Xocalı faciəsi: insanlığa qarşı terror və vəhşilik... .....                     Müharibədən öncəki və sonrakı 5 il... .....                     Rusiya və ABŞ Ukraynanı belə bölüşdürəcək... .....                     Rusiya Ukrayna şəhərlərini qısa müddətdə məhv edə bilər, amma bunu etmək istəmir .....                     Ermənistan-Rusiya arasında vəziyyət Qərbin şişirtdiyi qədər pis deyil .....                     Göyçayın bu kəndində dərd orasındadır ki... .....                     Tramp Putinlə görüşünün fevralda olacağını istisna etməyib .....                     Putinin ABŞ-la danışıqlara göndərdiyi “uşaq” .....                     ABŞ Ukraynaya ilə razılıq əldə etməyənə qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək .....                     Zaur Mikayılov işinin öhdəsindən gəlmir... .....                     "Crystal Beton" QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxdı .....                     Anar Quliyev dilemma qarşısında... .....                     Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım hazırlayır .....                     Ağalar Vəliyevin BAHALAŞMA TAKTİKASI .....                     Bayden Ukraynadakı münaqişəni dayandırmaq üçün heç bir səy göstərməyib .....                     "Onların evinə get-gəl etdikdən sonra asta-asta ona vuruldum" .....                     Köçəryan niyə indi “xortladı”? .....                     “Xahiş edirəm, sonuncu çıxan işıqları söndürsün” .....                     Kremldən Bakıya təklif: Bunu təhlil edin .....                     “Nazirlik mənimlə maraqlanmır, bilmirlər ki, ölmüşəm-qalmışam, belə haqsızlıq olar?” .....                     Azərbaycan “Rossotrudniçestvo”suz da yaşaya bilər, həm də daha rahat .....                     "Exchange" düyünü: Niyə açılmır? .....                     Meksika idxalda Türkiyənin önünə keçərək 4-cü əsas tərəfdaşımız olub .....                     Azərbaycan internetin sürətinə görə dünyada neçənci sıradadır? .....                     Bakıda 17 milyon manata satılan villa kimindir? .....                     Bu universitetin tələbələrinə yanvar ayının təqaüdləri .....                     Daha bir MTN-çi SHXÇDX-də yüksək vəzifəyə təyinat aldı .....                     Erməni general həbsdən buraxıldı .....                     DTX İqbal Əbilovun istintaqını bitirdi: .....                     “Gürcüstanla quru sərhəd açılırsa, Rusiya və İranla da…” .....                     İDDİA: "Enjoy Club"dan vəzifəli şəxslər qovulub .....                     “MSDİS Holding”in dövlətə 16 milyon manat vergi borcu var .....                     Dövlət Neft Fondu İtaliyanın dəmir yolu şirkətindən pay alıb .....                     Əxlaqsız sözlərlə məktub yazdı, qonşusunun həyətinə atdı .....                     Rubio və Lavrov ABŞ-Rusiya münasibətlərindəki "qıcıqlandırıcılar"ı aradan qaldırmağa razılaşıblar .....                     Mirmahmud Mirəlioğluna nə olub? .....                     Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb .....                     İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? .....                     “Müalicəyə göndərdiyimiz uşaq sağalıb, xəstəxananın isə borcunu verə bilmirik” .....                     USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir? .....                 

Bizə bəlli olan faktlar ABŞ-də indi açıqlanır - HƏQİQƏTƏN DƏ...
Tarix: 15-02-2025, 06:41 | Çap et
Bizə bəlli olan faktlar ABŞ-də indi açıqlanır
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAİD) inkişaf və humanitar yardım layihələrini həyata keçirən orqan kimi tanınsa da, tədricən media və vətəndaş cəmiyyətinin nümayəndələrinin maliyyələşdirilməsi yolu ilə fərqli cəmiyyətlərdə radikal qruplaşmaların maliyyələşdirilməsi, dövlət idarəçiliyinə qarşı qərəzli məlumatların paylaşılmasını birbaşa təşviq edən mərkəzə çevrilib. USAİD-in terrorçuluğu maliyyələşdirməsi yönündə fəaliyyətini təsdiq edən faktlar aşkarlanmaqdadır. Məsələn, Livanda “Hizbullah”ın silah anbarında üzərində USAİD loqoları olan qutuların aşkarlanması, “Əl-Qaidə” terror təşkilatının lideri Ənvər əl-Avlakinin Koloradodakı kollecdə oxuması üçün USAİD-in “tam maliyyə vəsaiti” ayırması faktı bunu deməyə əsas verir ki, USAİD humanitar yardım təşəbbüsləri deyil, məhz bəşəriyyətə təhlükə yaradan terrorçulara yardımla məşğuldur. ABŞ Prezidenti Donald Tramp USAİD-i radikal çılğınların idarə etdiyini deyib. Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask USAİD-in seçkilərə təsir göstərməkdə çox fəal iştirak etdiyini bildirib. Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Con Gilliqan “USAİD-ə yuxarıdan aşağıya kimi, xaricdə könüllü kimi fəaliyyətdən dinə qədər bütün fəaliyyət istiqamətlərində MKİ agentləri yerləşdirilib” deyə etiraf etmişdi. ABŞ səhiyyə naziri postuna namizədliyini irəli sürən oğul Robert Kennedi USAİD-in Maydan iğtişaşlarının maliyyələşdirilməsinə 5 milyard dollar ayırdığını bildirib. Bu təşkilat inkişafa dəstək adı altında bir sıra ölkələrdə sabitliyi pozmaqla məşğul olub. USAİD-in əsl mahiyyəti çox dəqiqliklə ifşa olunur. Dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi və 10 mindən artıq əməkdaşı olan USAİD guya ehtiyacı olan ölkələrə humanitar yardım, iqtisadiyyat, səhiyyə, təhsilə, demokratiya sahələrinə dəstəklə məşğul olsa da, əslində, onun fəaliyyəti bütün dünya üzrə QHT və medianı qanunsuz maliyyələşdirməklə ölkələrin daxili işlərinə qarışmağa, seçilmiş hakimiyyətləri və konstitusion quruluşu devirməyə yönəlib. Bayden administrasiyası dövründə isə bu təşkilatın fəaliyyəti daha da genişlənmişdi. USAİD artıq müxtəlif dövlətlərə qarşı aksiyaları, qanunazidd əməlləri törədirdi. USAİD bəzi terror təşkilatlarının sponsoru da olub. Azərbaycanın nüfuzlu tədbirlərə, konfranslara ev sahibliyi etdiyi zaman beynəlxalq mediada ölkəmizə qarşı aparılan çirkin kampaniyaların da arxasında USAİD dayanıb. COP29 dövründə beynəlxalq mediada ölkəmizə qarşı aparılan çirkin kampaniyanın da arxasında elə USAİD olub. USAİD Azərbaycan dövləti əleyhinə çoxlu layihələrə əl atıb ki, tədbirlərimiz uğurla yekunlaşmasın, fiaskoya uğrasın. Səbəb isə bəllidir - Azərbaycan dövləti və onun ali siyasi rəhbərliyi müstəqil siyasət həyata keçirib. USAİD kimi qızışdırıcı təşkilatların diktəsi ilə fəaliyyət göstərməyib. Bu səbəbdən biz də USAİD-nin hədəfində olmuşuq. Artıq USAİD-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırması barədə bildiriş ABŞ tərəfinə rəsmən göndərilib.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov "Sherg.az"a deyib ki, USAİD-in əsas marağı, mahiyyəti dövlətlərin daxili işlərinə qarışmaq, hücrələr yaratmaqla hakimiyyət əleyhinə üsyanlar, mitinqlər formalaşdırmaq, rəngli inqilab laboratoriyalarını hərəkətə gətirməkdən ibarətdir:

"Terror təşkilatlarına yardımın göstərilməsi, onlara humanitar dəstək verilməsi, transgenderlər məsələlərinə diqqətin ayrılması və bu kimi çirkin əməllər qeyri-əxlaqi təzahürlər özünü göstərməkdədir. Laçın yolunda ekoloqların keçirdiyi aksiyadan tutmuş Qarabağı ermənilərin könüllü tərk etməsini "etnik təmizləmə" kimi qiymətləndirilməsinədək çirkin fəaliyyət izlənilirdi. Samanta Pauerin birbaşa terroru dəstəkləyən, maliyyələşdirən Ruben Vardanyanla əlaqələri həm də USAİD-in ölkəmiz, ərazi bütövlüyümüz əleyhinə fəaliyyətinin də bir səhifəsini özündə əks etdirir".

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli də bildirib ki, USAİD barəsində yeni faktlar üzə çıxmaqdadır. Ekspertin sözlərinə görə, əslində, bizə bəlli olan faktlar indi ABŞ-də açıqlanır və təsdiqlənir:

"Yanvar ayında fəaliyyəti durdu, fevralın 3-də bir qrup materiallar açıldı və qeyd olundu ki, əlavə materiallar açıqlanacaq. USAİD 700-ədək media subyektini maliyyələşdirir. Həmin media qurumları fərqli ölkələrdə fəaliyyət göstərir. Dünyada 200-ə yaxın ölkə var. Orta hesabla hər ölkədə 3-4 aparacı media qurumunu, 1-2 jurnalist təşkilatını ələ alırlar. Söhbət 6 mindən yuxarı jurnalistdən gedir. Deməli, orta hesabla hər ölkəyə 20-30 jurnalist düşür. Yəni bir şəbəkə formalaşdırırlar. Yeri gələndə ayrı-ayrı ölkələrdə olan bu şəbəkəni vahid hərəkat ətrafında birləşdirə bilirlər. 2012-ci il Azərbaycan "Avroviziya" mahnı müsabiqəsi keçiriləndə Azərbaycan üzrə "Beynəlxalq Əməkdaşlıq Qrupu"deyilən bir platforma yaratdılar. Həmin platformanın işi beynəlxalq və yerli şəbəkəni mahnı müsabiqəsi üzərində fokuslaşdırmaq və Azərbaycana qarşı qarayaxma, böhtan kampaniyası həyata keçirmək idi. Yerli komponentlər qrant verməklə ələ alınıblar. İlk növbədə faktiki casusluq əməliyyatı icra edirlər. Jurnalist adı ilə cəmiyyətin bütün zümrələrinə daxil olmaq imkanları var. Yeri gələndə həmin zümrələri hərəkətə keçirmək üçün addımlar atırlar. Eyni zamanda neqativ faktları toplayıb, yoxdursa, uydurub mərkəzə ötürürlər. Mərkəz də lazım olanda həmin faktları birləşdirib hansısa ölkəyə qarşı geniş kampaniya aparır".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xocalı faciəsi: insanlığa qarşı terror və vəhşilik... - Israfil Kərimovun yazısı
Bu gün, 08:10
Müharibədən öncəki və sonrakı 5 il... - AKTUAL
Bu gün, 08:08
Rusiya və ABŞ Ukraynanı belə bölüşdürəcək... – Zelenski hansını seçəcək?
Bu gün, 07:13
Rusiya Ukrayna şəhərlərini qısa müddətdə məhv edə bilər, amma bunu etmək istəmir - Tramp belə deyir...
Bu gün, 07:10
Ermənistan-Rusiya arasında vəziyyət Qərbin şişirtdiyi qədər pis deyil - ÇÜNKİ...
Bu gün, 06:33
Göyçayın bu kəndində dərd orasındadır ki... - NARAZILIQ VAR...
Bu gün, 06:28
Tramp Putinlə görüşünün fevralda olacağını istisna etməyib
Bu gün, 06:23
Putinin ABŞ-la danışıqlara göndərdiyi “uşaq” - Onu Azərbaycanla nə bağlayır?
Bu gün, 06:19
ABŞ Ukraynaya ilə razılıq əldə etməyənə qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək - “Bloomberg”
Bu gün, 05:20
Zaur Mikayılov işinin öhdəsindən gəlmir... - BU FAKTDIR!
Bu gün, 05:17
"Crystal Beton" QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:03
Anar Quliyev dilemma qarşısında... - Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam...
Bu gün, 01:00
Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım hazırlayır - “Politico”
Bu gün, 00:29
Ağalar Vəliyevin BAHALAŞMA TAKTİKASI - GİZLİN-GİZLİN... OĞRUN-OĞRUN...
Bu gün, 00:26
Bayden Ukraynadakı münaqişəni dayandırmaq üçün heç bir səy göstərməyib - Ağ Ev
Bu gün, 00:14
"Onların evinə get-gəl etdikdən sonra asta-asta ona vuruldum"
Bu gün, 00:09
Köçəryan niyə indi “xortladı”? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:05
“Xahiş edirəm, sonuncu çıxan işıqları söndürsün” - Erməni politoloq elə şeylər yazdı ki...
Bu gün, 00:02
Kremldən Bakıya təklif: Bunu təhlil edin - GƏLİŞMƏ
Bu gün, 00:00
“Nazirlik mənimlə maraqlanmır, bilmirlər ki, ölmüşəm-qalmışam, belə haqsızlıq olar?” - Xalq artisti ETİRAZ ETDİ
Dünən, 19:02
Azərbaycan “Rossotrudniçestvo”suz da yaşaya bilər, həm də daha rahat - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
"Exchange" düyünü: Niyə açılmır? - AKTUAL
Dünən, 18:58
Meksika idxalda Türkiyənin önünə keçərək 4-cü əsas tərəfdaşımız olub - İLGİNC...
Dünən, 18:02
Azərbaycan internetin sürətinə görə dünyada neçənci sıradadır?
Dünən, 18:01
Bakıda 17 milyon manata satılan villa kimindir? - VİDEO
Dünən, 17:58
Bu universitetin tələbələrinə yanvar ayının təqaüdləri HƏLƏ ÖDƏNMƏYİB
Dünən, 17:53
Daha bir MTN-çi SHXÇDX-də yüksək vəzifəyə təyinat aldı - Keçmiş dostlar xidmətə toplanır
Dünən, 17:48
Erməni general həbsdən buraxıldı - KİV
Dünən, 17:45
DTX İqbal Əbilovun istintaqını bitirdi: - Məhkəmə başlayır
Dünən, 17:36
“Gürcüstanla quru sərhəd açılırsa, Rusiya və İranla da…” - ÇAĞIRIŞ
Dünən, 17:30
İDDİA: "Enjoy Club"dan vəzifəli şəxslər qovulub -SƏBƏB
Dünən, 17:27
“MSDİS Holding”in dövlətə 16 milyon manat vergi borcu var
Dünən, 17:19
Dövlət Neft Fondu İtaliyanın dəmir yolu şirkətindən pay alıb - DETALLAR
Dünən, 17:15
Əxlaqsız sözlərlə məktub yazdı, qonşusunun həyətinə atdı - 56 yaşı var
Dünən, 17:11
Rubio və Lavrov ABŞ-Rusiya münasibətlərindəki "qıcıqlandırıcılar"ı aradan qaldırmağa razılaşıblar - “Reuters”
Dünən, 17:09
Mirmahmud Mirəlioğluna nə olub? - AÇIQLAMA
Dünən, 16:59
Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb - FOTO
Dünən, 16:55
İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"
Dünən, 16:53
“Müalicəyə göndərdiyimiz uşaq sağalıb, xəstəxananın isə borcunu verə bilmirik” - Uşaq Fondunun rəhbəri
Dünən, 16:46
USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir? - ARAŞDIRMA
Dünən, 16:39
Həkimə qarşı şok iddia: `Pulu tam ödəməsəniz, əməliyyat olmayacaq!` - AXI NİYƏ?..
Dünən, 16:38
"Kino sahəsindəki yeyinti, aktyor və rejissoru qonorarından edir" - Elməddin Cəfərovdan İRAD
Dünən, 16:32
Oğuzun Calud kəndinin yararsız yolu – Problemin həlli vəsait ayrılmasından asılıdır
Dünən, 16:13
Xaricdən gətirilən kərə yağı kəskin bahalaşıb – Qiymətlər
Dünən, 16:11
MİDA-nın adından istifadə edənlər ifşa olunub - DTX əməliyyat keçirib
Dünən, 15:48
Namiq Əlizadə vəzifəsindən ayrıldı - özü AÇIQLADI
Dünən, 15:47
Azərbaycanda 700 minə Quran satılır - FOTO
Dünən, 15:44
AZAL: Tbilisi-Bakı reysi texniki səbəblərə görə gecikir - DİQQƏT!
Dünən, 15:41
“Bizdə bloger yoxdur, yoldan keçənlər…”
Dünən, 15:40
Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma bərpa olunur – Tarix açıqlandı
Dünən, 15:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru