HANSI NAZİRİN NƏ QƏDƏR BORCU VAR?
Tarix: 10-11-2011, 11:55 | Çap et
MİLYON QAZANANLARIN MİLYARDLARLA ÖLÇÜLƏN BORCLARI
DİA.AZ: - İri vergi ödəyiciləri arasında yaradılan nəhəng borc labirinti hesabına milyardlar dövr edir. Onun "mühasibatlılığı" aparılıb mənimsənildikdən sonra borclar bir fərmanla bağışlanılır. Təkcə ötən il Nazirlər Kabineti "Azərenerji"nin borclarını silib. Bura digər dövlət qurumlarının da silinən borclarını əlavə etsək yoxa çıxan məbləğin büdcənin 50 faizi həcmində olduğunu aydın görmək olar. Hökumət isə borcu yığıb büdcə kəsirini örtmək əvəzinə Neft Fondundan transferlər etməyə girişib.
İllərdir inhisarçı dövlət qurumlarının büdcəyə hansı səbəbdən borclu qalması isə məlum deyil. Ötən sayımızda onlardan ikisinin - "Azərsu" və "Azərenerji" ASC-nin fəaliyyətini araşdırmağa çalışdıq. Xəbər vermişdik ki, 15 dövlət qurumunun "Azərenerji"yə olan 1,5 milyard manatlıq borcu silinib. Borc siyahısında diqqət çəkən məqamlardan biri "Azərsu"dur. Adıçəkilən ASC-nin borcu 2009-cu ildə silinsə də, 1 ildə yenidən fantastik həddə - 116,8 milyon manata çatıb.
"Barmek"in 85 milyon, "Azerenerji"nin milyard yarımlıq borcu
Digər şübhəli məqam isə "Barmek" şirkətinin 466 milyon manat məbləğində borcunun yığılmasıdır. Halbuki, şirkət Azərbaycanda işini dayandıran zaman onun rəhbəri Hüseyn Arabul bildirmişdi ki, şirkətin enerji istehsalçısı qarşısında borcu cəmi 85 milyon manat təşkil edir. Abonentlər isə "Barmek"ə 100 milyon manata yaxın borclu idi. Həmin vəsaitin böyük hissəsi abonentlərdən yığıldı. O zaman 466 milyon manatın haradan alındığı məlum deyil və burada korrupsiyanın izi açıq şəkilə görünür.
Bunlara əsaslanaraq rəsmi qurumlar "Azərenerji"nin Dövlət Neft Şirkətinə böyük miqdarda borcunun yarandığını bildirirlər. Ötən il hökumət "Azerenerji"nin ARDNŞ-ə olan 1 milyard 555 milyon manat borcunu (2009-cu ilə qədər yığılan borcdan söhbət gedir-red) silməsi, bu qurumun son illər istifadə etdiyi təbii qazın haqqını ödəməməsindən xəbər verir. Xatırladaq ki, dövlət büdcəsindən kommunal xidmətlərdən istifadəyə görə hər bir struktura vəsait ayrılır. Amma siyahıdan görünür ki, bu vəsait öz ünvanına çatmır və haradasa itirilir. Əks təqdirdə, bir il ərzində yüz milyonlarla borcun yığılması absurddur. Ya da bu dövlət qurumlarının məsuliyyətsiz fəaliyyət göstərməsinin nəticəsidir. Belə olmasaydı, böyük mənfəətlə işləyən, dövlət büdcəsindən iri investisiya payına malik "Azərenerji" nə borclu olardı, nə də ona borclu qalardılar.
Cahangir Əsgərovun havada uçan milyonları
"Azərbaycan Hava Yolları" Dövlət Konserninin də kifayət qədər borcu var. İndiyədək məlum deyil ki, adıçəkilən dövlət şirkətinin illik xərci və gəliri nə qədərdir. Yalnız o məlumdur ki, hökumət "AZAL"ın ARDNŞ-ə benzin borcunu əfv edib. Nə üçün? Şirkətin gəliri azdırmı? Ötən il məlum olmuşdu ki, Dövlət Konserinin Dövlət Neft Şirkətinə 100 milyon manat civarında borcu yaranıb. Yalnız 2 qurumun - AZAL və "Azərenerji"nin Neft Şirkətinə olan borcu təbii qazdan istifadəyə görə əhalinin Neft Şirkətinə olan borcundan təxminən 6 dəfə çox olub.
Dəqiq bəllidir ki, "AZAL"ın gəliri kifayət qədərdir. Belə ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında xidmət sahələri çoxdur və onların gəlirləri Hava Yollarının tabeliyində olan törəmə şirkətlərə məxsusdur. Burada avtobus, taksi xidmətindən tutmuş, binada fəaliyyət göstərən "DUTE FREE" dükanları, ən başlıcası yük və sərnişin daşıma üzrə uçuşlardan əldə olunan qazanclar "AZAL"a məxsusdur. Bundan başqa, dövlət büdcəsindən Azərbaycan Dəmir Yollarından sonra ikinci ən böyük dotasiya alan "vergi ödəyicisi"dir. Borcu bağışlandığı 2009-cu il üçün aldığı subsidiyanın həcmi 5.4 milyon manat artaraq 23,84 milyon manata çatmışdı. 2011-ci il üçün büdcədən aldığı dotasiya isə 23,86 milyon manat olub. Şirkət reallaşdırdığı layihələr üçün sərmayələri belə dövlət büdcəsi hesabına həyata keçirir. Belə ki, investiya layihələri çərçivəsində borcu silindiyi il üçün 54 milyon manat, bu il isə 261,5 milyon manat həcmində vəsait ayrılıb.
Göründüyü kimi, şirkət işçilərinin məvaciblərinin bir hissəsi dotasiya hesabına, təyyarələrin, helikopterlərin alınması, yeni anqarların tikilməsi, zolaqların təmiri isə investisiya xərcləri hesabına ödənilir. O zaman "AZAL"ın özünün təsərrüfat gəliri hara yönəlir və nə üçün borclu qalır kimi suallar meydana çıxır. "AZAL" gəlir və xərclərinə dair illik hesabatını təqdim etmədiyindən onun borcunun nədən yarandığını da dəqiq müəyyənləşdirmək çətindir. Məsələn, şirkətin benzinə olan illik təlabatının nə qədər olduğu məlum deyil ki, ARDNŞ-ə 100 milyon manatlıq borcunun təhlili aparılsın. Amma o da sirr deyil ki, "AZAL" digər xarici aviaşirkətlər üçün benzini aldığı qiymətdən bir neçə dəfə baha sataraq, gəlirlərinə daxil edir.
Əli Abbasovun da adı borc dəftərində
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə bağlı da maraqlı situasiya yaranıb. Dövlət Neft Şirkətindən sonra ən böyük gəlirə sahib olan bu qurumun hər hansı borcu silinməsə də, büdcə qarşısında öhdəliyini yerinə yetirə bilmir. Bu haqda sonuncu məlumat 2006-2007-ci illər üçün açıqlanıb. O zaman məlum olmuşdu ki, Nazirlik büdcə proqnozunun 64 faizini yerinə yetirə bilib. Büdcəyə isə təqribən 10 milyon manat borclu qalıb. Bildirək ki, RİTN kifayət qədər rentabelli, böyük mənfəətlə işləyən qurumdur. Bu sektor neftdən sonra ölkənin iqtisadi inkişafında əsas perspektivli sahə hesab edilir. Amma buna baxmayaraq, dövlət büdcəsindən də böyük vəsaitlər alır.
Maraqlıdır ki, borclu olduğu 2007-ci ildə isə nazirliyin gəliri 777 milyon manat civarında olub. Bununla bərabər büdcədən 2009-cu ildə 8 milyon manat, 2007-ci ildə isə 1,5 milyon manat dotasiya alıb. 2010-cu ildə qurumun gəliri açıqlanmasa da, rəsm açıqlamalardan məlum olur ki, bu sahədə artım qeydə alınıb. Amma gəliri artıqca büdcədən ayrılan yardımların da miqyası yüksəlir. Belə ki, nazirliyə ötən il 5,6 milyon, cari ildə isə 7 milyon manat dotasiya verilib. Yüksək mənfəəti olan dövlət qurumunun büdcədən hansı səbəbdən yardım alması maraq kəsb edir. Bununla yanaşı, büdcədən investisiya layihələri çərçivəsində dövlət orqanına 2007-2011-ci illərdə 23,5 milyon manat vəsait ayrılıb. Bundan əlavə dövlət zəmanəti ilə beynəlxalq təşkilatlardan aldığı kreditlərin həcmi də böyükdür. Nazirliyin hesabatında göstərilir ki, müxtəlif kreditlər və xarici şirkətlər hesabına 2009-cu il üçün rabitə və informasiya texnologiyalarına qoyulan sərmayələrin həcmi 162 milyon manatı ötüb. İllik 2 milyard manata yaxın gəliri olan qurumun bu xərcləri öz təsərrüfatı hesabına qarşılaya bilməyəcəyi inandırıcı görünmür. Hələ Nazirliyin kassasına daxil olan bəzi vergilər var ki, onların taleyi məlum deyil. Onların qurumun gəlirlərində nə dərəcədə əks oluduğu naməlumdur. Xüsusilə, mobil operator tərəfindən ildə on milyonlarla manat nazirliyin kassasına ödənilir...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07 |
|
|
|
• Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05 |
|
|
|
• Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03 |
|
|
|
• DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55 |
|
|
|
• "Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52 |
|
|
|
• ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49 |
|
|
|
• “Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44 |
|
|
|
• "Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38 |
|
|
|
• "Qarabağ"da ən bahalı futbolçu kimdir? - SİYAHI
Bu gün, 12:37 |
|
|
|
• Qaradağın rəisi Suraxanıya təyinat aldı - ƏMR
Bu gün, 12:36 |
|
|
|
• Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... - Görünəni odur ki...
Bu gün, 12:31 |
|
|
|
• “Ferrum Kapital”ın departamentinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 12:28 |
|
|
|
• Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? - TƏFƏRRÜAT
Bu gün, 12:26 |
|
|
|
• Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
Bu gün, 12:18 |
|
|
|
• "Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 12:15 |
|
|
|
• Biz o terrorçunun edamını istəyirik - TƏLƏB!
Bu gün, 12:05 |
|
|
|
• Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... - aKOMEDİK ÇAX-ÇUX...
Bu gün, 12:01 |
|
|
|
• Zelenski Trampla görüşə razı deyil - "Bloomberg"
Bu gün, 11:40 |
|
|
|
• İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? – Kursu dəyişdirən səbəb
Bu gün, 11:38 |
|
|
|
• 36 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 11:35 |
|
|
|
• Tanınmış aktyorun gənc oğlu dünyasını dəyişdi
Bu gün, 11:32 |
|
|
|
• Azərbaycanda 61 mln. manat kapitalla BOKT yaradıldı, rəhbəri təyin edildi
Bu gün, 11:30 |
|
|
|
• Şəmsi Səmədzadə azadlığa buraxılıb - İŞ OLAN YERDƏ PROBLEMLƏR DƏ OLUR
Bu gün, 11:27 |
|
|
|
• Bank “BTB” ASC-də Satışlar departamentinə RƏHBƏR TƏYİN OLUB - BUNDAN SONRA...
Bu gün, 11:24 |
|
|
|
• Xırdalan məktəbi `AD ÇIXARIBMIŞ`... - TOTAL NARAZILIQ...
Bu gün, 11:17 |
|
|
|
• Gözəl qızlarla əlbir olub oğlanları tora salan azərbaycanlı sahibkar TUTULDU - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Paşinyan hakimiyyəti ölkəni Rusiyadan asılı hala SALIB – “Past”
Bu gün, 10:54 |
|
|
|
• Dövlət Komitəsinin bu qədər `ACİZ` qaldığı olmamışdı... - İcazə verin şübhələnək...
Bu gün, 10:52 |
|
|
|
• Bu dəfə onlardan biri GÖRƏVDƏN ALINACAQ... - SİYAHI
Bu gün, 10:46 |
|
|
|
• Vuçiç Trampın “100 gün” planına şübhə ilə yanaşır
Bu gün, 10:36 |
|
|
|
• Ekstrasensdən qorxunc proqnoz: - Sabah dəhşətli olacaq!
Bu gün, 10:32 |
|
|
|
• Ermənistan-Azərbaycan sərhədində son durum: - “Başladılar”
Bu gün, 10:30 |
|
|
|
• Qiymətlər o qədər də qalxmayıbsa, niyə daha çox görünür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:28 |
|
|
|
• Mərkəzi Bank daha bir “exchange”ə lisenziya verib
Bu gün, 10:25 |
|
|
|
• “USAİD-in Azərbaycanda fəaliyyəti dayandırılmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 10:19 |
|
|
|
• "Veysəloğlu" daha 35 nəfər qazi əməkdaşını psixoloji yardıma cəlb etdi - FOTO
Bu gün, 10:10 |
|
|
|
• Naxçıvan Sukanalizasiya İdarəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:06 |
|
|
|
• Əyalət mollasının XƏYALƏT İDEYASI... - VİDEO-ARAŞDIRMA
Bu gün, 10:05 |
|
|
|
• Deputatlar nə fikirləşir, hara baxırlar? - REPL
Bu gün, 09:55 |
|
|
|
• “Adını sənətkar qoyub, sənətdən başqa hər şeylə məşğul olanlar...”
Bu gün, 09:44 |
|
|
|
• “Xumar Qədimova klipimi yutubdan sildirdi” - VİDEO
Bu gün, 09:42 |
|
|
|
• Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
Bu gün, 09:37 |
|
|
|
• MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
Bu gün, 09:29 |
|
|
|
• Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək - ŞƏRH
Bu gün, 09:24 |
|
|
|
• Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. - “Hraparak”
Bu gün, 09:17 |
|
|
|
• Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... - Ekspert danışır...
Bu gün, 09:09 |
|
|
|
• Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Ermənistan dörd kəndi də təhvil verəcək - İrəvandan etiraf
Bu gün, 09:00 |
|
|
|
|