Monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qalacaq? .....                     Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı .....                     "Xalq artistləri sakit durublar, mən də susacağam" .....                     Özünüz bilmədən adınıza kredit götürürlər .....                     Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... .....                     Vəziyyət o qədər ağırdır ki... .....                     Səlahiyyətsiz orqanlara sönük seçki: .....                     Müəllimlər üçün yeni “biznes”: .....                     Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... .....                     Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər .....                     UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər .....                     Tanınmış rejissora ağır itki .....                     Bakının həmləsi İrəvanı hərəkətə gətirdi .....                     Biz olmasaq, Ermənistan üçün çətin olacaq .....                     Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi .....                     Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? .....                     Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü .....                     Məmurdan aylıq 2000 manat aliment tələb olunur .....                     Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... .....                     Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? .....                     Gömrük Komitəsində təqaüd qalmaqalı .....                     Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? .....                     Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA .....                     İsmayıllıda doğuş zamanı körpə ölüb .....                     Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq .....                     Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı .....                     Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi .....                     Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib .....                     Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... .....                     Suriya və Ermənistan arasında razılaşma .....                     “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub .....                     Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? .....                     "Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" .....                     Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI .....                     İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib .....                     Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... .....                     "Faizə pul vermişəm" .....                     Həmin sürücü maşının şüşələrini özü qırıb .....                     “Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb .....                     Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edib .....                 

PROFESSORDAN MEHRİBAN ƏLİYEVAYA ŞOK ŞİKAYƏT
Tarix: 5-12-2012, 08:55 | Çap et
PROFESSORDAN MEHRİBAN ƏLİYEVAYA ŞOK ŞİKAYƏT
"KÜÇƏLƏRDƏ DİLƏNMƏLİYƏM?"

DİA.AZ: - Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Bədirxan Musayev Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya olduqca maraqlı və acı faktların zəngin olduğu məktubla müraciət edib.

DİA.AZ olaraq millət vəkili Mehriban Əliyevaya göndərilmiş həmin məktubu olduğu kimi dərc edir: "Çox hörmətli millət vəkili Mehriban Əliyeva! Bilirəm ki, çox gərgin qrafikdə işləyir, Azərbaycanımıza çox böyük töhvələr verməkdəsiniz. Belə bir şəraitdə Sizi narahat etmək məcburiyyətində qaldığım üçün bir professor, iqtisad elmləri doktoru, Dövlət Mükafatı laureatı, Respublikada yeni elmi istiqamətin - Iqtisadi Kibernetikanın yaradıcısı və təşkilatçısı, respublika və xarici dövlətlər üçün 60-dan çox elmlər namizədi və doktoru yetişdirən, 20 ildən çox Təhsil Nazirliyində “İqtisad” bölməsinə rəhbərlik edən, Türk Dünyası Beynəlxalq Araşdırmalar Akademiyasının akademiki, 8 guşəli qızıl ulduz medalına layiq görülən, Respublikanın “100 görkəmli alimləri”, Respublikanın iqtisadi inkişafında rolu olan “100 persona”, XXI əsrin görkəmli ziyalıları və s.i külliyatlarda adı keçən əlaçı təhsil işçisi olaraq, çox təəssüflənir və məni anlayışla qarşılayacağınıza səmimi qəlbdən inanıram.

Əminəm ki, ölkəmizin beynəlxalq aləmdə təbliğində, onun mədəni irsinin, tarixi ənənəsini və digər özəlliklərinin yüksək səviyyədə tanınmasında müstəsna rolu olan Azərbaycanın birinci xanımı kimi, mənə qısa müddət ərzində qəbul edib, dinləyəcəksiniz.

Çox hörmətli Mehriban xanım, bu gün bir professor olaraq, ömrümün 60 ilini həsr etdiyim Dövlət İqtisad Universitetində üzləşdiyim haqsızlıq məni Sizə müraciət edib, qəbulunuza düşməyə məcbur edir.

Məlumat üçün diqqətinizə çatdırıram ki, İqtisad Universitetində rektorun müşaviri və kafedra müdiri kimi vəzifə borcumdan irəli gələn və eyni zamanda, möhtərəm cənab Prezidentimiz İlham Əliyevə kömək etmək məqsədi ilə Universitetdə baş alıb gedən cinayət xarakterli əməllərin aradan qaldırılması üçün rektora təkliflərimi təqdim etdim. Bu isə Şəmsəddin Hacıyevə xoş gəlmədi. Və bundan sonra mənə qarşı heç bir əxlaq normalarına və qanunlara uyğun olmayan hücum planı işə salındı. Məcbur qalıb cənab prezidentimizə müraciət etdim. Ş.Hacıyev bundan bir həftə sonra məni “İqtisadi Kibernetika” kafedrasının müdiri və rektorun müşaviri vəzifələrindən azad etməklə yetmədi, hətta prezidentimizə müraciətimdən sonra 60 il can qoyduğum Universitet binasına daxil olmağa və həmkarlarımla görüşməyi də qadağan etdi. O, bir ildən çoxdur ki, millət vəkili toxunulmazlığından istifadə edərək, məni həbsxana şəraitində yaşamağa məcbur edibdir. Vəzifəsinə, millət vəkilliyinə uyğun olmayan şəkildə əl-altıları vasitəsi ilə məni təhqir və təhdid də etdirir.
Çox hörmətli Mehriban xanım! Tarixdə elə hadisələr olub ki, padşah sərkərdəni şücaətinə görə mükafatlandırıb, məsuliyyətsizliyinə görə isə başını vurubdur. Şəmsəddin Hacıyevin universitetin simasında yol verdiyi qanunsuzluqlar, rüşvət və korrupsiya halları, həmçinin bu təhsil ocağını diplom satan mağazaya çevirməsi ilə bərabər, kollektiv arasında sağalmaz münasibətlər yaratması çox ciddi narazılıq mənbəyi formalaşdırıb. Artıq kollektiv cana doyub, sadəcə işlərini itirmək, bəzi dövlət qurumlarının Ş.Hacıyevə «gözün üstə qaşın var» deməməsi, professor və müəllim heyətini müvəqqəti susqunluğa sövq edib. Amma inanın ki, bir gün universitetdəki bu ab-hava böyük bir narazılığı alovlandıracaq. Mən ömrümün 60 ilini həsr etdiyim bir təhsil ocağında belə bir vəziyyətin yaranmasına əsla razı olmaram. İstəmərəm ki, Şəmsəddin Hacıyev və onun korrupsiya şəbəkəsində yer alan 3-5 nəfərə görə universitetin simasında xoşagəlməz hadisələr baş versin. Çox təəssüf ki, bəzi məmurların və xüsusi ilə məhkəmə sistemindəki ədalətsizliklər də Şəmsəddin Hacıyevin qanunsuz əməllərinə «çiçəklənməsi»nə zəmin yaradır. Bəli, tam əminliklə deyə bilərəm ki, Ş.Hacıyev mandatın və pulun gücü ilə bu gün qanunları adi kağız parçası səviyyəsinə endirib. Bunu qəbulda Sizə təqdim edəcəyim onlarla rəsmi sənəd və sübutlarla təsdiq edəcəyəm.
Ş.Hacıyev akademik, akademiyanın müxbir üzvlərini, Dövlət Mükafatı laureatı, Türk Dünyası Akademiyasının akademikləri və digər səviyyəli əməkdaşların hamısını universitetdən uzaqlaşdırdı. Nümunə üçün bir nəfər səviyyəli, səriştəli, savadlı, obyektiv adam qalmayıbdır. Ona görə də Universitet kütbeyinlər Universitetinə çevrilibdir.

Çox hörmətli Mehriban xanım!Bu gün Ş.Hacıyev cinayətlərindən yaxa qurtarmaq, özünü sığortalamaq və intiqam almaq məqsədilə məni 1987-ci ildə institutun bağlanmasında günahlandırır. Hətta vəzifəsinə yaraşmayan şəkildə yaxın tarixi saxtalaşdırmaq və Ulu öndər Heydər Əliyevin çıxışlarını təhrif etməkdən də çəkinmir. Hər şeyi pulda, vəzifənin verdiyi üstünlükdə görən Ş.Hacıyev utanmadan bəzi dairələrə mənim barəmdə tamamilə yalan və böhtan məlumatlar verir. Amma bu adam unudur ki, Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra universitetdə yeni prorektor ştatı açdırıb məni həmin vəzifəyə təyin edib. Daha sonra isə 7 il rektorun müşaviri vəzifəsində işləmişəm. Ötən ilin noyabr ayında isə möhtərəm prezidentimizə rəsmi müraciət etdikdən sonra isə çox nümayişkaranə şəkildə «İndi get, onlara (yəni möhtərəm prezidentimizə və Sizə) de, görüm səni necə burada saxlaya biləcəklər» deyərək, qanunsuz əmrləri ilə vəzifələrimdən azad etdi. Özü də əmrində əmək funksiyamı yerinə yetirə bilməmək və səhhətimi əsas gətirən bu adam bu qərarından xeyli sonra poliklinikadan arayış alıb. Hansı ki, o, arayışda mənim xəstəliyim haqda heç bir məlumat yoxdur. Mənim səhhətimin qaydasında olduğunu aldığım arayışlar təsdiqləyir. Digər yandan, işdən azad olunana qədər nə bir xəbərdarlıq, nə töhmət almamışam. Tabel sənədlərinə də imza etmişəm. Elə isə məni necə əmək funksiyasını yerinə yetirə bilməməkdə ittiham edə və bunu əmrləşdirə bilərlər?

Çox hörmətli Mehriban xanım! Şəmsəddin Hacıyevin mənə qarşı belə ədalətsiz davranmasının səbəbi prezidentimizə müraciətdə universitetdə baş alıb gedən qanunsuzluqlar, həmçinin şəxsən mənim rəhbərliyimlə keçirilən imtahanlar zamanı 199 tələbənin bilik səviyyəsinin sıfır olması və digər bu kimi faktlar sənədlərlə təsdiqləndiyi üçün mənə qarşı şər-böhtan, məhkəmə hakimləri vasitəsiylə əsassız cəza tədbirlərini işə salmağa başladılar.

Çox hörmətli Mehriban xanım! Mən bu cür milli xəyanətə, rüşvətxorluğa və i.a. dözülməz hallara qarşı mübarizə aparmışam və indi də aparıram. Sadaladığım faktların sənədlərini təqdim edə bilərəm.

Ş. Hacıyevin cinayətlərini gizlətmək üçün Ulu Öndər H.Əliyevin adından, onun şəfəqdən saçan nuruna istinad etməyə mənəvi haqqı yoxdur. Çünki, vaxtı ilə şəxsən Ulu Öndərimiz universitetdəki tənqidi çıxışının əksər hissəsini Bakıda Aqanbekyana 50 illik yubiley təşkil edən Hacıyevlər və onların vəzifəyə qoyduğu adamların naxələfliyinə, özlərini Andropovun maşınının altına atmağa cəhd göstərənlərə və i.a. həsr etməklə, həmin vaxtı kafedra müdiri olan Şəmsəddin Hacıyevə lazımi qiyməti verib.

Çox hörmətli Mehriban xanım! Universitetin saflığı uğrunda mübarizəmə görə 20 yaşlı oğlumu evimdə qətlə yetiriblər, həyat yoldaşım mənə verilən əzab və iztirablara tab gətirməyib vəfat etmişdir, elmlər doktoru, 4 xarici dil bilən, İngiltərənin Notengem Universitetini bitirən qızıma da təzyiqlər etməyə cəhd göstərirlər. Universitetdə dözülməz şərait yaratdıqlarına görə 0,5 ştata keçməyə icazə də vermirlər. Mənə maddi və mənəvi təsir göstərib Allah verən ömrü vaxtından əvvəl tərk etməyə sövq edirlər. Hörmətli Mehriban xanım bunlara kim dözə bilər?

Belə bir mənəviyyatın sahibi sənədləri saxtalaşdırmaq yolu ilə məni məhkəməyə vermiş və Ali Məhkəmənin sədr müavini Hikmət Mirzəyevin vasitəsilə məni 400 və 500 manat cərimə etdirmişdir. Cəriməyə görə pensiyamın yarısını tuturlar. Mən heç kəsin köməyi və yardımı ilə yaşamağı özümə rəva bilməmişəm. Və indi də bilmirəm.

Çox hörmətli Mehriban xanım! Rusların bir kəlamını diqqətinizə çatdırmaq istəyirəm: “Hər şeyin sərhədi olmalıdır, hətta nifrətin də. Sərhədi keçdikdə dəhşətli xəta törənməsi ehtimalından heç kəs sığortalanmayıb”.
Ş. Hacıyev və Hikmət Mirzəyev tərəfindən nifrət səddini mən artıq çoxdan keçmişəm. Ş. Hacıyev və Hikmət Mirzəyev bu yaşımda, özü də sadaladığım elmi titullarıma rəğmən, məni dəhşətli xəta törətməyə sövq edirlər. Qarşısının alınmasını xahiş edirəm.

Çox hörmətli Mehriban xanım!Artıq mən nə etməliyəm? Titullarımı boynuma bağlayıb küçələrdə dilənçilikmi etməliyəm? Və yaxud xarici ölkə səfirləri və ya dövlət başçılarından mənə yardım etmələrinimi xahiş etməliyəm?

Prezident cənab İlham Əliyev demişdir: “Mən Azərbaycan xalqının prezidenti olacağam”. Mən də Azərbaycan xalqının ən yüksək titula malik olan ziyalılarından biriyəm. Mən rüşvətxorluğa qarşı fəal mübarizə aparan ziyalılardan birisi olmuşam və indi də fəaliyyətimi davam etdirirəm. Ş.Hacıyev və Hikmət Mirzəyev isə rüşvətə rəhbərlik edən anti-azərbaycanlılardır. Onların məni məhv etməyə müvafiq orqanlar nə üçün imkan verməlidir? Mənim müraciətimi cənab Prezidentə çatdırmırlar. Səlahiyyət sahibləri saxtakarlıq edirlər, məni qəbul etməkdən imtina edirlər.

Çox hörmətli Mehriban xanım! Onların səviyyəsinə enib xaricə müraciət etməyi özümə rəva bilmirəm. Respublikanın birinci xanımı kimi xahiş edirəm mənə yol göstərəsiniz! Mən nə etməliyəm?...".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qalacaq? - AKTUAL
Bu gün, 23:22
Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı - DETALLAR
Bu gün, 23:16
"Xalq artistləri sakit durublar, mən də susacağam"
Bu gün, 21:34
Özünüz bilmədən adınıza kredit götürürlər – Dələduzların növbəti fırıldağı
Bu gün, 21:32
Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Bu gün, 19:10
Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Bu gün, 19:02
Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Bu gün, 19:00
Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Bu gün, 18:58
Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Bu gün, 18:17
Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Bu gün, 18:11
UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Bu gün, 18:07
Tanınmış rejissora ağır itki
Bu gün, 18:02
Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Bu gün, 18:00
Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Bu gün, 17:59
Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Bu gün, 17:52
Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:47
Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Bu gün, 17:40
Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Bu gün, 17:31
Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:18
Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Bu gün, 17:11
Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Bu gün, 17:07
Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 17:02
Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Bu gün, 17:01
İsmayıllıda doğuş zamanı körpə ölüb
Bu gün, 16:51
Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Bu gün, 16:50
Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Bu gün, 16:49
Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Bu gün, 16:47
Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 16:42
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:34
Suriya və Ermənistan arasında razılaşma - KİV
Bu gün, 16:28
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Bu gün, 16:14
Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Bu gün, 16:13
"Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - Slovakiyalı deputat
Bu gün, 16:04
Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI - Üç il əvvəl başlanılmasına baxmayaraq...
Bu gün, 16:03
İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib - ƏMR
Bu gün, 15:58
Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... - REPLİKA
Bu gün, 15:57
"Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Bu gün, 15:52
Həmin sürücü maşının şüşələrini özü qırıb - VİDEO
Bu gün, 15:50
“Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb
Bu gün, 15:42
Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edib
Bu gün, 15:39
Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib
Bu gün, 15:37
Nəzrinlə bağlı ekspertiza və xəstəxana rəyləri niyə üst-üstə düşmür? - VİDEO
Bu gün, 15:35
Həcc ziyarətinə gedən uşaqlar üçün qiymətlər necədir? - AÇIQLANDI
Bu gün, 15:24
Elariz Məmmədoğlunun həbsdə olan kürəkəni özünü təqsirli bilməyib - TƏFƏRRÜAT
Bu gün, 15:21
Aİ Rusiyaya qarşı sanksiyaları uzadıb
Bu gün, 15:18
Paşinyan “erməni soyqırımı”nı inkar edir - Revanşist “Ayakve”
Bu gün, 15:15
Teodoros Rosopulos yenidən AŞPA-nın prezidenti seçilib
Bu gün, 15:12
Bank kartlarımızdan pul oğurlanır: nə etməli? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanda MTK ləğv olunur
Bu gün, 13:58
FONTANA restoranı qanunlara ZİDD GETDİ VƏ...
Bu gün, 13:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru