“ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) COVID-19-un mənşəyi ilə bağlı rəsmi mövqeyini dəyişərək, virusun Çin laboratoriyasından sızması ehtimalının daha yüksək olduğunu bildirib. Beləliklə, onun heyvanlardan ötürülməsinə dair indiyəqədərki məlumatlar rəsmən şübhə altına alınıb”.
“Cebheinfo.az” xəbər verir ki, bunu AFP yazır.
Yeni qiymətləndirmə Con Retklifin cümə axşamı Donald Tramp tərəfindən MKİ-nin direktoru vəzifəsinə təsdiqlənməsindən sonra verilib.
Trampın ilk pezidentliyi dövründə, 2020-21-ci illərdə milli kəşfiyyat direktoru vəzifəsində çalışmış Ratklif yeni müsahibəsində birinci prioritetinin COVID-19-un mənşəyini qiymətləndirmək olacağını deyib.
"Agentlik əvvəlki mövqeyindən kənara çəkiləcək",-deyə o bildirib. Beləliklə, COVID-19-un Vuhan Virusologiya İnstitutundan sızdığına inandığını söyləyib.
"MKİ inanır ki, COVID-19 pandemiyası təbii mənşədən daha çox tədqiqat mənşəlidir”, - deyə o açıqlamasında bildirib.
Agentlik əvvəllər COVID-19-un laboratoriya qəzasından qaynaqlandığı və ya heyvanlardan ötürüldüyü ilə bağlı dəqiq heç bir qərar verməmişdi:
"MKİ həm tədqiqatla bağlı, həm də təbii COVID-19 pandemiya ssenarilərinin inandırıcı olduğunu qiymətləndirməyə davam edir".
ABŞ rəsmisi AFP-yə bildirib ki, dəyişiklik MKİ-nin əvvəlki direktoru Uilyam Börns tərəfindən tapşırılan və Ratkliffin bu həftə gəlişindən əvvəl tamamlanan mövcud kəşfiyyat məlumatlarının yeni təhlilinə əsaslanır.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) koronavirusun mənşəyi ilə bağlı iddialarına Çini tərəfindən cavab gecikməyib. “Bu, qaralama məqsədi daşıyan siyasi manipulyasiyadır",-deyə Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Liu Penyu MKİ-nin COVID-19 pandemiyasının guya Uhandakı laboratoriyadan sızma nəticəsində yayılması ilə bağlı iddiaları şərh edərkən bildirib.
Qeyd olunub ki, bunlar köhnə siyasi manipulyasiyadır və inandırıcı deyil:
"Virusun mənşəyi mürəkkəb elmi sualdır. Tədqiqatçılar və ekspertlər diqqətli və metodik elmi araşdırmalar aparmalıdırlar. Buna siyasətçilər qərar verməməlidir".
Liu Penyu bildirib ki, Çin virusun mənşəyi məsələsinin siyasiləşdirilməsinə qəti şəkildə qarşıdır. O, bir daha hamını elmə hörmət etməyə və sui-qəsd nəzəriyyələrindən qaçmağa çağırıb. Diplomat vurğulayıb ki, Mərkəzi Kəşfiyyat İdarəsinin nəticələri heç bir ciddi sübutla dəstəklənmir. Səfirlik nümayəndəsinin sözlərinə görə, bu, Çini ləkələmək və faktları təhrif etmək məqsədi daşıyır. O, deyib ki, Çin istənilən formada siyasi manipulyasiyaya qətiyyətlə qarşıdır.
Görünən odur ki, Tramp adminsitrasiyası Çini cəzalandırmaq üçün COVID-19-dan da istifadə edəcək. İndiyə qədər məsələlər dəfələrlə gündəmə gəlsə də, son qərarın verilməsi hər dəfəsində qeyri-müəyyən şəraitdə təxirə düşüb.