Şənbə, 15 fevral 2025, 07:27:01  
   “Rusiya buna görə inciyirsə, getsin su içsin...” .....                     "Kağız üzərində hər şey gözəl görünür..." .....                     İraqın bu şəhərində türk dili rəsmi dil oldu .....                     Azərbaycanda Ramazan .....                     Rusiya ilə gərginliyin nəticəsini indidən söyləmək çətindir .....                     Paşinyanın istefası prosesinə başlayırlar .....                     Amerikalılar Orta Asiyadan qovulur? .....                     Bakının qoşulduğu dəhliz bloklana bilər? .....                     Seçkilərdə qalib gəldi, bir gün sonra öldü .....                     Kremlin Güney Qafqaz xiffəti .....                     "Bütün pullarınızı bu bankdan çıxardın, nağdlaşdırın" .....                     “Unibank”ın ehtiyatları 28 milyon manatdan çox azalıb .....                     Rektorun istefa səbəbi .....                     İncəsənət Gimnaziyasında təmir dayandırıldı, valideynlər narahatdır .....                     Erməni spikerin bəyanatlarının arxasındakı hiylə üzə çıxdı .....                     Rusiya regionları üzərində gecə ərzində 40 PUA vurulub .....                     Türkiyəni təhlükə gözləyir: dəhşətli fəlakət isə… .....                     Azərbaycanda qorxunc zəlzələ gözləntisi: REALDIRMI? .....                     İrəvan Bakıdan 4 dəfə çox ballistik raketi necə əldə edib? .....                     Nadir Qafarzadənin YARATDIĞI GÜNDƏM... .....                     Əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği... .....                     Pulunuzu MADO-da xərcləməkdənsə... .....                     Bakı bu addımı MƏCBUR ATDI? .....                     Keçmiş səfirimizlə bağlı YENİ FAKTLAR .....                     "Heç bir inkişaf strategiyası, kadr siyasəti yoxdur!" .....                     Ax, bu sərsəm, sərsəm, sərsəm... RUSLAR! .....                     Rusiya Cənubi Qafqaza qayıdır? .....                     Ermənistanın müharibədən sonrakı MÜHARİBƏSİ... .....                     Azərbaycanda evliləri sevindirəcək qərar veriləcək? .....                     Nazirlik yəqin ki, bunu bilmir .. .....                     “Qarabağ kartı” ilə yeni təhdid CƏHDİ .....                     Bakının ev bazarında MTK soyğunçuluğu .....                     Bizə bəlli olan faktlar ABŞ-də indi açıqlanır .....                     "Sənin yanında qeydinə qalan, arxanda kölgə kimi dayanan bəy olmalıdır" .....                     Tusi adına Hospital"ın vergi borcu üzə çıxdı .....                     İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə borcludur .....                     Tramp Çinə qarşı rekord idxal rüsumlarını açıqlayıb .....                     Ermənistanın iki stulda oturmaq cəhdi .....                     Vaşinqtondan Kiyevə xəyanət, Avropanın tələbi və “tərəflər sülh istəyir” .....                     Kim harada və necə saxlanılıb? .....                 

Ermənistan kəşfiyyatının yalanları İFŞA EDİLDİ - DETALLAR
Tarix: 29-01-2025, 09:12 | Çap et
Ermənistan kəşfiyyatının yalanları İFŞA EDİLDİ
Ermənistan Xarici Kəşfiyyat Xidməti 2025-ci ildə Azərbaycan tərəfindən hərbi əməliyyatların başlaması riskini aşağı adlandırıb. Eyni zamanda lokal toqquşmaların və eskalasiyaların baş vermə ehtimalı qalır, lakin iki respublika arasında sərhədin müəyyən edilməsi ilə onu azaltmaq olar.

Erməni kəşfiyyatının fikrincə, bu istiqamətdə ən böyük irəliləyişə İrəvan və Bakı arasında ikitərəfli danışıqlar yolu ilə nail olmaq mümkündür: “2025-ci ildə Azərbaycan hərbi əməliyyatlara keçmək barədə siyasi qərarın qəbulundan hərbi əməliyyatların başlanmasına qədər olan vaxt intervalını azaldaraq, öz hücum imkanlarının inkişaf tempini qoruyacaq. Bu kontekstdə Azərbaycan daha çox mobil birləşmələrə keçid, onların ehtiyatlarının hazırlanması, yeni silahların alınması və idxalı, hərbi infrastrukturun təkmilləşdirilməsi istiqamətində işləri davam etdirəcək”.

Sülh danışıqlarda real irəliləyişin olmadığı və ABŞ-da yeni administrasiya fonunda mövcud olan beynəlxalq qeyri-müəyyənliyi nəzərə alsaq, sərhəddə lokal gərginlik və eskalasiya riski hələ də aktualdır. Ermənistanın silahlanması fonunda əslində kəşfiyyatın bu cür açıqlaması aldadıcı manevr də ola bilər. Çünki Ermənistan Silahlı Qüvvələri Kəlbəcər istiqamətində xəndəklər qazmaqda davam edir. Bu barədə “Bez Tormozov” teleqram kanalı foto sübutlar yayımlayıb. Qeyd edilib ki, Ermənistan təxribatçı addımlarından geri çəkilmir və bölgədə vəziyyəti gərginləşdirməyə davam edir.

Digər tərəfdən, Brüssel Aİ-nin Ermənistandakı missiyasının müddətini uzatmaq niyyətindədir ki, bu da sərhəddə əlavə gərginlik deməkdir. Üstəlik, Brüssel bu missiyanın hərbiləşdirilməsini planlaşdırıb. Caliber.az saytının əldə etdiyi məlumata əsasən, missiyanın mandatının genişləndirilməsi yalnız kəşfiyyat xarakterli deyil, tamhüquqlu hərbi nümayəndəliyə çevrilməsinə səbəb ola biləcək yeni elementləri əhatə edəcək. Bu hərbi bölmələrin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədləri boyunca yerləşdirilməsi planlaşdırılır. Məqsəd Ermənistandan platsdarm kimi istifadə etməklə bölgədə Aİ-nin hərbi amil olaraq mövcudluğuna şərait yaratmaqdır. Ancaq Ermənistanla sərhəd xətləri hələ tam müəyyənləşdirilməmiş Azərbaycan Aİ missiyasının müddətinin ölkəmizlə razılaşdırılmadan uzadılmasına, onun hərbiləşdirilməsinə qarşıdır və buna sərt münasibətini göstərib. Bakı ilk gündən bu missiyanın varlığına heç bir lüzum olmadığını qətiyyətlə bildirib. 2022-ci ilin payızından etibarən əvvəlcə 40 nəfərlə Ermənistana gələn, daha sonra saylarını 138-ə, yekunda isə 209-a çatdıran Aİ heyəti bircə dəfə də olsun bölgədəki erməni təxribatlarını qeydə alıb, mövqeyini ədalətli şəkildə ifadə etməyib.

“Sərhəd rayonlarda düşmən qüvvələrinin (Azərbaycan Ordusu nəzərdə tutulur - red.) cəmləşməsi yoxdur, nisbətən sabit vəziyyət qorunur”. Yanvarın 28-də Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan belə deyib. “Bəli, vətəndaşların qorxusu təbiidir, çünki düşmən Ermənistanın suveren ərazisində qalmağa davam edir. Azərbaycanın müdafiə nazirinin militarist bəyanatları həmişə bizi narahat edir, lakin əməliyyat baxımından əhəmiyyətsizdir. Biz həm sərhəddəki vəziyyəti, həm də bəyanatları diqqətlə izləyirik. Biz qarşımıza qoyulan vəzifələri yerinə yetiririk, siyasi rəhbərliklə sülh, sərhədlərin delimitasiyası və demarkasiyası yolu ilə gedirik və silahlı qüvvələr təkmilləşdirməyə davam edir”, - Asryan bildirib.

Göründüyü kimi, hibrid cəbhədə erməni təbliğatı Azərbaycanı ittiham edir: guya onlara aid ərazini nəzarətə götürmüşük və militarist ritorikada danışırıq, vətəndaşlar qorxurlar... Halbuki xəndək qazan da, avropalı müşahidəçilərə Gorusda döyüş mövqeyində dayanıb “binokl”la izləmək şəraiti yaradan da, mülki missiya adı ilə regiona fransız jandarmasını, alman polisini gətirib tökən də, Fransadan, Hindistandan silahlanıb müharibə ritorikasını davam etdirən də qarşı tərəfdir. Bununla belə, erməni general sərhəddə nisbi sakitlik olduğuna diqqəti cəlb edib. Erməni kəşfiyyatı ilə Baş Qərargahın yaydığı ayrı-ayrı məlumatlar nədən xəbər verir? Cənubi Qafqazda münaqişə alovlana bilərmi, yoxsa ləng də olsa davam edən sülh prosesi, sərhəd anlaşmaları inkişaf etdiriləcək?

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a qeyd etdi ki, Ermənistan propoqandası Azərbaycanın Zəngəzura guya ordu gücü ilə daxil olacağına fokuslanıb. Onun sözlərinə görə, bölgəyə cəlb edilən Qərb qüvvələri də dəhlizin açılmasına əngəl yaratmağa hesablanıb: “Erməni təbliğat maşını dayanmadan işləyir ki, güc yolu ilə dəhlizə girəcəyik, sonra Rusiya Federal Təhlükəsizlik Xidməti koridora nəzarət edəcək, bununla da üçtərəfli sənədin 9-cu bəndi icra olunacaq. Hərçənd bu "qara piar" blefdir və Azərbaycan Zəngəzur dəhlizinə iqtisadi perspektiv kimi baxdığı üçün hərbi variant nəzərdən keçirilmir. Bunu prezident də daha əvvəl bəyan edib ki, biz ora tankla deyil, maşınlarla qayıdacağıq. Üstəlik, biz hansısa qüvvələrin arzularını ifadə etmirik. Ancaq Ermənistan çeynənmiş tezisləri davamlı olaraq dilə gətirir. Bölgədəki hərəkətlilik, avropalı “kəşfiyyatçı”ların mövqelərimizi müşahidə etməsi, amerikalı mühafizə alayının Ermənistana gəlmək planı, Kəlbəcər və sərhədin digər istiqamətlərində xəndəklər qazılması, istehkamlar yaradılması da məhz bu prosesin bir hissəsidir. Yəni Qərb Ermənistana yerləşdikcə, dəhlizin açılması mürəkkəbləşir və Rusiyanın koridora kontrol etmək imkanları zəiflədilir. Mən kəşfiyyat xidmətinin də, Baş Qərargah rəisinin də bəyanatlarındakı ziddiyyətli sözləri belə qiymətləndirərdim".

Hərbi ekspert vurğuladı ki, Azərbaycan hərbi gərginlikdə maraqlı deyil, Ermənistan da bunun bədəlinin nə olacağını dərk edir: “Sadəcə, bu hesabatlarda və bəyanatlarda Azərbaycanı günahkar çıxarmaq səyləri var. Yəni ritorika ondan ibarətdir ki, guya Bakı hərbi toqquşmalarda maraqlıdır. Ermənistandan yana olan Qərb mərkəzləri də oxşar mövqedən çıxış edirlər. Amma güman etmirəm ki, genişmiqyaslı hərbi qarşıdurmalar olsun. Hər hansı lokal əməliyyatlar isə sülh və delimitasiya prosesinə zərbə vuracaq. Buna imkan verilməməlidir. Nəzərə alaq ki, son vaxtlarda Naxçıvan və Laçın istiqamətində mövqelərimiz atəşə tutulub, amma sonra atışma dayanıb. Bu da daha çox siyasi amillərlə bağlıdır. Həmin ərəfələrdə Paşinyanın xarici səfərləri olur, yaxud Rusiya ilə bağlı hansısa proses gedir. Yəni sərhəddə döyüşlər üçün heç bir səbəb görmürəm”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rusiya buna görə inciyirsə, getsin su içsin...” - ŞƏRH
Bu gün, 11:17
"Kağız üzərində hər şey gözəl görünür..." - Camaat naziri TOPA TUTDU
Bu gün, 11:13
İraqın bu şəhərində türk dili rəsmi dil oldu
Bu gün, 11:09
Azərbaycanda Ramazan nə vaxt BAŞLAYIR?
Bu gün, 11:06
Rusiya ilə gərginliyin nəticəsini indidən söyləmək çətindir - Fuad Abbasov
Bu gün, 11:03
Paşinyanın istefası prosesinə başlayırlar - “Yenidən baş nazir olmağa qoymayacağıq”
Bu gün, 11:01
Amerikalılar Orta Asiyadan qovulur? – 33 ildən sonra…
Bu gün, 10:59
Bakının qoşulduğu dəhliz bloklana bilər? - AKTUAL
Bu gün, 10:09
Seçkilərdə qalib gəldi, bir gün sonra öldü - FOTO
Bu gün, 10:04
Kremlin Güney Qafqaz xiffəti - Satanovskidən inanılmaz sözlər...
Bu gün, 10:01
"Bütün pullarınızı bu bankdan çıxardın, nağdlaşdırın" - ÇAĞIRIŞ
Bu gün, 09:53
“Unibank”ın ehtiyatları 28 milyon manatdan çox azalıb - TƏFƏRRÜAT
Bu gün, 09:47
Rektorun istefa səbəbi MƏLUM OLDU
Bu gün, 09:33
İncəsənət Gimnaziyasında təmir dayandırıldı, valideynlər narahatdır - "Nazirliyə deyin"
Bu gün, 09:29
Erməni spikerin bəyanatlarının arxasındakı hiylə üzə çıxdı - Simonyan əslində o mesajı verir ki...
Bu gün, 09:26
Rusiya regionları üzərində gecə ərzində 40 PUA vurulub
Bu gün, 09:24
Türkiyəni təhlükə gözləyir: dəhşətli fəlakət isə… - Ekstrasens
Bu gün, 09:23
Azərbaycanda qorxunc zəlzələ gözləntisi: REALDIRMI? - ARAŞDIRMA
Bu gün, 09:21
İrəvan Bakıdan 4 dəfə çox ballistik raketi necə əldə edib? - İLGİNC...
Bu gün, 09:20
Nadir Qafarzadənin YARATDIĞI GÜNDƏM... - ƏCƏBA HAQLIDIRMI?
Bu gün, 09:12
Əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği... - Ekspert danışır...
Bu gün, 09:09
Pulunuzu MADO-da xərcləməkdənsə... - GİLEY
Bu gün, 09:04
Bakı bu addımı MƏCBUR ATDI? - AKTUAL
Bu gün, 08:57
Keçmiş səfirimizlə bağlı YENİ FAKTLAR - BU NƏDİ BELƏ?..
Bu gün, 08:52
"Heç bir inkişaf strategiyası, kadr siyasəti yoxdur!" - ETİRAZ VAR...
Bu gün, 08:39
Ax, bu sərsəm, sərsəm, sərsəm... RUSLAR! - Tam başlarını itiriblər...
Bu gün, 08:29
Rusiya Cənubi Qafqaza qayıdır? – Bakı razı olsa...
Bu gün, 07:07
Ermənistanın müharibədən sonrakı MÜHARİBƏSİ... - Hələ də davam edir...
Bu gün, 06:58
Azərbaycanda evliləri sevindirəcək qərar veriləcək? - Pul, mükafat, imtiyaz…
Bu gün, 06:54
Nazirlik yəqin ki, bunu bilmir .. - İNDİ SUSACAQMI?
Bu gün, 06:51
“Qarabağ kartı” ilə yeni təhdid CƏHDİ - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 06:46
Bakının ev bazarında MTK soyğunçuluğu - AXI NİYƏ?..
Bu gün, 06:44
Bizə bəlli olan faktlar ABŞ-də indi açıqlanır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:41
"Sənin yanında qeydinə qalan, arxanda kölgə kimi dayanan bəy olmalıdır"
Bu gün, 06:40
Tusi adına Hospital"ın vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:29
İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə borcludur - deputat
Bu gün, 06:26
Tramp Çinə qarşı rekord idxal rüsumlarını açıqlayıb
Bu gün, 06:20
Ermənistanın iki stulda oturmaq cəhdi - Siyasi qumar nəyə gətirib çıxaracaq?
Bu gün, 00:52
Vaşinqtondan Kiyevə xəyanət, Avropanın tələbi və “tərəflər sülh istəyir” - GƏLİŞMƏ
Bu gün, 00:38
Kim harada və necə saxlanılıb? - Detallar
Bu gün, 00:36
USAİD-in Azərbaycanda xərclədiyi milyonlar AÇIQLANDI
Dünən, 19:02
Kremlin bəyanatları boş və manasız səslənir: - Rusiya Ermənistana qarşı konkret addımlar atmalıdır
Dünən, 19:00
Azərbaycanda daha bir MTK ləğv olunur - RƏSMİ
Dünən, 18:58
Jurnalist təhdid edildiyini bildirdi, polis araşdırmaya başladı - TƏFƏRRÜAT
Dünən, 18:33
Tramp Putinə kart-blanş verdi – Bakı Moskva qarşısında təklənir?
Dünən, 18:04
Paşinyan AB ilə əlaqələrdən danışdı: - Əsas prioritet...
Dünən, 18:02
Çin və Rusiyadan idxal edilmiş kürülərin “Azerbaijan Caviar” adı ilə satışa çıxarıldığı aşkarlandı
Dünən, 18:01
Uşaqları ölümə sürükləyən səbəb: Evdən məktəbə qədər... - NƏ ETMƏLİ?
Dünən, 17:57
Orxan Əsgərovun qatilinin edamını istəyən ata: - “Sənədlər İrana göndərilib, bir həftədir ki...”
Dünən, 17:56
“Star-M” MTK-nin 904 min manata yaxın vergi borcu var
Dünən, 17:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru