«AKKORD»UN ADI QARA SİYAHIDA
Tarix: 19-09-2011, 11:12 | Çap et
BU TİKİNTİ ŞİRKƏTİNİ DƏ «MUR-AY»IN, «GEN» MMC-NİN AQİBƏTİ GÖZLƏYİR
DİA.AZ: - Hər bir tikinti şirkətinin iri ranqlı məmurların nəzarətində olması hamıya bəllidir. İndi artıq hər bir şirkətin kimin himayəsi altında olmasını təkcə işgüzar çevrələr yox, həm də məmtbuatla qətiyyən maraqlanmayan sadə vətəndaşlar da bilir. Çünki son zamanlar mənzil bazarı az-çox inkişaf edib və hansı məmurun harada bina tikdirdiyini və neçəyə satdığı gündəlik söhbətlərin əsas mövzularındandır.
Məsələn, fəaliyyətindən bəhs etmək istədiyimiz “Akkord” tikinti şirkətinin də baş prokuror Zakir Qaralovun himayəsi altında olduğu deyilir. «Dünya» İnformasiya Agentliyinə (diaaz.space) daxil olan məlumatda bildirilir ki, şəhərin bir sıra yerlərində göydələnlər inşa edən və “sərfəli şərtlərlə” - kreditlə əhaliyə mənzillər təklif edən “Akkord” son vaxtlar tikinti bazarının əsas oyunçularından birinə çevrilib.
“Sərfəli şərtlər” ifadəsini ona görə dırnaqda yazırıq ki, ilk baxışdan sərfəli görünən şərtlər əslində çox ağır şərtlərdir. Məsələn, şirkət bildirir ki, ilkin ödənişsiz və faizsiz hər ay 215 manat ödəməklə 15 il müddətinə təzə mənzilə sahib çıxmaq olar. İlk baxışdan çox sərəflidir. 215 manat elə bir aylıq ev kirayəsinə yaxındır. Bu məntiqlə “Akkord”un binalarından mənzil almaq çox sərəfli görünür. Amma...
Amması budur ki, alıcı 1 otaqlı mənzil əldə etmək üçün bir ayda 215, 15 ildə isə 38 min 700 manat və yaxud təxminən 45 min dollar “Akkord”a ödəməlidir. İndi sərəfəli görünür, ya yox? Ancaq bazarda həmin evin nəğd pulla qiyməti 25-30 min dollardan baha deyil. Bu, məsələnin bir tərəfidir.
İkinci, 15 ilə 45 min dollara başa gələn ev “padmayak” satılır. Yəni, alıcı normal, ən azı minimal qaydada təmir olunmuş ev yox, quru divarları alır və evin yaşamaq üçün yararlı vəziyyətə gətirmək üçün ən azı 12-15 min dollar xərcləmək lazımdır. Beləliklə, “Akkord”un bir otaqlı mənzili vətəndaşa 60 min dollara başa gəlir. İndi necə, “Akkord”un şərtləri sərfəlidir, ya yox?
“Akkord”un binaları sökülə bilər
Məsələnin başqa bir tərəfi isə ondan ibarətdir ki, “Akkord”un inşa etdiyi binaların keyfiyyət problemi var və dövlət komissiyası həmin binaları hələ qəbul etməyib. Hətta tikintiyə nəzarət funksiyaları Fövqəladə Hallar Nazirliyinin sərəncamına keçdikdən sonra bu binaların sökülməsi təhlükəsi də var. Yadınızdadırsa, FHN bir müddət əvvəl standartlara cavab verməyən bir sıra tikinti şirkətlərində işlərin dayandırılması barədə qərar qəbul edib.
Qurumun başçısı Kəmaləddin Heydərov mətbuatda açıqlamasında bildirmişdi ki, araşdırmalardan sonra həmin binalar məhkəmə qərarları ilə sökülə də bilər. Qara siyahıda “Akkord”un inşa etdiyi binaların adı da var. Ancaq K.Heydərov hələlik yekun qərar verməyib. Bəzi mənbələrin bildirdiyinə görə, fövqəlnazir baş prokurorla münasibətləri korlamamaq üçün radikal addımlar atmaqdan çəkinir. Bəzi versiylara görə isə, Z.Qaralov K.Heydərovun qılıncının altından keçdiyinə görə həmin binalar haqda qərar qeyri-müəyyən müddətə təxirə salınıb. Çünki binaların tikintisində standartlardan kənarlaşmalar o qədər böyükdür ki, FHN bu məsələdə məsuliyyəti öz üzərinə götürmək istəmir. Ona görə də optimal varinat kimi məsələ açıq saxlanılır.
“Akkord” tıxac yaradır
“Akkord”la bağlı başqa bir məraqlı məqam, nə qədər qəribə görünsə də, yollardakı tıxacla bağlıdır. Öncə onu qeyd edək ki, firma tək bina tikintisi ilə yox, həm də başqa tikintilərə müxtəlif xidmətlər göstərir. Tıxac probleminin dövlət başçısı səviyyəsində müzakirəsindən sonra hərə öz bildiyi kimi problemlərdən çıxış yolu axtarır.
Bu istiqamətdə atılan addımlardan belə görünür ki, indi problemi həll etmək adıyla məsələyə hərə öz marağından yanaşır. Məsələn, nəqliyyat naziri Ziya Məmmədov problemin həllini şəhərdəki kiçik tutumlu avtobusların iri tutumlularla əvəzlənməsində və yolların genişləndirilməsində gördü. Məsələ aydındır. Nazir problemdən yaralanaraq, həm yol tikintisinə ayrılacaq vəsaitə nəzarəti ələ götürür, həm də başqalarına məxsus kiçik tutumlu avtobusları sıradan çıxarıb da yerinə özünün nəzarətində olan iri tutumlu maşınları gətirərək milyonları ələ keçirə bilməsi mövqeyindən çıxış etdi.
Daxili işlər naziri Ramil Usubov isə problemi yük maşınlarının şəhərdəki hərəkətində görürdü. Bu səbəbdən, Bakı şəhərinin bütün rayon polis idarələrinin rəisləri ərazilərində olan təşkilatlara xəbərdarlıq məktubu göndərərək, tabeçiliyində olan çəkisi 5 tondan artıq maşınları səhər saat 8.00-dan 21.00-dək şəhərin daxilinə buraxmamağı xahiş ediblər. Polis rəisləri məktublarında göstəriblər ki, əgər belə hala rast gəlinsə, o zaman yol polisi əməkdaşları bu barədə müvafiq tədbir görəcəklər.
İndi təsəvvür edin, Bakıda bir belə müəssisələrin, göydələnlərin tikintisinin getdiyi vaxtda, günün iş saatlarında iritutumlu maşınların hərəkətinə qadağa qoyulur. Amma qadağalara baxmayaraq, şəhərdəki tıxac problemi də qalır, yük maşınlarının hərəkəti də kifayət qədərdir. Tıxac problemindən yararlanaraq qazanmaq istəyən təkcə Ziya Məmmədov deyilmiş. İndi aydınlaşır ki, tıxacdan xeyir götürənlərdən biri də baş prokuror Zakir Qaralovdur. DİN-nin yük maşınlarının şəhərdəki hərəkətinə qoyduğu qadağalara baxmayaraq, bu gün bəzi məmurlara məxsus nəqliyyat şirkətləri yol polisini “görmədən” də Bakıda problemsiz hərəkət edə bilirlər. Bunun üçün polisin maşının hansı firmaya məxsusluğunu bilməsi kifayətdir.
“Akkord”un maşınları Bakıda meydan sulayır
Adının çəkilməsini istəməyən mənbə bildirir ki, baş prokurorun bacısı oğlunun rəhbərlik etdiyi “Akkord” bir neçə şirkətdən biridir ki, onlara məxsus maşınlar hərəkətin qadağan olunduğu vaxtlarda da şəhərdə rahat şəkildə hərəkət edə bilirlər. Məhz bu səbəbdən, Bakıda göydələn tikintisilə məşğul olan şəxslərin əksəriyyəti “Akkord”un xidmətindən istifadə etməyə üstünlük verir.
Onun da qeyd edək ki, bu şirkət nəqliyyat xidməti göstərməklə yanaşı, həm də tikintilərə hazır beton satır. “Akkord” həm də Balaxanıda beton istehsalı ilə məşğuldur.
Mənbə onu da bildirdi ki, “Akkord”un sərəncamında 200-dən artıq “Kamaz” markalı yük maşınları, tikinti işçiləri arasında “Pompa” kimi tanınan hündür mərtəbələrə beton vuran və 100-dək beton daşıyan maşınları var ki, bunlar da bütün günü maneəsiz şəkildə göydələnlərə xidmət göstərməklə məşğuldur.
İmperiya işğal altındadır
Yəni «Akkord» böyük bir imperiyadır və bu imperiya qüdrətini baş prokuror Zakir Qaralovdan alır. Amma son bilgilərdə bu imperiyanın da çöküş ərəfəsində olduğu söylənilir. Çünki imperiya-imperiya oyununda vacib şərtlərdən biri də İŞĞALDIR. Qaralovun imperiyasının isə son zamanlar inşaat sektorunda at oynadan fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən işğal edildiyi bildirilir.
Məlumatlara görə, Kəmaləddin Heydərov hətta ona müqavimət göstərən «Akkord» rəhbərliyini üzümüzə gələn il üçün inşaat izninin verilməməsi ilə də hədələyib. Yəni «Akkord» inşaat sektorunda FHN şefinin diqtəsinə ayaq uydurmayacağı təqdirdə hətta ölkə ərazisində tikinti işi ilə məşğul olması da yasaqlana bilər. Bu isə «Akkord»un birdəfəlik iflası deməkdir.
Hələlik Zakir Qaralovun bu hücumları hansı şəkildə dəf edəcəyi isə məlum deyil.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07 |
|
|
|
• Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05 |
|
|
|
• Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03 |
|
|
|
• DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55 |
|
|
|
• "Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52 |
|
|
|
• ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49 |
|
|
|
• “Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44 |
|
|
|
• "Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38 |
|
|
|
• "Qarabağ"da ən bahalı futbolçu kimdir? - SİYAHI
Bu gün, 12:37 |
|
|
|
• Qaradağın rəisi Suraxanıya təyinat aldı - ƏMR
Bu gün, 12:36 |
|
|
|
• Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... - Görünəni odur ki...
Bu gün, 12:31 |
|
|
|
• “Ferrum Kapital”ın departamentinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 12:28 |
|
|
|
• Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? - TƏFƏRRÜAT
Bu gün, 12:26 |
|
|
|
• Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
Bu gün, 12:18 |
|
|
|
• "Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 12:15 |
|
|
|
• Biz o terrorçunun edamını istəyirik - TƏLƏB!
Bu gün, 12:05 |
|
|
|
• Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... - aKOMEDİK ÇAX-ÇUX...
Bu gün, 12:01 |
|
|
|
• Zelenski Trampla görüşə razı deyil - "Bloomberg"
Bu gün, 11:40 |
|
|
|
• İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? – Kursu dəyişdirən səbəb
Bu gün, 11:38 |
|
|
|
• 36 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 11:35 |
|
|
|
• Tanınmış aktyorun gənc oğlu dünyasını dəyişdi
Bu gün, 11:32 |
|
|
|
• Azərbaycanda 61 mln. manat kapitalla BOKT yaradıldı, rəhbəri təyin edildi
Bu gün, 11:30 |
|
|
|
• Şəmsi Səmədzadə azadlığa buraxılıb - İŞ OLAN YERDƏ PROBLEMLƏR DƏ OLUR
Bu gün, 11:27 |
|
|
|
• Bank “BTB” ASC-də Satışlar departamentinə RƏHBƏR TƏYİN OLUB - BUNDAN SONRA...
Bu gün, 11:24 |
|
|
|
• Xırdalan məktəbi `AD ÇIXARIBMIŞ`... - TOTAL NARAZILIQ...
Bu gün, 11:17 |
|
|
|
• Gözəl qızlarla əlbir olub oğlanları tora salan azərbaycanlı sahibkar TUTULDU - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Paşinyan hakimiyyəti ölkəni Rusiyadan asılı hala SALIB – “Past”
Bu gün, 10:54 |
|
|
|
• Dövlət Komitəsinin bu qədər `ACİZ` qaldığı olmamışdı... - İcazə verin şübhələnək...
Bu gün, 10:52 |
|
|
|
• Bu dəfə onlardan biri GÖRƏVDƏN ALINACAQ... - SİYAHI
Bu gün, 10:46 |
|
|
|
• Vuçiç Trampın “100 gün” planına şübhə ilə yanaşır
Bu gün, 10:36 |
|
|
|
• Ekstrasensdən qorxunc proqnoz: - Sabah dəhşətli olacaq!
Bu gün, 10:32 |
|
|
|
• Ermənistan-Azərbaycan sərhədində son durum: - “Başladılar”
Bu gün, 10:30 |
|
|
|
• Qiymətlər o qədər də qalxmayıbsa, niyə daha çox görünür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:28 |
|
|
|
• Mərkəzi Bank daha bir “exchange”ə lisenziya verib
Bu gün, 10:25 |
|
|
|
• “USAİD-in Azərbaycanda fəaliyyəti dayandırılmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 10:19 |
|
|
|
• "Veysəloğlu" daha 35 nəfər qazi əməkdaşını psixoloji yardıma cəlb etdi - FOTO
Bu gün, 10:10 |
|
|
|
• Naxçıvan Sukanalizasiya İdarəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:06 |
|
|
|
• Əyalət mollasının XƏYALƏT İDEYASI... - VİDEO-ARAŞDIRMA
Bu gün, 10:05 |
|
|
|
• Deputatlar nə fikirləşir, hara baxırlar? - REPL
Bu gün, 09:55 |
|
|
|
• “Adını sənətkar qoyub, sənətdən başqa hər şeylə məşğul olanlar...”
Bu gün, 09:44 |
|
|
|
• “Xumar Qədimova klipimi yutubdan sildirdi” - VİDEO
Bu gün, 09:42 |
|
|
|
• Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
Bu gün, 09:37 |
|
|
|
• MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
Bu gün, 09:29 |
|
|
|
• Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək - ŞƏRH
Bu gün, 09:24 |
|
|
|
• Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. - “Hraparak”
Bu gün, 09:17 |
|
|
|
• Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... - Ekspert danışır...
Bu gün, 09:09 |
|
|
|
• Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Ermənistan dörd kəndi də təhvil verəcək - İrəvandan etiraf
Bu gün, 09:00 |
|
|
|
|