RAMİZ MEHDİYEVİN ŞOK REVANŞ PLANI İŞƏ DÜŞÜR
Tarix: 15-10-2012, 08:40 | Çap et
İSMƏT ABBASOVLA ETİBAR PİRVERDİYEVİN HESABINA GÜNDƏM DƏYİŞDİRİLİR
DİA.AZ: - Son zamanlar hakimiyyət içində dəngələrin dəyişdiyi bir faktdır. Artıq bütün istiqamətlərdə geri çəkilmək zorunda qalan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adekvat hücum tədbirləri barədə düşündüyü də söylənilir. Bu barədə redaksiyamızı bilgiləndirən mötəbər qaynağın iddialarından belə aydın olur ki, Ramiz Mehdiyev gedişinə yaxın bir neçə fiquru da özü ilə aparmaq istəyir.
Bu barədə etibarlı mənbənin DİA.AZ-a söylədikləri: «Ramiz Mehdiyev neçə müddətdir ki, konkret olaraq iki fiqura qarşı kampaniya aparır. Onlardan biri kənd təsərrüfatı naziri İsmət Abbasov, digəri isə «Azenerji» ASC-nin prezidenti Etibar Pirverdiyevdir».
Mənbəmiz bildirir ki, bundan əvvəlki prezident seçkilərində, eyni zamanda digər dönəmlərdə hakimiyyətə yaxın partiya rəhbərlərinin əsasən bu iki şəxsin üzərinə yerimələri də təsadüfi olmayıb: «Həmin şəxslərin birbaşa olaraq Prezident Administrasiyasından qidalandığı faktdır. Və əllərinə düşən fürsətdəcə onlar bu iki şəxsə qarşı hücum ediblər. Doğrudur, onların hədəfində bir zamanlar keçmiş iqtisadi inkişaf naziri Heydər Babayev də var idi. Amma onun kitabını bağlaya bildiklərindən, sonrakı hücum kampaniyalarında yalnız digər hədəflərlə bağlı tədbirlər yer aldı».
İndi isə özünün çətin durumda olduğunu bildirən mənbəmiz qeyd edir ki, Ramiz Mehdiyev İsmət Abbasovun çıxdaş edilməsi üçün çox ciddi tədbirlər planı hazırlayıb: «Əslində bu planın icrası həm də Mehdiyevin özü üçü lazımdır. Bu yolla Mehdiyev bir neçə hədəfə hesablanmış addım atır. Birincisi ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaratdığı mühiti az da olsa unutduraraq gündəmi dəyişdirmək, ikincisi də çoxdan yarımçıq qoyduğu işi davam etdirmək».
Mənbəmiz bildirir ki, bu günlərdə İsmət Abbasova qarşı çox ciddi korrupsiya faktlarının ictimailəşməsi gözlənilir: «Hətta ola bilsin ki, Mehdiyevin parlamentdəki dayaqları da bu prosesə cəlb olunsunlar və Milli Məclisin tribunalarından İsmət Abbasovun istefası tələb olunsun».
KTN şefinin hansı şəraitdə ilişməsinə gəlincə isə, mənbəmiz bildirdi ki, həamin faktlar çoxdan hakimiyyətin üst dairələrinə məlumdur: «Hər kəs bu faktlardan halidir və artıq İsmət Abbasov bu əməlinin bədəlini ödəyib də. Amma buna baxmayaraq, Ramiz Mehdiyev köhnə faktları ifşa etməklə KTN şefini hədəfə çevirib, gündəmdə ikinci şok yaratmağı düşünür. Və bu dəfə hədəfdə o yox, hakimiyyətin üst düzəyinin dəstəklədiyi bir nazir olacaq».
Ramiz Mehdiyevin hədəfə çevirdiyi ikinci məmur isə il boyu hər zaman mənfi olaylarla bağlı gündəmdə olan "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevdir. Xatırladaq ki, bu gün hakimiyyət daxilində "Azərenerji" ASC-ni strateji maraqlarına daxil edən oliqarxların önündə Ramiz Mehdiyev gedir. Bu haqdə bizə məlumat verən mənbənin məlumatına görə PA şefi hakimiyyət daxilindəki yaxın müttəfiqi vasitəsilə Pirverdiyev haqqında ölkə rəhbərinə xüsusi dosye çatdırıb. Dosyedə Pirverdiyevin korrupsiya əməliyyatları, bu əməliyyatlardan gələn gəlirlərin "yuxarılar"dan gizlədilən hissəsi əks olunub. Dosyedə mühüm hissəni Etibar Pirverdiyev rəhbəri olduğu qurumda özünə komanda yaratması, peşəkar kadrları işdən uzaqlaşdıraraq, onların yerinə qohum-əqrəbaralarını vəzifəyə təyin etməsi haqda məlumat yer alıb: "Azərenerji"də daha çox Etibar Pirverdiyevin qaynı Kərim Xammətov üstün mövqeyə malikdir. Bu adam əvvəlcə Etibar Pirverdiyevlə birgə Dövlət Əmlak Komitəsində işləyib. O zaman Etibar Pirverdiyev, Kərim Xammətov və onun əkiz qardaşı ölkəyə elektrik kabelləri gətirməklə məşğul olub. Etibar Pirverdiyev "Azərenerji"yə prezident təyin olunandan sonra isə Kərim Xammətovu "Bakelektrikşəbəkə"nin rayon şöbələrindən birinə rəis təyin edib. Bir müddət keçəndən sonra onu "Azərenerji"yə yüksək vəzifəyə gətirib.
Bundan başqa, Etibar Pirverdiyev iki il əvvəl qardaşı Vüqar Pirverdiyevə qohum olan Namiq Orucov adlı şəxsi Sabirabad Paylayıcı Elektrik Şəbəkəsinə rəis təyin edib. Namiq Orucov da qurumu viran qoyub. İş o yerə çatıb ki, Etibar Pirverdiyev Namiq Orucovu həmin vəzifədən çıxararaq Enerji Təchizat İdarəsinə gətirib. Lakin bir müddət keçəndən sonra onu Göyçay Paylayıcı Elektrik Şəbəkəsinə rəis təyin edib. Namiq Orucov da oxşar hərəkətlərini Göyçayda davam etdirib. Özünü Etibar Pirverdiyevin xalası oğlu kimi təqdim edən bu adamın özbaşınalığı və qanunsuz əməlləri o həddə çatıb ki, Etibar Pirverdiyev yenə də onun vəzifəsini dəyişib. Etibar Pirverdiyev ipə-sapa yatmayan bu gənci gözündən uzaq qoymamaq üçün onu "Azərenerji"də şöbə rəisi təyin etməyə məcbur olub. Ümumiyyətlə "Azərenerji"də vəzifələrə təyinat Etibar Pirverdiyevin qardaşı Vüqar Pirverdiyevin məsləhəti ilə həyata keçirilir. Vüqar Pirverdiyev kimi istəyirsə, vəzifəyə təyin etdirir, kimi istəyirsə, işdən çıxartdırır. Həmçinin "Azərenerji"nin bütün transformatorlar, kabellər, ümumiyyətlə bu sahəyə aid bütün aksesuarlar Vüqar Pirverdiyevə məxsus şirkətdən alınır. Özü də bu mallar çox baha qiymətə rəsmiləşdirilir."
Bundan başqa məlum dosyedə Pirverdiyevin hər kəsdən gizlətdiyi və digər bir yaxınının adı ilə təqdim etdiyi regionlardakı kənd təssərrüfatı biznesi haqqında da məlumatlar yer alıb. Belə ki, Şabran rayonun Udulu kəndindəki dəvə fermaları "Azərenerji"-nin prezidentinə məxsusdur. Xaçmazda isə onun iri buynuzlu heyvan təsərrüfatı biznesini genişləndirib.
Məlumatlı mənbənin sözlərindən belə aydın olur ki, bu iki hədəfinin hesabına Ramiz Mehdiyev Elşad Abdullayevin əli ilə həyata keçirilən prosesdə revanş götürmək niyyətindədir. Amma bu alınacaqmı? Hər halda, əks qütbün yerində durmayacağı indidən aydındır. Ən azından bir hadisəni xatırlamaq yerinə düşər. Elşad Abdullayevin yaratdığı məlum videoqalmaqalın ertəsi günü vəziyyət müvəqqəti olaraq Gülər Əhmədovanın xeyrinə dəyişdi və hər kəsdə belə bir təəssürat yarandı ki, artıq fərqli atmosfer var. Hətta baş prokuror Zakir Qaralov bir-birinin ardından düzdüyü açıqlamaları ilə Elşad Abdullayevi suçlu görkəminə də sala bilmişdi.
Amma qısa müddət içində keçmiş rektoru dəstəkləyən qüvvələr yenidən təşəbbüsə hakim oldular və Gülər Əhmədovanın mandatı alınmaqla yanaşı, ona qarşı yeni əks təbliğat kampaniyası başladı. Ramiz Mehdiyev isə ölkəni tərk etməli oldu və ilk dəfə olaraq hökumətin yüksək toplantısı PA şefinin iştirakı olmadan keçirildi. Yəni belə biri şəraitdə Mehdiyevin revanş planının lazımi dərəcədə effekt verəcəyi bir qədər şübhəli görünür.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qalacaq? - AKTUAL
Bu gün, 23:22 |
|
|
|
• Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı - DETALLAR
Bu gün, 23:16 |
|
|
|
• "Xalq artistləri sakit durublar, mən də susacağam"
Bu gün, 21:34 |
|
|
|
• Özünüz bilmədən adınıza kredit götürürlər – Dələduzların növbəti fırıldağı
Bu gün, 21:32 |
|
|
|
• Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Bu gün, 19:10 |
|
|
|
• Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Bu gün, 19:02 |
|
|
|
• Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Bu gün, 19:00 |
|
|
|
• Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Bu gün, 18:58 |
|
|
|
• Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Bu gün, 18:17 |
|
|
|
• Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Bu gün, 18:11 |
|
|
|
• UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Bu gün, 18:07 |
|
|
|
• Tanınmış rejissora ağır itki
Bu gün, 18:02 |
|
|
|
• Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Bu gün, 18:00 |
|
|
|
• Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Bu gün, 17:59 |
|
|
|
• Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Bu gün, 17:52 |
|
|
|
• Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:47 |
|
|
|
• Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Bu gün, 17:40 |
|
|
|
• Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Bu gün, 17:31 |
|
|
|
• Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:18 |
|
|
|
• Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Bu gün, 17:11 |
|
|
|
• Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Bu gün, 17:07 |
|
|
|
• Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
• Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Bu gün, 17:01 |
|
|
|
• İsmayıllıda doğuş zamanı körpə ölüb
Bu gün, 16:51 |
|
|
|
• Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Bu gün, 16:50 |
|
|
|
• Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Bu gün, 16:49 |
|
|
|
• Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 16:42 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:34 |
|
|
|
• Suriya və Ermənistan arasında razılaşma - KİV
Bu gün, 16:28 |
|
|
|
• “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Bu gün, 16:14 |
|
|
|
• Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Bu gün, 16:13 |
|
|
|
• "Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - Slovakiyalı deputat
Bu gün, 16:04 |
|
|
|
• Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI - Üç il əvvəl başlanılmasına baxmayaraq...
Bu gün, 16:03 |
|
|
|
• İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib - ƏMR
Bu gün, 15:58 |
|
|
|
• Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... - REPLİKA
Bu gün, 15:57 |
|
|
|
• "Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Bu gün, 15:52 |
|
|
|
• Həmin sürücü maşının şüşələrini özü qırıb - VİDEO
Bu gün, 15:50 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb
Bu gün, 15:42 |
|
|
|
• Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edib
Bu gün, 15:39 |
|
|
|
• Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib
Bu gün, 15:37 |
|
|
|
• Nəzrinlə bağlı ekspertiza və xəstəxana rəyləri niyə üst-üstə düşmür? - VİDEO
Bu gün, 15:35 |
|
|
|
• Həcc ziyarətinə gedən uşaqlar üçün qiymətlər necədir? - AÇIQLANDI
Bu gün, 15:24 |
|
|
|
• Elariz Məmmədoğlunun həbsdə olan kürəkəni özünü təqsirli bilməyib - TƏFƏRRÜAT
Bu gün, 15:21 |
|
|
|
• Aİ Rusiyaya qarşı sanksiyaları uzadıb
Bu gün, 15:18 |
|
|
|
• Paşinyan “erməni soyqırımı”nı inkar edir - Revanşist “Ayakve”
Bu gün, 15:15 |
|
|
|
• Teodoros Rosopulos yenidən AŞPA-nın prezidenti seçilib
Bu gün, 15:12 |
|
|
|
• Bank kartlarımızdan pul oğurlanır: nə etməli? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanda MTK ləğv olunur
Bu gün, 13:58 |
|
|
|
• FONTANA restoranı qanunlara ZİDD GETDİ VƏ...
Bu gün, 13:05 |
|
|
|
|