İQTİDARİÇİ ŞƏR QÜVVƏLƏRİN SONUNCU ŞƏRQİSİ
Tarix: 7-10-2012, 12:00 | Çap et
ELŞAD ABDULLAYEV ARANI QATDI VƏ ARA QARIŞDI, MƏZHƏB İTDİ
DİA.AZ: - Hələ də 5 oktyabrda təhsil nazirliyinin qarşısında bir qrupp şəxsin hicabı müdafiə tələbi altında keçirdiyi aksiyanın rezonansı ictimai fikri məşğul etməkdədir. Hər kəs heyrət içindədir, hətta bu hakimiyyətə qarşı ən radikal cinahda dayananlar belə bu şəkildə etirazın yaratdığı auranın xofundan çıxa bilməyib. Çünki…
Çünki Azərbaycanda münasibətlər çox nadir hallarda radikal üsullarla çözülür. Hətta bizdə cinayətin nəticəsində yaranan ölüm halları da digər millətlərlə müqayisədə çox azdır. Yəni əslində bunca problemlərin, sosial ədalətsizliyin, hüquqi özbaşınalığın fonunda ölümlə nəticələnən hadisələr çox olmalıdır. Yəni normalda, normal statistik hesablamalarda. Amma bizdə belə deyil və biz belə deyilik.
Lakin 5 oktyabr aksiyasında gördük ki, kimlərsə qarşılarındakı polisin nəinki hansı mövqedə dayanmasını, hətta insan olduğunu unudacaq şəkildə aqressivləşdirilirlər. Yox, bu nə din deyil, nə də inanclı insanın etirazı. Çünki inanclı insanın müqaviməti daha çox insani üsullara dayanıqlı olur. Burada isə aşkar surətdə qeyri-insani davranış əlamətləri var idi ki, hamımızın qorxduğu, ehtiyatlandığı da budur.
Kimlərsə, Azərbaycanı dünyaya məhz bu şəkildə tanıtmaq istəyirlər. Kimlərsə çalışırlar ki, öz mövqelərini qorusunlar və burada həm daxili və həm də xarici qüvvələrin iştirakı şəkksizdir.
Bu gün asanlıqla ehtimal edə bilərik ki, Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin yaratdığı ajiotajın ağırlığı kimlər üçünsə çəkilməz olduğundan bu şəkildə gündəmi dəyişməyə çalışırlar. Gah ali məktəblərin binaları yanır, gah elektrik stansiyası partlayır, gah ticarət mərkəzində insanlar zəhərlənir və s. Bir sözlə, hansısa sehirli bir əl bu gün Azərbaycanı içindən qarışdırmaqdadır. Və burada həmin sehirli əlin özünü vacib fiqur kimi hiss etdirmə çabaları aşkar surətdə duyulur. Yəni bu sehirli əl kimlərəsə sübut etmək istəyir ki, mən vacib fiquram və mənə toxunma. Toxunduğun təqdirdə, bu kimi hadisələr baş verə bilər.
Budur məsələ. Burada nə hicab davası var, nə də dini təəssübkeşlik. Çünki hicabı müdafiə etmək üçün Elşad Abdullayevin videolarının yayılmasını gözləmək lazım deyildi. Çünki hicabı müdafiə üçün Ramiz Mehdiyevin mövqelərinin sarsıldığını görmək lazım deyildi. Müdafiə o zaman səmimi olardı ki, ortada iki illik interval yaranmamış olardı.
Bəli, məsələ yenə də bu gün istinad nöqtələri laxlamaqda olan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin üzərinə yüklənir. Biz dəfələrlə vurğulamışıq ki, Azərbaycanda elə qüvvələr var ki, onların çörəkləri qarışıqlıqdan çıxır. Həmin qüvvələr özlərini lazımlı şəxslər hesab etmək üçün onlara vəhşiləşmiş Əli Kərimli, İsa Qəmbər obrazları lazımdır. Onlar süni şəkildə müxalifətdən xortdan düzəldirlər. Diqqət yetirin, hamının başı qarışıb Elşad Abdullayev vurhavuruna onlar araya salıb Zaur Qurbanlını tutur, «Nida»nın ofisini aratdırırlar. Və dərhal prezidentin masasının üzərinə gənclərin nəşr etdiyi broşür qoyulur və belə təqdim olunur ki, bu gənclər prezidentin getməsini arzulayır, ona qarşı təbliğat aparırlar. Daha kimsə söyləmir ki, normalda bu düşüncədə olan gənclər də olmalıdır və normalda bu kimi təbliğatlar baş verməlidir. Yəni bu formadan olan hadisələrə görə, hansısa «qaranlıq dəlilərini» ayaqda tutmağın özü belə doğru qərar deyil.
Ona görə də nə İslam Partiyası, nə də hansısa digər müxalif qüvvə 5 oktyabr hadisəsinə sahib çıxmadı. Hətta tutulanlar, aksiyaya qatılanlar arasında İslam Partiyası üzvlərinin olması belə şübhəlidir. Yəni bu o deməkdir ki, məsələ məhz bizim təqdim etdiyimiz nöqtədən idarə olunur. Çünki günlərdir hədəfə alınanı elə həmin nöqtə idi…
Hər halda, 5 oktyabr hadisələrinin həmin qüvvələrin sonuncu şərqisi olması da istisna deyil. Çünki artıq bu tərzdə oyunlar yerimir… uşaq deyilik axı, müstəqilliyimizin 21 yaşı var…
SƏBUHİ – DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Bu gün, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Bu gün, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Bu gün, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Bu gün, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Bu gün, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Bu gün, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Bu gün, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Bu gün, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Bu gün, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Bu gün, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Bu gün, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Bu gün, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Bu gün, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Bu gün, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Bu gün, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Bu gün, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Bu gün, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Bu gün, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Bu gün, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Bu gün, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Bu gün, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Bu gün, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Bu gün, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Bu gün, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Bu gün, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Bu gün, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Bu gün, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Bu gün, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Bu gün, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Bu gün, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Bu gün, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Bu gün, 16:06 |
|
|
|
• Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Bu gün, 16:02 |
|
|
|
• “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57 |
|
|
|
• Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53 |
|
|
|
• 26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53 |
|
|
|
• Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49 |
|
|
|
• Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47 |
|
|
|
• Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39 |
|
|
|
• Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38 |
|
|
|
• Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35 |
|
|
|
• Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32 |
|
|
|
• ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 15:29 |
|
|
|
• "Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" - XƏBƏRDARLIQ!
Bu gün, 15:22 |
|
|
|
• Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır - Paşinyan BELƏ DEYİR...
Bu gün, 15:19 |
|
|
|
• “Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” - Keçmiş diplomat
Bu gün, 15:17 |
|
|
|
• Həyat yoldaşı Niyazi Mehdidən danışdı - Ayağı kəsilə bilər
Bu gün, 15:16 |
|
|
|
• Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar - BU NƏDİ BELƏ?..
Bu gün, 15:09 |
|
|
|
|