Elnur Çarçarovun TENDER `ÇAL-ÇAĞIRI`... - Dövlətin malı dənizdir... yeməyən...
Tarix: 14-01-2025, 12:48 | Çap et
Bakı şəhər İcra Hakimiyyətinə tabeli qurumlar tərəfindən keçirilən şübhəli satınalmalar barədə elektron kütləvi informasiya vasitələrində kifayət qədər məlumatlara rast gəlmək olar. Şəhər İcra Hakimiyyətinə tabeli Mənzil Kommunal Təsərrüfat Birliklərinin adı bu baxımdan daha çox hallanır. Amma bu günlərdə belə bir şübhəli satınalma Bakı şəhər İcra Hakimiyyətinin özündə keçirilib.
Bakı şəhər İcra Hakimiyyəti tərəfindən “Sair torpaq, tikili və avad-nın cari təmir xərcləri”,“Əsas fondlara xid. haqqı xərcləri”,“İstehlakyönlü müxt. xid-r”,“Sair xərclər”və“Maşın və avad-nın əsaslı təmiri”mad-rinə aid olan xid-nin satn-sı üzrə 26.11.2024 -cü ildə başlanılmış kotirovka sorğusuna yekun vurulub. Müsabiqədə “SAFMEREN LN 2024” Məhdud Məsuliyyəti Cəmiyyəti qalib secilib və 89.138 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmalarının vahid internet portalında 27.12.2024-cü il tarixdə dərc edilib. Bundan əlavə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən “Yanacaq və sürtkü mat-nın al-sı”, “Nəql. vasit-nin cari təmir xərcləri” və “İst. enerjisi (yanacaq) haq-n öd-si”mad-nə aid olan mal-mat-ın al-sı və alınmış mal-mat-ın quraş-sı üçün xid-lərin göst-si üzrə 25.11.2024 -cü ildə başlanılmış kotirovka sorğusuna yekun vurulub. Müsabiqədə “SAFMEREN LN 2024” Məhdud Məsuliyyəti Cəmiyyəti qalib secilib və 67.400 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmalarının vahid internet portalında 25.12.2024-cü il tarixdə dərc edilib. Göründüyü kimi Bakı şəhər İcra Hakimiyyəti iki gün fərlə bu şirkəti iki kotirovka sorğusunun qalibi seçib və ümumi olaraq 156 534 manat məbləğində iki satınalma müqaviləsi bağlamağı planlaşdırır. Bəlkə də artıq bağlayıb. Qeyd edək ki, bu MMC son aylar bir sıra dövlət qurumları tərəfindən yayılan məlumatlrda hallanan bir nəfər tərəfindən yaradılan onlarla şirkətlərdən biridir. Əvvəlcə rəsmi məlumatlara baxaq. Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SAFMEREN LN 2024” (VÖEN: 1506750211) Məhdud Məsuliyyətli Cəmiyyətinin 05.04.2024-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının ,BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, İLHAM MƏMMƏDOV, ev 10, m. 149, qanuni təmsilçisi kimi isə Çarçarov Elnur Rafiq oğlu qeyd olunub. Rəsmi məlumatdan göründüyü kimi MMC cəmi 6 ay olar dövlət qeydiyyatına alnıb. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, MMC yeni yaradılmasına baxmayaraq 24.12.2024-cü ildə Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən keçirilmiş ehtiyyat hissələri mallarının satınalınması üzrə kotirorovkanın qalibi olub və 24.448,3 manat məbləğində müqavilə bağlayıb. Bu da MMC-nin uyğunluq göstəriciləri barədə şübhələri artırır. Bəs Bu MMC haqqında daha nə kimi məlumatlar. “SAFMEREN LN 2024” MMC-nin adı elektron mediada şübhəli satınalmalarda hallanır. Belə ki, barəsində açıq mənbələrdə heç bir məlumat olmayan bu şirkətin qanuni təmsilçisi Elnur Çarçarov tərəfindən həm öz adına həm bacısının adına eyni tarixlərdə, fərqli ünvanlarda çoxsaylı şirkətlər təsis olunub. Bu şirkətlərin hamısının şübhəli satınalmalarda iştirak etdiyi iddia olunur. Çarçarovların qanuni təmsilçi olduğu şirkətlərdən bəziləri bunlardır: “Asrol LL 2024” MMC (VÖEN: 1806650761) – Çarçarov Elnur Rafiq oğlu; “Safmeren LN 2024” MMC (VÖEN: 1506750211) – Çarçarov Elnur Rafiq oğlu; “Zanbar RR” MMC (VÖEN: 1605439601) – Çarçarov Elnur Rafiq oğlu; “Samares LM” MMC (VÖEN: 1506721271) – Çarçarov Elnur Rafiq oğlu; “Avsom 2024” MMC (VÖEN: 1506753401) – Çarçarova Aynur Rafiq qızı; “Ayazen 2024” MMC (VÖEN: 1506750191) – Çarçarova Aynur Rafiq qızı; “Azeforn RN” MMC (VÖEN: 1506750061) – Çarçarova Aynur Rafiq qızı; “Simoder LM” MMC (VÖEN: 1506749951) – Çarçarova Aynur Rafiq qızı; “Kanera AS” MMC (VÖEN: 1506721421) – Çarçarova Aynur Rafiq qızı. Göründüyü kimi Bakı şəhər İcra Hakimiyyəti də ona tabeli qurumlar kimi adına onlarla MMC olan bir şəxslə şübhəli işbirliyinə başlayıb. Maraqlıdır ki, İcra Hakimiyyətinin Satınalma Komissiyası “SAFMEREN LN 2024” MMC-ni qalib seçərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 494 nömrəli Qərarı ilə müəyyən edilmiş uyğunluğun qiymətləndirilməsinin meyarlarına heç əməl etməyib.
Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? - GƏLİŞMƏ
Bu gün, 07:03 |
|
|
|
• Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI - BU NƏDİ BELƏ?
Bu gün, 06:24 |
|
|
|
• Bu ərazilər nəzarətimizə keçə bilər – Sərhəd müzakirəsinin detalları
Bu gün, 06:05 |
|
|
|
• Trampdan radikal addımlar – Sürprizlər hələ qarşıdadır
Bu gün, 06:02 |
|
|
|
• “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48 |
|
|
|
• Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45 |
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Dünən, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Dünən, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Dünən, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Dünən, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Dünən, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Dünən, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Dünən, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Dünən, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Dünən, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Dünən, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Dünən, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Dünən, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Dünən, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Dünən, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Dünən, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Dünən, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Dünən, 14:33 |
|
|
|
|