"Mənim çəkim qədər pulunuz var..." .....                     Trampın 1 həftədə etdikləri... .....                     Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir .....                     “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər .....                     Məhkəmədəki etiraf aranı qarışdırdı .....                     İşdən çıxarılan müəllimə məhkəməni uduzdu .....                     Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər .....                     Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib .....                     "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" .....                     SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? .....                     Tramp Qrenlandiyanı satın almaq istəyirsə... .....                     Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı .....                     Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də .....                     Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür .....                     Söz bitdi, iş zamanıdır... .....                     Türkiyə PUA-sı Ermənistana daxil olub? .....                     “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” .....                     Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur .....                     COVID-19 qalmaqalı alovlanır .....                     Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır .....                     Baş nazirin "psixotrop" iddiaları... .....                     Cənubi Qafqaz Birliyi .....                     "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim" .....                     Paşinyan revanş mesajı verdi .....                     “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” .....                     Belarusda prezident seçkiləri baş tutmuş elan edilib .....                     Ərdoğan öz ad günündə Xocalıya gələcək… .....                     ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: .....                     "Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar" .....                     Zaur Mikayılovun adamı istədiyini edirsə.... .....                     SEPAH süni intellektli raketləri kimə tuşlayıb? .....                     “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” .....                     Ətin qiyməti niyə artıb? .....                     Avropa Birləşmiş Ştatları... .....                     İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? .....                     Araikin Bakıda etirafı Paşinyanı qorxutdu .....                     Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır .....                     “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” .....                     'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı .....                     "Şagirdlərdə əlavə stres yaradır..." .....                 

“Rusiya həmişə bizə qarşı soyqırımların törədilməsinə dəstək verib” - Deputatdan ilginc açıqlamalar
Tarix: 25-01-2025, 10:34 | Çap et
“Rusiya həmişə bizə qarşı soyqırımların törədilməsinə dəstək verib”
Ötən ilin dekabr ayının 25-i Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından bir ay keçir. Yada salaq ki, təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olmaqla ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Son məlumatlara əsasən, AZAL-ın vurulan təyyarəsinin “qara qutu”larının materiallarının sürəti Azərbaycan və Rusiyaya təhvil verilib, gələn həftə açıqlanacağı gözlənilir.

Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev bildirib ki, “qara qutu”ların materialları internetdə yayımlanan stenoqramlardan fərqlənir.

“Caliber” saytı isə mənbələrə istinadən yazıb ki, Rusiyada aparılan cinayət işi hava gəmisinin “Pantsir S-1” HHM sistemi vurulduğunu təsdiq edir. Hər şey məlumdur: təyyarəni Rusiya vurub və Bakı Moskvadan bunun etiraf edilməsini, müvafiq kompensasiyanın ödənilməsini istəyir. O da qeyd edilir ki, Rusiyanın məsuliyyətdən yayınmaq imkanları məhduddur, “qara qutuların” sürəti Moskvaya verildiyi kimi, Bakıya da verilib və həqiqəti gizlətmək cəhdlərinə qarşı Azərbaycan faktları yayacaq. Yayılan informasiyaları da rəsmi Bakının əlində faktların olduğu mesajı hesab etmək olar.

Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb: “Rusiya Azərbaycanla münasibətdə heç vaxt səmimi olmayıb. Bu baxımdan Azərbaycan təyyarəsinin Qroznı səmasında vurulmasının məsuliyyətini boynuna alınmasında da səmimi deyil. Belə ki, suveren dövlətlərin etdiyi kimi Rusiya da hərbi hava qüvvələri tərəfindən vurulmuş mülki təyyarəyə görə Azərbaycandan rəsmi şəkildə üzr istəməli, təyyarənin dəyəri ödənilməli və həlak olanların ailələrinə kompensasiyalar verməlidir. Amma Rusiya mətbuatı kremldən aldığı tapşırığa əsasən Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıb, 44 günlük Vətən müharibəsində Zəngəzurda Azərbaycanla sərhəd ərazidə Ermənistanın hərbi kolonunu müşayiət edən helikopterin vurulmasını və 20 sentyabr 2023-cü ildə keçirilən antiterror tədbirləri zamanı məlumatlandırılmasına baxmayaraq qəsdən hərəkətə keçmiş rus əsgərlərini erməni əsgəri kimi bilinərək səhvən vurulmasını yenidən gündəmə gətirir və ölkəmizə qarşı ittihamlar səsləndirirlər. Əslində, helikopterin sərhədimizdə vurulmasının günahı Rusiya hərbiçilərin özlərində idi. Çünki müharibə gedən ərazidə erməni kolonunu rus helikopteri niyə müşayiət etməli idi. Amma Azərbaycan konfrontasiyaya yol verməmək üçün helikopterin dəyərini Rusiyaya ödədi və həlak olanların ailələrinə də kompensasiyalar verildi. Eyni addımları da Rusiya etməlidir. Biz demirik ki, Rusiya təyyarəmizi qəsdən vurub. Amma nə olsa da təyyarəmiz Rusiya səmasında vurulub və ona görə də Rusiya məsuliyyət daşıyır. Çox təəssüf ki, Rusiya media resurslarında Azərbaycana qarşı qarayaxma kampaniyalara start verməklə təyyarəmizin vurulmasında əsl məqsədindən yayınmağa çalışır. Amma biz tarixi unutmuruq”.

Deputat əlavə edib ki, Rusiya həmişə ermənilərə dayaq olaraq torpaqlarımızda bizə qarşı soyqırımların törədilməsinə dəstək verib: “1805-ci ildə çar Rusiyası tərəfindən Qarabağ xanlığının işğal edilməsi və Qarabağ xanının ailəsi ilə bir yerdə qətlə yetirilməsi, 1920-ci ildə Rusiyanın Azərbaycanı işğal etməsi və bolşeviklərin ermənilərlə əlbir olaraq törətdikləri soyqırımları, 1924-cü ildə Qarabağda ermənilər üçün muxtariyyəti yaratmaqla Azərbaycana uzun bir tarixi əhatə edən bəlanın yapışdırılması, 1990-cı ilin 20 yanvarında ermənilərin də daxil edildiyi vəhşi ordunun dinc sakinlərimizin üzərinə yeridilməsi və qətliamın törədilməsi, 366-cı motoatıcı briqadanın iştirakı ilə Xocalı soyqırımının törədilməsi, 30 il torpaqlarımızın işğalda qalmasına dəstək verilməsi, 44 günlük müharibə zamanı erməniləri silah və canlı qüvvə ilə təmin etməsi, Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanınmasına görə Paşinyanı dəfələrlə ittiham etməsi və sairə hərəkətləri Rusiyanın uzun bir tarixi dövrdə ölkəmizə və xalqımıza qarşı aparılan düşmənçilik deyilmi?! Azərbaycan isə münasibətləri pozmamaq xatirinə səsini çıxartmamış və üstündən susqunluqla keçmişdir. Təbii ki, Prezident İlham Əliyevin düşünülmüş siyasəti Rusiyanın Ermənistana dayaq olmasına baxmayaraq, qələbə çalmağımıza və ərazilərimizdə konstitusion quruluşun tam bərpasına yol açdı. Əgər Rusiya Azərbaycana qarşı qarayaxma və ittiham kampaniyasını davam etdirərsə, Azərbaycanın da Rusiyaya deyəcəyi və tələb edəcəyi çox şey olacaq. Yaxşı olardı ki, Rusiya rəhbərliyi baş vermiş hadisəni düzgün dəyərləndirərək, Azərbaycanın atdığı addımlara adekvat addımlar ataraq iki ölkə arasında münasibətlərin qorunub saxlanılmasını dəstəkləsin. Bu gün onsuz da Rusiya dünyada tərəfdaşları itirərək təklənib. Bu baxımdan yaxın qonşusu Azərbaycanla da münasibətlərin pisləşməsinin Rusiyaya heç olmasa indiki dövrdə lazım olmadığını və baş vermiş hadisədə ədalətlilik nümayiş etdirəcəyini hesab edirəm”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30
Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24
Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17
“TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15
Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35
İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32
Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28
Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22
"Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00
SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56
Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42
Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35
Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24
Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21
Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19
Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15
“Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12
Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07
COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30
Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26
Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03
Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58
"Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52
Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50
“Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06
Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03
Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08
ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38
"Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Dünən, 12:36
Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Dünən, 12:29
SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Dünən, 12:25
“İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 10:41
Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:36
Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Dünən, 10:30
İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:11
Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Dünən, 09:06
Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Dünən, 09:03
“Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Dünən, 07:45
'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Dünən, 07:41
"Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Dünən, 07:30
Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Dünən, 07:24
Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Dünən, 07:19
İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Dünən, 07:12
"ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Dünən, 06:44
İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Dünən, 06:38
Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Dünən, 06:33
Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Dünən, 06:24
“Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”
Dünən, 06:20
Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi - ARAŞDIRMA
Dünən, 00:30
DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? - BU NƏDİ BELƏ?
Dünən, 00:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru