Güney Azərbaycanda yenidən etiraz aksiyaları başlayacaq? .....                     Putinin 18 il əvvəl müharibəni başladan mesajı: .....                     Paşinyan Bərzani ilə görüşdü .....                     Şirvanda 138 milyon manatlıq zavodun .....                     “Putin-Tramp görüşünü keçirməyə hazırıq” .....                     Ceyms Vens hər şeyi .....                     Ermənistanda daxili gərginlik artıq siyasi arenaya çıxıb .....                     Rusiyaya qarşı ən kəskin “silah” işə düşə bilər .....                     Əməkdar jurnalist Yasin Qaraməmmədli vəfat edib .....                     Azərbaycanəsilli milyarderlər Moskvada "Dubay" tikməyə hazırlaşır .....                     “Bəzi universitetlər qəsdən tələbələri kəsir ki, yayda gəlir mənbələri olsun” .....                     Qurultayda Özələ səs verənlər pul alıb? .....                     Bələdiyyə sədrləri nə vaxt seçiləcək? .....                     “Zəngəzur məsələsi razılaşdırılıb, statusla bağlı qərar verilir” .....                     30 yaşlı kişi 8-ci sinif şagirdini Lənkərandan Nardarana gətirdi: "Bir uşağımız da var" .....                     ABŞ Konqresində Azərbaycan müzakirələri .....                     Şeyxin qardaşından Şeyx Mahmudun Bakı səfərinə .....                     Ağır avtoqəza törətmiş məmur övladları .....                     Azərbaycan Ordusunda keçiriləcək andiçmə mərasiminin tarixi açıqlanıb .....                     AZƏRİQAZ-da ibtidai icma quruluşudur? .....                     Trampın hədəfindəki əsas ölkə hansıdır? .....                     Paşinyan İranla neftayırma zavodu tikmək istəyir: amma hələlik xəyalında... .....                     “Rusiya buna görə inciyirsə, getsin su içsin...” .....                     "Kağız üzərində hər şey gözəl görünür..." .....                     İraqın bu şəhərində türk dili rəsmi dil oldu .....                     Azərbaycanda Ramazan .....                     Rusiya ilə gərginliyin nəticəsini indidən söyləmək çətindir .....                     Paşinyanın istefası prosesinə başlayırlar .....                     Amerikalılar Orta Asiyadan qovulur? .....                     Bakının qoşulduğu dəhliz bloklana bilər? .....                     Seçkilərdə qalib gəldi, bir gün sonra öldü .....                     Kremlin Güney Qafqaz xiffəti .....                     "Bütün pullarınızı bu bankdan çıxardın, nağdlaşdırın" .....                     “Unibank”ın ehtiyatları 28 milyon manatdan çox azalıb .....                     Rektorun istefa səbəbi .....                     İncəsənət Gimnaziyasında təmir dayandırıldı, valideynlər narahatdır .....                     Erməni spikerin bəyanatlarının arxasındakı hiylə üzə çıxdı .....                     Rusiya regionları üzərində gecə ərzində 40 PUA vurulub .....                     Türkiyəni təhlükə gözləyir: dəhşətli fəlakət isə… .....                     Azərbaycanda qorxunc zəlzələ gözləntisi: REALDIRMI? .....                 

Kremlin Güney Qafqaz xiffəti - Satanovskidən inanılmaz sözlər...
Tarix: Bu gün, 10:01 | Çap et
Kremlin Güney Qafqaz xiffəti
“Ermənistan xarici təhlükəsizlik məsələsində hələ də Rusiyaya arxalanır, amma Moskva onunla əlaqələri kəsmiş ölkənin taleyi üçün narahat olmayacaq”. Bunu rusiyalı politoloq Yevgeni Satanovski deyib. Onun iddiasına görə, Cənubi Qafqaz bir neçə böyük geosiyasi oyunçunun döyüş meydanına çevrilib, amma hazırda Rusiya onların arasında yoxdur:

“Bölgədə Türkiyə və İran kimi dövlətlərin, eləcə də qlobal ağalıq iddiasında olan kollektiv Qərbin maraqları toqquşub. Rusiyaya gəlincə, əsrlər sonra region onun təsir dairəsindən uzaqlaşır”. Satanovski qeyd edib ki, Rusiya Ermənistanın taleyi ilə İrəvandan çox maraqlanmayacaq: “Respublikaya qərbyönlü Nikol Paşinyan rəhbərlik edir, o, ölkəni Rusiyanın təsir və maraqları zonasından çıxarmaq üçün hər şeyi edir. Bundan sonra Ermənistanın mövcudluğuna təhlükə yaranarsa, Rusiyanın müdaxiləsinə arxalanmaq sadəlövhlük olardı. Mən həqiqətən başa düşmürəm ki, Ermənistan tarixindəki rolu Zelenskinin Ukrayna tarixindəki roluna çox bənzəyən bir adamın rəhbərlik etdiyi bir ölkə üçün niyə narahat olmalıyıq?!”.

Politoloq Rusiyanın Cənubi Qafqazda uduzduğunu etiraf edib. O, siyasətçilər, ekspertlər, diplomatlar və medianı Rusiyanın Cənubi Qafqazda mövcudluğu ilə bağlı insanları aldatmamağa çağırıb, həmçinin əlavə edib ki, regiondan geri çəkilmək Moskva üçün müsbət amil deyil. Satanovski nə dərəcədə haqlıdır?

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, rusiyalı politoloq Yevgeni Satanovskinin ölkəsinin Ermənistanla münasibətləri fonunda Cənubi Qafqazda varlığı ilə bağlı səsləndirdiyi fikirlərdə müəyyən həqiqətlər mövcuddur: “Rusiya İkinci Qarabağ müharibəsinə qədər xarici güclər arasında regionda ən çox təsir imkanlarına malik dövlətlərdən biri idi. Lakin 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan liderliyində Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yarandı. Bu fakt qərb meyilli siyasət həyata keçirən Ermənistan baş naziri Nikol Paşinyana üzləşdikləri məğlubiyyətə görə Kremli və onun liderliyində formalaşan KTMT-ni günahlandırmağa əsas verdi. Çünki bu zamana qədər Ermənistanın təhlükəsizlik məsələləri Rusiyanın ölkədəki 102-ci bazası fonunda cəmləşdirdiyi hərbi qüvvələrdən aslı idi. İndi isə proseslər tamamilə fərqli məcrada inkişaf edir. Paşinyan administrasiyası KTMT-dən çıxmaq və Gümrü şəhərində yerləşən rus hərbi varlığını ölkədən çıxarmaq niyyətini açıq şəkildə dilə gətirir. Aydındır ki, Ukrayna müharibəsinə fokuslanmış Moskvanın bunlara adekvat cavab verməsi müəyyən qədər çətinləşib. Ancaq onu da unutmaq lazım deyil ki, Ermənistan iqtisadiyyatı təməl sahələr üzərindən Rusiyadan aslı vəziyyətdədir və Kreml sanksiyalar paketi ilə istənilən vaxt İrəvanı sərt şəkildə cəzalandıra bilər”.

“Əslində rusiyalı politoloq Yevgeni Satanovski haqlıdır. O mənada ki, Rusiya Cənubi Qafqazda uduzub. Lakin bu uduzmağın əsas günhakarı da elə Rusiyanın özüdür”. Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Rusiyanın hakimiyyətə yaxın mediasının və siyasətçilərinin sərgilədiyi yanlış mövqe bu ölkəni getdikcə tək qalmağa sövq edir: “Sərgilənən mövqe, reallaşdırılan yanlış siyasət Rusiyanın dostlarını da narazı salır. Heç uzağa getməyək. Məlum təyyarə qəzasından sonra Rusiya Azərbaycandan üzr istəmək əvəzinə bizə təzyiqlər etməyə cəhd göstərdi. Nəticədə də Cənubi Qafqazın lider ölkəsini incik saldı. Bu cür yanlış siyasət yalnız və yalnız Rusiyanın ziyanınadır”.

V.İskəndərov deyib ki, Y.Satanovskinin siyasətçilər, ekspertlər, diplomatlar və medianı Rusiyanın Cənubi Qafqazda mövcudluğu ilə bağlı insanları aldatmamağa çağırışı da haqlıdır: “Çünki reallıq Rusiyanın Cənubi Qafqazda mövqelərinin tamamilə zəiflədiyini göstərir. Səbəb isə onların özləridir. Dediyim kimi, Rusiya tərəfindən digər ölkələrə və xalqlara qarşı sərgilənən sərt mövqe qəbul edilən deyil”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da rusiyalı politoluqun fikirlərində həqiqət görür: “Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə əslində şimal qonşumuzu gücləndirməyib, xeyli zəiflədib. Potensialını xərcləyir. Maliyyəsi gedir, ordusunda böyük itkilər var. Hərbi texnika, canlı itkiləri də kifayət qədər çoxdur. Düzdür, Rusiya Ukraynada qələbə çalarsa - hərçənd ki, bunu çoxları arzu etmir - başqa ölkələri də hədəf götürə bilər. İstər Cənubi Qafqaz, istərsə də, Mərkəzi Asiya olsun. Amma Rusiya Ukraynada qələbə qazanmayacaq. Tramp hər iki tərəfi atəşkəsə məcbur edə bilər. Bu isə Rusiyanın qələbəsi olmayacaq. Müharibə bitsə belə Avropa Rusiyadan o qədər də çox qaz almayacaq. Rusiya mövqelərini də itirəcək. Necə ki, itirir də. Cənubi Qafqazda Azərbaycanla münasibətləri korlayıb, durduğu yerdə münasibətləri gərginləşdirdi. Raketlə 30 vətəndaşımızı öldürüb. Buna görə məsuliyyət daşımaq istəmir. Azərbaycanın çox haqlı tələbləri var. Azərbaycanı artıq itirmək üzrədir. Qazaxıstanı da itirməklə üz-üzədir. Rusiyanın daim imperiya maraqları olub. Bunu da daim həyata keçirməyə çalışıb. Hətta müttəfiq adlandırdıqları Belarus da bunu anlamamış deyil. Rusiyanın dostu və tərəfdaşı çox deyil. Cənubi Qafqaza gəldikdə isə, əslində Ermənistan Azərbaycanla sülh sazişinin imzalanmasını yubatmasa, İlham Əliyevin də dediyi kimi, Qafqaz Evi qurulardı. Bu qurularsa, Rusiyanın Cənubi Qafqaza təsir imkanları da azalacaq. Ona görə də haradasa Satanovksi Rusiyanın Cənubi Qafqazda maraqlarının azalması barədə dediklərində haqlı görünür. Azalmalıdır da, çünki Rusiya əvvəlki gücdə deyil. Sovetlər Birliyi deyil ki, hər bir ölkədə maraqlarını təmin edə bilsin”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Güney Azərbaycanda yenidən etiraz aksiyaları başlayacaq? - AKTUAL
Bu gün, 18:07
Putinin 18 il əvvəl müharibəni başladan mesajı: - Eyni məkanda təkrarlandı
Bu gün, 18:03
Paşinyan Bərzani ilə görüşdü
Bu gün, 18:02
Şirvanda 138 milyon manatlıq zavodun - 22 MİLYON MANATDAN ÇOX VERGİ BORCU VAR
Bu gün, 17:31
“Putin-Tramp görüşünü keçirməyə hazırıq” – Səudiyyə Ərəbistanı
Bu gün, 17:29
Ceyms Vens hər şeyi İZAH ETDİ
Bu gün, 17:22
Ermənistanda daxili gərginlik artıq siyasi arenaya çıxıb - RƏY
Bu gün, 14:00
Rusiyaya qarşı ən kəskin “silah” işə düşə bilər – Bakı həlledici addıma gedir?
Bu gün, 13:58
Əməkdar jurnalist Yasin Qaraməmmədli vəfat edib
Bu gün, 13:35
Azərbaycanəsilli milyarderlər Moskvada "Dubay" tikməyə hazırlaşır - FOTO
Bu gün, 13:02
“Bəzi universitetlər qəsdən tələbələri kəsir ki, yayda gəlir mənbələri olsun” – ŞOK İDDİA
Bu gün, 13:00
Qurultayda Özələ səs verənlər pul alıb? - CHP-də ŞOK
Bu gün, 12:58
Bələdiyyə sədrləri nə vaxt seçiləcək? - AÇIQLAMA
Bu gün, 12:30
“Zəngəzur məsələsi razılaşdırılıb, statusla bağlı qərar verilir” - “Hraparak”
Bu gün, 12:13
30 yaşlı kişi 8-ci sinif şagirdini Lənkərandan Nardarana gətirdi: "Bir uşağımız da var" - ŞOK OLAY
Bu gün, 12:06
ABŞ Konqresində Azərbaycan müzakirələri - Bakıdan reaksiya
Bu gün, 12:00
Şeyxin qardaşından Şeyx Mahmudun Bakı səfərinə REAKSİYA
Bu gün, 11:55
Ağır avtoqəza törətmiş məmur övladları – ADLAR
Bu gün, 11:52
Azərbaycan Ordusunda keçiriləcək andiçmə mərasiminin tarixi açıqlanıb - DİQQƏT!
Bu gün, 11:42
AZƏRİQAZ-da ibtidai icma quruluşudur? - "Yorucu və riskli əməliyyatdır..."
Bu gün, 11:41
Trampın hədəfindəki əsas ölkə hansıdır? - İNCƏLƏMƏ
Bu gün, 11:32
Paşinyan İranla neftayırma zavodu tikmək istəyir: amma hələlik xəyalında... - Elçin Alıoğlu yazır...
Bu gün, 11:29
“Rusiya buna görə inciyirsə, getsin su içsin...” - ŞƏRH
Bu gün, 11:17
"Kağız üzərində hər şey gözəl görünür..." - Camaat naziri TOPA TUTDU
Bu gün, 11:13
İraqın bu şəhərində türk dili rəsmi dil oldu
Bu gün, 11:09
Azərbaycanda Ramazan nə vaxt BAŞLAYIR?
Bu gün, 11:06
Rusiya ilə gərginliyin nəticəsini indidən söyləmək çətindir - Fuad Abbasov
Bu gün, 11:03
Paşinyanın istefası prosesinə başlayırlar - “Yenidən baş nazir olmağa qoymayacağıq”
Bu gün, 11:01
Amerikalılar Orta Asiyadan qovulur? – 33 ildən sonra…
Bu gün, 10:59
Bakının qoşulduğu dəhliz bloklana bilər? - AKTUAL
Bu gün, 10:09
Seçkilərdə qalib gəldi, bir gün sonra öldü - FOTO
Bu gün, 10:04
Kremlin Güney Qafqaz xiffəti - Satanovskidən inanılmaz sözlər...
Bu gün, 10:01
"Bütün pullarınızı bu bankdan çıxardın, nağdlaşdırın" - ÇAĞIRIŞ
Bu gün, 09:53
“Unibank”ın ehtiyatları 28 milyon manatdan çox azalıb - TƏFƏRRÜAT
Bu gün, 09:47
Rektorun istefa səbəbi MƏLUM OLDU
Bu gün, 09:33
İncəsənət Gimnaziyasında təmir dayandırıldı, valideynlər narahatdır - "Nazirliyə deyin"
Bu gün, 09:29
Erməni spikerin bəyanatlarının arxasındakı hiylə üzə çıxdı - Simonyan əslində o mesajı verir ki...
Bu gün, 09:26
Rusiya regionları üzərində gecə ərzində 40 PUA vurulub
Bu gün, 09:24
Türkiyəni təhlükə gözləyir: dəhşətli fəlakət isə… - Ekstrasens
Bu gün, 09:23
Azərbaycanda qorxunc zəlzələ gözləntisi: REALDIRMI? - ARAŞDIRMA
Bu gün, 09:21
İrəvan Bakıdan 4 dəfə çox ballistik raketi necə əldə edib? - İLGİNC...
Bu gün, 09:20
Nadir Qafarzadənin YARATDIĞI GÜNDƏM... - ƏCƏBA HAQLIDIRMI?
Bu gün, 09:12
Əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği... - Ekspert danışır...
Bu gün, 09:09
Pulunuzu MADO-da xərcləməkdənsə... - GİLEY
Bu gün, 09:04
Bakı bu addımı MƏCBUR ATDI? - AKTUAL
Bu gün, 08:57
Keçmiş səfirimizlə bağlı YENİ FAKTLAR - BU NƏDİ BELƏ?..
Bu gün, 08:52
"Heç bir inkişaf strategiyası, kadr siyasəti yoxdur!" - ETİRAZ VAR...
Bu gün, 08:39
Ax, bu sərsəm, sərsəm, sərsəm... RUSLAR! - Tam başlarını itiriblər...
Bu gün, 08:29
Rusiya Cənubi Qafqaza qayıdır? – Bakı razı olsa...
Bu gün, 07:07
Ermənistanın müharibədən sonrakı MÜHARİBƏSİ... - Hələ də davam edir...
Bu gün, 06:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru