borcluyam, ilk növbədə Adil İsgəndərova borcluyam. Təkcə öyrətmədi, həm də sənəti sevdirdi o kişi. Deyirdi, qada, böyük sənəti böyük kişilər yarada bilər.

Bu gün deyirlər ki, teatrda tənəzzül var. Məgər başqa sahələrdə elə deyil? Azərbaycan müharibə aparırdı, hər sahədə tənəzzül vardı. Teatr aktyorlarını sənətdə Ulu öndərin təsisi etdiyi mükafatlar saxladı.

– Bu gün teatrın əsas problemi nədir?

– Teatr bu gün də yaşayır və yaşadır. Problem teatrda bir dəfə də olsun olmayanın teatrın olmaması barədə iddialı fikir deməyidir. Bu gün teatr da var, sənətkar da. Aktyor da var, rejissor da. İnkişaf yoluna qədəm qoymuşuq, hər şey yaxşı olacaq. Nə qədər gücüm, bacarığım var, teatr sənətinə xidmət edəcəm. Milli Dram Teatrında yaxşı işlər, gözəl hadisələr olacaq. Teatr çox böyük mədəniyyətdir, onu yüksəldib zirvələrdə saxlaya bilsək, millətin mədəni səviyyəsi də yüksək olar.

– İstədiyimiz budur, zatən, bu ümidlə və arzu ilə sağollaşaq sizinlə.

Ramilə Qurbanlı
Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47
Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39
Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38
Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35
Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32
ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 15:29
"Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" - XƏBƏRDARLIQ!
Bu gün, 15:22
Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır - Paşinyan BELƏ DEYİR...
Bu gün, 15:19
“Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” - Keçmiş diplomat
Bu gün, 15:17
Həyat yoldaşı Niyazi Mehdidən danışdı - Ayağı kəsilə bilər
Bu gün, 15:16
Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar - BU NƏDİ BELƏ?..
Bu gün, 15:09
Rusiyanın xəritə təklifini qəbul etmək olmaz - ÇÜNKİ...
Bu gün, 14:00
Müəllimlər narazıdır: - "Elə nazirlikdə də qəribə proseslər baş verir"
Bu gün, 13:58
Rusiyanın müttəfiqliyə zidd addımları: - Yaxud baltanı “öz ayağına vuranlar"
Bu gün, 13:12
Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? - RƏSMİ AÇIQLAMA
Bu gün, 13:01
Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var - ŞOK DETALLAR
Bu gün, 12:56
Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır - Samir Əli yazır...
Bu gün, 12:51
Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:50
Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33
"Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29
Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26
Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21
Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08
Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02
Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00
Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56
Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52
Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46
DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41
Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30
Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26
Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18
Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12
AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11
Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08
Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02
AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54
"Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52
Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48
Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42
Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39
"Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29
“Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” - KİV
Bu gün, 10:28
Nərimanov sakinləri Elgin Həbibullayevi məhkəməyə VERDİ
Bu gün, 10:24
Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: - Ölkədən pul çıxarılıb
Bu gün, 10:16
Samir Şərifovun yerinə təyinat yubanır - səbəb
Bu gün, 10:06
Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58
Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru