Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Azərbaycan belə bir tələb irəli sürüb, Ermənistan isə müşahidəçilərin fəaliyyətinin davam etdirilməsi ilə bağlı öz versiyasını təqdim edib. Bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan AB “mülki missiyası”nın fəaliyyətindən Azərbaycanın narazılığını şərh edərkən bildirib. Onun sözlərindən belə anlaşılıb ki, Ermənistan fevralda başa çatan AB missiyasının mandatını uzatmaq niyyətindədir. Belə ki, Simonyan Baş nazir Paşinyanın sözlərini təkrarlayaraq, müşahidə missiyasının yalnız delimitasiya və demarkasiya edilmiş ərazilərdə - məsələn, Kirants - fəaliyyət göstərməsinə ehtiyac olmadığını vurğulayıb. Sərhədin delimitasiya və demarkasiya prosesinin illərlə, hətta onillərlə davam etdiyini nəzərə alsaq, görünür, Ermənistan AB-ni “müşahidə missiyası” adı altında hələ uzun müddət regionda saxlamağa davam edəcək. Qeyd edək ki, Ermənistanın Azərbaycanla sərhədə AB “mülki missiyası” əvvəlcə iki aylıq gəlsə də, sonradan Bakının razılığı olmadan iki il müddətinə uzadılıb. Müddət 2025-ci ilin fevralında başa çatır. AB mandatın uzadılmasına çalışır.
Politoloq Natiq Miri “Sherg.az”a açıqlamasında bildirib ki, Avropanın dırnaqarası müşahidə missiyasının Ermənistanda varlığı Nikol Paşinyan hökümətinin təhlükəsizliyi nöqteyi nəzərdən görünsə də, bu Avropa Birliyinin Cənubi Qafqazda istinad nöqtəsi olan Ermənistanda varlığını möhkəmləndirir:
“Yəni missiyanın varlığı sadəcə Ermənistanın maraqları kontekstində baş vermir. Bu Qərbin Cənubi Qafqazda mövcudluğunu təmin etməklə məşğuldur. Ermənistanın təhlükəsizlik və Avropa Birliyinin regiona sirayət etmək maraqları qarşılıqlıdır. Ermənistan missiyanın fəaliyyətini istəməsə belə, gələcək inkişaf prespektivini Qərbə yönəldən rəsmi İrəvanın Avropa Birliyinin geosiyasi maraqlarını təmin etmək məcburiyyətindədir. Ona görə də belə həll olunmaz tənliklər ortalığa atmaqla dolayısı ilə Avropa Birliyi müşahidə missiyasının varlığına yol açırlar. Demarkasiya prosesi uzun vaxt aparan və ağrılı gedişdir. Həmin prosesin hansı zaman çərçivəsinə qədər uzanacağını heç kəs bilmir. Ermənistan da buna əmin olduğu üçün belə model ortaya qoyur. Azərbaycan və Ermənistan istəsə belə, sərhədlərin demarkasiya və delimitasiya prosesini qısa müddət ərzində başa çatdıra bilməzlər. Ermənistan düşünür ki, bu cür çözümsüzlük variantı Azərbaycanı sözügedən müddəadan vaz keçirmək üçün işə yarıya bilər. Belə əngəlləyici amillər sülh prosesinin qarşısında tormozlayıcı xarakter daşıyır. Yəni sülh müqaviləsinin imzalanmasına imkan vermir. Çünki sülh iki ölkə arasında əməkdaşlığı, diplomatik münasibətləri və digər sahələr üzrə inteqrasiyanı özündə ehtiva edir. Ancaq sülh bağlamalı olduğun dövlətin sərhədində üçüncü faktorların hərbi strukturlarını yerləşdirməklə sülhdən danışmaq olmaz. Ona görə də Azərbaycanın üçüncü qüvvələr sərhəddə yerləşə bilməz deməsi tamamilə doğrudur. Qalib ölkə olaraq Azərbaycan bunu tam legitim şəkildə tələb etmək hüququna sahibdir”.
Ekspert söyləyib ki, Avropa Birliyi Bakı və İrəvan münaqişəsində bitərəf olmaqdan çıxaraq Ermənistandan yana çıxış edir: “Eyni zamanda hələ sülh müqaviləsi imzalanmayıb, amma Avropa İttifaqı və Fransa Ermənistanı silahlandırır. Azərbaycan üçüncü qüvvələr deyərkən təkcə Avropa Birliyini deyil, eyni zamanda Rusiya, İran və.s tərəflər nəzərdə tutulur. Simonyanın açıqlaması Azərbaycanın tələblərinə adekvat deyil. Hətta Simonyanın açıqlamasında Ermənistanın konkret hiyləsini də hiss edirik. Bildirirlər ki, əgər həqiqətən də Avropa Birliyinin müşahidə missiyasının çıxmasını tez istəyirsinizsə, demarkasiya prosesini bitirməyə ehtiyac var. Bu isə Azərbaycan qanı bahasına əldə etdiyi strateji yüksəkliklərdən Avropa Birliyinin müşahidə missiyasının çıxarılması xatirinə öz qoşunlarını geri çəkməli və həmin zirvələri yenidən Ermənistana verilməsi deməkdir. Azərbaycan isə heç vaxt Ermənistanın bu hiyləsinə getməyəcək”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48 |
|
|
|
• Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45 |
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Dünən, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Dünən, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Dünən, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Dünən, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Dünən, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Dünən, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Dünən, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Dünən, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Dünən, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Dünən, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Dünən, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Dünən, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Dünən, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Dünən, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Dünən, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Dünən, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Dünən, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Dünən, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Dünən, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Dünən, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Dünən, 13:09 |
|
|
|
|