![İraqın bu şəhərində türk dili rəsmi dil oldu İraqın bu şəhərində türk dili rəsmi dil oldu](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1739603346_777.jpeg)
İraqın Səlahəddin Əyalət Şurasının rəhbəri Adil Sümeydai türkmənlərin sıx yaşadığı və ikinci ən böyük etnik qrup olduğu Səlahəddin şəhərində türkcənin rəsmi dil olduğunu açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Səlahəddin Əyalət Şurasının sədri Adil Sümeydai türkmənlərin vilayətdə ikinci ən böyük etnik qrup olduğunu bildirib və vilayət sərhədləri daxilində ərəb və kürd dilləri ilə yanaşı türkcənin də rəsmi dil kimi qəbul edilməsini təsdiqləyib.
İraq parlamentinin keçmiş türkmən millət vəkili Fevzi Ekrem Terzi bunun İraqda üçüncü etnik qrup olan türkmənlərin təbii haqqı olduğunu müdafiə edib.