İqtisadiyyat nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətində rəhbərliyin qəbuluna onlayn yazılmaq olmur.
Bu barədə Qlobal.az-a müraciət edən vətəndaşlar xəbər verib.
Onlar bildirirlər ki, Xidmətin saytında qəbula yazılmaq üçün bölməyə daxil olub müvafiq qrafaları doldurduqdan sonra "göndər" düyməsini sıxanda sistem müraciəti qəbul etmir.
Onlayn qəbul qrafasında Xidmətin rəisi Mətin Abdullayevlə bərabər, Xidmətin rəis müavini Rüstəm Şahbazovun da qəbuluna yazılmaq mümkün deyil.
Qəbula yazılmaq üçün Dövlət Xidmətinin (994-12) 3110160 nömrəsinə zəng edib 4 rəqəmli daxili nömrəni yığdıqda isə operator vətəndaşa şəxsiyyət vəsiqəsi ilə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr., 139 ünvanına yaxınlaşmağı deyir.
Vəəndaşlar Bakı və Abşeronda yaşayan sakinlərin Əmlak Məsələləri Dövlət Xidmətinin ünvanına getmələrinin bir o qədər də çətin olmadığını bildirsələr də, bunun regionda yaşayan vətəndaşlar üçün həm maddi, həm də zaman baxımından çox çətin olduğunu bildirirlər.