!["Bütün pullarınızı bu bankdan çıxardın, nağdlaşdırın" "Bütün pullarınızı bu bankdan çıxardın, nağdlaşdırın"](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1739598778_0001.jpg)
""BirBank" hesablarınızda nə pul varsa təcili çıxardın". Tanınmış jurnalist həyəcan təbili çalır...
7NEWS.az xəbər verir ki, bu barədə dünən tanınmış jurnalist, vlogger İntiqam Valehoğlu öz "Tik-tok" səhifəsində paylaşım edib. Onun sözlərinə görə hesabından yenə heç bir bildiriş, 3D, kod falan gəlmədən 50 manat pul çəkiblər: "Hesabımnan 50 manat rahat şəkildə pul çəkdilər, yerdə qalan 500 manatı dərhal kartdan çıxartmaq üçün bankomatlara üz tutdum. Bəlli oldu ki, bankomatları da işləmir. Görünən odur ki, bu bank bacarmadı. Mən hər kəsə çağırış edirəm, nə qədər gec deyil, "BirBank" hesabınızda olan bütün pulları çıxardın, nağdlaşdırın".