Güney Azərbaycanda yenidən etiraz aksiyaları başlayacaq? .....                     Putinin 18 il əvvəl müharibəni başladan mesajı: .....                     Paşinyan Bərzani ilə görüşdü .....                     Şirvanda 138 milyon manatlıq zavodun .....                     “Putin-Tramp görüşünü keçirməyə hazırıq” .....                     Ceyms Vens hər şeyi .....                     Ermənistanda daxili gərginlik artıq siyasi arenaya çıxıb .....                     Rusiyaya qarşı ən kəskin “silah” işə düşə bilər .....                     Əməkdar jurnalist Yasin Qaraməmmədli vəfat edib .....                     Azərbaycanəsilli milyarderlər Moskvada "Dubay" tikməyə hazırlaşır .....                     “Bəzi universitetlər qəsdən tələbələri kəsir ki, yayda gəlir mənbələri olsun” .....                     Qurultayda Özələ səs verənlər pul alıb? .....                     Bələdiyyə sədrləri nə vaxt seçiləcək? .....                     “Zəngəzur məsələsi razılaşdırılıb, statusla bağlı qərar verilir” .....                     30 yaşlı kişi 8-ci sinif şagirdini Lənkərandan Nardarana gətirdi: "Bir uşağımız da var" .....                     ABŞ Konqresində Azərbaycan müzakirələri .....                     Şeyxin qardaşından Şeyx Mahmudun Bakı səfərinə .....                     Ağır avtoqəza törətmiş məmur övladları .....                     Azərbaycan Ordusunda keçiriləcək andiçmə mərasiminin tarixi açıqlanıb .....                     AZƏRİQAZ-da ibtidai icma quruluşudur? .....                     Trampın hədəfindəki əsas ölkə hansıdır? .....                     Paşinyan İranla neftayırma zavodu tikmək istəyir: amma hələlik xəyalında... .....                     “Rusiya buna görə inciyirsə, getsin su içsin...” .....                     "Kağız üzərində hər şey gözəl görünür..." .....                     İraqın bu şəhərində türk dili rəsmi dil oldu .....                     Azərbaycanda Ramazan .....                     Rusiya ilə gərginliyin nəticəsini indidən söyləmək çətindir .....                     Paşinyanın istefası prosesinə başlayırlar .....                     Amerikalılar Orta Asiyadan qovulur? .....                     Bakının qoşulduğu dəhliz bloklana bilər? .....                     Seçkilərdə qalib gəldi, bir gün sonra öldü .....                     Kremlin Güney Qafqaz xiffəti .....                     "Bütün pullarınızı bu bankdan çıxardın, nağdlaşdırın" .....                     “Unibank”ın ehtiyatları 28 milyon manatdan çox azalıb .....                     Rektorun istefa səbəbi .....                     İncəsənət Gimnaziyasında təmir dayandırıldı, valideynlər narahatdır .....                     Erməni spikerin bəyanatlarının arxasındakı hiylə üzə çıxdı .....                     Rusiya regionları üzərində gecə ərzində 40 PUA vurulub .....                     Türkiyəni təhlükə gözləyir: dəhşətli fəlakət isə… .....                     Azərbaycanda qorxunc zəlzələ gözləntisi: REALDIRMI? .....                 

Bakı bu addımı MƏCBUR ATDI? - AKTUAL
Tarix: Bu gün, 08:57 | Çap et
Bakı bu addımı MƏCBUR ATDI?
Azərbaycan mövcud uyğunsuzluğu aradan qaldırmaq üçün xarici KİV-lərin ölkəmizdəki nümayəndəlik və filiallarının faktiki fəaliyyətinə müəyyən düzəlişlər etmək barədə qərar qəbul edib.

Bu barədə Caliber.az məlumat yayıb. Bu düzəlişlər, xüsusən ölkədə “Rossiya Seqodnya”nın bir bölməsi kimi fəaliyyət göstərən “Sputnik Azərbaycan” nəşrinə, eləcə də BBC-yə (BBC News Azərbaycanca) təsir edəcək. Belə ki, Azərbaycan və Rusiyanın dövlət xəbər agentliklərinin Rusiya və Azərbaycanda təmsilçiliyində mövcud uyğunsuzluğu aradan qaldırmaq üçün müvafiq olaraq, “Azərtac”ın Rusiyadakı müxbirlərinin sayı qədər “Russiya Seqodnya”nın müxbiri ölkəmizdə fəaliyyət göstərəcək. Hazırda söhbət bir tam ştat vəzifədən gedir.

Azərbaycanda dəfələrlə “Sputnik”in bağlanması təklifi irəli sürülüb. “Sputnik Azərbaycan” 2015-ci ilin may ayının 25-dən fəaliyyət göstərir. Bu media qurumu Rusiyanın “Sputnik” İnformasiya Agentliyinin Azərbaycan nümayəndəliyidir. “Sputnik”sə 10 noyabr 2014-cü ildə Rusiya paytaxtında dövlətə məxsus “Rusiyanın Səsi” və “RIA Novosti”nin bazasında yaranıb. “Sputnik Azərbaycan” birbaşa Rusiyanın dövlət media qrupu olan “Rossiya Seqodnya”ya məxsusdur. Onun rəhbəri Marqarita Simonyandır. Rusiyada yaşayan Simonyanın ölkəmizə münasibəti isə hər kəsə məlumdur. Bunun nəticəsidir ki, “Sputnik Azərbaycan” heç zaman Azərbaycanın milli və dövlət maraqlarından çıxış etməyib.

Həmçinin BBC-nin anti-Azərbayan mövqedə dayandığı zaman-zaman qeyd olunub. Bakı isə eyni anda həm rus, həm ingilis media resursları ilə bağlı addımlar atmağa başlayır. Buna qədər Bakıdakı “Rus Evi” və USAİD kimi təşkilatlar şələ-şüləsini yığışdırıb. Bu qurumlara “sarı vərəqə” göstərilməsinin əhəmiyyəti və təsirləri nələr ola bilər?

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan hökumətinin Rusiyanın və Qərb ölkələrinin bəzi qurumlarına qarşı atdığı addımlar əslində məcburiyyətdən atılmış addımlardır: “Onların davranışına, onların Azərbaycana münasibətdə yol verdikləri yanlışlıqlara görə cavab addımlarıdır. Bu vaxta qədər biz həm Rusiyanın, həm ABŞ-ın, həm də digər dövlətlərin müəyyən davranışlarına səbrlə yanaşdıq. Son nəticədə bu cür yanaşmanın onlar tərəfindən düzgün başa düşülmədiyini gördük və bu səbəbdən bu məcburi addımları atmaq məcburiyyətində qaldıq. Rusiya Azərbaycanın Rusiyada konsulluqlarının sayının artıq olduğunu bəhanə edərək bərabərliyin gözlənilməsini tələb eləyir və istəyir ki, Xankəndində konsulluq açsın. Ancaq digər məsələlərdə bərabərlik gözləmək istəmir və ”Sputnik Azərbaycan" Azərbaycan daxilində bizim qəbul eləyə bilməyəcəyimiz fəaliyyətlə məşğul olur".

A.Səmədov dedi ki, indiyə qədər biz bu məsələyə səbrlə yanaşdıq: “Amma təyyarə hadisəsindən sonra Rusiyanın müəyyən məsələləri düzgün başa düşməsi üçün biz ”Sputnik Azərbaycan" barədə tədbir görmək qərarına gəldik. Və baxın, Rusiya səfirliyinin saytında qeyd olunur ki, Azərbaycanda rusların sayı 119 min nəfərdir, ancaq rusiyalı soydaşların sayı, yəni özünü rusiyalı sayanların sayı 375 min nəfərdir. Buraya həm ləzgiləri, həm tatarları daxil ediblər. Bunların hər birinin Azərbaycanda öz cəmiyyətləri var. Hətta kazakların da Azərbaycanda cəmiyyəti mövcuddur. Onların Azərbaycanla nə əlaqəsi var, bu da mübahisəlidir. Təbiidir ki, biz indiyə qədər normal münasibətləri qorumaq üçün bu məsələlərə çox kəskin münasibət göstərmədik. Lakin göründü ki, Rusiya bunu düzgün başa düşmür və məcburuq ki, bəzi şeyləri Rusiyanın başa düşdüyü dildə anlatmağa çalışaq. Bunun Azərbaycana üstünlüyü varmı? Təbiidir ki, yoxdur".

A.Səmədov bildirdi ki, biz Rusiya ilə münasibətlərimizi normal vəziyyətdə saxlamaq üçün çox güzəştlər elədik: “Əgər bu günədək Azərbaycan-Rusiya münasibətləri kifayət qədər yaxşı olubsa, bu Azərbaycanın xidmətidir. Ancaq təəssüf ki, Rusiya hakimiyyəti təyyarənin vurulmasından sonra özünü son dərəcə məsuliyyətsiz apardı və davam eləyir. Bu məsliyyətsiz, beynəlxalq hüquqa saymazyana münasibət Rusiyanın mahiyyətini ortaya qoyur. Və biz də ”sarı vərəqə" göstərmək məcburiyyətindəyik. Bunun qarşısılığında Rusiyadan Azərbaycana qarşı təxribat xarakterli düşmən davranışlar da gələ bilər. İlk növbədə bu, Rusiyadakə əmək miqrantları ilə bağlıdır, onların bir hissəsinin geriyə göndərilməsi baş verə bilər. Rusiya Fransanın və Azərbaycana düşmən olan digər dövlətlərin yanında yer alıb BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə təşəbbüsü ilə çıxış eləyə bilər. Azərbaycanda separatizmi alovlandırmağa cəhd göstərə bilər. Digər addımlar da ata bilər. Ona görə də hər birimiz qarşıdakı zamanlarda səfərbər olmalıyıq".

Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi, media eksperti Müşfiq Ələsgərli isə bildirdi ki, xarici media subyektlərinin ölkə ərazisində fəaliyyəti, hansı formada fəaliyyət göstərməsi və nə işlə məşğul olacağı dövlətlərarası razılaşma ilə həyata keçirilir. Bu, həmin media subyekti, onun təsis olunduğu ölkə və gələcəkdə fəaliyyət göstərəcəyi xarici dövlətin rəsmi şəxsləri ilə razılığı ilə reallaşır. Dünyanın hər yerində qayda budur və Azərbaycanda belədir: “Buna uyğun olaraq 2021-ci ildə Azərbaycan Respublikasında xarici KİV-in nümayəndələrinin akreditasiyası qaydası qəbul edilib. Həmin Qaydada həm fərd olaraq jurnalistlərin akreditasiyası, həm də media subyektlərinin fəaliyyəti ilə bağlı prinsiplər tənzimlənir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində bu sahədə uzun müddət bir az boşluq olub”. M.Ələsgərli söylədi ki, qüvvədən düşmüş qanunda media subyektlərinin xarici ölkə ərazisində fəaliyyəti dövlətlərarası razılaşma ilə həyata keçirilməsi nəzərdə tutulsa da bunun konkret forma və məzmunu barədə çatışmamazlıqlar var idi: “Bu çatışmamazlıqlar 2022-ci ildə qüvvəyə minmiş Media haqqında yeni Qanunda aradan qaldırılmışdır. Yeni qanunun 11-ci maddəsində nəzərdə tutulur ki, bir ölkənin media subyektinin Azərbaycan ərazisində fəaliyyəti Azərbaycan jurnalistlərinin və media subyektlərinin həmin ölkə ərazisində fəaliyyətinə adekvat olmalıdır. İndi də həyata keçirilməsi nəzərdə tutulan addımlar məhz qanunun bu maddəsinə istinadən edilir. Bu sahədə müəyyən səliqə-sahman yaradılmasına ciddi ehtiyac vardır. Çünki əvvəlki qanundakı bşluqlardan istifadə edərək xarici ölkələrin bir çox media subyektləri Azərbaycan ərazisində qeyri-adekvat səviyyədə mövcuddurlar, fəaliyyət göstərirlər. ”Sputnik Azərbaycan"ın Azərbaycan ərazisində readksiyası mövcuddur və 40 nəfərə qədər ştat heyəti var. Sual yaranır ki, bu 40 nəfərlik ştat heyəti nə işlə məşğuldur. Yaxud BBC və digər bu kimi media orqanlarının Azərbaycanda büroları mövcuddur və bu bürolarda çoxlu sayda jurnalistlər işləyirlər. Sual yaranır, bunların Azərbaycanda nə qədər böyük marağı var və nə işlə məşğuldursa, bu qədər böyük heyət işlədirlər".

Ekspert qeyd etdi ki, bu heyətlərin tərkibindəkilərin bəziləri manipulyasiya ilə məşğul olurlar, etnik separatizmə dəstək verən yazılar yazırlar, materiallar hazırlayırlar: “Deməli, bu cür media subyektlərinin maraqları faydalı informasiyalar yaymaq deyil, Azərbaycanda təxribatçı əməllər törətmək, neqativ yönlü informasiyalar uydurmaqdır. Bu kimi əməllərin qarşısının alınması lazıdmır. İkincisi, gəlin görək həmin media subyektlərinin mənsub olduqları ölkələrdə nə qədər azərbaycanlı jurnalistə fəaliyyət göstərmək üçün şərait yaradılıb? Çox az sayda və ya ümumiyyətlə heç bir şərait yaradılmır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Güney Azərbaycanda yenidən etiraz aksiyaları başlayacaq? - AKTUAL
Bu gün, 18:07
Putinin 18 il əvvəl müharibəni başladan mesajı: - Eyni məkanda təkrarlandı
Bu gün, 18:03
Paşinyan Bərzani ilə görüşdü
Bu gün, 18:02
Şirvanda 138 milyon manatlıq zavodun - 22 MİLYON MANATDAN ÇOX VERGİ BORCU VAR
Bu gün, 17:31
“Putin-Tramp görüşünü keçirməyə hazırıq” – Səudiyyə Ərəbistanı
Bu gün, 17:29
Ceyms Vens hər şeyi İZAH ETDİ
Bu gün, 17:22
Ermənistanda daxili gərginlik artıq siyasi arenaya çıxıb - RƏY
Bu gün, 14:00
Rusiyaya qarşı ən kəskin “silah” işə düşə bilər – Bakı həlledici addıma gedir?
Bu gün, 13:58
Əməkdar jurnalist Yasin Qaraməmmədli vəfat edib
Bu gün, 13:35
Azərbaycanəsilli milyarderlər Moskvada "Dubay" tikməyə hazırlaşır - FOTO
Bu gün, 13:02
“Bəzi universitetlər qəsdən tələbələri kəsir ki, yayda gəlir mənbələri olsun” – ŞOK İDDİA
Bu gün, 13:00
Qurultayda Özələ səs verənlər pul alıb? - CHP-də ŞOK
Bu gün, 12:58
Bələdiyyə sədrləri nə vaxt seçiləcək? - AÇIQLAMA
Bu gün, 12:30
“Zəngəzur məsələsi razılaşdırılıb, statusla bağlı qərar verilir” - “Hraparak”
Bu gün, 12:13
30 yaşlı kişi 8-ci sinif şagirdini Lənkərandan Nardarana gətirdi: "Bir uşağımız da var" - ŞOK OLAY
Bu gün, 12:06
ABŞ Konqresində Azərbaycan müzakirələri - Bakıdan reaksiya
Bu gün, 12:00
Şeyxin qardaşından Şeyx Mahmudun Bakı səfərinə REAKSİYA
Bu gün, 11:55
Ağır avtoqəza törətmiş məmur övladları – ADLAR
Bu gün, 11:52
Azərbaycan Ordusunda keçiriləcək andiçmə mərasiminin tarixi açıqlanıb - DİQQƏT!
Bu gün, 11:42
AZƏRİQAZ-da ibtidai icma quruluşudur? - "Yorucu və riskli əməliyyatdır..."
Bu gün, 11:41
Trampın hədəfindəki əsas ölkə hansıdır? - İNCƏLƏMƏ
Bu gün, 11:32
Paşinyan İranla neftayırma zavodu tikmək istəyir: amma hələlik xəyalında... - Elçin Alıoğlu yazır...
Bu gün, 11:29
“Rusiya buna görə inciyirsə, getsin su içsin...” - ŞƏRH
Bu gün, 11:17
"Kağız üzərində hər şey gözəl görünür..." - Camaat naziri TOPA TUTDU
Bu gün, 11:13
İraqın bu şəhərində türk dili rəsmi dil oldu
Bu gün, 11:09
Azərbaycanda Ramazan nə vaxt BAŞLAYIR?
Bu gün, 11:06
Rusiya ilə gərginliyin nəticəsini indidən söyləmək çətindir - Fuad Abbasov
Bu gün, 11:03
Paşinyanın istefası prosesinə başlayırlar - “Yenidən baş nazir olmağa qoymayacağıq”
Bu gün, 11:01
Amerikalılar Orta Asiyadan qovulur? – 33 ildən sonra…
Bu gün, 10:59
Bakının qoşulduğu dəhliz bloklana bilər? - AKTUAL
Bu gün, 10:09
Seçkilərdə qalib gəldi, bir gün sonra öldü - FOTO
Bu gün, 10:04
Kremlin Güney Qafqaz xiffəti - Satanovskidən inanılmaz sözlər...
Bu gün, 10:01
"Bütün pullarınızı bu bankdan çıxardın, nağdlaşdırın" - ÇAĞIRIŞ
Bu gün, 09:53
“Unibank”ın ehtiyatları 28 milyon manatdan çox azalıb - TƏFƏRRÜAT
Bu gün, 09:47
Rektorun istefa səbəbi MƏLUM OLDU
Bu gün, 09:33
İncəsənət Gimnaziyasında təmir dayandırıldı, valideynlər narahatdır - "Nazirliyə deyin"
Bu gün, 09:29
Erməni spikerin bəyanatlarının arxasındakı hiylə üzə çıxdı - Simonyan əslində o mesajı verir ki...
Bu gün, 09:26
Rusiya regionları üzərində gecə ərzində 40 PUA vurulub
Bu gün, 09:24
Türkiyəni təhlükə gözləyir: dəhşətli fəlakət isə… - Ekstrasens
Bu gün, 09:23
Azərbaycanda qorxunc zəlzələ gözləntisi: REALDIRMI? - ARAŞDIRMA
Bu gün, 09:21
İrəvan Bakıdan 4 dəfə çox ballistik raketi necə əldə edib? - İLGİNC...
Bu gün, 09:20
Nadir Qafarzadənin YARATDIĞI GÜNDƏM... - ƏCƏBA HAQLIDIRMI?
Bu gün, 09:12
Əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği... - Ekspert danışır...
Bu gün, 09:09
Pulunuzu MADO-da xərcləməkdənsə... - GİLEY
Bu gün, 09:04
Bakı bu addımı MƏCBUR ATDI? - AKTUAL
Bu gün, 08:57
Keçmiş səfirimizlə bağlı YENİ FAKTLAR - BU NƏDİ BELƏ?..
Bu gün, 08:52
"Heç bir inkişaf strategiyası, kadr siyasəti yoxdur!" - ETİRAZ VAR...
Bu gün, 08:39
Ax, bu sərsəm, sərsəm, sərsəm... RUSLAR! - Tam başlarını itiriblər...
Bu gün, 08:29
Rusiya Cənubi Qafqaza qayıdır? – Bakı razı olsa...
Bu gün, 07:07
Ermənistanın müharibədən sonrakı MÜHARİBƏSİ... - Hələ də davam edir...
Bu gün, 06:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru