MİSİR MƏRDANOVUN YERİNƏ KİMİ GƏTİRİRLƏR?
Tarix: 18-01-2013, 09:50 | Çap et
GƏNC KADRIN ADI YENİDƏN GÜNDƏMDƏSon günlər Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovla bağlı xəbərlər intensivləşib. Bu xəbərlərdə keçmiş nazir müavininin görüşlərindən, qəbullarından danışılır. Hansı ki, biz bunu başqa ali məktəb rektorları ilə bağlı ya az müşahidə edir, ya da ümumiyyətlə, müşahidə etmirik.
Dünən də istisna olmadı - bir xəbərdə bildirilirdi ki, İtaliyanın Azərbaycandakı səfiri Mario Ciorcio Stefano Baldi Bakı Ali Neft Məktəbində olub. Görüşün sonunda isə Mario Ciorcio Stefano Baldiyə Bakı Ali Neft Məktəbinin "Fəxri qonaq" diplomu verilib. Biz Elmar Qasımovun rəsmi görüş və qəbullarında müzakirə olunan əməkdaşlıq məsələlərinin mahiyyətini bir kənara qoyuruq. İstər-istəməz sual yaranır: Bakı Ali Neft Məktəbinin personasının son vaxtlar bu qədər önə çıxmasının səbəbi nədir? Nazir müavinliyindən uzaqlaşdırıldıqdan bir müddət sonra görünməz olan və sonradan hansısa "gizli əl"in vasitəsi ilə yenidən ön plana çıxmağa başlayan Elmar Qasımovun qarşısında üfüqlər yenidənmi açılır? Əlbəttə, çoxdan arzusunda olduğu təhsil naziri postu ilə bağlı! Qeyd edək ki, Qasımov hazırda iqtidarın ən perspektivli yeni nəsil kadrlarından sayılır, onun cəmi 40 yaşı var. Bununla belə, karyerasında sıçrayışlar çox sürətlə yaşanır: 1995-1999-cu ildə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olub. Təhsil nazirinin müavini təyin edilərkən isə cəmi 26 yaşı vardı. 2008-ci ildə Azərbaycan Repspublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalına layiq görülüb. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvlüyünə qədər irəliləyib. Nazir müavinliyindən uzaqlaşdırılması isə xeyli gözlənilməz olub: hər kəs Misir Mərdanovun postundan alınacağını proqnozlaşdırdığı bir vaxtda 2011-ci ildə Elmar Qasımov daha iki müavinlə birlikdə görəvdən alınıb. Bunu isə bir çoxları təhsil nazirinin oyunu hesab edir - onun postuna ən real namizəd sayılan müavinindən xilas olmaq, onu "ofsayd"a salmaq üçün oyun! Elmar Qasımova əvvəlcə TQDK sədri, Mərdanovun "düşmən"lərinin başında gələn Məleykə Abbaszadə sahibləndi. Ardınca Elmar Qasımovu ARDNŞ prezidenti Rövnəq Abdullayev öz yanına apardı, vitse-prezident görəvinə təyin etdi. Çox keçmədən isə məhz "baş neftçi"nin sayəsində ölkədə Dövlət Neft Akademiyası mövcud olduğu halda sabiq nazir müavini üçün yeni "neft universiteti" - Bakı Ali Neft Məktəbi yaradıldı. ARDNŞ-ə yaxın mənbələrdən sızan bilgilərə görə, Elmar Qasımovla bağlı başda Rövnəq Abdullayev olmaqla iqtidar içindəki anti-Mərdanovçuların planı bitmək bilmir. Artıq sabiq nazir müavininin təhsil naziri postuna yolunun önü yenidən açılır. Elə son vaxtlar Qasımovla bağlı informasiya canlanması da buradan qaynaqlanır. Bakı Ali Neft Məktəbinin rektoru yalnız ARDNŞ prezidentinin deyil, TQDK sədri Məleykə Abbaszadə, bəzi millət vəkilləri, universitet rektorları və s.-in də dəstəyinə malikdir və onun təhsil naziri təyin edilməsinə kifayət qədər real yanaşılır, yüksək ehtimal verilir. Bir sözlə, Elmar Qasımovu nazir müavinliyindən uzaqlaşdırmaqla ondan gələ biləcək təhlükəni dəf edəcəyini düşünən Misir Mərdanov yanılıb. Mərdanovun postuna Elmar Qasımov təhlükəsi qalır, hətta əvvəlkindən daha real təhlükə olaraq qalır. Təhsil naziri onu özündən kənarlaşdırmaqla ciddi səhvə yol verdi - əvvəllər gözü qabağında olan müavinini kontrol altında saxlayan Mərdanov onu "ofsayd"a salmaq əvəzinə iqtidardakı rəqiblərinin əhatəsinə buraxdı. Onlar isə bunu yəqin ki, mütləq dəyərləndirəcəklər - keçmiş müavinini nazir postuna gətirmək planını işə salmaqla! Gələn xəbərlər artıq həmin planın işə düşdüyü yönündədir, daha detallı bilgilər isə yəqin ki, çox keçmədən KİV-ə sızmağa başlayacaqdır. Gözləyək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33 |
|
|
|
• "Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30 |
|
|
|
• Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24 |
|
|
|
• Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17 |
|
|
|
• “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15 |
|
|
|
• Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35 |
|
|
|
• İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32 |
|
|
|
• Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28 |
|
|
|
• Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22 |
|
|
|
• "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56 |
|
|
|
• Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42 |
|
|
|
• Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35 |
|
|
|
• Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24 |
|
|
|
• Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21 |
|
|
|
• Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19 |
|
|
|
• Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15 |
|
|
|
• “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12 |
|
|
|
• Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07 |
|
|
|
• COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30 |
|
|
|
• Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26 |
|
|
|
• Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03 |
|
|
|
• Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58 |
|
|
|
• "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52 |
|
|
|
• Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50 |
|
|
|
• “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06 |
|
|
|
• Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03 |
|
|
|
• Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08 |
|
|
|
• ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38 |
|
|
|
• "Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Dünən, 12:36 |
|
|
|
• Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Dünən, 12:29 |
|
|
|
• SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Dünən, 12:25 |
|
|
|
• “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 10:41 |
|
|
|
• Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:36 |
|
|
|
• Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Dünən, 10:30 |
|
|
|
• İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:11 |
|
|
|
• Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Dünən, 09:06 |
|
|
|
• Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Dünən, 09:03 |
|
|
|
• “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Dünən, 07:45 |
|
|
|
• 'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Dünən, 07:41 |
|
|
|
• "Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Dünən, 07:30 |
|
|
|
• Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Dünən, 07:24 |
|
|
|
• Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Dünən, 07:19 |
|
|
|
• İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Dünən, 07:12 |
|
|
|
• "ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Dünən, 06:44 |
|
|
|
• İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Dünən, 06:38 |
|
|
|
• Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Dünən, 06:33 |
|
|
|
• Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Dünən, 06:24 |
|
|
|
• “Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”
Dünən, 06:20 |
|
|
|
• Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi - ARAŞDIRMA
Dünən, 00:30 |
|
|
|
|