Avropa Birləşmiş Ştatları... .....                     İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? .....                     Araikin Bakıda etirafı Paşinyanı qorxutdu .....                     Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır .....                     “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” .....                     'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı .....                     "Şagirdlərdə əlavə stres yaradır..." .....                     Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... .....                     Beyləqanda Şəhid ailəsinin iztirabları... .....                     İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? .....                     "ABB-də bundan da biabırçı hallar var imiş..." .....                     İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... .....                     Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? .....                     Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar .....                     “Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər” .....                     Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi .....                     DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? .....                     Sabiq nazirdən Vasif Talıbovla bağlı ŞOK AÇIQLAMA .....                     "Getdiyiniz yerləri araşdırın, maraqlanın..." .....                     Baş həkim İlyas İsmayılovun səhhətindən danışdı .....                     Daşaltı əməliyyatından 33 il ötür .....                     Metroda SÜNİ QİYMƏT ARTIMI: .....                     “10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” .....                     "Musa küsəyəndir, çantası da qapının ağzındadır" .....                     Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək .....                     AZAL-ın sabiq prezidenti yeni məqamları açdı .....                     Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır .....                     “Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik” .....                     Çin İrəvana "sarı işıq" yandırıb .....                     Vasif Xatirədən incidiyini etiraf etdi .....                     Əli Əhmədov HƏBS OLUNDU .....                     Qonşularımız pisdir, AMMA... .....                     1 milyonluq dələduzluqdan bəraət almışdı .....                     Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... .....                     Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb .....                     USAİD-in bütün dünya üzrə yardımları dayandırıldı .....                     Ağayevin baltası Mənsimovun əmisi qızına dəyibmiş .....                     İran ÖZÜNƏ YIĞIŞMADI .....                     Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir... .....                     Paşinyandan Moskvaya qarşı NATO "oyun"u .....                 

SABİRABADIN BAŞÇISI NALA-MIXA VURUR
Tarix: 26-11-2012, 09:11 | Çap et
SABİRABADIN BAŞÇISI NALA-MIXA VURUR
VƏ NƏTİCƏDƏ KİMİ KEF ÇƏKİR, KİMİ DƏ DƏRDƏ

Respublikamızın kənd təsərrüfatı rayonlarında əhalinin ən çox ehtiyac duyduğu sahələrdən biri də heyvandarlığa aid olan mütəxəssislərin olmasıdır. Almaniyadan od qiymətinə inək alırıq, amma bu inəklərin sözün hər iki mənasında dilini bilən olmur... Bəlli məsələdir ki, hazırkı mütəxəssislərimiz sovetlər dönəmindən qalanlardır. Bu mütəxəssislərin də sayı günün tələbləri səviyyəsinə cavab vermir. Nəzərə alsaq ki, rayonlarda baytarlıq idarələrində, həm də nəinki müasir, heç keçmişdən qalma ixtisaslaşdırılmış texnika da yoxdur, onda bu sahədə vəziyyətin nə qədər acınacaqlı olmasını izah etməyə ehtiyac qalmır. Düzdür, son illər Respublika Baytarlıq Xidməti bu sahədə hansısa irəliləyişlərə nail olmaq istəyir. Əfsuslar olsun hələ ki, müsbət bir nəticə nəzərə çarpmır.

Bu baxımdan baytarlıq sahəsində Sabirabad rayonunda ümumi vəziyyətə aydınlıq gətirmək üçün kiçik bir araşdırma apardıq. Nəticədə məlum oldu ki, rayonda istənilən qədər zootexnik və baytar veterenarlar var. Həm də bu mütəxəssislər ali təhsillidirlər. Belə olduğu halda bəs nə üçün heyvandarlıq sahəsində mütəxəssis çatışmamazlığı mövcuddur? Çalışacağıq ki, verdiyimiz bu suala özümüz aydınlıq gətirək.

"Nədənsə Nazim İsmayılov kənd ərazi icra nümayəndəliklərinə bu peşəyə uyğun kadrları deyil, məhz ali təhsilli baytar veterenarları təyin etmişdir"

Nazim İsmayılov Sabirabad rayonuna icra başçısı təyin edildikdən sonra "özünəməxsus" bəzi islahatlar və kadr dəyişiklikləri aparmışdır. Bəzi kənd ərazi icra nümayəndəliklərində ali təhsili olmayan icra nümayəndələri və onların müavinləri işdən azad edilmişdir. Təqdirəlayiq haldır. Sözsüz ki, boş qalmış iş yerlərinə yeni təyinatlar edilməli idi və təyin olunanlar da hökmən ali təhsilli olmalı idilər. Nədənsə Nazim İsmayılov kənd ərazi icra nümayəndəliklərinə bu peşəyə uyğun kadrları deyil, məhz ali təhsilli baytar veterenarları təyin etmişdir. Bunun da nəticəsində Sabirabad rayon Baytarlıq idarəsində mütəxəssis çatışmazlığı yaranmışdır. Rayonun kənd təsərrüfatı ilə məşğul olan sakinləri bu qeyri-adi təyinatların acı nəticəsini dadmaqdadır. Belə ki, xırdabuynuzlu heyvanlar və quşlar arasında tələfatın sayı günü-gündən artmaqdadır. Heyvanlarda baş verən bu xəstəliyin növünü müəyyən etmək çətindir. Çünki mütəxəssis yoxdur. Dediyimiz kimi, ali təhsilli baytarlar icra nümayəndələri kreslosunu işğal etmişlər. Hesab edirik ki, Respublika Baytarlıq Xidmətinin rəisi Siyalə xanım Rüstəmova bu xoşagəlməz məsələyə reaksiya göstərəcək.

"Rayon icra hakimiyyətinin Memarlıq və Tikinti Arxitektura şöbəsinin rəhbərliyi isə məsuliyyəti Nazim İsmayılovun üzərinə atır"

Sabirabad rayonunda problemlər bununla bitmir. Qəzetlərin birində bu günlərdə "Sabirabadda başçı təzə, hamam köhnə, tas köhnə" başlığı altında geniş tənqidi yazı getmişdi. Tənqidi yazıda göstərilirdi ki, rayonun kəndlərarası yolları bərbad vəziyyətdədir. Nəinki yeni yollar çəkilmir, hətta sovetlər dönəmindən qalmış yollar da sıradan çıxdığından kənd əhalisinin rayon mərkəzi ilə əlaqələri kəsilmişdir. Payız və qış aylarında vəziyyət dözülməz həddə çatır. Həmin tənqidi yazıdan sonra Nazim İsmayılov rayon ağsaqqallarını icra hakimiyyətinə yığaraq söz verdi ki, yol məsələsinə tezliklə son qoyulacaq və kənd yolları əsaslı təmir olunacaq. Ancaq onun verdiyi sözün üzərindən artıq iki ilə yaxın vaxt keçsə də nəinki əsaslı bir iş görülməmiş əksinə, yeni çəkilən yollar da keyfiyyətsizlik ucbatından dağılıb sıradan çıxmışdır. Son iki ayda rayon mərkəzindən Surra kəndinə çəkilən yol guya beynəlxalq standartlar səviyyəsində çəkilmişdir. Ancaq yol çəkildikdən 10 gün sonra dağılıb sıradan çıxmışdır. Cavabdeh şəxslər isə nəinki məsuliyyətə cəlb edilmir, heç onları itirib axtaran da yoxdur.

Rayon icra hakimiyyətinin Memarlıq və Tikinti Arxitektura şöbəsinin rəhbərliyi isə məsuliyyəti Nazim İsmayılovun üzərinə atır. Şöbədə olarkən və kənd sakinlərinin, sürücülərin şikayətini onlara çatdıranda bildirdilər ki, qəbul aktını imzalamağa bizi Nazim İsmayılov məcbur edir.

Oxucularımızın xatirindədirsə, Sabirabad rayonuna hazırda fəaliyyətdə olan deputat seçkiləri ərəfəsində deputat seçilmək istəyən Ceyhun Osmanlı rayon əhalisinə söz vermişdi ki, deputat seçilərsə rayonun mərkəzi küçələri əsaslı təmir olunacaq və yeni yollar çəkiləcək. Ceyhun Osmanlıya inanan qəlbi təmiz, sadə xalq onu deputat seçdi. Ancaq seçdiklərinə görə indi... Gənc deputat nəinki yeni yollar çəkmədi, hətta Sabirabad rayonunun yolunu da yadından çıxartdı. Bizə belə dedi Sabirabad sakinləri...

Azər Həsənov:

"Hər dəfə televiziya kanallarında rayon əhalisi onu hansısa xarici ölkələrin birində Qeyri Hökumət Təşkilatlarının banketlərində və yemək-içmək məclislərində görürlər. Belə olduğu halda Sabirabad Ceyhun Osmanlının nəyinə lazımdır? Nazim İsmayılov qohumu və həmyerlisi olan Ceyhun Osmanlını Milli Məclisdə və dövlət qurumlarında özünü müdafiə etdirmək üçün deputat seçilməsinə nail olmuşdur".

Rayonun daxili yolları, sanki Afrikanın ən kasıb ölkələrindən birinin kənd yollarını xatırladır. Küçələr zibil yığnağı və su gölməçələri ilə əhatə olunmuşdur. Mərkəzi bazarın yerləşdiyi əraziyə palçığın-zığın əlindən girə bilmək sözün əsl mənasında müxtəlif yoluxucu xəstəliklərə mübtəla olmaq deməkdir. Bazarın ərazisində çirkab sular və palçıq qarışıq zir-zibil dizə qədər yüksəlmişdir. Nəzərə alsaq ki, bu ərazidə həm də Vərəm Dispanseri və Dəri-Zöhrəvi xəstəlikləri xəstəxanası yerləşir, onda vay orada müalicə alan xəstələrin halına. Sözün əsl mənasında Sabirabad şəhərinin daxili yolları və rayonun kəndlərarası yolları vərəm xəstəliyinə tutulmuşdur.

Əhali ilə görüşlərimiz zamanı bizə bildirdilər ki, yollarımız və digər problemlərimiz haqqında rayon rəhbərliyinə hər dəfə müraciət etdiyimizdə icra başçısının birinci müavini Həsən Həsənov bizə kağız üzərində başa düşmədiyimiz bəzi "çertiyoj"lar göstərir və bizi başa salır ki, guya bu "çertiyoj"lar Sabirabad rayonunun yeni çəkiləcək kəndlərarası yollarının xəritəsidir. Tezliklə bu problemə son qoyulacağını bildirir.

Həsən Həsənovla görüşümüz zamanı ondan xahiş etdik ki, adı çəkilən xəritəni bizə də göstərsin. O da böyük məmnuniyyətlə masanın üzərinə bir neçə xəritə qoydu və qürurla bildirdi ki, yeni çəkiləcək yolların xəritəsidir. Həsən müəllimdən soruşanda ki, "bunlar təsdiq olunmamış planlardır", cavabında isə o bildirdi ki, "Nə olsun təsdiq olunmayıb. Haçansa təsdiq olunacaq da...".

Bəs görəsən rayonun icra başçısı Nazim İsmayılovun və onun birinci müavini Həsən Həsənovun xalqı aldatması kimə və nəyə gərəkdir? Bəli, unudulmaz şairimiz Qabil gözəl deyib: "Fəlakət oluruq biz, səhv düşəndə yerimiz"

Mirhüseyn Alarçaylı

Sabirabad










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Bu gün, 10:30
İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:11
Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Bu gün, 09:06
Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Bu gün, 09:03
“Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Bu gün, 07:45
'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Bu gün, 07:41
"Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Bu gün, 07:30
Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Bu gün, 07:24
Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Bu gün, 07:19
İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Bu gün, 07:12
"ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Bu gün, 06:44
İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Bu gün, 06:38
Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Bu gün, 06:33
Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Bu gün, 06:24
“Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”
Bu gün, 06:20
Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi - ARAŞDIRMA
Bu gün, 00:30
DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
Sabiq nazirdən Vasif Talıbovla bağlı ŞOK AÇIQLAMA - VİDEO
Bu gün, 00:19
"Getdiyiniz yerləri araşdırın, maraqlanın..." - ÇAĞIRIŞ
Bu gün, 00:10
Baş həkim İlyas İsmayılovun səhhətindən danışdı - "Onun səhhətində..."
Bu gün, 00:07
Daşaltı əməliyyatından 33 il ötür - UNUTMARIQ!
Bu gün, 00:04
Metroda SÜNİ QİYMƏT ARTIMI: - “Milyonlarla rüşvət aldığı və...”
Dünən, 18:00
“10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” - deputat
Dünən, 16:46
"Musa küsəyəndir, çantası da qapının ağzındadır" - Təranə
Dünən, 16:44
Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək - AÇIQLAMA
Dünən, 16:37
AZAL-ın sabiq prezidenti yeni məqamları açdı - “Rusiya məsələni boynundan tam atmaq üçün həyasızlıq edir”
Dünən, 16:33
Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır
Dünən, 16:23
“Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik” - ÇAĞIRIŞ
Dünən, 16:20
Çin İrəvana "sarı işıq" yandırıb - Manasaryan
Dünən, 16:18
Vasif Xatirədən incidiyini etiraf etdi
Dünən, 16:16
Əli Əhmədov HƏBS OLUNDU - BUNA GÖRƏ...
Dünən, 16:10
Qonşularımız pisdir, AMMA... - GƏLİŞMƏ
Dünən, 16:08
1 milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi
Dünən, 16:06
Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... - YA ALLAH...
Dünən, 16:04
Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb - RƏY
Dünən, 14:00
USAİD-in bütün dünya üzrə yardımları dayandırıldı – Yoxlamalar başladı
Dünən, 13:09
Ağayevin baltası Mənsimovun əmisi qızına dəyibmiş
Dünən, 13:06
İran ÖZÜNƏ YIĞIŞMADI - Bakıdan qəzəb reaksiyası
Dünən, 12:21
Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir... - ŞƏRH
Dünən, 12:05
Paşinyandan Moskvaya qarşı NATO "oyun"u - İLGİNC...
Dünən, 12:00
Xırdalan sakinləri təcili yardımın qəbuluna niyə düşə bilmir? - PROBLEM VAR...
Dünən, 11:32
“Toplum TV” işi üzrə ilkin istintaq bitdi - Məhkəmə başlayır
Dünən, 11:29
Putin Trampla görüşə razılıq verdi
Dünən, 11:27
“Qərb maliyyəni kəsən kimi, Ermənistan yanımıza qayıdacaq” - Rusiyalı politoloq
Dünən, 11:26
"Qara qutu"nun deşifrə olması... - AÇIQLAMA
Dünən, 11:20
“Köçəryan və Sarqsyanı da Bakı məhkəməsinə çıxarmaq lazımdır” – ALEKSANYAN
Dünən, 11:15
“Pilot Residence”-in rəhbərliyindən Prezidentə şikayət - "Sizdən artıq dərəcədə xahiş edirik..."
Dünən, 11:00
Kreml Yaponiyanın Rusiyaya qarşı mövqeyini qeyri-dost hesab edir - TASS
Dünən, 10:51
Əgər iqtisadi vəziyyət pisləşərsə, əhali günahı hökumətdə görəcək - GƏLİŞMƏ
Dünən, 10:36
“Rusiya həmişə bizə qarşı soyqırımların törədilməsinə dəstək verib” - Deputatdan ilginc açıqlamalar
Dünən, 10:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru