Geologiya və Geofizika İnstitutunun şübhəli satınalmaları... - "Akademik təsadüf", yoxsa...
Tarix: 14-01-2025, 09:35 | Çap et
rezident İlham Əliyevin 2022-cilin iyul ayında imzaladığı fərmanla Azərbaycan Elmlər Akademiyasının büdcədən maliyyələşdirilən elmi müəssisələrinin əksəriyyəti Elm və Təhsil Nazirliyinin tabeliyinə keçirildi. Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisələrdən biri də Geologiya və Geofizika İnstitutudur. Geologiya və Geofizika İnstitutu Elm və Təhsil nazirliyinin tabeliyinə veriləndən sonra da, əvvəlki kimi müstəqil olaraq dövlət satınalmaları həyata keçirir. Qlobal.az Geologiya və Geofizika İnstitutunun sifarişçi olduğu bir sıra satınalmalar üzərində araşdırma aparıb: Geologiya və Geofizika İnstitutu 2023-cü ilin noyabr ayının 27-də "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu tərəfindən Geologiya və Geofizika İnstitutu üçün polikristal materialların keyfiyyət və kəmiyyət faza analizi üzrə çoxməqsədli toz difraksiya analitik cihazı üçün qeyri-üzvi materialları və həmin materialların sürətli şəkildə müəyyənləşdirilməsini asanlaşdıran proqram təminatının satın alınması" lotu üzrə satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 34.000 manat, qalibi isə "DR. LAB" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
"DR. LAB" Məhdud Məsuliyyətli Cəmiyyəti 2017-ci ilin avqust ayında təsis edilib. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Xan Şuşinski ev 49, qanuni təmsilçisi isə Əhmədov Rauf Əlisa oğludur. Geologiya və Geofizika İnstitutunun növbəti şübhəli satınalmalarından biri isə təxminən bir ay əvvəl - 2024-cü ilin dekabr ayının 12-də keçirilib.
"Qeyri-maddi aktivlərin (proqram təminatı) satın alınması" lotu üzrə keçirilən bu satınalmanın məbləği 26.500 manat, qalibi isə yenə də "DR. LAB" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. İnstitut bu satınalmadan 15 gün sonra - 2024-cü ilin dekabr ayının 27-də daha bir satınalmaya yekun vurub. İnstitutun "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu tərəfindən institutun laboratoriyalarında tədqiqat işlərinin aparılması məqsədilə zəruri olan avadanlıqların satın alınması" lotu üzrə yekun vurduğu satınalmanın məbləği 59.000 manat, qalibi isə "DOCTOR OF LABORATORIES" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
"DOCTOR OF LABORATORIES" Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci ilin may ayının 16-da təsis edilib. Şirkətin hüquqi ünvanı Geologiya və Geofizika İnstitutunun 2023-cü ilin noyabr ayının 27-də və 2024-cü ilin dekabr ayının 12-də keçirdiyi satınalmada qalib elan etdiyi "DR. LAB" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı ilə eynidir - Yasamal rayonu, Xan Şuşinski ev 49.
"DOCTOR OF LABORATORIES" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi isə İnstitutun yuxarıda qeyd edilən tarixlərdə qalib elan etdiyi şirkətin - "DR. LAB" MMC-nin qanuni təmsilçisi Əhmədov Rauf Əlisa oğludur.
Geologiya və Geofizika İnstitutunun müxtəlif zamanlarda hüquqi ünvanı və qanuni təmsilçisi eyni şəxs olan təşkilatları sifarişçi olduğu satınalmada qalib elan etməsi bir sıra suallara yol açır. Qlobal.az qalib elan edilən şirkətlərin qanuni təmsilçilərinin və hüquqi ünvanlarının eyni olması ilə bağlı Geologiya və Geofizika İnstitutundan mövqe öyrənib. Açıqlamada deyilir: "Qalib elan edilən şirkətlərin hüquqi ünvanlarının və qanuni təmsilçilərinin eyni olması keçirilən satınalmanın şəffaflığına şübhə salmır. Geologiya və Geofizika İnstitutu satınalma elanı verdikdə və qalib seçilənə qədər heç cür bu prosesə müdaxilə etmək imkanına malik deyil. İddiaçı təşkilatların hüquqi ünvanları və qanuni təmsilçiləri barədə məlumatların yoxlanılması bizim səlahiyyətimizə aid deyil. Bu Dövlət Satınalmaları Haqqında Qanuna ziddir". Akademik Akif Əlizadə Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadədir. Qeyd edək ki, Geologiya və Geofizika İnstitutu 1926-cı ildə yaradılıb. İnstitut Neft və qazın geologiyası və geokimyası, Petrologiya və Metallogeniya, Regional geologiya, Yer fizikası və Neft və qaz yataqlarının işlənilməsinin nəzəriyyəsi və praktikası sahələri üzrə fəaliyyət göstərir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? - GƏLİŞMƏ
Bu gün, 07:03 |
|
|
|
• Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI - BU NƏDİ BELƏ?
Bu gün, 06:24 |
|
|
|
• Bu ərazilər nəzarətimizə keçə bilər – Sərhəd müzakirəsinin detalları
Bu gün, 06:05 |
|
|
|
• Trampdan radikal addımlar – Sürprizlər hələ qarşıdadır
Bu gün, 06:02 |
|
|
|
• “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48 |
|
|
|
• Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45 |
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Dünən, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Dünən, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Dünən, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Dünən, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Dünən, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Dünən, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Dünən, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Dünən, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Dünən, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Dünən, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Dünən, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Dünən, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Dünən, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Dünən, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Dünən, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Dünən, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Dünən, 14:33 |
|
|
|
|