"Mahnı hazır olandan sonra Aygünə təklif etdim"
Tarix: 8-04-2024, 09:45 | Çap et
Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci bəxş edən müğənni Nigar Camal duet ortağı mərhum Əməkdar artisti Aygün Bəylərdən söz açıb.
Bizim.Media xəbər verir ki, sənətçi “O üz” verilişinə müsahibəsində A.Bəylərlə olan ünsiyyətindən bəhs edib.
Nigar Aygünlə baş tutan duetin pərdəarxası məqamlarından danışıb:
“Nəfəsim Qəlbim” mahnısının sözləri mənə aiddir. Mahnı hazır olandan sonra Aygünə təklif etdim. O isə bunu böyük məmnuniyyətlə qəbul etdi. Bundan sonra biz başladıq birlikdə layihə hazırlamağa. Hamı deyirdi ki, siz fərqli insansınız. Necə sizdə bu duet alındı? Amma hər şey bizdə əla idi... Gülürdük, danışırdıq. Aygün keçmiş Novruz bayramında mənə təklif etdi ki, bir yerdə milli ruhda mahnı oxuyaq. Gözəl bir klip də çəkdirək. Mən bu mahnıya klip də düşünmüşdüm.
İstəyirdim ki, 60-70-ci illərin tərzində bir klip çəkdirək. Əslində çox maraqlı olmalı idi. Amma milli mahnı oxumaqdan qorxurdum. Deyirdim ki, mən pop ifaçıyam, heç zaman milli mahnı oxumamışam və məndə sənin kimi möhtəşəm alınmaz. Amma o deyirdi ki, “Nigar səndə hər şey alınacaq. Gəl bir yerdə oxuyaq, insanlara maraqlı olacaq”.
N.Camal bildirib ki, A.Bəylərin analizlərinin cavablarını Bakıdakı həkimlərə göstərəndə vəziyyətinin çox ağır olduğunu öyrənib:
“Milli mahnı oxumaq haqda yayda Aygünlə danışdım. Amma iki gün sonra onunla bağlı çox pis bir xəbər aldım. Aygündə xərçəngin 4-cü mərhələsi idi. Zəng edib ona söylədim ki, Bakıda çox yaxşı həkimlər tanıyıram. Mənə öz analizlərini göndər. O isə xəstəliyi ilə bağlı Türkiyəyə müalicəyə gedirdi. Bakıda xəstəxanaların birinə getdim. Orada həkimə Aygünün analizlərini göstərdim. Amma mənə söylədilər ki, analizlər çox pisdir. Mütləq şəkildə o kimyaterapiyaya başlamalıdır”.
Nigar Aygünün qəfil ölümünə inanmadığını və onun sayəsində muğamı sevdiyini bildirib:
“Mənim üçün ən çətin Aygün Bəylərin ölümü oldu. Bir insanı çox istəyəndə ona nəsə bir pis şey olacağına inanmırsan. Elə düşünürsən ki, onda hər zaman hər şey yaxşı olacaq. Bizdə sənətkar çoxdur. Hamıya hörmətlə yanaşıram. Amma Aygün Aygündür. Aygünün səsi Allahdan verilən səsdir. Günlərin bir günü səs yazma studiyasında mahnımızı yazdırırdım.
Bir neçə dəfə çalışdım ki, nəğməni başqa cür oxuyum. Aygün gəldi... O mahnıya əvvəlcədən heç qulaq da asmamışdı. Bir dəfə yanımda mahnını dinlədi və elə oxudu ki, göz yaşlarım axmağa başladı. Dedim ki, “Aygün sən neyləmisən? Bu mahnını necə belə oxumaq olar? Aygünün səsi ilə müğama vuruldum. Çox xoşbəxtəm ki, həyatda Aygünü tanıdım”.
Qeyd edək ki, Əməkdar artist Aygün Bəylər uzun sürən xəstəlikdən sonra yanvar ayının 6-da gecə saatlarında Ankarada müalicə aldığı xəstəxanada vəfat edib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33 |
|
|
|
• "Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30 |
|
|
|
• Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24 |
|
|
|
• Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17 |
|
|
|
• “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15 |
|
|
|
• Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35 |
|
|
|
• İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32 |
|
|
|
• Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28 |
|
|
|
• Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22 |
|
|
|
• "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56 |
|
|
|
• Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42 |
|
|
|
• Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35 |
|
|
|
• Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24 |
|
|
|
• Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21 |
|
|
|
• Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19 |
|
|
|
• Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15 |
|
|
|
• “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12 |
|
|
|
• Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07 |
|
|
|
• COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30 |
|
|
|
• Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26 |
|
|
|
• Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03 |
|
|
|
• Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58 |
|
|
|
• "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52 |
|
|
|
• Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50 |
|
|
|
• “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06 |
|
|
|
• Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03 |
|
|
|
• Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08 |
|
|
|
• ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38 |
|
|
|
• "Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Dünən, 12:36 |
|
|
|
• Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Dünən, 12:29 |
|
|
|
• SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Dünən, 12:25 |
|
|
|
• “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 10:41 |
|
|
|
• Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:36 |
|
|
|
• Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Dünən, 10:30 |
|
|
|
• İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:11 |
|
|
|
• Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Dünən, 09:06 |
|
|
|
• Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Dünən, 09:03 |
|
|
|
• “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Dünən, 07:45 |
|
|
|
• 'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Dünən, 07:41 |
|
|
|
• "Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Dünən, 07:30 |
|
|
|
• Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Dünən, 07:24 |
|
|
|
• Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Dünən, 07:19 |
|
|
|
• İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Dünən, 07:12 |
|
|
|
• "ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Dünən, 06:44 |
|
|
|
• İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Dünən, 06:38 |
|
|
|
• Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Dünən, 06:33 |
|
|
|
• Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Dünən, 06:24 |
|
|
|
• “Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”
Dünən, 06:20 |
|
|
|
• Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi - ARAŞDIRMA
Dünən, 00:30 |
|
|
|
|