"QAÇQINKOM" ŞEFİNİN ŞOK MAXİNASİYALARI
Tarix: 2-01-2013, 13:05 | Çap et
ƏLİ HƏSƏNOV NECƏ PUL QAZANIR?Rəsmi məlumatlara görə, hazırda paytaxt Bakıda 200 minə yaxın məcburi köçkün yaşayır ki, onların da böyük əksəriyyəti tələbə şəhərciklərində, yataqxanalarda məskunlaşıblar. Üzülərək qeyd etməliyik ki, hər il payız-qış fəslində həmin ailələrin problemlərinin üstünə yeniləri əlavə olunur. Belə ki, tələbə şəhərciklərində və yataqxanalarda məskunlaşmış məcburi köçkünlər soyuq aylarda qaz və elektrik enerjisi, eləcə də su sarıdan əziyyət çəkirlər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu tip problemlərin yoluna qoyulduğunu bəyan etsə də, real mənzərə tamam başqa mətləblərdən xəbər verir. Belə ki, bu təbəqədən olan insanların rastlaşdıqları problemlər ildən-ilə aradan qalxmaq əvəzinə, sanki kimlərsə tərəfindən məqsədli şəkildə artırılır. Apardığımız kiçik araşdırma zamanı məlum olub ki, məcburi köçkünlər üçün yay aylarında adambaşına 35 kvts, qış aylarında isə 45 kvts elektrik enerjisi verilir. Mavi yanacağa görə hər bir məcburi köçkün üçün müəyyənləşdirilən limit isə 35 kubmetrdir. Qaz verilməyən rayonlarda isə dövlət tərəfindən hər bir məcburi köçkünə 40 litr yanacaq verilir. Düzdür, bütün bunlar müvafiq sənədlər üzərində qeyd olunsa da, ortada əmma yaradan bir məsələ var ki, bu da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim olunan arayışlarla bağlıdır. Bununla bağlı əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, bu gün məcburi köçkünlərə yaşayış yerindən arayışı təmənnasız deyil, müəyyən məbləğ qarşılığında verirlər. Bu cür hallar isə tələbə şəhərciklərilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında arayış probleminin yaranmasına səbəb olur. Belə ki, bu sahədə aidiyyəti qurumlar tərəfindən müvafiq yoxlamalar aparılmadığından ayrı-ayrı şəxslər yataqxanalardan tələbə adına olan otaqlardan arayış alır və həmin sənədləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim edirlər. Bu yolla həmin şəxslər guya tələbə yataqxanalarında yaşadıqlarını sübuta yetirməyə çalışırlar. Əslində isə onlar heç də iddia etdikləri kimi, tələbə şəhərciklərində yaşamırlar. Bu, sadəcə olaraq, müəyyən güzəştlərin əldə olunması üçün atılan addımlardan biri kimi qiymətləndirilməlidir. "Qaçqınkom" isə bu cür faktları araşdırmadan, quruma təqdim olunan arayışların əsaslı və ya əsassız olduğunu yoxlamadan hər müraciət edən şəxsə müsbət cavab verir. Maraqlıdır, görəsən niyə?.. Məcburi köçkünlərin üzləşdiyi digər bir problem isə hər ay onlara verilən ağ neftin mənimsənilməsilə bağlıdır. Belə ki, "Qaçqınkom"un Gəncə şöbəsinin rəhbəri Süleyman Abbasov dövlət tərəfindən hər ay məcburi köçkünlər üçün verilən 45 litr ağ nefti mənimsəyir. Gəncədə məşkunlaşmış məcburi köçkünlərin sözlərinə görə, artıq bir neçə aydır ki, Süleyman Abbasov ağ neftin olmadığını deyərək əvəzinə pul versə də, həmin pullarda azalma müşahidə olunur: "45 litr ağ neftə görə bizə 18 manat pul verilməlidir. Çünki ağ neftin bir litrinin qiyməti 45 qəpikdir. Süleyman Abbasov isə bizə 10 manat pul verir, 8 manatımızı mənimsəyir". Ağ neftin olmadığına inanmadıqlarını deyən məcburi köçkünlərin bildirdiyinə görə, "Qaçqınkom"un Gəncə şöbəsinin rəhbəri onlara ayrılan ağ nefti sahibi olduğu yanacaqdoldurma məntəqəsində satdırır: "Süleyman Abbasov bu maxinasiyada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun adından istifadə edir. O deyib ki, guya o, məhz Əli Həsənovun tapşırığı əsasında hərəkət edir. Bizə deyir ki, "Qaçqınkom"un sədri artıq məcburi köçkünlərə ağ neftin verilməməsi barədə tapşırıq verib. Səbəb də budur ki, guya ölkənin enerji ehiyatları tükənmək üzrədir. Biz isə yaxşı başa düşürük ki, bütün bunlar nağıldır". Məcburi köçkünlər hər il ailə tərkibi barəsində arayış alaraq müvafiq qurumlara təqdim etməlidirlər. Lakin bir çox hallarda tələb olunan arayışlar da məcburi köçkünlərə pulla satılır. Ayrı-ayrı şəxslər isə tələbələr yataqxanalarda yerləşmək üçün komendantlara rüşvət verirlər. Təəssüf ki, bütün bunlar həqiqətdir və aidiyyəti qurumlar tərəfindən tez bir zamanda araşdırılmasını tələb edən mühüm məsələlər sırasında qərarlaşıb... \ gundemxeber.az \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “İslamda olan salavatın Peyğəmbərdən başqasına dəxli yoxdur” - İlahiyyatçı
Bu gün, 09:46 |
|
|
|
• Texniki Universitetdə BAZAR QAYDALARI... - Əgər rektor özünü "bazarkom" bilirsə...
Bu gün, 09:43 |
|
|
|
• Zaur `yeməyə` NİYƏ TƏLƏSDİ?.. - Az yatsa da... `ÇOX YUXU GÖRÜB`...
Bu gün, 09:37 |
|
|
|
• Gürcüstanla quru sərhədi açılsa, ətin qiyməti ucuzlaşar - AKTUAL
Bu gün, 09:35 |
|
|
|
• Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində SƏS VERDİ
Bu gün, 09:29 |
|
|
|
• Paşinyan-kilsə savaşı yenidən qızışdı - bu dəfə TAM FƏRQLİ...
Bu gün, 09:27 |
|
|
|
• Rövşən Rzayevin rəhbərlik etdiyi şirkət hakim qarşısında: Keçmiş prezident nə istəyir? - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? - İLGİNC İDDİALAR
Bu gün, 09:20 |
|
|
|
• Ermənistan kəşfiyyatının yalanları İFŞA EDİLDİ - DETALLAR
Bu gün, 09:12 |
|
|
|
• Ermənistana göndəriləcək ABŞ hərbçiləri “harda qaldı”? - Görünəni odur ki...
Bu gün, 09:11 |
|
|
|
• Şəhid Elfaq Nağıyevin xatirəsinə həsr edilmiş karate turniri keçirilib
Bu gün, 09:05 |
|
|
|
• “Rusiyaya ayıb olsun ki, öz vətəndaşlarını da öldürdükləri hadisədə belə mövqe tutur” - ETİRAZ
Bu gün, 08:55 |
|
|
|
• SOCAR-da VAKANSİYA ŞOUSU... davam edir... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:54 |
|
|
|
• Bakının Xəzər və Nizami rayonlarında səsvermə başlayıb - FOTO
Bu gün, 08:45 |
|
|
|
• Azərbaycanda məntəqələr bələdiyyə seçkilərində səsvermə üçün açılıb - DİQQƏT
Bu gün, 08:05 |
|
|
|
• XİN töhmət alan diplomatı niyə vəzifəyə təyin edib? - Rəsmi
Bu gün, 08:03 |
|
|
|
• Dörd qurum hərəkətə keçdi: iki gün sonra kim qalib gələcək? - AKTUAL
Bu gün, 07:38 |
|
|
|
• Metropolitenin "minnətli" qiymət artımı... - Sərnişindaşıma daha ucuz başa gəlsə də...
Bu gün, 07:16 |
|
|
|
• Kreml İrəvan üçün "oksigen balonudur" - FAKT BUDUR!
Bu gün, 07:13 |
|
|
|
• Tramp hökuməti artıq hər gün 1 milyard dollara qənaət edir
Bu gün, 06:47 |
|
|
|
• "Əgər dalaq və ödü yoxdursa, uşağım necə sağlam ola bilər?" - GİLEY
Bu gün, 06:43 |
|
|
|
• Suvarma Sistemləri İdarəsində “ailə“podratı - Rəis 4 ayda oğlunun vəzifəsini 3 dəfə dəyişib
Bu gün, 06:39 |
|
|
|
• "Bu şəxslər başa düşərlər ki..." - REAKSİYA
Bu gün, 06:26 |
|
|
|
• Həsənağa Turabovun xanımı VƏFAT ETDİ - 85 yaşında...
Bu gün, 06:21 |
|
|
|
• Tramp uşaqların cinsiyyətinin dəyişdirilməsi əməliyyatlarının maliyyələşdirilməsini qadağan edib
Bu gün, 06:19 |
|
|
|
• Sudan istifadə edənlər birliyinin əməkdaşları “peçat” hədəsi ilə işdən çıxarıldı? - ARAŞDIRMA
Bu gün, 01:27 |
|
|
|
• Həbibullayevdən TİKİNTİ XAOSU - Bakının "ANASI BELƏ AĞLAR QALIR"...
Bu gün, 01:23 |
|
|
|
• Kremlin "qara günləri" indi başlayır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:17 |
|
|
|
• Belarus, Lukaşenko və seçki imitasiyası... - UNİAN
Bu gün, 01:15 |
|
|
|
• BAŞLANDI: “Təmiz Qaz”da kütləvi ixtisarlar - “İşçilərin məhkəməyə müraciət etmək hüququ var”
Bu gün, 00:45 |
|
|
|
• Ölkənin baş gömrükçüsünün ABSURD İZAHATI... - Necə olur ki, texniki nasazlıq üç ay davam edir?”
Bu gün, 00:36 |
|
|
|
• "Rusiya tərəfi vaxtında Azərbaycandan üzr istəməli idi" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:32 |
|
|
|
• Ankara masanı böyüdür, Bakı susur... - NƏ BAŞ VERİR?
Bu gün, 00:28 |
|
|
|
• Moskvada Bakı sancısı: “Həm təyyarəmi vur, insanımı öldür, həm də...” - NƏ ETMƏLİ?
Bu gün, 00:25 |
|
|
|
• Ərdoğan Azərbaycana gəlir: - Xocalıda Türkiyə konsulluğu açıla bilərmi?
Bu gün, 00:16 |
|
|
|
• Zaur Hüseynovun mədəni "dilənçiliyi", ifşa olunan yalanlar - İLGİNC
Bu gün, 00:14 |
|
|
|
• "Bir türk və Qafqaz kişisi yalnız rəqs edərkən ya da bayraq qarşısında diz çökər..."
Bu gün, 00:12 |
|
|
|
• Bu gün Azərbaycanda seçkilərdir - DİQQƏT
Bu gün, 00:06 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyində XƏYANƏT - AXI NECƏ?..
Bu gün, 00:03 |
|
|
|
• Qida şirkəti “Delta Qrup C.O” ölkədən pul çıxarmaqda ittiham edilir - TƏFƏRRÜAT
Dünən, 19:00 |
|
|
|
• “Siyasi repressiya” anonsu: - “Vəzifəli şəxs tutulanda əl çalırıq, amma…”
Dünən, 18:17 |
|
|
|
• Quql Meksika körfəzinin adını dəyişdi
Dünən, 18:14 |
|
|
|
• Makronu narahat edən əsas məsələ Avropada millətçi kəsimin önə çıxmasıdır -ŞƏRH
Dünən, 18:13 |
|
|
|
• Nəqliyyat məsələlərinə həsr olunan müşavirə keçirilib, Prezident İlham Əliyev çıxış edib
Dünən, 18:09 |
|
|
|
• Əfqan Süleymanov bu rayona icra başçısı təyin edilir - İDDİA
Dünən, 18:06 |
|
|
|
• Ali Attestasiya Komissiyasına sədr müavini təyin edilib - SƏRƏNCAM
Dünən, 17:55 |
|
|
|
• Ramiz Rövşəndən ikinci ev iddialarına - Cavab
Dünən, 17:54 |
|
|
|
• İki nazirliyin vəzifəli şəxslərinin adından sənədlər hazırladı, pul aldı - İLGİNC DƏLƏDUZLUQ İŞİ
Dünən, 17:49 |
|
|
|
• AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı saxta məlumat yayıldı - FOTO
Dünən, 17:39 |
|
|
|
• AYNA-dan qanunsuz ADDIM - “Bakıxanov Rezidens”in sakinlərinə avtomobil saxlamaq üçün yer qalmayıb
Dünən, 17:32 |
|
|
|
|