RÖVNƏQ ABDULLAYEVİN "ÖLÜM QAZI"
Tarix: 18-11-2011, 12:34 | Çap et
ARDNŞ-İN QAZINA QIZINMAYAN VƏTƏNDAŞLAR, DƏMİNƏ GOR QAZANIR
DİA.AZ: - Avropanın demokratiyasından fərqli olaraq təbii fəsil soyuğuna rəsmi Bakı sərhəd bağlamaq gücündə deyil. Artıq qış özünü Azərbaycanda da göstərməkdədir. Havaların qəfil soyuması isə başqa bir problem yaradıb. Tempraturun aşağı düşməsi ilə Bakıda artıq neçə şəxs dəm qazından zəhərlənərək ölüb.
Artıq neçənci qış fəslidir ki, dəm qazı gözə görünməz killer kimi ailələri gözüyaşlı qoyur. Son üç ölüm hadisəsi də onu göstərdi ki, ötən illərdəki çoxsaylı ölümlərə baxmayaraq, hökumət faciələrin qarşısını alamaq üçün heç bir addım atmayıb. Rəsmi statistikaya görə Azərbaycanda dəm qazından zəhərlənmə halları son illərdə bir neçə dəfə artıb. Hər il xüsusilə qış mövsümündə Bakıda və regionlarda yüzlərlə insan dəm qazının qurbanı olur.
Ekspertlər zəhərlənmənin bir neçə səbəbdən baş verdiyini bildirirlər. İrandan və başqa xarici ölkələrdən gətirilən qaz sobalarının standartlara cavab verməməsi, binaların havalanma sisteminin vaxtında təmizlənməməsi, vətəndaşların qızdırıcı vasitələrdən düzgün istifadə etməməsi faciəyə səbəb olan əsas səbəblər kimi göstərilir. Bütün bunlara görə isə ayrı-ayrı dövlət qurumları cavabdehdir. Başqa sözlə, ölkə vətəndaşlarının təhlükəsizliyinə təminatçı olması haqda and içən dövlət başçısının təyin etdiyi vəzifəli şəxslərin səhlənkarlığı üzündən insanlar dünyasını dəyişir. Amma başlıca səbəb yenə də dəm qazı olaraq qalır.
Axı bu dəm qazı nədir, o, insanı necə zəhərləyir? Kimyəvi adı karbon monoksid (CO) olan dəm qazı yanacaq məhsullarının xaric olması üçün yer olmadıqda və ya həmin yer tutulmuş olanda natamam yanma nəticəsində əmələ gəlir. Eyni zamanda alışma sistemi pis işləyən avtomobillər də dəm qazı istehsalçısı sayıla bilər. Avtomobilin havaya buraxdığı dəm qazı ümumi ekoloji ağırlıq yaratsa da, insan həyatını ölüm həddinə çatdıra bilmir. Çünki dəm qazı qapalı şəraitlərdə təhlükəli olur. Karbon monoksidə gözəgörünməz killer də demək olar. Bu qaz iysiz, rəngsiz olduğundan insan onu hiss etmir. İnsan bu qazla zənginləşmiş hava ilə tənəffüs etdikdə karbon monoksid qana daxil olur və nəticədə karboksihemoqlobin yaranır. Məhz bu birləşmənin hesabına toxumalar oksigensizləşir, hipoksiya yaranır.
Qaz zəhərlənmələrində soyuq aylarda əhalinin qazla təminatında fəsillələrin yaranması, qaz kəsilmələri də rol oynayır. Əslində havanın tempraturundan asılı olmayaraq qaz təminatında fasilələrin yaranması qeyri-qanunidir. Paytaxda qaz verilən bütün zonalara sayğaclar quraşdırldığı üçün hamının evində sayğaclar var. Burda qış mövsümü sözünü ortaya qoymaq düzgün deyil. Fəsildən və gündən asılı olmayaraq əhaliyə qaz verilməli və işlətdikləri enerji borcuna görə pul tələb olunmalıdır. Hər bir vətəndaş öz isçtəyinə uyğun olaraq yayda da qızıdırıcıdan istifadə edə bilərəm. Bunun heç nə ilə əlaqəsi yoxdur. Ona görə də "Azəriqaz" əhalini normal qazla təmin etməlidir. Havanın temperaturuna uyğun olaraq qazın təchizatı sərfiyyata uyğun olmalıdır. Rəsmi məlumatlara inansaq, Azərbaycanın qaz ehtiyyatları imkan verir ki, təlabat tam ödənilsin. Dəm qazından zəhərlənmələrlə bağlı başqa bir maraqlı məqam da var.
Əslində diqqətlə araşdırsaq görərik ki, problem əhaliyə verilən təbii qazın keyfiyyətindədir. Azərbaycan Layihə və Qaz Elmi-Tədqiqat İnstitutu hər ay əhaliyə verilən qazın tərkibini yoxladığını və bu zaman məişət qazının istilikvermə qabiliyyəti, karbohidrogen tərkibinin təhlil olunduğunu bildirir. Amma nəticə başqa faktı ortaya qoyur.
İlk növbədə zəhərlənmə hallarının niyə məhz son üç ildə birdən-birə baş verməsi sualına cavab axtarmaq lazımdır. Üç il əvvələ qədər əhalinin təbii qaz təminatı Rusiya qazı hesabına ödənilirdi. O vaxta qədər dəm qazından zəhərlənmə hallarına demək olar ki, təsadüf edilmirdi. Amma indi hər gün zəhərlənmədən ölüm hallarının olduğunu eşidirik. Dəm qazından zəhərlənmə halları 2007-ci ilin əvvəlində Rusiya Azərbaycana qaz ixracını dayandırandan sonra olub. Həmin ildən Azərbaycan abonentləri "Şahdəniz" qazından istifadə edir. Görünən isə odur ki, bu qaz məişətdə istifadəyə yaramır. Düzdür, rəsmi qurumlar "Şahdəniz" qazının da tərkibinin müayinə edilirək əhaliyə verildiyini bildirir amma bütün hallarda sözügedən yatağın qaz ehtiyyatlarından istifadədən sonra zəhərlənmələrin sayının da artdığı göz önündədir. Buna görə də məsələ ilə bağlı məsuliyyəti 2009-cu ildən "Azəriqaz"ı öz tabeçiliyinə keçirən Dövlət Neft Şirkəti məsuliyyət daşıyır.
Ümumiyyətlə, ARDNŞ əhaliyə verilən qazla bağlı maraqlı siyasət yürüdür. Ölkə əhalisini yetərincə qazla təmin edə bilməyən ARDNŞ qazı xarici ölkələrə satır. Azərbaycan tərəfinin Rusiyaya qaz satması ölkəmiz üçün olduqca uğurludur. Bu, ölkəmizin regionda mövqelərinin və imicinin yüksəlməsində, dünyada tanınmasında böyük köməklik edəcək bir addımdır. Amma bu siyasət həm də ölkə vətəndaşlarının maraqlarına qarşı yönəlib. Bu gün qaz satışı ölkənin ən sərfəli və ən gəlirli sahələrindən birinə çevrilib. Orta hesablamalara görə, 30 dollara başa gələn təbii qazı ARDNŞ əhaliyə 120 dollara satır. Bir növ ARDNŞ qazın satışından düz 4 dəfə artıq gəlir əldə edir. Bununla yanaşı soyuq aylarda həmin qazanc mənbəyi həm də "ölüm maşını"na çevrilir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Bu gün, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Bu gün, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Bu gün, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Bu gün, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Bu gün, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Bu gün, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Bu gün, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Bu gün, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Bu gün, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Bu gün, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Bu gün, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Bu gün, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Bu gün, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Bu gün, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Bu gün, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Bu gün, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Bu gün, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Bu gün, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Bu gün, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Bu gün, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Bu gün, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Bu gün, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Bu gün, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Bu gün, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Bu gün, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Bu gün, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Bu gün, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Bu gün, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Bu gün, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Bu gün, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Bu gün, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Bu gün, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Bu gün, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Bu gün, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Bu gün, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Bu gün, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Bu gün, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07 |
|
|
|
• Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05 |
|
|
|
• Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03 |
|
|
|
• DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55 |
|
|
|
• "Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52 |
|
|
|
• ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49 |
|
|
|
• “Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44 |
|
|
|
• "Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38 |
|
|
|
• "Qarabağ"da ən bahalı futbolçu kimdir? - SİYAHI
Bu gün, 12:37 |
|
|
|
|